Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya

Джейран Вейдаддиновна Пиралиева, 2019

"Муслим Магомаев: Вершина в музыке…" Монография посвящена жизни и творчеству народного артиста СССР, композитора, талантливого музыканта, эстрадного и оперного певца, обладателя неповторимого баритона и т.д. Муслима Магомеда оглы Магомаева. В книге описаны семья певца, детство, школьные годы, когда он учился в бакинском Морском клубе, годы стажировки в миланском театре «Ла Скала», жизнь в Москве, гастроли по стране и за рубежом, а также все международные фестивали и событий, в которых он участвовалю. Даются ценные, подробные сведения о философии. В монографии удалось получить обширную информацию об опере Муслима Магомаева, ариях, эстрадных, неополитанских, композиторских песнях, жанрах и т.д. Ценные, приятные отзывы и мнения о нем от известных людей своего времени говорят о Муслим Магомаеве.

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

İKİNCİ

FƏSİL

AZƏRBAYCANDAN DÜNYAYA YAYILAN AVAZ...

SSRİ Xalq artisti, bir çox beynəlxalq festivalların laueratı, opera və estrada müğənnisi, bəstəkar, pianoçu Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Azərbaycanın paytaxtı qədim Bakı şəhərində, Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan musiqisinin banilərindən biri, “Əməkdar incəsənət xadimi”, dirijor, pianoçu Əbdül-Müslüm Maqomayevin ailəsində dünyaya goz açmışdı.

Körpənin ilk səsini, ilk qığıltısını, ilk həyəcanını, ilk naləsini eşidənlər ağıllarına, hətta belə, gətirə bilməzdilər ki, yenicə eşitdikləri bu, səs gələcəkdə dünyanın ən möhtəşəm konsert saraylarını, ən nüfuzlu səhnələrini, ən böyük idman meydançalarını öz avazı ilə ziynətləndirəcək, ağzınacan dolu dinləyici auditoriyasını məftun və heyranedici cazibəsi ilə ağuşuna alaraq əbədiyyət dünyasına səyahətə aparıb-gətirəcəkdi. Heç kəs deyə bilməzdi ki, yenicə doğulan körpə milyonlarla insanı mahnı və bəstələrinin həqiqi ovsununa, sehrinə salacaq, onları heyrətləndirəcəkdı.

Azərbaycanın böyük bəstəkarı və dirijoru Əbdül-Müslüm Maqomayevin böyük oğlu Cəmaləddin 1910-cu, kiçik oğlu Məhəmməd isə 1916-ci ildə dünyaya göz aışdlar. Teatr işçiləri ailəsində doğulan kiçik Müslümün atası Məhəmməd teatr rəssamı, teatr tərtibatçısı, anası Ayşət xanım Əhməd qızı isə dramatik aktrisa idi.

Ayşət xanımın rəfiqəsi Valentina Osipovna Müslümlə anası arasında mövcud olan ayrılığı xatirələrində qeyd edərkən reallığı əks etdirməyən bəzi yanlış məqamlara toxunmuşdu, səhvə yol vermişdi. Ancaq qətiyyətlə demək olar ki, bu yanlışlıqda Valentina Osipovnanın heç bir günahı, heç bir təqsiri yox idi, çünki bu, qeyri-müəyyən faktları rəfiqələrinə Ayşət xanım özü danışmışdı. Oh, ( Valentina Osipovna: — C.P.) isə sadəcə olaraq Ayşət xanımdan eşitdikləri təkrarlamaqla kifayətlənməli olmuşdu.

“Onun danışığından, belə, aydın oldu ki, həlak olan həyat yoldaşının ailəsində Ayşət xanımı iki dəfə məzəmmət ediblər. Birinci dəfə o, Şərq adət-ənənəsinə zidd çıxaraq ailədə qalmayanda. İkinci dəfə isə Müslümü ana babasının və nənəsinin yanına aparanda. Ayşət xanımın dediklərinə görə Müslüm uşaqlıqda dələduz olub, az qalıb ki, pis uşaqlar ilə əlaqə qursun. Bu, hərəkəti ilə Ayşət xanım Müslümü pis vərdişlərdən və dələduzlardan xilas edibdi. Müslüm ailədən zorla ayrılıb və kiçik yaşlarında əzab, əziyyət və iztirablar çəkibdi”, — deyərək, — Valentina Osipovna fikirini tamamlamışdı.

Müslüm Maqomayevin yazdığı “Melodiya mənim məhəbbətimdi” xatirələr kitabını, həmçinin, müğənninin müxtəlif vaxtlarda, müxtəlif mətbuat orqanlarına verdiyi çoxsaylı müsahibələri bir neçə dəfə, təkrar-təkrar oxuduqdan sonra belə qərara gəldim ki, Ayşət xanımın Müslümün uşaqlıq illəri, onun pis uşaqlara qoşulması, dələduzluq etməsi və əzab-əziyyət çəkməsi ilə bağlı söylədiyi fikirlər heç bir məntiqə əsaslanmır və tamamilə səhvdir. Məhz, bu, nöqteyi-nəzərdən çıxış edərək Müslüm haqqında deyilənlərlə razılaşmaq imkanım xaricindədir. Əgər, xatırlayırsınızsa yuxarıda Ayşət xanımla bağlı olan bölmədə, bilərəkdən Müslümün anasını müzakirə və mühakimə obyektinə çevirməkdən yan keçdim və qeyd etdim ki, yeri gəldikcə bu məsələyə bir daha qayıdacam. Düşünürəm ki, bu məqamda problemi kənara qoymaq qətiyyən real görünmür, çünki Valentina Osipovnanın Ayşət xanıma istinadən söylədiyi fikirlərin arxasında yalnız uşaq Müslüm, onun ailəsi-əmisi Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, sözsüz ki, nənəsi Baydagül xanmı qınaq hədəfinə çevirmək məqsədi diqqət mərkəzinə gətirilmir. Burda, həm də bizim gözəl Bakı şəhəri, azərbaycanlı uşaqlar, həmçinin, həmin məhəllədə yaşayanların əxlaqı, nizam-intizamı, milli adət-ənənələr qınaq predmetinə çevrilir.

Tam əminliklə deyə bilərəm ki, Müslümün uşaqlıq illərinə bu cür yanaşan Ayşət xanım yalnız özünü müdafiə etmək, özünə bəraət qazanmaq prinsipini qarşısına əsas məqsəd olaraq qoymuş və sözsüz ki, nisbətən də olsa rəfiqələrini buna inandırmağa nail olmuşdu, ən azından, mən bu cür düşünürəm. Çünki həmin zaman kəsiyində Ayşət xanımın rəfiqələri Bakıda cərəyan edən ictimai-siyasi proseslər, Müslümün ailəsi və azərbaycanlı uşaqların mövcud durumları haqqında məlumatlı deyildilər. Məhz, buna görə də, onların Ayşət xanımın bu çəfəngiyyatına inanmaqdan başqa ayrı çarələri qalmırdı. Əgər gətirilən bəhanələri əsaslar üzərində analitik təhlil etmiş olsam aşağıdakı nəticəni əldə edə bilərəm:

1.Müslüm Maqomayev həyət dostları haqqında heç vaxt mənfi fikirdə olmayıbdı, əksinə, müğənni onlar haqqında daima xoş düşüncələr səsləndirib, hətta, böyüyüb boya-başa çatdıqdan sonra imkan daxilində onlarla əlaqə saxlayıb, görüşüb və dostluğunu davam etdiribdi. Ayşət xanım bəzi müsahibələrində əvvəl didiklərini unudaraq oğlunun həyət yoldaşları, yaşadığı məhəl müxtəlif mənfi, qeyri-real fikirlər Əgər onun (Ayşət xanımın: — C.P.) dedikləri, — doğru olsaydı, Müslümün dostları və məhəllə yoldaşları: P. Bülbüloğlu, A.Babel, İ.Kozlovski, İ.Aktyamov, V.Vasilyev və başqaları pis yola gedərdilər;

2.Müslümün dediklərindən aydın görünür ki, onun ev “İvan Qroznu”su hesab etdiyi Camal əmisi və onun savadlı, diqqətçil həyat yoldaşı, Mariya İvanovna Ayşət xanımdan fərqli olaraq heç vaxt Müslümün pis uşaqlarla əlaqədə olmasına imkan verməzdilər. Ümumiyyətlə, bu, qayğıkeş və tələbkar insanlar çoxsaylı fikirlərində bir dəfə də olsun Müslümün pis uşaqlara qoşulduğunu dillərinə gətirməmişdilər. O ki, qaldı kiçik Müslümün əzab-əziyyət içində böyüməsinə, bu, fikir tamamilə və kökündən yanlışdı. Həmin dövrdə, yüksək vəzifədə çalışan Cəmaləddin Maqomayev, uşağa ən yaxın və doğma olan Baydagül xanım və istiqanlı Mariya İvanovna buna yol verə bilməzdilər. Çox illər keçdikdən sonra Müslümün nənəsi Baydagül xanımı xatırlaması, qiyabi və gec də olsa ondan üzr istəməsi, Mura xalanı (Maria İvanovnanı: — C.P.) xoş təəssüratlarla yad etməsi Müslümün isti və doğma əllərdə olmasından, o cümlədən böyük diqqət və qayğı ilə əhatə olunmasından xəbər verən fakt kimi qəbul olunmalıdı;

3.Ayşət xanım kiçik Müslümü ata ailəsindən ayıranda onun cəmi üç yaşı var idi. Üç yaşında uşaq heç vaxt küçədə tənha qala, pis vərdişlərlə məşğul ola və dələduzlara qoşula bilməzdi. Cəfəngiyyat… Mənasız bir fikir… Elə deyilmi? Axı üç yaşında uşaq pisin və ya yaxşının nə olduğunu tam mənada anlamadığı bir halda necə bu cür işlərə qurşana bilərdi? Sadəcə olaraq bunların hamısı bəhanədən başqa ayrı cür başa düşülməməlidi;

“Bağışla məni nənə. İndi mən başa düşürəm ki, uşaqlıq illəri hara gedir, həmçinin, anlayıram ki, biz uşaqlıqda kimi sevmirik, kim ki, bizə diqqətini, qayğısını və xoş sözlərini əsirgəmir, biz onlara ərköyün münasibət göstəririk, o isə həmişəlik və birdəfəlik səma və dəniz kimi hara isə axıb gedir…”, — deyərək, — Müslüm xatırlayırdı.

4.Hormətli oxucular! Bu, monoqrafiyanı mütaliə edərkən Müslümün dostları haqqında daha dürüst və daha ətraflı informasiya alacaqsınız və bir daha əmin olacaqsınız ki, Bakının bu gözəl məhəlləsində, Müslümlə birlikdə böyüyən uşaqların hamısı zaman keçdikcə ali təhsil almış, istedadlı, qabiliyyətli, tərbiyəli insanlar olaraq cəmiyyətə inteqrasiya olmuş, həyatda layiqli mövqe tutmuş, birsözlə, özlərini təsdiqləmişdilər.

Müslümün uşaqlıq dövrü, əsasən də, anası Ayşət xanımın yanında yaşadığı dövr bir o qədər yaxşı, keşməkeşli, ürəkaçan olmamışdı. Müslüm atasını xatırlamırdı və xatırlaya da bilməzdi, çünki onun atası Müslümün üç yaşı tamam olmayanda alman faşistləri ilə Berlin ətrafında gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Muslum atasını lap körpə olanda görmüşdü. Bu, isə ona atası haqqında nə isə bir fikir deməyə imkan verə bilməzdi.

Məhəmmədin ölümündən dərhal sonra Ayşət xanımın təhsil dalınca getməsini, doğma, körpə balasını qayğısız qoymasını və ikinci dəfə ailə həyatı qurmasını yüksələn xətt üzrə araşdırası olsam hamıya yaxşı məlum olan bir təmayülün “şəxsi marağın” şahidi olaram. Baxmayaraq ki, Müslüm anasını ikinci dəfə ailə həyatı qurmaqda günahlandır mırdı. Ancaq Ayşət xanım bu cür qınağa, bəlkə də, bundan artığına çox layiq idi. Əlbəttə, bu, mənim subyektiv fikirim kimi başa düşülməlidi…

Həmin vaxt balaca Müslüm əmisi Camalın və nənəsi Baydagül xanımın himayəsi al tında xoşbəxt yaşayırdı, özü də çox xoşbəxt yaşayırdı. Sual oluna bilər ki, valideyin qay ğısı və diqqəti olmadan xoşbəxt yaşamaq olarmı? Əlbəttə, bu, suala birmənalı cavab vermək çox çətindi. Amma mövcud vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, diqqətsiz, kimsəsiz, tənha, ehtiyac içində yaşamaqla müqayisədə, bu cür həyat xoşbəxt bil hesab ol. Təmiz və səliqəli geyinmək, vaxtlı-vaxtında qidalanmaq, isti və bəyaz yorğan-döşəkdə yatmaq, məktəbli ləvzimatları və kitablarla təmin olunmaq, ən yaxşı şə hər məktəblərindən birində təhsil almaq və s. söylədiyim fikirlərin təsdiqi və bariz nümunəsi kimi qəbul oluna bilər.

Müslümün böyüməsi, təlim-tərbiyəsi və əxlaqı ilə konkret olaraq əmisi Cəmaləddin və həyat yoldaşı Mariya İvanovna məşğul olurdular. Onların diqqəti, ayıq-sayıq iti nəzarəti altında kiçik Müslüm yaxşı əxlaq görmüş, tərbiyə və savad almışdı. Burda heç bir vacib amil nəzər diqqətdən kənarda qalmamalıdı. Bu, Müslümün Azərbaycanda, daha doğrusu, Bakıda böyüməsi idi. Sözsüz ki, Ayşət xanımın yaşadığı Çimkənd, Vışniy Volo çok, Barnaul kimi əyalət şəhərləri siyasi və mədəni mərkəz hesab olunan paytaxt Bakı ilə müqayisədə rəqabətə girə bilməzdi.

Müslüm deyirdi: “Nizam-intizam bizim ailədə çox ciddi şəkildə qorunub saxlanırdı. Əmim özünə inanan kommunistlərdən idi. Onu ələ almaq, aldatmaq mümkün deyildi. Həmin zaman məni tərbiyə edən şəxs yüksək dövlət vəzifəsi tuturdu… Kifayət qədər oyuncaqlarım var idi. Təhsil almağım və musiqi ilə məşğul olmağım üçün münbit şərait yaradılmışdı. Yaxşı yadımdadı, nə vaxt ki, Mariya xaladan yalvararaq pul istəyirdimsə o, etiraz edirdi və deyirdi:

Böyüyüb özün pul qazanarsan, onda başa düşərsən ki, pulu necə qazanırlar.”

Bu cür, etirafların qarşısında Ayşət xanımın söylədiklərinə inanmaq gülünc, bəlkə də, “Məlikməmməd” nağılı qədər müəmmalı və möcüzəli g örünə. Sadəcə olaraq be lə məntiqsiz fikirlərin arxasında Ayşət xanımın diqqəti özündən kənarlaşdırmaq, özünü doğrultmaq, səhvlərini ört-basdır etmək, bir sözlə, əməllərini gizlətmək və s. niyyətlər dayanırdı.

Müslümün anasından küsməsi və inciməsinin, həmçinin, uzun müddət onunla əlaqə, ünsiyyət qurmamasının bünövrəsində, məhz Ayşət xanımın soyuq, laqeyid, məsuliyyətsiz hərəkətləri və doğma övladına qarşı qayğısız münasibətdə olması dayanırdi. Bu, de facto belə idi.

Həmin dövrdə, Müslümün həmyaşıdları uşaqlar üçün qalaydan hazırlanan balaca maşın və oyuncaqlarla oynayırdılar, Müslüm isə babasından miras qalan püpitrin üzərinə notları qoyub əlinə qələm alaraq təsəvvüründə canlandırdığı orkestrə dirijorluq edirdi. O, əvvəlcə skripkada ifa etməyə cəhd gostərmişdi. Müslüm də, başqa uşaqlar kimi hər şeyi öyrənməyi çox sevirdi, hər şeyə maraq və diqqət yetirirdi: mexaniki oyuncaqların necə düzəlməsi, onların iş prinsipi, ümumiyyətlə, bütün bunları öyrənmək üçün onları sökür, yığır, hərdən də sındırırdı. Bu, “texniki yaradıcılıq” Müslümü bütün həyatı boyu tərk etməmiş, hətta, yetkin yaşlarında onu məşğul etmişdi. Müğənni hər zaman kefini açmath və başını qatmama, birsözlə, məşğul olmath məqsədilə müasir elektron “oyuncaqlarla” məşğlus vene printinə həminll Hətta, son illər doğmaları, yaxınları, əzizləri onun kompüterdə oynadığını görəndə deyirdilər:

“Lap, uşaq kimidir!”

Müslüm isə bu sözlərdən qətiyyən inciməzdi və əksinə, əminliklə deyərdi:

“Əgər insanda uşaqlıq əlamətləri itirsə, sadəlövcəsinə demək olar ki, qocalıq vaxtı artıq yetişibdi.”

Uşaqlıq illərində, Müslüm mövcud təlabat və marağıni babasından yadigar qalan skripka ilə tamamlayırdı. O, skripkanı gah sökür, gah açıb içinə baxır, orda nə olduğu ilə maraqlanırdı. Sonda, bu, skripkanın sınması və yenidən kleylənməsi ilə nəticələnirdi. Həmin skripka sonralar musiqi aləti bərpa edən ustalar tərəfindən yenidən təmir olunaraq düzəldilmiş və hal hazırda Bakı müzeylərinin birində əntiq əşya kimi qorunubırakılıl.

Bəstəkar-dirijor babasının həyat yolunu davam etdirən Müslümün ilk macəraları evlərindəki böyük royaldan başlamışdı. Royalın böyük, Müslümün isə balaca olması onlara “dostluq” etməsi üçün heç bir problem yaratmamışdı, əksinə, hər şey bir-birini daha yaxşı tamamlayırdı. Beləki, artıq üç yaşı olarkən Müslüm melodiyaları seçmək, yığmaq və götürmək qabiliyyətinə malik idi. Onun ilk bəstəsi beş yaşına təsadüf etmişdi və o, bunu bütün həyatı boyu yaddan çığartmamışdı. Çox sonralar Müslümün yaratdığı həmin bəstəyə şair Anatoli Qoroxov şeir yazır. Nəticədə, “Bülbülün saatı” adlı yeni mahnı ərsəyə gəlir…

Xatirələrində nənəsi Baydagül xanımla bağlı olan maraqlı məqamları gündəmə gətirən və eyni zamanda özünün son dərəcə dəcəl, böyük sözünə baxmayan və nadinc uşaq olduğunu etiraf edən müğənni həmin anları xoş təəssuratlarla yaddaşının süzgəcindən keçirirdi və peşiman olduğunu təəssüf hissi ilə qeyd edirdi. O, xatirələr kitabında yazırdı: “Baydagül (yaz çiçəyi deməkdi: — M.M.) nənəmi çox sevirdim, ancaq çox eşitmirdim. Tez-tez istər və ya istəməz, hər şeydən öngə, uşaq arsızlığı, ağılsızlığı baxımından xətrinə dəyirdim, incidim və çalırdım. O, mənə nə isə, sözsüz ki, əhəmiyyətli bir şey deyirdi, amma mən artıq orda yox, küçədə olurdum, harda ki, məni eyni cür dəcəl, şuluqə nadinc uşaqylar girözl. Nə qədər nənəm məni çox istəyirdisə, mən bir o qədər onu incidirdim və xətrinə dəyirdim. İndi nənəmin hansı dərəcədə səbrli olması haqqında düşünürəm və onu gec də olsa başa düşürəm…”

Onun uşaqlıq dövründə dəcəl, nadinc, şuluq olması və eyni xasiyyətli məhəllə uşaqları ilə oynaması heç də pis qarşılanmamalıdı. Bu, həmin yaşda olan oğlan uşaqları üçün normal hesab oluna bilər.

O, kifayət qədər nənə nəvazişi və qayğısından bəhrələnsə də, baba sevincini yaşaya bilməmişdi. Çünki onun babası, böyük musiqiçi balaca Müslüm anadan olmazdan beş il əvvəl dünyasını dəyişmişdi.

Müslümü həyatı boyu bir sual daim izləyib və düşündürüb, daha doğrusu, maraqlandırıb. O, bilmək istəyirdi ki, babası Əbdül-Müslüm həyatda necə adam olubdu? Əlbəttə, o doğma və yaxınlarının sözlərindən babası haqqında kifayət qədər informasiya ala bilmişdi. Lakin bütövlükdə bunlar onu qane etmirdi, beləki o, babası haqqında daha çox, daha mükəmməl, daha müfəssəl bilmək istəyirdi. Ona bəlli idi ki, babası çox əliaçıq, səxavətli, hamıya kömək edən bir insan olubdu. Müğənni xatirələr kitabında bəstəkar Üzeyir Hacıbəylinin Əbdül — Müslümə Peterburqdan ünvanlandığı bir təşəkkür məktubunu misal gətirərək onun bir hissərəɱn oxutular.

O, (Üzeyir Hacıbəyli: — C.P.) yazırdı:“…mənim imkanım var ki, işlərimlə rahat məşğul olum, bunun nəticəsi idi ki, mən Konservatoriyaya daxil oldum; bütün bunlar üçün səmimi kömək etmək istəyinə görə sənə (Əbdül — Müslümə: — C.P.) borcluyam; bu arzumu yerinə yetirmək üçün sən rahatlığını və sağlamlığını qurban verdin. Görəsən mənim imkanım olacaqmı bütün bunlar üçün sənə təşəkkür edim?”

Əbdül-Müslüm Maqomayevin Üzeyir Hacıbəylinin Peterburq Konservatoriyasında təhsil almasına etdiyi maddi köməklik haqqında oxucu auditoriyasında məlumatın olub və ya olmaması haqqında heç nə deyə bilmərəm, ancaq tam əminliklə söyləmək olar ki, respublikanın ədəbi-mədəni ictimaiyyəti, ziyalı musiqi elitası, sözsüz ki, bu barədə kifayət qədər informasiyaya malikdi. Əbdül-Müslümün ünvanına Üzeyir Hacıbəyli tərəfin-dən 1914-cü ildə Peterburq şəhərindən göndərilən məktub Maqomayevlərin şəxsi arxivlərində bu günə qədər qorunub saxlanılır.

Balaca Müslüm həmişə babası ilə fəxr etmişdi. Onun haqqında xatirələr danışmaq, sanki ona xüsusi ləzzət verirdi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda görürürürəm ki, nəvll məhz, babasına oxamaaa, onun kimi olmağa bütün həytük voyuuuuuu, boyath burden Buunu Buunu Boya Buunu Boyan bun underst stick O, yazırdı: “Babam, həm dostluq, həm də istədiyi vaxt səmimi jest etməyi bacarırdı. Hər halda bizdə az adam tapılar ki Babam biləndə ki, Üzeyir Hacıbəyli bu işlə məşğuldu, onda o, başladığı partituranı cırır və deyir: Üzeyir yaxşı yazar.

O, həm də dostu Üzeyirdən fərqli olaraq şən həyat tərzi keçirməyi xoşlayırdı və özünə yaxşı kef çəkməyə imkan verirdi. Nə vaxt ki, “keflə yaşamaq istəyən” günahkar Zülfüqar Hacıbəyli o zaman ki, “taksi fayton”la babamın arxasınca gələrdi, onlar həmən öz qayğılı sifətləri ilə nənəmə deyirdilər: teatrda, operada musiqi ilə bağlı problemli iş var. Ancaq fayton onların arxasınca əl yelləyən Baydagül xanımın müşahidə dairəsindən kənara çıxan kimi istiqamətini dəyişərdi”.

Bəzi çeçen jurnalistlər Əbdül-Müslüm Maqomayevin ölümü ilə bağlı qaranlıq və məntiqsiz, zidiyyətli fikirlər söyləmişdilər. Guya böyük Azərbaycan bəstəkarı represiya qurbanı olmuşdu. O, həbs edildikdən sonra Nalçikə gətirilmiş və həbsxanada məlum olmayan şəraitdə həyatla vidalaşmışdı. Sonradan onun nəşi Bakıya gətirilərək burda, Fəxri Xiyabanda dəfn olunmuşdu. Sözün açığı, bu, o qədər inandırıcı görünmür, əksinə, bu cür fikirlər insanda ironiya yaradır, sarkazm doğurur.

Birincisi, tarixə istinad edərək əminliklə söyləmək olar ki, represiya qurbanlarını başqa yerə aparmağa və hardasa dəfn etməyə icazə vermirdilər. Biz bunu misal olaraq mərhum şair-dramaturq Hüseyn Cavidin timsalında gostərə bilərik. Bizim nəsilin nüma-yəndələrinin yaxşı yadındadı ki, uzun illər keçəndən sonra Hüseyn Cavidin nəşi Ulu Öndər Heydər Əliyevin böyük əməyi, bacarığı sayəsində Sibirdən Azərbaycana gətirilmiş və doğulduğu Naxçıvan şəhərində el adət-ənənəsi ilə dəfn olunmuşdu;

İkincisi, əgər Əbdül-Müslüm Maqomayev represiya qurbanı olsaydı SSRİ rəhbərliyi heç vaxt icazə verməzdi ki, onun nəşini paytaxt Bakıda, özü də, Fəxri Xiyabanda dinlər ets Çünki bu sovet məfkurəsinə tamamilə uyğun gəlməyən və ziddıyyət təşkil edən bir prosesdi;

Üçüncüsü, bəstəkarın böyük oğlu Cəmaləddin əvvəlcə sənaye naziri, sonra Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini və daha sonra SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSRİ-nin Moskvada daimi nümayəndəsi vəzifələrində çalışmasına icazə və imkan verilməzdi;

Dördüncüsü, ən əsası, Maqomayevin oğlanları: Cəmaləddin və Məhəmməd Sovet İttifaqı Kommunist Partiyasının üzvüləri idilər. Həmin dövrün insanları yaxşı xatırlayır ki, nəinki atası, hətta, uzaq qohumları represiyaya məruz qalanların, həmçinin, həbsxanada olanların yaxın və doğmalarını partiya sıralarına qəbul etmirdilər və yüksək dövlət vəzifəsinə təyin etmirdilər, çünki bu sovet ideologiyasının tələbi idi.

Gətirdiyim arqument və faktlara əsaslanaraq tam əminliklə deyə bilərəm ki, bəzi çe-çen jurnalistlərinin söylədikləri fikirlər uydurma, yalan və cəfəngiyyatdan başqay biil. Çeçenistan jurnalistləri, bu cür uydurmaları mətbuat səhifələrində yaymaqla nəvə Müslüm Maqomayevə psixoloji və mənəvi təsir göstərib müğənnini özləri tərəfə çəkmək, Çeçenistana aparmaq istəyirdilər. Bu, barədə xatirələr kitabında Müslümün yazdığı məlumatlar fikirlərimlə eynilik təşkil edir və üst-üstə düşür.

Müslüm yazırdı: “Babamın xəstələnməsi və vəfatı ilə bağlı nənəmin danışığını eşidən Camal əmim gülərdi və söz verərdi ki, nə vaxt təqaüdə çıxsa memuar yazmağa başlayacaq. Ancaq çox təəssüflər olsun ki, ölüm Cəmaləddin Maqomayevə bu istəyini reallaşdırmağa imkan vermədi”.

Yeddi yaşlı Müslümü 1949-cu ildə Bakı Konservatoriyasının nəzdində fəaliyyət gostərən onillik-musiqi məktəbinə qoyurlar. Bu, məktəbə daxil olmaq üçün bir meyar mövcud idi: təbii istedad. Həmin məktəb və orda dərs deyən çox gözəl, istedadlı pedaqoq-müəllim heyəti ilə bağlı Müslümün yaddaşında-coğrafiya fənnindən və ingilis dilindən dərs deyən Arkadi Lvoviç və musiqi savadı verən Aron İzrailoviç daha çox qalmışdı.

Müslümün nadir səsi haqqında ilk dəfə onun səkkiz yaşı tamam olanda xəbər tutublar. Həmin vaxt gələcəyin ulduzu xor ilə birlikdə çox səylə, ciddi cəhdlə “Yat mənim sevincim, yuxuya get” mahnısını ifa edirmiş. Bu, zaman müəllimə bütün uşaqlara susmaq işarəsi verir. Özünü eşitməyən, nadir, təmiz və güclü uşaq səsi ilə Müslüm oxumağına davam edir. Həmin zaman o, təsəvvürünə, belə, gətirə bilməzdi ki, bu onun birinci solosu ağıla gəlməyən, mümkün olmayan yüksəlişə doğru aparan yolun, pillənin başlanığıcı idi. Müslüm böyük inamla vurğulayırdı ki, “bu nadir və məlahətli səs ona anasından, musiqi istedadı, musiqi qabiliyyəti isə maqomayevlərdən gəlibdi”. Müğənninin yüksək zirvəyə çatmasında, sözsüz ki, böyüdüyü ailənin, musiqi məktəbinin, konservatoriyanın, təcrübə keçdiyi opera səhnəsinin, ən əsası isə, Bakı mühitinin özünəməxsus ənənəsi mühüm rol oynamışdı.

Müslümün təqribən doqquz yaşı olanda anası onu Vışniy Voloçoka, teatrda işlədiyi şəhərə aparır. Müslüm əvvəlcə onun nəzər diqqətini cəlb edən səliqəli bu rus şəhərciyini və onun sadəlövh insanlarını sevir, onlara bağlanır. Bu oğlan ilk dəfə burda, həqiqi rus qəlbinin nə oldugunu anlayır. Balaca Müslüm ilk məşğuliyyətini musiqi məktəbinin pedaqoq u V.M.Şulqina ilə davam etdirir. Bu qadın son dərəcə gözəl, ağıllı, səbrli, istedadlı bir müəllimə olaraq Müslümə xüsusi diqqət yetirir. Müəllimə məktəbdən başqa, həm də şəhər dram teatrında musiqi tərtibatçısı kimi fəaliyyət göstərir, həm də teatr üçün musiqi seçir, onları işləyib hazırlamaqla məşğul olur, tədris müəssisələrindən birində xor dərnəyinə rəhbərlik edirdi. Müslümün xatirələrinə əsaslanaraq demək olar ki, bir dəfə Valentina Mixaylovna Şulqina AS Puşkinin “Anjelo” tamaşasına musiqi tərtibatı hazırlayanda doqquz yaşlı Müslümü orkestr üçün düzəldilmiş xüsusi çalada, royalın yanında otuzdurur. Müslüm, sanki bu xoşbəxtlikdən donub qalır-teatrı, onun şirin tozlu ətrini, pərdə arxası səsli və sakit anlarını, uzun sürən məşqlərini həmişvirəlik yadr saxlayı…

Müslümdə teatra olan maraq tezliklə üzə çıxır və bu oğlan uşaqlara kukla tamaşası hazırlamaq ideyasını verir. Həmin vaxt artıq o, kağızdan və palçıqdan müəyən fiqurlar hazırlamağı bacarırdı. Onun bu, istedadı çoxda böyük olmayan “Petruşka” tamaşası üçün kukla hazırlamaqda çətinlik yaratmır. Uşaqlar poct qutuları əldə edirlər və onlardan səhnə düzəldərək tamaşaya mövzu yazır və ipə bağlanmış marionetkalar ilə on dəqiqəlik qısa səhnəcik oynay. Balacalar istəyirlər ki, onlarda hər şey əsl teatrda olduğu kimi alınsın. Bu, məqsədlə onlar bilet üçün “pul” alırlar, əlbəttə ki, rəngli “konfet” kağzlarından..

Vışniy Voloçokda Müslüm təxminən bir ilə yaxın yaşayır və anası Ayşət xanımın qərarı ilə yenidən musiqi təhsilini davam etdirmək üçün Bakıya qaytarıl. Çox keçmir ki, Ayşət Əhməd qızı ikinci dəfə ərə gedir, yeni ailə yaranır. Ayşət xanım şəxsi maraqlarını övladının həyatından üstün hesab etdiyi üçün Müslümü Bakıya gondərir. Ayşət xanımın yeni nigahdan Yura və Tanya adlı iki övladı dünyaya gəlir. Bununla da, Müslümün həyatda ana bir qardaşı və bacısı olur.

Həyat yoldaşını müharibədə itirən Ayşət xanım teatr karyerasını və şəxsi həyatını davam etdirmək məqsədilə oğlu Müslümü əmisi Cəmaləddinin və nənəsi Baydagül xanımın ixtiyarına verir. Əmisi balaca Müslümü musiqi təhsili almaq üçün xüsusi məktəbə qoyur. O, Bakı Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində fortepiano sinifində təhsil almağa başlayır. Uşaqda olan istedadı görən Bakı Konservatoriyasının professoru, violonçelist V.T.Anşeloviç onunla xüsusən maraqlanır və Müslümə ayrıca dərs verməyə başlayır. Beləki, məktəbdə vokal sinifi yox idi.

Müslüm 1956-cı ildə, Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olur. O, burda sayılıb seçilən musiqi müəllimləri: Aleksandr Akimoviç Milovanov və onun çoxillik konsertmeyestri Tamara İsidorovna Kretinqtdən dörd il fasiləsiz dərs alır.

Müğənninin həyatında ən vacib mərhələ “Gənc Karuzo” filminə baxmasından sonra başlayır. Həmin filmdə, böyük neapollunu dövrünün görkəmli müğənnisi Mario del Monako səsləndirir. Əmisi Cəmaləddinin bağ evində Müslüm hər gün ən yaxşı trofey, köhnə və yeni, hələ ekranlara çıxmayan filmlərə baxa bilirdi. O, burda Lolita Torresin iştirakı ilə çəkilən “Sevimli ariya”, “Təlxək və yaxud hoqqabaz”, “Tarzan” filimlərini görür. Onun uşaqlıq illəri, həm xoş, həm də maraqlı, məzmunlu və mənalı keçir. Musiqi məktəbində təhsil almaqla yanaşı, həmçinin, Müslüm mahnı oxumağa böyük maraq və həvəs gostərir. Bu sətirlərdən bir daha aydın olur ki

Mütəmadi olaraq babasından yadigar qalan — Karuzo, Titto Ruffo, Batistini və başqalarının plastinka-vallarına qulaq asan gənc oğlanda müğənniliyə arzular yavaş-yavaş pərvazlanmağa başlayır. Vokal əsərlərin səs yazısına diqqətlə qulaq asan Müslüm eyni zamanda bas, bariton, tenor partiyalarını analiz etməkdən çəkinmir və buna böyük istəklə yanaşır. O, klavir götürərək əsərlərin hamısını ardıcıl oxuyur, sonra onları məşhur müğənnilərin oxuduqları mahnılar ilə müqayisə edir və özünirən necə oxumasımndı qiyur. Artıq on dörd yaşında onun səsində ayılma, dirçəliş əmələ gəlir, amma Müslüm kənar adamların və ailə üzvülərinin yanında oxumağa cürətə etmir, belə demənk mü, mün Hətta o, öz müəllimlərindən bunu gizlətməyə çalışır. İstedadlı gənc yalnız sinif yoldaşlarından çəkinmir. Təzə-təzə məlahətləşən səsi ilə o, həmyaşıdlarına uşaq multiplikasiya filmi olan “ Buratino”nun məşhur personajlarını, həmçinin, Qulliver filmindən “Mənim cırtdanım” mahnısını böyük həvəs və məharətlə məzəli formada oxuyur, onları əyləndirir.

Həmin zaman heç kim, hətta, ən nikbin adamlar, belə, təsəvvürlərinə gətirə bilməzdilər ki, bu cür nadir istedada malik olmaq Müslümə gələcək həyatında yararlı olacaq və o, hamının sevimli “Bremen musiqiçilərinin izi ilə” multiplikasiya filmindəki Xəfiyyə, Trubadur və Qaraçı obrazlarını parlaq səsləndirəcəkdi. Məktəbdə keçirilən konsertdə Müslüm bəstəkar Qara Qarayevin “Xəzər neftçilərinin mahnısı”nı oxuyur. İyirmi ildən sonra o, yenidən bu, mahnıya müraciət edir və onu oxuyur. Ancaq bu dəfə dövlət tədbiri üçün planlaşdırılan konsertdə, peşəkar musiqiçi kimi. Həmin zaman Müslüm bu mahnını güclü, şiddətli, qulaq batırıcı bariton səslə oxuyur. Bu, gənc Müslümün Bakı Konservatoriyasının böyük səhnəsində ilk çıxışı, həm də gələcəyə yüksəlmək üçün ilk istinad nöqtəsi olur.

Maqomayevlər ailəsinin yaşadığı böyük evin eyni mərtəbəsində, dövrünün görkəmli və məşhur müğənnisi Bülbül yaşayırdı. Həmin zaman Bakıda, bu binanı “artislər evi” adlandırırdılar. Yaşlı nəsilin nümayəndələrinə yaxşı bəllidi ki, həmin mənzillər qarışıq tipli olurdu. Müslüm dəfələrlə bu əfsanəvi ifaçının səsini, necə oxyumağını və şirin avazını divarın o biri tərəfindən eşitmişdi. Bülbülün oğlu Poladla Müslüm eyni həyətdə oynayır, uşaqlıq illərini bir yerdə keçirir, mənzildə olarkən divarı tıqqıllatmaqla bir-birinə lazım olan mesajları gilöndə. Bu, iki yeniyetmə həyətin “ali hakimiyyət” nümayəndələri Tom Soyer və Qek Finni kimi daima rəqabət aparır və onlardan hansının “Tarzan” kimi daha cəld və diribaş olduğuna aydınlıq gətirirməyə çalışırdılar. Uşaq vaxtı Müslüm-ün astronomiya elminə böyük həvəs və maraq gostərməsini xüsusilə qeyd etmək istərdim. Müslüm və Polad göy cisimlərini müşahidə etmək, ayda olan ləkəyə baxmaq üçün birlikdə müşahidə borusu düzəltmişdilər. Həmin borunu yaşadıqları binanın damında quraşdıran uşaqlar mütəmadi olaraq goy cisimlərini müşahidə edirdilər. Polad Müslümdən yaşca balaca olduğundan onlar ayrı-ayrı siniflərdə təhsil alırdılar. Ancaq buna baxma-yaraq məktəbin divar qəzetini bir yerdə tərtib edirdilər: artıq həmin zaman kəsiyində Müslüm özündə şəkil çəkməyə meylin və bacarığın olduğunu hiss.

Oxuduğum müsahibə və xatirələrdən aydın olur ki, Müslüm uşaqlarla birlikdə məxfi meloman cəmiyyəti yaratmağa müyəssər olur. İstək və arzularını həyata keçirmək istəyən yeniyetmələr babelin (Müslümün dostu: — C.P.) mənzilində yığışır, fikir mübadiləsi aparırdılar. Babel və dostu Kozlovski “Böyük teatr”ın ehtiraslı pərəstişkarları olmaqla bərabər, həm də vokal və caz musiqisinə qulaq asmağı çox xoşlayırdılar. Getdik-cə püxtələşən gənclər lent və val yazılarına qulaq asmaqdan tədricən təcrübəyə keçməyə üstünlük verir və bunu reallığa çevivirdilər. Bu zaman, Müslümdə musiqi ilə bağlı yeni ideya, yeni meyl meydana gəlir. Məlum olduğu kimi o, klassik, caz, neopolitan, estrada misiqilərini çox sevirdi. Gənclər klarnet ifaçısı İqor Aktyamovun yanında çox da böyük olmayan caz-band təşkil edirlər. Müslüm simli alətlərdə ifa edənlərdən dərnək yaradır və Fiqaronun kavatinasını iki skripkaya, o cümlədən arfa, violençeli və royala çevirərək yeni forma işləlayı hazı. Bir müddət keçdikdən sonra müəllimləri Müslümün musiqi bəstələmək qabiliyyə tini də, aşkarlayır, onu uşaq yaradıcılıq sinifinə keçirirlər. Burda o, A.S.Puşkinin əsərlərinə pyes və romnslar yazmağa başlayır.

Artıq gənc oğlan, nəinki tanışları, sinif yoldaşları və məktəb kollektivinin yanında, hətta, ondan kənarda da tanınmağa başlayır. Onda olan fitri istedad yavaş-yavaş sərhədini, miqyasını genişləndirir. Yeniyetmə oğlanın yaxşı, səlist oxumağını görən pe-daqoqlar musiqi ədəbiyyatı dərsində Müslümdən vokal illüstratoru kimi bəhrələnir, ona ariya və romanslar oxudurdular.

Nəhayət ki, qayğısız gənclik illəri sona çatır. Müslüm sevgi, məhəbbət “xəstəliyinə” tutulur. Hər bir gənc oğlan kimi onun da arzuları pərvazlanmaq mərhələsinə qədəm qoyur, bir mahnıda deyildiyi kimi: “bir qız çıxdı qarşıma, qaşları, sanki, aypara, hilal idi…” Məhəbbətin gücü getdikcə özünü büruzə verir və Müslüm özü ilə musiqi məktəbində oxuyan pianoçu Ofelya adlı gözəl azərbaycanlı qızı ilə evlənir. Bir ildən sonra bu nigah-dan Marina adlı qızları doğulur. Ancaq təəssüflər olsun ki, gənc ailə uzun ömürlü olmur və tezliklə dağılır. Hal hazırda Marina Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ailəsi ilə birlikdə yaşayır. Sağlığında Müslümə ən yaxın və ən doğma Marina və onun oğlu Müslüm-Allen idi.

Əldə etdiyim informasiyaya əsaslanaraq deyə bilərəm ki, bir vaxtlar Marinanın akademik-kimyaçı babası onu dilə tuturmuş ki, gənc qız geodeziya və kartoqrafiya üzrə təhsil alsın. Ancaq o, bir şeyi yaddan çıxarırdı: axı Marina məktəbi pianoçu kimi bitirmişdi. Sonrası da o, böyük bəstəkar-dirijor Əbdül-Müslüm Maqomayevin nəticəsi və dahi musiqiçi Müslüm Maqomayevin qızı idi. Marina heç kimin gözləmədiyi, tamamilə başqa bir həyat yolu seçir. O, nə geodeziya-kartoqrafiya üzrə mütəxəssis, nə də ki, parlaq musiqiçi, pianoçu olur. Marina həyatın tələbi ilə yeni, özünəməxsus bir yolla gedir.

Ömrünün sonuna qədər Müslüm qızı Marina və nəvəsi Müslüm-Allen ilə gözəl və doğma münasibətdə olmuşdu. O, qızını hər zaman dəstəkləyirdi. Burda, Marinanın fortepiano sinifini qurtarmasını xüsusi ilə qeyd etmək lazımdı. Çünki bu, gendən gələn müsbət impulusların birbaşa təsiri nəticəsində baş vermişdi. Xatirələr kitabında Müslüm cavanlıq anlarını, o cümlədən ilk cevgilisi Ofelya xanımı xoş xatırələrlə yada salaraq yazırdı: “Onun çox qəşəng, ecazkar, həzin — Ofeliya var idi! Biz musiqi məktəbində bir yerdə oxuyurduq. Ofeliyanın çox güclü lirik-koloratur soprano səsi var idi. Biz görüşməyə başladıq. Əmim və nənəm mənim həvəsimi, meylimi və xasiyyətimi bildikləri üçün nə isə xoşagəlməz bir əngəl hiss etdilər. Ancaq əmim Camal özünün təbii, ədəb və nəzakətinə rəğmən mənimlə kişi danışığı aparmağa başlamadı. Mən vaxtın yetişmədiyini düşünüb əmimə məsələni açmağı lazım bilmədim. Günlərin birində mənim pasportum yoxa çıxdı. Görünür bu işdə nənəmin əli var idi: o, zamanında təhlükəli anı hiss etmişdi. Biz, Ofelya ilə həmin vaxt evlənmək qərarına gəlmişdik…”.

Belə çıxır ki, Baydagül xanımın və Cəmaləddinin narahat olmağına həqiqətən əsas var imiş. O da, bəlli olur ki, əmi və nənə möcüzəli sevimlilərini həqiqətən yaxşı tanıyırdılar və bu nöqteyi-nəzərdən onunla ehmalca davranmağa üstünlük verirdiluk ver. Əks təqdirdə proses öz məcrasından çıxa bilərdi. Heç kimə məlumat verməyən Müslüm və Ofelya xəlvəti nigaha girirlər. Sonra nəyin baş verə biləcəyi cavanları bir o qədər də maraqlandırmır.

Müslüm yazırdı: “Biz, Ofeliya ilə heç kimə, heç nə demədən nigah bağladıq. Mən ailəmi faktla üzbə-üz qoydum. Doğmalarım tərəfindən reaksiya təmkinli oldu, sözün açığı, daha pis vəziyyət gozləyirdim. Nənəmin kefi pozulmuşdu, o çox dilxor idi. Lakin qəm-kədərə qərq olan əmim bu zaman dodağının altında sakitcə deyinərək dedi:

— Müstəqil olmaq istəyirsən? Yaxşı, gəl sınaqdan keçir, sən artıq böyümüsən. Ancaq yadda saxla, ağlayası olsan, başa düşməyəcəyik.”

Kifayət qədər həyat təcrübəsinə malik olan Cəmaləddin hər şeyi yaxşı anladığı üçün Müslümlə aralarında olan pərdəni açmağa tələsmir və düşündüyünü Müslümə konkret, həm də aydın şəkildə çatdırır. Cəmaləddin çox yaxşı bilirdi ki, yaşamaq üçün yalnız bioloji istəyin olması hələ hər şey demək deyil. Yaşamaq üçün ev, ailəni saxlamaq üçün isə gəlir yeri, daimi iş mütləq idi. Digər bir tərəfdən isə, Cəmaləddin valideyinsiz böyüyən yeganə qardaşı oğlunun qəlbini sındırmaq istəmirdi.

Müslüm xatirələrində yazırdı: “Mən, Ofeliyagilin ailəsində yaşamalı oldum. Onun atası ziyalı, kimyaçı-alim, oxumuş adam idi. Elmlər Akademiyasında işləyirdi. O, nəzakətli, ədəbli, təvazökar, sakit, qayınanam isə… Qayınana elə qayınanadı da… Sanki, hər şey yelləncək kimi alınırdı, qanununauyğun şəkildə… Biz ailə münasibətlərinin aydınlaşdırılmasına çox tez başladıq. Mənə bizim balaca ailəni təmin etmək üçün qazanc yeri lazım gəlirdi. Buna görə təcili işə düzəlməli oldum.”

Ailə qurduqdan qısa müddət sonra Müslüm Ofelyanın valideyinləri ilə anlaşılmazlıq prosesi yaşayır. Başqa bir tərəfdən isə əmisi Camalın “yadda saxla, ağlayası olsan başa düşməyəcəyik” fikirini daima diqqət mərkəzində saxlamalı olur. Məhz bu, məsələlər onu rahat buraxmır. Odur ki, təcili iş tapmaq, pul qazanmaq lazım gəlir. Bu, məqsədlə Müslüm Bakı Havadan Müdafiə Qoşunlarının hərbi dairəsinin mahnı və rəqs ansamblına işə düzəlir. Onun sözlərinə görə bu ansamblın kollektivi, heç də SSRİ miqyasında həmin zaman tanınan və məşhur olan Aleksandrov adına hərbi ansamblın kollektivindən geri qalmırdı. Müslümün ilk çıxışı Bakıda, Bakı dənizçilərinin mədəniyyət evində baş tutur.

Heç kimə sirr deyil ki, hər bir musiqi kollektivinin gözü onun solistləri olur. Solistlər yaxşı səsə, geniş dipazona, aydın diksiyaya, zilə və bəmə, məlahətli avaza, geniş repertuara malik olanda ansambl yaxşı görünür. Bu, heç də o anlama gəlməməlidi ki, musiqi kollektivi ikinci planda dayanır.

Əsla yox…

O da çox vacib idi ki, musiqi kollektivi peşəkar çalğıçılardan ibarət olsun. Məsələn, brilyant qaşı qara dəmir parçasının üzərinə qoyanda, sözsüz ki, o istənilən gözəlliyi, effekti verməyəcək. Ancaq qızılın və ya platinin üzərinə qoyanda brilyant tamamilə bambaşqa effekt, gozəllik verəcəkdi. Bu, nöqteyi-nəzərdən çıxış etmiş olsam, deyə bilərəm ki, soloist musiqi kollektivinin “brilyant”ı, musiqi kollektivi isə bu “brilyant”ın “qızılı və ya platin”i olacaqdı. Muslum bu, kontekstdən çıxış edərək deyirdi:

“Əlbəttə, ansamblın bəzəyi onun solistləridi. İvan Sozonov ilə mən rəqib idik. Daha çox tamaşaçı alqışı qazanmaq uğrunda bir-birimizlə mübarizə aparırdıq. Sazonov əsl rus tenoru idi. O. Lemeşev, Kozlovski manerasında oxuyurdu. Hansısa Aleksandr Jbanovun ansamblında işləmişdi, çox gozəl tenor idi. O, italiyanlara çox qulaq asdığından italiyan sayağı oxuyurdu. Lakin onun həqiqi təbii istedadı, zehni qabiliyyəti ilə tərs mütənasiblik təşkil edirdi. Yumşaq demiş olsam, o kütbeyin idi: sadə ariyanı iki-üç aya, ancaq öyrənirdi… Bugün onun istehzalı, yalançı bəhanəsini qəbul etmədən ilahi səsini çox yaxşı xatırlayıram.”

Bu ansamblda Müslüm dostlar tapır, onlarla yaxından tanış olur və daima əlaqə saxlayır. Getdikcə möhkəmlənən dostluq ənənələri ailəli müğənninin gələcək həyatında müstəsna, daha doğrusu, mənfi rol oynayır.

“Ansamblda çox gözəl, eyni zamanda bir o qədər qəribə xüsusiyyətə malik olan Volodya Vasilyevlə dostluq etməyə başladım və indi də bu dostluğumu davam etdirirəm. O, fövqəladə musiqi melomanı olduğundan səhərdən axşama kimi musiqiyə qulaq asmağı xoşlayırdı. Ən çox, İtaliya müsiqisinə diqqət yetirirdi. O, italiya operasının pərəstişkarı idi. Bakı Havadan Müdafiə Qüvvələri ancamblından sonra Volodya bir müddət filarmoniyada işlədi, müxtəlif xor kollektivlərində oxudu. Hətta, bir dəfə Bakı operetta teatrına üz tutdu və özünü yaxşı artist kimi göstərdi…”, — deyərək, — Müslüm xatirələr kitabında yazırdı.

Müslümün söylədiklərinə istinad edərək maraqlı bir tendensiyanın, meylin şahidi oluram. Bəstəkar-müğənniyə yalnız qarşı tərəfi xarakterizə edən sənətkar kimi baxmaq olmaz, əksinə, eyni zamanda onun xüsusiyyətlərini, daxili aləmini açmaq üçün burda kifayət qədər yetərli arqument və faktlar mövcuddu. Əlimdə olan məlumatlar, gətirdiyim iqtibaslar bir daha sübut edir ki, müğənni özü xüsusiyyətdə insanlarla dostluq etməyi bacarıb, sənətinin peşəkarı olan ciddi, dərrakəli adamlarla oturub-durmağı, ünsiyyət qurmağı xoşlayıbdı. Bir atalar məsəlində olduğu kimi: “Mənə, — dünən, — dostun kimdir, — söyləyim, — sən kimsən”.

Bakı Havadan Müdafiə Qüvvələrinin mahnı və rəqs ansamblı ilə birlikdə Müslüm bütün Qafqazı dolanır. Onun repertuarı estrada, klassik opera, operettalardan ariya, neopolitan, bəstəkar mahnıları, romans və müzikl ilə çox zəngin olubdu. Bir dəfə Qroznı şəhərindən, məzuniyyətdən qayıdan Müslümü Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə, daha doğrusu, komsomola dəvət edirlər və Helsinkidə keçirilməsi nəzərdə tutulan “Tələbə və Gənclərin VIII Ümumdünya Festivalı”na gedəcəyi haqqında xəbər verirlər. Sovet İttifaqından festivala gedəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasından Tofiq Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən “Azərbaycan Radiosu və Televiziyasının” orkestri, həmçinin, bir solist Müslüm Maqomayev daxil edilir. Helsinki festivalına getməzdən əvvəl Moskvada, “Frunze adına Sovet Ordusunun Mərkəzi Evi”ndə komissiya qarşısında çıxış etmək lazım gəlir. Burda, gələcək iştirakçılar proqram məşqinə toplaşırlar. Müslümün çıxışı xüsusi komissiyanın çox xoşuna gəlir. Bundan sonra həmyerlimiz özünü rahat hiss etməyə və gələcək müvəffəqiyyətinə inanmağa başlayır.

Tofiq Əhmədovun rəhbərliyi altında çıxış edən orkestrlə Müslüm Helsinkidə küçədə, zalda, birsözlə, harda gəldi çıxış edir. Nədənsə o, fin torpağında özünü daha rahat və həmişə olduğundan daha sakit hiss etməklə bahəm, həm də daha ecazkar səslə oxuyur. Festival başa çatdıqdan sonra Ümumittifaq Lenin Kommunist Gənclər Təşkilatı Mərkəzi Komitəsinin (ÜİLKGT MK-si: — C.P.) birinci katibi SP Pavlov fərqlənənlərə medallar verir. Onların arasında Müslüm Maqomayevin də adı var idi. Moskvaya qayıdan Maqomayev “Oqonyok” jurnalında belə bir qeydlə şəklini görür:

— “Bakıdan olan gənc dünyanı fəth edir”.

Artıq onu payızda Tofiq Əhmədovun orkestri ilə birlikdə Moskvaya, Mərkəzi Televiziyaya dəvət edirlər. Həmin verlişdən sonra Maqomayev daha çox tanınmağa başlayır. Helsinkidən Bakıya qayıdan Müslüm Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrında təcrübə keçməyə başlayır.

Zaman keçdikcə onun şöhrəti sərhədləri aşıb keçir. Xalq arasında belə bir deyim mövcuddu: “Tanınmış, varlı, adlı-sanlı insanların qohum-əqrəbası həmişə çox olur”. Bəzən elə olur ki, bu qəbildən olan insanları etnik baxımdan öz tərkiblərinə aid edirlər. Muslum Maqomayevlə də, belə bir hal baş verir.

Bu həqiqətdirmi?

Hazır ki, vəziyyətdə belə bir suala cavab verməkdə Müslümün özündən başqa kiməsə istinad etmək yersiz olardı. Çünki söhbət dünya şöhrətli müğənnidən gedir. O, balaca olanda, atasını müharibədə itirir, əmisinin himayəsində yaşamalı olur, Azərbaycanda tə hsil alır, bu zaman heç kim onu itirib-axtarmır. Elə ki, müslüm yüksəlməyəyə, tanınmağa başlayır, həmən müslümü özünün ki, hesab edənlərin sayı çoxalmağa başlayır Görəsən o zaman müğənni bu haqda nə düşünürdü? Yaxşı olardı ki, bunu onun öz dilindən, daha doğrusu, onun xatirələrindən oxuyaq.

“Sonralar mənim həyatımda çeçen mövzusu yer almağa başladı. Hərşey Çeçenistana olan iki həftəlik qastrol səfərimdən sonra başladı. Qroznıdan Bakıya jurnalist Bəşir Çaxkiyev və onun iş yoldaşı gəldilər. Onlar mənim babam haqqında şəhərlərində muzey yaratmaq üçün material toplayırdılar. Əlbəttə, onlar mənimlə tanış oldular və təklif etdilər ki, onlarla gedim, Qroznı filarmoniysında işləyim, həmçinin, mənim babamın atası Məhəmmədin vətəni şolum tanı”.

Söhbətin bu yerində, Müslümün yadına onların ailəsində daima danışılan bir əfsanə düşür. Bu, əfsanə dağlı-qəhrəman Şamil ilə bağlı olur. Əfsanə haqqında Müslüm daha ətraflı yazmağı məqbul sayır və belə də edir:

“Keçən əsrdə (XIX əsr nəzərdə tutulur: — C.P.) dağlı-qəhrəman Şamil qoşunu ilə Şimali Qafqaz xalqlarını birləşdirmək missiyası ilə çox gözəl ęrfəxə O, yaşı az olan oğlan uşaqlarını bir kənddən götürüb başqa bir kəndə gətirir. Bu, missiya bütün kəndləri əhatə edir və bununla tayfalararası, xalqlararası qarışdırma aparılır. Hələ uşaqlıq illərini yaşayan və anlaqsız oğlan olan babamın atası Məhəmməd də bu qarışıqlığa düşür. Şamilin onu haradan gətirməsini heç kim bilmir. Mənim üçün, bu bir o qədər də əhəmiyyət kəsb etmirdi. Çünki mənim bədənimdə o qədər etnik qan qarışığı var ki, bu məni təbiətən, istər-istəməz beynəlmilər edir. Həyatın çətin olmasına baxmayaraq Məhəmməd övladlarına təhsil verir… Babamın bacısı Malikə çoxdan dünyasını dəyişibdi. Sağ olanda mən ondan bizim nəsilin mənşəyi haqqında soruşdum. O, isə hiyləgərcəsinə gülümsəyərək məni bu fikirdən yayındırdı və Şamil haqqında əfsanəni danışdı…”.

Müslüm dağlı Şamil haqqında əfsanəni danışmaqla, nəinki, özünün, ümumiyyətlə, Şimali Qafqaz tayfa və xalqlarının milli mənşəyi ilə bağlı çox böyük bir sualı gündəmə gətirmiş oldu. Sözün, həqiqi mənasında, təbiətcə beynəlmilər fəlsəfəsinə mənsub olan müğənnidən başqa bir cavab gözləmək absurd, cəfəngiyyat olardı. O, çeçen mövzusu ilə bağlı fikirləri birdəfəlik alt-üst etmək üçün söhbətinə davam edərək xatirələr kitabında yazırdı: “Bir dəfə Kremldə növbəti dövlət, yoxsa bayramla bağlı və ya hansısa ildönümü münasibəti ilə keçirilən konsertdə iştirak edirdim. Yüksək səviyyəli adi konsert idi. Burda “xalq” çinli artistlər iştirak edirdilər. Mən, artıq məşhur adam idim və çoxları mənim nəsil səcərəm ilə maraqlanırdılar. Çıxışdan sonra foyeyə çıxdım, gördüm ki, bir qruppa dayanıb, mərkəzdə isə Mahmud Esambayev onlara həvəslə nə isə danışır. Məni gördu və dedi:

Müslüm, biz sənin haqqında danışırıq. Özün onlara denən, sən milliyyətçə kimsən?

Mən cavab verdim:

Azərbaycanlı!

Mənim bu, cavabımdan çaş-baş qalan Mahmud Esambayev acıqlı, hirsli dillənərək dedi:

Necə azərbaycanlı?!

Mahmud təəccüb içində qaldı, hətta, məşhur papağını əzdi. Mən isə onun sualını cavablandıraraq dedim:

Belə… Əgər sən demək istəyirsənsə mən milliyyətçə çeçenəm, bunu mən böyük inamla təsdiqləyə bilmərəm, çünki özüm düzünü bilmirəm. Ancaq dəqiq bilirəm ki, mənim vətənim Azərbaycandı, mən orda doğulmuşam. Bu, torpaq məni bəsləyib, tərbiyə edib. Bakıda mən təhsil almışam, şükürlər olsun ki, mən indi varam.”

Mahmud Esambayev Müslümlə olan bu söhbətindən sonra bir müddət ondan incik, küsülü düşsə də, bu çox çəkmir. Zəmanənin böyük müğənnisi və rəqs ustası tezliklə barışırlar və onların dostluğu bərpa olunur. Ancaq çox təəssüflər olsun ki, Müslüm Mahmud Esambayevə dağlı Şamil haqqında bildiyi əfsanəni danışmır. Bəlkə, bundan sonra etnik mənsubiyyət baxımından Esambayevin özündə də müəyən fikir ayrılığı yarana bilərdi.

Çeçenistandan gələn yeni “jurnalist-dostlarının” danışığına və vədlərinə inanan Müslüm həyat yoldaşı Ofeliya xanım ilə birlikdə Qroznı şəhərinə gəlirlər və yerli filarmoniyada işə başlayırlar. Bu zaman, Müslümün əmisi Camal dövləti işlə bağlı yeni təyinat alır. Cəmaləddin Maqomayevi Azərbaycanın Rusiyada daimi nümayəndəsi təyin edirlər. O, Moskvaya getməli və Bakıdakı mənzilini dövlətə qaytarmalı olur. Müslüm geniş və rahat mənzili dövlətə qaytarmaq istəyən əmisi Cəmaləddin haqqında ironiyasız deyirdi:

“Sədaqətli və vicdanlı kommunist idi!”

Xalq arasında belə bir deyim var ki, mütəəssir, həssas insanlar özlərinin erkən həyatını çox kiçik yaşlarından yadlarında saxlayırlar. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu xüsusiyyət hər kəsə nəsib olmur. Çünki bunun özündə, bir bəxt, bir tale, bir qanunauyğunluq yaşanır, hökm sürür, görsənir. Bu, nöqteyi-nəzərdən Müslümü tez təsirlənən, ürəyi yumşaq, həssas insanlar qrupuna aid etmək olar. Müğənni həyatda sübut etdi ki, həqiqətən o, gözü tox, qəlbi incə, daima kömək əli uzadan, heç kimin xətrinə dəyməyən, tez inciyən, nazikürək birsi Allah bolubndə. Məhz, buna görə də, müslün erkən yaş dövrünə, ümumiyyyyətlə, uşaqlıq illərinə səyahət etmək, olduqca maraqlın üstünə şın və aydınlıq gətir.

O deyirdi: “Bilmirəm, bəlkə mən o qədər sentimentalam ki, erkən həyat tərzim, onu yadda saxlamağım haqqında danışıram. Mənim ilk duyğularımdan biri: küçə ilə birlikdə getdiyim dayə Qrunya xalanın yumşaq və isti əlləri olubdu. Uşağın dayə ilə gəzintiyə çıxması, həm yaxşı, həm də rahat olur. Bir dəfə, mən Qrunya xala ilə şəhərə gəzməyə çıxdım. Evdən buraxılmağımdan istifadə edən qarı məni kilsəyə apardı. İndiyə kimi titrəyən şamlar, təmtəraqlı pravoslav kilsəsi, yanan büxurun iyi yadımdan çıxmayıbdı. Sonralar mən mümkün ola bilən müxtəlif konfekssiya, ayin və mərasimlərin şahidi oldum. Ancaq rus kilsəsi həmişəlik yaddaşımda nağıl teremi kimi əbədi olaraq qaldı…”.

Uşaqlıq illəri ilə bağlı Müslümün söylədiyi bəzi fikirləri bütün uşaqlara şamil etmək olar. Onlara elə gəlir ki, uşaqlıq illərini olduğu kimi xatırlaya bilirlər, amma həqiqətdə bu heç də belə deyil. Onların özləri haqqında danışdıqları sadə təxəyyülün məhsuludu, çünki beyinin özünün yadda saxlama, daha doğrusu, yada yazma prinsipləri mövcuddu və bu elm ilm ilsübdi. Ancaq Müslüm kimi iti zəkaya, phenomenal yaddaşa malik olan insanlar bu nöqteyi-nəzərdən, istisna təşkil edə bilərlər. Bu, yadda saxlamanı uşaqlıq dövrünün ilkin və ya orta mərhələsi kimi də qəbul etmək olar. Ushağa nağılların danışılması ilə, uşağın nağılları özünün oxuması arasında əməlli-başlı, xeyli zaman dayanır. Lakin burda, Müslümlə tamamilə razılaşmamaq qeyri-mümkündü. Onun fəlsəfi yaddaşa malik olması heç kim üçün sirr deyil. Bunu, həm də onun əzbərdən bildiyi və müxtəlif dillərdə səsləndirdiyi opera, ariya, operetta və çoxsaylı neopolitan, estrada və bəstəkar mahnıları sübut edir. O ki, qaldı dahi insanın uşaqlıq illərinə, burda çox xoş məqamlar, möcüzələr gizlənir. Odur ki, kiçik bir xatirəyə müraciət etmək, məncə, yerinə düşər. Müslüm yazırdı:

“Gecələr dayə Qrunya mənə nağıl danışardı. Xoş məramlı, mərhəmətli, ürəyə yatan xalq nağılları. Sonralar mən oxumağı öyrəndim və Puşkinin nağıllarını oxudum. Puşkinin dayəsi Arina Rodionovna haqqında bildim. Nağıla olan məhəbbətim bugün də mövcuddu. Mən, Disneyin bütün filmlərini toplamışam. Ushaqlıq marağım yetkinlik yaşında artıq fantastikaya çevrildi. Axı, fantastika özü də nağıldı…”.

Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq Müslümlə bağlı bir çox maraqlı hadisələrin canlı iştirakçısı olarıq. Onun, babası Əbdül-Müslümdən yadigar qalan musiqi alətləri, əsasən də, skripka ilə olan rəftarı, nənəsi Baydagül xanımın sandığını açmaq istəməsi, onu tokla qorxutması, əmisi Cəmaləddinin xidməti tapançasını dolabdan götürüb məktəbə aparması, musiqi müəlliməsinin çantasından araq şüşəsini çıxartması və başqa bu kimi macəraları və ya minyətürvari hekayələri hər kəs üçün xoş bir xatirə, müğənninin uşaqlıq dövrünə kiçik bir səyahət kimi qəbul oluna bilər. O yazırdı:

“Babamdan klarnet və skripka miras qalmışdı. Doğmalarım əvvəlcə mənim skripkada ifa etməyimi istəyirdilər. Mən, onda bildim ki, musiqinin sirlərini yenicə öyrənmək istəyən uşaq üçün skripka nə deməkdi. Skripka royal deyil ki, istədiyin toxmacığı və ya dili sıxasan, o da sənə səs versin. Skripkadan canlı səs əldə etmək üçün nə isə xüsusi hərəkət etməyi bacarmaq lazımdı. Əks halda yayı telə çəkməklə, sanki, mıxı şüşəyə sürtməkdən də, pis səs almaq olar”.

Əgər, Müslüm Maqomayevin şəxsi etirafına arxalansaq, tam əminliklə onun uşaqlıq illərində sakit təbiətli olmadığını söyləyə bilərik. Mən, bunları onun babasından yadigar qalan skripkanın başına gətirdiyi oyunlarda, texniki oyuncaqları sındırmasında, həmçinin, bir çox başqa hərəkətlərində müşahidə etc. Atalar məsəlinə və yaşlıların dediklərinə istinad edərək belə bir qərara gəlmək olar ki, adətən dəcəl, nadinc və şuluq uşaqlar yaşa dolduqca pis vərdişlərini dəyişir, daha inamlı, daha bacarıqlı və daha istedadlı görünürlər. Görəsən müğənninin bu məsələyə münasibəti necə idi?

O, yazırdı: “Yaxşı yadımdadı, hər elektrik-texniki xoşa gəlməyən iş üstündə məni yamanca danlayırdılar. Nənəm mənzildə hər hansı bir şeyi götürməyə cürət etmirdi, qorxurdu, elə bilirdi ki, mən nəyi isə düzgün birləşdirməmişəm, birdən onu tok vurar. Bir dəfə, məhz belə oldu. Bu, nənəmin metal çarpayıya toxunması zamanı baş verdi… Mənim uşaq marağımdan irəli gələrək skripka çox zərər çəkdi. Mən, ondan səs çığartmağa çalışırdım: qərara aldım ki, onun içinə baxım, görüm orda nə var, niyə skripka səs çıxarmaq istəmir?”.

Müslümün Baydagül xanımın bəzəkli sandığı ilə bağlı maraqlı epizodu xatirələr kitabında işıqlandırması mənim çox xoşuma gəldi. Yəqin yaşca böyük insanlar mənimlə tamamilə razılaşarlar ki, vaxtılə hər bir azərbaycanlı ailəsində bəzəkli sandıq tapmaq mümkün idi. Məhz, məni güldürən, həm nənəmin, həm də Sözsüz ki, bu xatirələri təzələyən mülayım, o cümlədən doğma gülüş idi. Həmin sandıqlar nənələrimizin həyatında mühüm rol oynayırdı. Ən yaxşı və qiymətli əşyaları onlar ömürlərinin sonuna qədər həmin sandıqlarda qoruyub saxlayırdılar. Görəsən Müslümün nənəsi Baydagül xanım həmin güllü sandıqda hansı qiymətli və onun üçün əziz olan əşyaları qoruyub saxlayırdı?

Müslüm xatirələrində yazırdı: “Babamdan yadigar qalan əşyalar arasında nədənsə nənəmin dəmir üzərində döymə üsulu ilə hazırlanmış və üç qıfılla bağlanan çox böyük, güllü və gözəl sandığı yadıma düşdü. Həmin sandıq məndə özünə qarşı həvəs, təsir, cazibə yaradırdı. Sanki, məni özünə cəkirdi. Mən, Baydagül nənəmdən soruşdum: Onun içində nə var? Cavab birmənalı oldu: Əhəmiyyətli heç nə.

Mən, ona inanmadım. Fikirləşdim ki, yəqin sandıqda sirli nə isə qorunub saxlanılır. Basqa cür olsaydı nənəm onu açardı və orda olanları mənə gostərərdi. Ancaq nənəm sandığın açarlarından ayrılmırdı: hətta, yatanda, uzananda, belə, onlar yanında olurdu. Bir dəfə özümü yuxuluğa vurub nənəmin otağı tərk etməsini gözlədim. O, otaqdan çıxan kimi cəld açarları götürüb hər üç qıfılı açdım. Açarları yerinə qoyub yenidən yatağımda uzandım. Nənəm otağa döndü, mən isə guya ki, yuxudan təzəcə durmuş kimi yuyunmağa getdim. Birdən nənəmin çığırtısını eşitdim: o, sandığın açıldığını və açarların mənim əlimdə olduğunu başa düşmüşdü. Məndə belə bir fikir formalaşdı ki, nənəm hər beş dəqiqədən bir sandığın qıfıllarını yoxlayır. Sandığın qapağını qaldırıb içəri baxmaq, orda nəyin olduğunu görmək mənə nəsib olmadı. Sirr, elə sirr olaraq qaldı.

Balaca Müslümün hər şeyə maraq və meyl gostərən uşaq olduğunu mən, kitabda bir neçə yerdə qeyd etmişəm. Lakin bunların hər biri öz-özlüyündə o qədər maraqlı və müxtəlifdi ki, onlardan yan keçmək qeyri-mümkündü. Nəzərə alsam ki, söhbət tanınmış bir ailədən, ondan da artıq tanınmış bir şəxsdən gedir, onda məsələnin maraq dairəsini anlamaq çətinlik yaratmaz. Odur ki, burda sandıq qədər maraqlı, eyni zamanda təhlükəli mini bir hekayə danışmaq yerinə düşər. Ancaq, bu dəfə Baydagül nənənin dolabı haqqında.

“Nənəmin bir dolabı var idi. Nənəm onu da qıfılla bağlyırdı. Bu, məndə dolaba olan maraq və həvəsi daha da artırırdı. Düşünürdüm ki, görəsən nənəm orda nə gizlədir? Bir gün nənəm pəncərənin pərdələrini açmaq üçün kətilin üstünə çıxır və ordan yıxılaraq qolunu sındırır. Nənəmi xəstəxanaya yerləşdirmək lazım gəlir. “Fəaliyyət” göstərməyim üçün geniş meydan açılır. Dolabı açanda gördüm ki, orda əmimın vəzifəsinə görə ona verilən xidməti tapanca var. Onu götürmüyə və məktəbə gətirməyə bilməzdim. Sinifdə başladım partanın altından doldurulmuş silahla şagird yoldaşlarımı qorxutmağa…”, — deyərək, — Müslüm vurğulayırdı.

Yuxarıda qeyd etdim ki, Müslümə babasından skripka ilə bərabər, həm də klarnet yadigar qalmışdı. Skripkanın taleyinə aydınlıq gətirsək də, klarnetlə bağlı məsələ hələ də açıq qalırdı.

Görəsən klarnetlə nə baş verdi və ya klarnet harda qaldı? Skripkadan fərqli olaraq klarnetlə hər şey yaxşı sonluqla yekunlaşır, o salamat qalır.

Maraqlı, həm də çox gülməli hadisə Müslümün musiqi müəlliməsi ilə arasında baş verən kiçik hekayət olur. O, yazırdı: “Skripkadan fərqli olaraq klarnetin taleyi nisbətən yaxşı oldu. Onu məndən qoruya bildilər. Mənim babamın yolu ilə getməyimi royal müəyyən etdi. Mənə pedaqoq tutdular. Yadımdadı, onu Valentina Kupsova deyə çağırırdılar. Ondan daima araq iyi gəlirdi. Müəllimənin çantasında həmişə araq şüşəsi olurdu. Demək olar ki, müəllimə mənimlə poeziya dilində danışırdı:

Müslümcik! Baxın klavirçikini mənə gətir.

Mən Baxın “dalınca” gedirdim. Müəllimə isə bu zaman bir balaca alkoqol qəbul edirdi. Deyə bilərəm ki, mən onu sevmirdim. Birincisi, ona görə ki, ondan araq iyi gəlirdi. İkincisi, müəllimə həmişə evə tələsirdi. Mən isə, gözləyirdim ki, nə vaxt o, mənə barmağımı hara qoymağı öyrədəcəkdi”.

Musiqi məktəbində vokal sinifinin olmaması, royal üzrə evə dəvət olunan repetitorun spirtli içkiyə meyl göstərməsi Müslümün gələcəkdə bir musiqiçi kimi yetişməsinə əməllibaşlı sipər ola bilərdi. Ancaq, uşaqda musiqiyə olan həvəs və istedad onun gələcəyini müəyyən etməkdə böyük və mühüm rol oynamışdı.

Müslüm yazırdı: “Bir dəfə ehtiyac ucbatından Kupsova xala otağı tərk etdi. Mən, butulkanı onun çantasından götürüb gizlətdim. O, qayıtdıqdan sonra həmişə oldugu kimi məni klavir dalınca göndərdi. Notu gətirdim və gördüm ki, Kupsovanın sifəti tamam dəyişib. Elə bil onun sifətini tərsinə çeviriblər. Özümü elə göstərdim ki, guya heç nədən xəbərim yoxdu. Royalın arxasında əyləşdim və çalışdım ki, heç nə büruzə verməyim. Əvvəlcə arxadan fısıltı eşitdim, sonra bütün gücü ilə atılan qələm barmaqlarıma batdı:

Oğurlama! Oğurlama Müslümcik! — deyərək, — Kupsova dilləndi. Bu, hərəkət mənim üçün, həm ağrılı oldu, həm də mənə toxundu. Başa düşdüm ki, istəyim alınmadı, odur ki, arağı qaytardım. Amma sonra Mura xalaya gileyləndim.”

Müğənninin həyatında xoşa gələn, oxucunu özünə cəlb edən hadisə və məqamlar o qədər çoxdu ki, onları bir-biri ilə rabitəsiz vermək, sanki, ədviyyatsıatr şir Misal üçün 1963-cü ilə nəzər yetirək. Bu il, sözün həqiqi və məcazi mənaında, Müslüm üçün çox əhəmyyətli və düşərli il olmuşdu.

Həmin ilin 26 mart və 10 noyabr tarixlərində müvafiq olaraq Kremlin “Qurultaylar sarayı”nda və Pyotr İliç Çaykovski adına Moskva Konsert Zalında keçirilən konsertlər müğənninin yaradıcılığında dönüş nöqtəsi olmuşdu. Onda SSRİ-nin paytaxtına Azərbaycanın ən yaxşı, ən nüfuzlu bədii kollektivləri, tanınmış musiqi xadimləri, həmçinin, gənc istedadlar təşrifurmuşdular buy. Sozsüz ki, Muslum də onların arasında olur. Alqış sədaları altında səhnəyə çıxan gənc müğənni Mefistofelin “ Faust ” əsərindən Hunonun kupletini, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyasını, həmçinin, “Ruslar müharibə istəyirmi?” mahnısını oxumusdu.

Televiziya ilə birbaşa translyasiya olunan axırıncı konsertdə, Müslümün səhnəyə çıxışı ilə bağlı zalda nəyin baş verdiyini heç kim təsəvvürünə gəlaya bilə, an. O, “Buhenvald harayı” və Fiqaronun qısa lirik ariyasını o qədər gözəl, möhtəşəm ifa edir ki, dinləyicilər sarsıntı keçirirlər. İtaliyan dilində ifa olunan qısa lirik ariyadan sonra dinləyicilər ayaq üstə əl çalır və intonasiya ilə “bravo, bravo” deyə qışqırırlar. Lojada əyləşən SSRİ-nin Mədəniyyət naziri Y.A.Furtsova və İ.S. özlərindən asılı olmayaraq fasiləsiz əl çalır, müğənnini alqışlayırlar. Orkestrə rəhbərlik və dirijorluq edən Niyaziyə baxan Müslüm başı ilə təkrarlamağı işarə edir və o, kavatinonu yenidən, ancaq bu dəfə rus dilində oxuyur.

Elə həmin il Moskvanın P.İ.Çaykovski adına Konsert Zalında Müslüm ilk solo konsert proqramı ilə çıxış edir. Artıq müğənni dinləyicilərə o qədər tanış idi ki, onun konsertinə bilet əldə etmək mümkün deyildi.

Bakıya qayıtdıqdan sonra müğənni ansamblın solisti kimi musiqi kollektivləri ilə keçmiş ittifaqın müxtəlif şəhər və vilayətlərinə tez-tez qastrolə səfərləyrinə getməşlayę Onun əməkhaqqı ilə heç bir problemi yaşanmır. Getdikcə artan məşhurluq hər yerdə ansamblın uğur qazanmasını əvvəlcədən təmin edirdi. Alınan məvacib onun ailə problemlərini həll etmək üçün kifayət edirdi. Lakin başqa bir tərəfdən qastrol səfərləri ailə-məişət məsələsində ciddi çatışmazlıqlar, problemlər gundəmə gətirirdi. Hər şey yavaş-yavaş nəzarətdən, öz məcrasından çıxmağa başlayırdı:

Müslüm xatirə kitabında yazırdı: “Ansambl ilə biz ittifaqın müxtəlif şəhərlərinə, hətta, kurortlara gedirdik. Hər yerdə müvəffəqiyyət bizi gozləyirdi. Qastrol səfərlərinin başgicəlləndirici uğuru məni ailə-məişət məsələlərindən uzaq salırdı. Artıq səfərlərdən evə qayıtmaq istəmirdim, ədəbli, əxlaqlı, nəzakətli ailə başçısı rolunda isə çıxış etməyə şəxsi xüsusiyyətim imkan vemirdi”.

Söhbətin bu yerində reallıqdan çıxış edərək, Müslümün söylədiyi “…ədəbli, əxlaqlı, nəzakətli ailə başçısı rolunda çıxış etməyimə şəxsi xüsusiyyətim imkan vermirdi” fikrini, “ məşhurluq başımı xarab etmişdi, şəxsi iradəm isə bunun üçün yetərli deyildi” cümləsi ilə əvəzləyə bilərik. Fikrimcə, bu, daha dolğun və daha haqlı olardı.

1963-cü ilin mart ayında mətbuat orqanlarının səhifələrində, Azərbaycandan gələn artistlərin möhtəşəm çıxışı haqqında “Sovet İttifaqı Teleqraf Agentliyi”nın (SİTA-nın) xüsusi informasiyası yerləşdirilir. Həmin informasiyada deyilirdi:

“Ən böyük, — demək olar ki, — fövqəladə uğur Müslüm Maqomayevə qismət oldu. Onun təkrarolunmaz vokal keyfiyyətləri, parlaq texnikası bunları deməyə əsas verir. Əminliklə qeyd etmək olar ki, operaya çox istedadlı, qabiliyyətli, zəkalı gənc artist gəlir”.

Həmin zaman mərkəzi mətbuat həmyerlimizin çıxışına çox fəal və effektiv reaksiya gostərirdi. Maraqlı idi ki, böyük həvəs, coşqu və fərəhlə müğənninin ifasını təhlil edən “Qurultaylar Sarayı”nın biletsatanları konsert proqramlarının üzərinə öz “fikir, rəy və resenziya”larını bu cür yazırdılar:

“Biz biletsatanlar möhtəşəm zalda sizin uğurunuza, tamaşaçıların sevinc və fərəhinə çox sevinirik və şadlanırıq. Ümid edirik ki, sizin və sizin Fiqaronun səsini bir də bizim səhnədə eşidəcəyik. Böyük gəmiyə-böyük ugurlar”.

Bununla da, Moskvada keçirilən Azərbaycan dekadasına, sözün böyük və həqiqi mənasında, yaxşı və iri bir əla yazmaq və ya nöqtə qoymaq olardı. Lakin bunun Müslümə heç bir dəxli yox idi. Çünki müğənninin zəfər yolu indən sonra başlayırdı. Bu cür, əks-sədadan, təəssüratdan sonra paytaxt Moskvanın Müslümü Azərbaycana buraxacağı bir o qədər real görünmürdü. Çünki Maqomayev artıq Moskvanı, moskvalıları, daha doğrusu, Kremli öz ecazkar səsi ilə məftun etmişdi. Məhz, dekadadan sonra ona ilk və davamlı təkliflər gəlməyə başladı.

Bundan sonra həyat öz axarı ilə gedir, müğənni tez-tez nəyi isə birinci etməli olur: SSRİ-də yeganə və məşhur olan “Melodiya” firmasının studiyasında simfonik orkestrin müşayiəti ilə opera ariyaları yazılmağa başlayır. Həmişə oldugu kimi orkestrə mayestro Niyazi rəhbərlik edirdi. İlk dəfə olaraq səs rejissoru V.Babuşkinin nəzarəti ilə rəqəmsal yazı metodu həyata keçirilir.

Artıq həmin ilin payızında, daha dəqiq demiş olsaq, noyabr ayının 10-da çoxsaylı Müslüm sevərlər Moskva filarmoniyasına axışırlar. Müğənniyə yalnız sonra məlum olur ki, onun konsertinə baxmaq istəyənlərin sayı həddindən çox olduğu üçün pərəstişkarlar vestibülün giriş qapısını yerindənıxartmlar. Tamaşaçıların çox olduğunu Müslüm səhnədə mahnı oxuyarkən hiss edir. O, görür ki, zalda anşlaqdır, keçidlər doludu, musiqisevərlər ayaq üstə onu dinləyir və alqışlayırlar. Bundan böyük zövq alan müğənni belə bir anşlağın olacağını, təsəvvürünə, belə, gətirə bilməzdi.

Bu məqamda, tarixi bir faktı qeyd etməsəm Müslümün ruhu məni bağışlamaz. Konsertin proqramında Bax, Gendel, Motsart, Rossini, Şubert, Çaykovski, Raxmaninovun və Hacıbəylinin cəmisi 16 əsəri oxunmalı idi. Ancaq müğənni onların sayını 23-ə qədər qaldıra bilir. Əgər belə demək mümkünsə, Müslümün çox sevdiyi fantastika janrı, məhz səhnədə öz real təzahürünü tapır. Bu, fikiri söyləməklə, yanlışlığa yol vermiş olmaram, əksinə, həqiqəti təsdiq edərəm. Hələ bunlar azmış kimi müğənni nəzərdə tutulmayan üçüncü hissədə, italiyan və müasir estrada mahnıları ifa etməyə başlayır. Baxmayaraq ki, texniki xidmət səhnənin işıqlarını söndürmüşdü, ancaq pərəstişkarlardan ibarət böyük kütlə, avantüra zalı tərk etmək istəmirdi. Bax, elə bu zaman Müslüm royalın arxasında əyləşir və estrada başlayır: “Come prima”, “Guarda che Luna”, tvist, Andriano Çelentano, “İyirmi dörd min öpüş” və s. mahnılar bir-birini əvəz edir.

Bu, konsert, həm də Müslüm üçün bir “vizit vəsiqəsi” rolunu oynayır. O, sonrakı konsertlərini, məhz bu, formada qurur: klassik əsərlər və estrada mahnıları… Onun təşəbbüsü ilə simfonik orkestrə gitara, zərb alətləri və bas əlavə olunur. Bununla da simfonik orkestr, estrada-simfonik orkestrinə çevrilir. Öz tələbkarlığı ilə seçilən K.İ.Şuljenko Müslümlə bağlı xatirələrində yazırdı:

“Necə ki, Müslüm Maqomayev zühur edib, bir hadisə oldu. O, bir baş bütün gənclərdən yüksəkdə dururdu. O, dəlicəsinə hamının xoşuna gəlirdi”.

Elə həmin gün Müslüm hiss etdi ki, artıq şübhələr arxada qalıbdı və o, heç vaxt gənclik ürəksizliyinə, ağciyərliyinə, cəsarətsizliyinə, inamsıyazlığcana qayıdmayacaqdır. Müğənni üçün uğurlu hesab olunan 1963-cü ilin sonunda onu Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrına soloist kimi qəbul edirlər. Eyni zamanda, Müslüm estrada konsert proqramları ilə müxtəlif şəhərlərin konsert salonlarında çıxışlar etməyə başlayır.

Bəstəkar, pianoçu, müğənninin zəhmətsevər olması onun həyatının əsas mənası, əsas qayəsi olur. O, hər şeyi yaxşı, yalnız yaxşı yerinə yetirməyi xoşlayırdı. Yarım əsrlik səhnə həyatında Maqomayev opera, estrada, müzikl, kino, tamaşa, birsözlə, incəsənətin hansı yerində olmasından asılı olmayaraq bir amala, bir məsləkə xidmət göstərirdi tamaşaçını aldatmamağa və bununla da onu sevənlərə xalis sənət nümayiş etdirməyə. Bütün bunlar səhnə arxası və ya səhnəyə qədər sərf olunan zaman kəsiyi idi və böyük zəhmət hesabına başa gəlirdi.

Onun violonçelist-professor Anşeloviç ilə keçirdiyi saatlar, ondan aldığı dərs, dəyərli məsləhət və tövsiyyələr hədər getmədi. Əmək və zəhmət, üstəgəl istedad və zəka, üstəgəl peşəkarlıq və pedaqoqluq, üstəgəl böyük və mərhəmətli ürək… Sadaladığım bu müsbət və yüksək keyfiyyətlər Müslümlə professor Vladimir Sezaryeviç Anşeloviçdə birləşirdi, vəhdət təşkil edirdi və gələcək intibaha yeni yol açırdı. O, yazırdı: “Mən vokalın əsası hesab olunan texniki ilməyin öhdəsindən gəlməyi öyrəndim. “Viktoriya” romansında vokalın etüd və qammasını olduqca təmiz oxudum. Vladimir Sezaryeviçin məşğələlərində aldığım təcrübə məqamında, sonralar “Seviliya bərbəri” operasında Fiqaro partiyasının üzərində işləyəndə gördüm ki, qamma və başqa bər — bəzəklər, saysız-hesabsız, həmçinin, kifayət qədər çoxdu. Müəllimimdən aldığım məsləhət əməlli-başlı işimə yaradı. İtaliyada təcrübə keçdikdən sonra Nazim Rzayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera orkestri ilə XVI-XVIII əsr bəstəkarlarının qədim mahnılarıɱna bütövazr ırdık (val, lördıd )

Lakin, bu cür məktəb bütün həyat boyu bəs etmir: əgər bir ay məşğul olmasan, hamısını yenidən başlamaq lazım gəlir. Mən istəyərdim ki, xəyalən yox, həqiqətən bu, çox gozəl, qəribə, ziyalı insanı ürəkdən qucaqlaylm. Deyilənlərə rəğmən o, oğlu ilə birlikdə İsrailə köçübdü. Mən, onu son dəfə görəndə Vladimir Sezaryeviç ailəsi ilə getməyə hazırlaşırdı”.

Müğənninin “Xatirələr məndə yaşayır” (“Живут во мне вспоминания”) kitabından gətirdiyim iqtibaslar bir daha sübut etdi ki, əmək, zəhmət, vaxt sərf etmədən, alın təri silmədən, zəka işlətmədən keyfiyyətli nəyə isə nail olmaq mümkün deyil, hətta, sən Müslüm Maqomayev olsan, belə…

Müslümün həyatı əvvəldən-axıra qədər həmişə müxtəlif cəlbedici epizodlarla zəngin olubdu. Maraqlı bir hadisə o, məktəbdə oxuyanda baş verir. Mahnı oxumaq onun diqqətini o qədər cəlb edir ki, başqa fənlər tamamilə yaddan çıxır. Bunun məntiqi nəticəsi olaraq yeddinci sinifdə, ikinci il oxumaq təhlükəsi yaranır. Vəziyyətin acınacaqlı olduğunu görən gənc özünü itirmir və çıxış yolunu məktəb direktoru Tahir Atakişiyevin yanına getməkdə görür. Məktəb direktoru Tahir müəllim Rauf Atakişiyevin qardaşı idi. Rauf Atakişiyev ilə Müslüm Maqomayev Susanna Arkadiyevnanın yanında musiqi ilə mə şğul olarkən tanış olmuşdular. Müslüm və Rauf sərbəst, boş asudə vaxtlarını birlikdə musiqi ifa etməklə keçirirdilər. Tahir Atakişiyevin yanına gələn Müslüm ona müraciət edərək deyir: “Mən musiqi məktəbinə keçmək istəyirəm. Orda mən sevimli oxumağımla məşğul olacam. Heç kim məni riyaziyyatla məşğul olmağa məcbur etməyəcəkdi, çünki o ( riyaziyyat: — C.P.) mənim beynimi “zibilləyir”.

Gəncin öz fikirində israrlı olduğunu görən məktəb direktor heç bir problem yaratmır və Müslümün musiqi məktəbinə keçməsinə razılıq verir və deyir:

— “Əgər alınmasa, qayıdarsan…”

Bundan xəbər tutan Müslümün dostu Rauf Atakişiyev onu məzəmmət edir və deyir:

“Bu cur seçmə məktəbi atmaq olar. Mən istərdim ki, sən gələcəkdə ali təhsil alasan, böyük musiqiçi olasan…”

Raufun sözündə böyük bir reallıq, bir məntiq, bir həqiqət var idi. Doğrudan da bu, məktəbi qurtaranlar gələcəkdə yaxşı musiqiçi olurdular. Çünki Müslümün oxuduğu məktəb, sözün həqiqi mənasında, Bakıda sayılıb-seçilən seçmə musiqi-orta məktəbi hesab olunurdu. Bu, məktəbə xüsusi istedadı olmayanları qəbul etmirdilər.

Bu, barədə Müslüm yazırdı: “Bakı Konservatoriyasının nəzdində ki, musiqi məktəbi seçmə məktəb idi. Seçmə o mənada ki, bura istedadı, qabiliyyəti olan uşaqları qəbul edirdilər. Valideyinlərin hansı yüksək vəzifəni tutması burda keçərli deyildi. Seçim meyarı bir idi-təbii istedad. Qabiliyyətsiz, bacarıqsız olanları, hətta, tanışlıq və başqa qeyri-müəyyən yollarla, belə, bu, musiqi məktəbinə qəbul etmirdilər. Məhz, buna görə də bizim məktəbi qutaranların çoxu yaxşı musiqiçi olurdular. Məktəb Bakı şəhəri kimi beynəlmilər idi: onda biz milli müxtəlifliyin nə oldugunu bilmirdik. Heç vaxt təşviş, həyəcan, iztirab keçirmirdik, çünki Azərbaycanın paytaxtı Bakıda Azərbaycan dilini bilmək mütləq hesab olunmurdu. İstəyirsən-öyrən, istəmirsən-öyrənmə. Bizim ailədə rus dilində danışırdılar. Ona görə yox ki, mən doğma ana dilini zəif bilirdim…

Xeyr! Əsla yox…

Nənəm Baydagül tatar, Camal əmimin həyat yoldaşı Mariya İvanovna isə etnik tərkibinə görə polyak idi. Əmim Azərbaycan dilində kifayət qədər yaxşı danışırdı, ancaq ədəbi Azərbaycan dilində hərdən ilişirdi…”.

Müslümün yeni məktəbdə aldığı bilik gənc oğlanın konservatoriyaya daxil olmasına kifayət edir. Beləliklə, Müslüm ali musiqi təhsili almağa nail olur və bununla da dostu Rauf Atakişiyevə verdiyi sözü yerinə yetirir.

Müğənninin uşaqlıq illərini nəzərdən keçirəndə görürəm ki, onun üçün bu zaman kəsiyi çox maraqlı, keşməkeşli və yadda qalan olubdu. O, heç vaxt bir yerdə oturmağı, sakit durmağı xoşlamayıbdı. Adətən belə uşaqlar haqqında deyirlər: “bulaq kimi qaynayır” və ya “od parçasıdı”. Mən, qiyabi şahidi oldum ki, babasından yadigar qalan musiqi alətləri, həmçinin, evdə olan elektrik məişət avadanlıqları ilə Müslüm necə davranır, nənəsinecıl toxan ılə

Digər bir tərəfdən isə bu, diribaşlıq uşağın gözünun “açıqlığından”, çevik olmasından xəbər verirdi və çox yaxşı əlamət hesab olunurdu. Ən azından, mən bunu Müslümün problemləri özü həll etmək qabiliyyətinə malik olmasında, riyaziyyat fənnindən qaçaraq başqa məktəbə keçməsində gördüm. Qətiyyətli, bacarıqlı və işini yaxşı bilən Müslüm riyaziyyatdan yaxa qurtara bilmir. Əmisi Cəmaləddin onun riyaziyyatla məşğul olması üçün evə repititor dəvət etməli olur. Lakin bu, heç nəyi dəyişmir, atalar məsəlində olduğu kimi: “dəyirman öz işindədi, çaqçaq baş ağrıdır”.

O, xatirələrində yazırdı: “Çoxda böyük səylə çalışmırdım. Məktəbli masası arxasında oturmaq mənim üçün biz üstündə oturmağa bərabər idi. Musiqi ilə məşğul olmaq tamam ilə başqa idi, çünki bu mənim xoşuma gəlirdi… Lakin riyaziyyat, bütün bu, formulalar, məchul və mötərzələr, ümumiyyətlə, nə isə oxumağa dözümüm, səbirim yox idi. İş o yerə çatmışdı ki, ümumtəhsil fənlər üzrə mənim üçün evə repetitor dəvət edirdilər. Onlardan biri riyaziyyatçı, yaxşı yadımdadı… Əla oğlan idi, eynəkli-ağıllı. O, mənə cəbrdən, ancaq mənim başımda öz düşüncələrim: musiqi və gəzmək dolanırdı. Bir qapıya oynamaq nəhayət riyaziyyat müəllimini bezdirdi.”

Müslümün səhlənkarlığı, riyaziyyat fənninə olan soyuq və laqeyid münasibət sonda riyaziyyat müəllimini dilə gətirir. Artıq hər şeyin mənasız olduğunu görən riyaziyyat müəllim Müsümə deyir: “Səndən heç vaxt riyaziyyatçı olmayacaq. Ona görə yox ki, sən kütsən, zəifsən. Sadəcə olaraq sən bununla heç zaman məşğul olmayacaqsan. Dəqiq elmlər sənin beyninə girmir. Lakin sən istəsən bunu edə bilərsən. Ancaq sən bunu istəmirsən. Buna görə də, gəl musiqi haqqında danışaq.”

Riyaziyyat müəllimi ilə aralarında olan söhbəti Müslüm belə xatırlayırdi:

“Biz saatlarla musiqi haqqInda danışırdıq. Mura xala görürdü ki, biz uzun müddət bir yerdə otururuq, ona görə də məni əmimə tərifləyərək deyirdi:

Bax, ciddi-cəhd, səy göstərir!”

Bütün zamanlarda, hər bir məktəbdə, pedaqoqlar arasında şagirdlərə doğma, yaxın münasibət bəsləyən, peşəsini mükəmməl bilən müəllimlərlə bərabər, həm də peşəsinə laqeyid və soyuq yanaşan müəllimlər olubdu. Bu, yoxlanılmış təcrübəni hər bir şagirdin təhsil aldığı məktəbə şamil etmək olar. Ona görə də, şagirdlər arasında fənn müəllimlərini doğma və ya ögey, yaxın və ya uzaq, bilikli və ya biliksiz, pis və ya yaxşı bu kimi müxtəbulif kateqoriyüalara brlürd. Burda, bir məqamı xüsusilə vurğulamaq lazımdı, ola bilməz ki, bir müəllim hamı üçün yaxşı və ya pis olsun. Sözsüz ki, bu məsələyə hər kəs öz fərdi və şəxsi münasibətlər bucağından yanaşmalıdı. Məhz, bu nöqteyi-nəzərdən Müslümün təhsil aldığı məktəb, həmçinin, pedaqoq kollektivi istisna təşkil edə bilməzdi.

Müslüm yazırdı: “Biz məktəbdə müəllimlərimiz həddən artıq ağıllı, ciddi, ürək sıxan, heç nədən razı olmayan, “təlxək, oyunbaz, məsxərəçi” və sair bu kimi dərəcələrə bölürdük. Bizdə, Arkadi Lvoviç adlı çox güclü, heyran doğuran bir müəllim var idi. O, bizə çoğrafiya və ingilis dilindən dərs deyirdi. Arkadi Lvovic deyirdi:

Avropanın bütün ölkələrini say! Tez!

Onun özü ingilis dilində çox yaxşı danışırdı. Çox sonralar mən müəllimimi vəfatından bir qədər öncə gördüm. Arkadi Lvoviç çoxdan təqaüddə idi, Leninqradda (Sankt — Peterburqda: — C.P.) yaşayırdı. Mən, şəhərə konsert proqramı ilə qastrola gəlmişdim, həmin zaman “Böyük teatr” Leninqradda səfərdə idi. Yadımdadı, mən restoranda şam yeməyi təşkil etdim, “Böyük teatr”ın bir neçə solistini və Arkadi Lvoviçi dəvət etdim. Şam yeməyi əla keçdi, çox yaxşı alındı…

Başqa bir yaxşı pedaqoq isə Aron İzrailoviç idi. O, bizə musiqi savadı fənnindən dərs deyirdi. Ömrümün sonuna kimi bir məqamı heç vaxt yaddan çığartmayacam. Musiqi savadı haqqında hələ heç nə bilmirdik o, isə bizə deyirdi:

Mən sizə deməyəcəm salam, uşaqlar! Əyləşin! Siz də mənə cavab olaraq deməyin: Salam, Aron İzrailoviç! Mən sizə deyəcəm:

— Si-mi-lya-re-sol-do-fa. Siz isə mənə cavab verəcəksiniz Fa-do-sol-re-lya-mi-si.

Bununla da biz həmişəlik yadda saxladıq ki, notun üzərində hansı diyes olmalıdı. Bizdə “oyunbaz, məsxərəçi, təlxək” qrupuna botanika müəlliməsi Yekaterina Minayevna daxil edilmişdi. Onun hərəkətlərində, sanki, qeyri-adilik var idi. Bu, müəllimənin mənə qarşı meyl gostərməsi hiss olunurdu. O, daima nəyi isə mənə irad tuturdu:

— Maqomayev, sən nə edirsən?

— Heç nə.

— Nə lazımdı, onu elə!

Nəyin lazım olduğunu və necə etməyi isə mən anlamırdım. On üç yaşım olanda mənim bığlarım çıxmağa başladı. Bir dəfə müəllimə mənə dedi:

— Maqomayev niyə sənin bığların çıxmağa başlayıb?

Bu, yaşlı qadının tamamilə azyaşlı oğlandan bunu soruşması mənim üçün qaranlıq qalırdı. Əlbəttə, mən qısa cavab verərək dedim:

— Bilmirəm! Mən tanış kişidən soruşaram, nə edim ki, bığlar böyüməsin.

Ən gülməli isə o idi ki, bizim müəllimənin bığcığı mənim bığımdan böyük idi”.

Sözsüz ki, məktəbdə baş verən proseslər Müslümünn şəxsi baxış bucağı hesab oluna bilər. Çünki bəzən elə olur ki, məktəbdə bundan qat-qat, daha artıq, daha maraqlı və ya, əksinə, kifayət qədər başqa neqativ hallar yaşanır.

1958-ci ildə “Böyük teatr” Bakıya qastrol səfərinə gəlir. Müslümün bu teatrla ilk tanışlığı məhz, həmin zamana təsadüf edir. Hamıya yaxşı bəlli idi ki, “Böyük teatr” sabiq SSRİ məkanında opera və balet sənətinin etalonu hesab olunurdu. Qeyd etmək yerinə düşər ki, sovetlər ölkəsində ən yaxşı opera müğənniləri və balet ustaları “Böyük teatr”da cəmlənirdi. Bu, teatr, sözün həqiqi mənasında, “Böyük” idi. Çünki opera və baletin məbə-di hesab olunan bu, mədəniyyət ocağı Avropanın (İtaliya, Fransa, Böyük Krallıq) , o cümlədən dünyanın (ABŞ, Yaponiya, Çin) ən aparıcı kollektivləri ilə rəqabət aparmaq gücünə malik olan bir musiqi məbədi idi. Belə bir məqamdan istifadə edən rəhbərlik Müslümü yoxlamaq qərarına gəlir.

Bu, barədə Müslüm xatirələr kitabında yazırdı: “Mən, Mefistofelin “Faust” əsərindən kupletlər, “Sevilya bərbəri” operasından isə Fiqaronun kavatinasını, həmlarçinı, bir neçudı Təqribən saat yarım oxudum. Heç bir münasibət… Daş si-fətlər…

–Sağ ol, gənc oğlan! Siz bir qədər dəhlizdə gəzişin, biz isə yoldaşlarla məsləhətləşək.

Müzakirə çox uzandı. Nəhayət ki, bizim qeyri-adı komissiya Niyazı əminin rəhbərliyi altında burunlarını sallayaraq otaqdan çıxdılar. Orda nəyin baş verdiyini anlamadığım üçün, bizim teatrın solisti Bünyatzadəyə yaxınlaşıb soruşdum:

— Bünyad əmi, niyə bizimkilərin burnu yernən gedir?

O, isə belə bir cavab verməklə, sanki, məni sakitləşdirdi.

— Əh, nə olsun ki, hərdən belə də olur, oğlum! QocalIblar! Cavanları başa düşmürlər.

Mən qətiyyətlə Bünyad əmiyə yenə muraciət etdim və soruşdum:

— O, nə dedi?

— Heç nə demədi. Sürünün, — dedi, — onunla əhəmiyyətli heç nə. Yaxşı səsi olan oğlandı, bundan artıq heç nə…

Mən əməlli-başlı həyəcanlandım, amma tez də soyudum”.

Müslümün doğmaları hələ də narahat olmaqda idilər. Onlar əmin idilər ki, uşaqda mutasiya davam edir, ola bilsin ki, səs tamamilə dəyişsin və ya birdəfəlik itsin. Odur ki, Müslümü mütəxəssisə gostərmək lazım gəlir. Elə bu, zaman Camaləddinin gozünə bir qəzet məqaləsi sataşır. Həmin məqalədə deyilir:

“Moskva ətrafında, ya larinqoloq-müğənni, ya da müğənni-həkim yaşayır”.

Çox nadir hallarda olur ki, insan, həm səs tellərinin, həm də vokalın incəliklərini mükəmməl bilsin. Mən, Müslümün həyatının kiçik bir anını xatırladan bu hissədə, əmisi Camalın diqqət və qayğısı ilə yenidən rastlaşdım. Bir daha əmin oldum ki, Ayşət xanımın oğlu Müslümün “acılı uşaqlıq illəri” ilə bağlı söylədiyi fikirlər tamamilə yanlışdı. Ziyalı mühitində böyüyən Müslüm əmisindən və onun həyat yoldaşından kifayət qədər yaxşı təlim-tərbiyə, isti, mehriban, doğma münasibət görmüşdü. Əks təqdirdə onun kim olacağı böyük sual altında qala bilərdı. Göründüyü kimi, hətta, yaşla bağlı səs tellərində yaranan dəyişikliklər bu, iki insanı bərk, həmçinin, kifayət qədər ciddi narahat edirdi. Muslum bu, məqamı qələmə alaraq yazırdı:

“Camal əmim mənə dedi:

— Mən, Moskvaya gedirəm. Yığışdan, mənimlə gedəcəksən. Bu, həkimi taparsan və onun üçün oxuyarsan. Qoy o, sənin boğazına diqqətlə baxsın.

Mənim yaşımın keçici dövrü əmimə rahatlıq vermirdi. Ancaq səsin keçiciliyi artıq yox idi. Qurtardi! Cənubda yaşayan uşaqların hamısında olduğu kimi: burda, yetişmə dövrü tez baş verirdi.

Moskvaya gəldik! “Moskva” mehmanxanasında dayandıq. Bizim nömrəmiz binanın ən yüksək yerində yerləşirdi. Burdan paytaxta baxış meydançasında oldugu kimi tamaşa edirdim. Moskva haqqında olan ilk təəssuratlarımı geniş danışmayacağam: ağzımı açıb hər keçənin üzünə baxıb gəzirdim. Həmin vaxt Moskva yaxşı təmizlənmiş və bəzədilmiş təsiri bağışlayırdı. İnsanlar gülərüz, səmimi, mehriban, xoş görünürdülər, çünki başqa zaman idi, tamamilə indiki dövrə, qaşqabaqlı-qayğılı, özünə qapanoxan-fikirli insanları olan. Əmimin SSRİ Dövlət Plan Komitəsində işi var idi: həmin vaxt o, Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışırdı”.

Müslümün Moskva ilə bağlı təəssuratlarından anlamaq olur ki, gələcəyin böyük musiqiçisi ilk baxışdan, həm SSRİ-nin paytaxtını, həm də moskvalıları sevir, bu şəhərə, onun sakinlərinə səmimi qəlbdən bağlanır, ömrünün arxada qalan çox hissəsini burda yaşamalı olur. Müğənni heç bir böyük coşqu, həyəcan keçirmədən fikirlərini geniş, aydın və müfəssəl formada qələmə alaraq xatirələr kitabında yazırdı:

“Mən bütün həyatım boyu məhəbbətimi iki yerə bölmüşəm: Azərbaycan mənim atam, Rusiya anam olubdu. Doğulduğum yer isə “Qurultaylar Sarayı”dı.

Həmin gün Moskvanı kifayət qədər gəzib dolaşan Müslümlə əmisi Camal arasında həkimin yanına getməklə bağlı kifayət qədər ciddi söhbət olur. O, yazIrdI:

Camal əmim dedi:

— Sabah səhər tezdən mən işlə əlaqədar məşğul olacam, sən isə həkim Petrovu axtar. Sən artıq böyümüsən, on altı yaşın var, bələdçisiz keçinməyin vaxtı çatıbdı.

Mən qorxaq deyildim, əksinə, kifayət qədər inadkar və cəsarətli idim: Başqa şəhər, paytaxt olmasına baxmayaraq itməkdən qorxmurdum. Moskva ətrafında yaşayan Petrovu axtarıb tapdım. Bundan sonra həqiqətən kənd başladı. O, ozü qapını açdı. Evdəki vəziyyət heç də onun həkim olmasından xəbər vermirdi: nə kabinet, nə tibbi avadanlıq, nə də ki, tibbdən əsər-əlamət… Həkim başına larinqoloq güzgüsünü taxdi, parlaq işığı yandırdı və mənim səs tellərimə baxdı:

— Nə olsun? — dedi.

Sonra mənə diqqətlə baxıb dilləndi:

— Səs telləri, elə səs telləri olaraq qalır. Normadadır, müğənnilikdi.

Qısa fasilədən sonra həkim sözünə davam edərək dedi:

— Cavan oğlan, sizin səsiniz aşağıdı? Səs telləri yaxşı inkişaf edibdi?

Mən cavab verərək dedim:

— Bəli! Yaxsi!

Həm başımı tərpətməklə, həm də sözlə həkimin suallarını cavablandırdım. Axı burda nəyə etiraz edəsən, hər şey tamamilə doğru idi. Səs məndə həqiqətən aşağı idi.

— Demək, sizdə səs necədi? — deyərək, — həkim soruşdu.

Ümumiyyətlə, bas-bariton, — deyərək, — dilləndim.

— Əla! İndi mənə Nadirin ariyasını oxuyun.

Nadirin ariyası tenor üçündü, bundan yuxarı olmur.

Əlbəttə, həkim məni dəhşətli dərəcədə pərt etdi. CavabInda, — dedim:

Bağışlayın, həkim. Mən ki, sizə dedim, mənim səsim bas-baritondu.

— Bəli, mən deyirəm ki, Nadiri oxu!

Bu, onunla yekunlaşdı ki, mən tenor səslə Nadiri, bas səslə Mefistofeli oxudum. Həkim razı qalaraq əlini-əlinə sürtdü.

— Hə, Müslüm ibn Məhəmməd Maqomayev, hətta, çox yaxşıdı. Bəli, sadəcə olaraq çox xoşdu!

Mənim ürəyim sakitləşdi və mən soruşdum.

Həkim, indi mən nə etməliyəm? Biri mənə deyir oxu, digəri deyir oxuma.

— Bəs siz özünüz necə düşünürsünüz?

Mən oxumaq istəyirəm.

— Əlbəttə, xoşdu ki, özünüz oxumaq istəyirsiniz. Siz bundan ötrü ordan Moskvaya gəlmisiniz?

Mən başımla həkimin sualını təsdiqlədim. Həkimlə işim qurtardıqdan sonra tələsmədən mehmanxanaya qayıtdım. Axşam Camal əmimə Petrovun yanına getməyim haqqında məlumat verdim.

— Elə bu? — deyərək, — əmim şübhəli baxışlarla məni süzdü və dedi:

— Sən məni aldatmırsan?

Mən incidim və küskün halda dilləndim:

Bəyəm, nə vaxtsa sənə yalan demişəm?

Əmim incidiyimi görüb könlümü aldı. Mən isə fürsətdən istifadə edib əmimi yola gətirdim ki, məni Vışniy Voloçoka buraxsın: mən istəyirdim ki, uşaqlıq vaxtı yaşadığım şəhərdə olum, hərdə olum, hərdə olum, hərdə olum Həmin vaxt artıq anamın yeni ailəsi var idi. O, Barnaulda yaşayırdı və işləyirdi. Biz çoxdan idi ki, görüşmürdük, çünki anam Bakıya gəlmək istəmirdi. Nə vaxt mənim Moskvaya gələcəyimi biləndə qərara alır ki, görüşmək üçün Vışniy Voloçoka gəlsin. Həm mənimlə görüşsün, həm də bir vaxtlar yaşadığı şəhəri görsün.”

Əmisi Camaləddinin, nənəsi Baydagül xanımın və polyak əsilli Mura xalasının isti, doğma qayğısı ilə əhatə olunan Müslüm anası ilə görüşməyə çox can atırdı. Baxmayaraq ki, anası ona istənilən nəvazişi, ana qayğısını verə bilməmişdi. Bütün bunlara baxmayaraq ana və övlad məhəbbəti qarşılıqlı surətdə onları bir-birinə doğru cazibə qüvvəsi ilə dartırdı.

Müslüm Moskva təəssüratlarını xatirələr kitabında belə yazırdı: “Nə vaxt Vışniy Voloçokdan Moskvaya qayıtdım, əmim Camalı yerində tapmadım. O, artıq Bakıya qayıtmisdi. Bu, nöqteyi-nəzərdən nisbətən daha sadə, o cümlədən ucuz “Neva” mehmanxanasında qalmalı oldum. Pulum az idi, ancaq bununla belə, onun bir hissəsini Qorki küçəsində yerləşən studiyada səsli məktub yazmağa xərclədim. Mutasiya ilə bağlı sonsuz danışıqlar mənim qəlbimdə şəkki-şübhə, narahatlıq yaradırdı. Ona görə, hər ehtimala qarşı səsimi yazmaq qərarına gəldim. Düşündüm ki, həqiqətən birdən səsim dəyişə bilər. Studiyanın direktorunun familiyası Petruşanski idi. Familiya, sanki, familiya idi, ancaq nədənsə həmin vaxt bu soyad məndə gülüş yaratdı. Niyə? Bunu indiyə kimi özüm də, bilmirəm. O, məndən soruşdu:

— Cavan oğlan, kimə məktub yazacağıq?

Mən cavabında dedim:

Özüm, özümə.

O, əvvəlcə şübhəli baxışlarla məni süzdü və sonra dillənərək dedi:

— Bu, necə olur?

Mən dedim:

Sadəcə olaraq səsimi yazmaq istəyirəm.

— Onda irəli, mikrofona doğru, — dedi.

Mən yenə dilləndim:

Yox, ayaq üstə duran mikrofon məni qane etmir. Mənə lazımdı ki, mikrofon royalın yanında olsun.

— Royal sizə nəyə lazımdı?

İfa etmək üçün.

— Həm oxumaq, həm də müşayiət etmək üçün?

Bəli!

Mikrofonu royala tərəf yaxınlaşdırdılar və royalın qapağını qaldırdılar. Yoxlamaq üçün mən danışdım: bir, iki, üç. Oxumağa başladım: “Məni yaddan çığartma” adlı neapolitan mahnısını ifa etdim. Yazı qurtaran kimi studiyanın əməkdaşları məni əhatəyə aldılar. Petruşanski başqalarından çox həyəcan keçirirdi:

— Siz deyirsiniz ki, peşəkar müğənni deyilsiniz?

Hələ ki, yox.

— Bu, nədi, siz yenidən Bakıya gedəcəksiniz?

Конец ознакомительного фрагмента.

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я