«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Приведённый ознакомительный фрагмент книги Bu yay da belə keçdi̇. Şerlər предоставлен нашим книжным партнёром — компанией ЛитРес.
Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других
Dünya köhnə dəyirmandı
Sultan Mərziliyə həsr olunur
Dünya köhnə dəyirmandı,
Çərxi — fələkdən çıxacaq…
Günü dən-dən xəlbirlənir,
Unu ələkdən çıxacaq.
Gül əkdinsə, gülşən olar,
Ömrün — günün çox şən olar,
Dörd yanına dost cəm olar,
Səsin də bərkdən çıxacaq!
Çox axıtma gözdən yaşı,
Səni başa düşməz naşı,
Bahar gəlir, — yaz yağışı,
Soyuq küləkdən çıxacaq.
Haqq yolunda yürü mətin,
Demə, işim oldu çətin…
Gün gələcək, şan — şöhrətin,
Neçə ürəkdən çıxacaq.
Çəmənlidə əkdim gülü,
Sultan, şad elə könülü;
Qürbət üzməsin bülbülü,
Əlacı Təkdən çıxacaq!
Sultan Mərzili