Məndən bİr xalı toxu
Məndən bir xalı toxu
sözünün ilməsindən,
içinə bir qara qat
gözünün sürməsindən.
Naxışları bol eylə
sevdiyin güllərindən,
qızılgülün ləçəyi
asılsın tellərindən.
Önümə bir yol uzat,
durub, yeriyim gedim,
saçını tök üzümə,
öpüm, darayım gedim.