Bu yay da belə keçdi̇. Şerlər

Vahi̇d Çəmənli̇

«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Оглавление

Amma görüm Ağdam azad Ağdamdı

Ağdamıma həsrət qaldı gözlərim,

Ahıl çağım, nə ağrılı zamandı.

Ağdama yox, Quzanlıya sığındım,

Məni düzgün anlayın haa, amandı.

Quzanlı da öz yurdum, öz məskənim,

Üçoğlana kəm baxana min qənim,

Zəngişalı, Mahrızlı da Vətənim,

Ürəyimdə nəğmə dolu ümmandı.

Xındırıstan Zakirimin Vətəni,

Canım — gözüm, heç qınama sən məni…

Çəmənlimin zümrüd düzlü çəməni,

Hər gülünə göz yaşlarım damandı.

Əfətli də, Çıraqlı da öz qalam,

Baharlı da hikmət qalam, söz qalam,

Mirəşellim, — kövrəlirəm az qalam,

Adın — sanın dilimizdə dastandı.

Qaradağlı, Sarıcalı tağbəndim,

Düşmənlərin boğazında kəməndim,

Oğulların oylaqlarda şir əmdi,

Dör bir yanın bağ — bağatdı, bostandı…

Ağdam yoxdu, yurdum qalıb dirəksiz,

Ürəyim yox, necə dözüm ürəksiz…

Mən razıyam qalım susuz, çörəksiz,

Amma görüm, Ağdam azad Ağdamdı!

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я