Sən sevgimə irad tutub, qınadın
Sən sevgimə irad tutub, qınadın,
Barı özün vəfasız tək qınanma.
Çəkdi yüz yol imtahana inadın,
İnadımdan əsər qaldı, — inanma!
Öz əlinlə bəzəmişdin yaxamı,
Nişan yerin, hədəf yerin yaxamı?
Naz — qəmzənlə çıxarmısan yuxamı,
Ocaq olub sinəm üstə qalanma.
Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,
Gecə — gündüz kölgə kimi izlərəm…
Vədə versən, ömür boyu gözlərəm,
Bir şərtinən, nə zamansa gəl amma!