Bu yay da belə keçdi̇. Şerlər

Vahi̇d Çəmənli̇

«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Оглавление

Göndərilməyən məktub

Bir axşam görüşək sahil bağında…

Bir az ürəkli ol, inadı burax.

Şəfəqlər parlasın yanaqlarında,

Arabir qıyğacı gözlərimə bax.

Ürkək addımlarla yerimək niyə?

Gülüşə bələnsin incə dodaqlar.

İpək saçlarına toxunsun deyə,

Üstünə əyilsin körpə budaqlar.

Bir boş skamyaya gəlib yetərkən,

Dincəlmək adıyla oturaq qəstən.

Dərim ulduzları bir-bir göylərdən,

Asım medalyon tək sinənin üstən.

Bir könül bağışla mənə təzə-tər,

Əmanət götürüm təbəssümündən.

Haçan bir də bura yolumuz düşər?

Bu da bir xatirə yay mövsümündən…

Bax, heç nə gəlməsin ürəyimizə,

Qəlbi üşütməsin bir zərrə kədər.

Beləcə sığınıb bir-birimizə

Uyuyaq sahildə səhərə qədər…

Vahid Çəmənli

25 iyul 1978

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я