1. книги
  2. Стихи и поэзия
  3. Vahid Çəmənli

Gözlərimin işığında. şerlər

Vahid Çəmənli
Обложка книги

Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəllif, hər şerin üstündə gözlərinin nurunu qətrə — qətrə sərf etdiyinə, hər sözə, hər misraya böyük zəhmət sərf etdiyinə işarə edir.Vahid Çəmənli əmindir ki, bu şerlər kitabı oxucular tərəfindən sevinclə qarşılanacaq, sevilə — sevilə oxunacaq.

Автор: Vahid Çəmənli

Жанры и теги: Стихи и поэзия

Оглавление

Купить книгу

Приведённый ознакомительный фрагмент книги «Gözlərimin işığında. şerlər» предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Yaxşıdı

Sakit Məmmədovun yaratdığı

bədii klubun üzvlərinə…

Çırmalanıb girmisiniz zor işə,

Qollarınız qulac olsa yaxşıdı.

Mətin olun, əyilməyin gərdişə,

Göz tox olsa, qəlb ac olsa yaxşıdı.

Ürəyiniz bir ummandı, dənizdi,

Hər kəlməniz, hər cümləniz əzizdi,

Halal çörək müqəddəsdi, ləzizdi,

Ortalıqda qazanc olsa yaxşıdı.

Hacı Vahid versin xeyir — duanı,

Pozulmasın işinizin mizanı…

Dadlı olsun ömrünüzün hər anı,

Uğurlara inanc olsa yaxşıdı…

16.11.2018

Вам также может быть интересно

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я