Bu yay da belə keçdi̇. Şerlər

Vahi̇d Çəmənli̇

«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Оглавление

Dağlara…

Dəli ozan, dəliliyin tutdumu,

Qurban etdin məni bizim dağlara.

Qara keşiş dağlarıma dağ basır,

Ta getməyə yoxdu üzüm dağlara.

Dağlar gördüm, dağ vüqarım əyildi.

Dağlarıma sıra dağlar deyildi…

O dağlarım belə dağlar deyildi,

Toxunurdu əlim, dizim dağlara…

Sinə dağlı, hər sinədə bir dağız,

«Dilqəm» məndə nə dil qoydu, nə ağız…

Sazım sınıq, nə qələm yox nə kağız,

Bir söz qoşam düzüm — düzüm dağlara.

«Ruhani» də dağ düzülüb yan-yana,

Bu dağlara ürək varmı dayana?

Dəsmal götür, ağla məni ay ana,

Həsrət qalıb yanar gözüm dağlara.

Neçə ildi mənsiz yanır Kərəmim,

Min — min Əsli ola bilməz məlhəmim…

Kərəm oldum, — qırıq sazım həmdəmim,

Səpələndi odum, közüm dağlara.

«Baş sarı tel», tellərimi ağartdın,

Qaysaq tutan yaraları qanatdın…

Ay saz, yandın ürəyini boşaltdın,

Mən nə edim, nə söz yazım dağlara?

Şimşək olub çaxan olsun oğullar,

Düşmənləri yaxan olsun oğullar…

Dağlarıma qalxan olsun oğullar

Vahid, düşər onda izim dağlara.

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я