Qaldı
Yusif Məmmədovun xatirəsinə
Buludlar bürüdü göyün üzünü,
Ulduzlar sayrışa — sayrışa qaldı.
Sevənlər çəkildi yuvalarına,
Küçələr küləyə, yağışa qaldı.
Zaman oxu qoyub, çəkdi yayını,
Yetirdi ömrünə xəzan ayını.
Budaqlarda qalan nubar payını,
Sərçələr bölüşə — bölüşə qaldı.
Ey köçüb gedənlər, əfv edin bizi,
Yaşada bilməsək xatirənizi…
Bir daha görmərik xoş çöhrənizi,
Ümid qiyamətdə görüşə qaldı