Ağ qəm

Sədaqət Kərimova, 2013

Tanınmış yazıçı, şair və jurnalist Sədaqət Kərimovanın imzası həm Azərbaycan, həm də Dağıstan oxucularına yaxşı tanışdır. Əsərlərini Azərbaycan və ləzgi dillərində qələmə alan müəllifin indiyə kimi bir sıra nəzm və nəsr kitabları işıq üzü görüb. “Ağ qəm” onun sayca 17-ci kitabıdır. Buraya müəllif tərəfindən yenidən işlənmiş 6 povest və 2 roman daxil edilib. Orijinal mövzu seçimi, maraqlı dramatik süjetləri, yaddaqalan obrazları ilə oxucu qəlbinə yol tapan bu əsərlər səlis və rəvan dili, özünəməxsus təhkiyəsi ilə seçilir.

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Ağ qəm предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Ağ qəm

Kəskin tormoz və gaba kişi səsi eşidəndə yuxudan ayılan kimi oldu.

— Korsan nədir?

Ətrafına yığışmış adanılan və “Moskviç”dən çıxıb qəzəb dolu baxışlarla onu süzən yaşlı kişini yalnız indi gördü. Qəbahətini anlayıb utandığından deməyə söz tapmadı, qulaqlarının dibinə kimi qızardı.

— Yazıq fikirli imiş… — Kimsə bu sözləri canıyananlıqla dedi.

— Gözün görmür? — Sürücü heç cür sakitləşə bilmirdi. Amma Talihə daha heç nə eşitmədi. Ağ duman onu başdan-ayağa kimi bürüyüb hara isə apardı.

Ayılanda xəstəxanada idi. Həmin yaşlı sürücü yanındakı stulda oturub nəzərlərini ona zilləmişdi. Talihəyə elə gəldi ki, kimsə başının üstündə dayanıb küt bir alətlə onun beynini döyəcləyir. Ağrı onu halsız etmişdi. O, nə baş verdiyini öyrənmək üçün soruşdu:

— Mənə nə olub?

— Xoşbəxtlikdən yaxşı qurtarmısınız. — Gənc, yaraşıqlı həkim qız ona yaxınlaşdı. — Yüngül beyin silkələnməsini nəzərə almasaq, hər şey qaydasındadır. Bir həftəyə kimi o da keçib gedər.

Həkim sürücüyə nə isə işarə edib otaqdan çıxdı. Him-cimi Talihə hiss etdi və bu, onun qanını qaraltdı. Bu dəfə sürücü mülayim səslə dilləndi:

— Bacı, mən qaçqınam, bir çətən külfətim var, bir il işsiz qalandan sonra təzəlikcə işə düzəlmişdim. Məni işə saldın… Hər nə isə, olan oldu, keçən keçdi. Məni balalarının başına çevir.

Talihə heç nə başa düşməyib soruşdu:

— Məndən nə istəyirsiniz? Nə etməliyəm?

— İndi müstəntiq gələcək, səndən ifadə alacaq. Ona deyərsən ki, keçiddən qırmızı işıqda keçmisən, yaxşımı?

— Yaxşı.

Bu enlisifət, kəntöy adam nədənsə onun əsəblərinə təsir edirdi. İndi o, Talihəyə nə desəydi, edərdi, təki əl çəksin, təki onu danışdırmasın. Söz demək, etiraz etmək, mübahisə açmaq iqtidarında deyildi. Beyni dumanlı, fikirləri qarışıq idi.

— Mümkünsə indi məni sakit buraxın, yorulmuşam. — Bu sözləri güclə eşidiləcək səslə, az qala yalvarışla dedi.

Sürücü otaqdan çıxanda sağ tərəfdəki çarpayıda uzanmış yaşlı qadın mehriban səslə dedi:

— Eh, ay bala, bəxtin olsaydı, səni milyonçu maşını vurardı, bala-bala kasıbçılığını edərdin…

Sonra Talihənin solğun bənizinə baxıb təəssüflə davam etdi:

— İndi səni o qədər sorğu-suala tutacaqlar ki, ağrıların gözünə görsənməyəcək, canın boğazına yığılacaq.

— Nədən bilirsiniz ki?

— Məni də sənin kimi maşın vurub. Bir aydır ki, gəlib-gedənlərin əlində əsir-yesir olmuşam.

Talihə çəkmələrini haçan ayağına keçirdiyini, pencəyini geyinib otaqdan necə çıxdığını, xəstəxananın uzun dəlizindən keçib pilləkənləri necə düşdüyünü bilmədi. Başındakı dəhşətli ağrı indi onu maraqlandırmırdı. Talehin, qizlarının narahat olacaqlarını, fikir çəkəcəklərini düşünəndə qərarsız olurdu. Həm də yaman yorulmuşdu. İstədiyi yalnız sakitlik idi. Bilirdi ki, başını balışa qoyan kimi yuxuya gedəcək. İndi o, heç nəyi yatmaq qədər arzulamırdı. Amma həyatında ilk dəfə idi ki, doğma evi onu çəkmirdi. Ayaqları Talihəni hara isə başqa yerə aparırdı. Bu yerin səmti, istiqaməti ayrı idi.

Beş saatdan artıq idi ki, evdən çıxmışdı. Hara, niyə getdiyinin fərqinə varmırdı, elecə yol ölçür, küçələri dolaşırdı.

Elə hey gedir, gedirdi. Oturacağa rast gələndə bir hovur dincini alır, amma 5-10 dəqiqədən artıq oturmağa hövsələsi çatmır, yenidən qərarsız halda yoluna davam edirdi. Özü də tez-tez, tələsə-tələsə gedirdi. Elə bil haradasa, kimsə onu gözləyirdi. Eyni küçələrdən, eyni səkilərdən kim bilir, neçənci dəfə keçirdi. Elə köməksiz idi ki, özünə yazığı gəldi. “Yəqin ayranı dağılmış qarıya oxşayıram,” — deyə fikirləşdi. Bir tərəfdən qəmli fikirlər, o biri tərəfdənsə aclıq onu haldan salmışdı. Amma cibindəki pula metroya minmək üçün bircə jeton almaq mümkün idi. Ürəyində “Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır,” — deyib ac-acı güldü.

* * *

Son vaxtlar həyat onun üçün işgəncəyə çevrilmişdi. Könlünü şad edən, qəlbini sevindirən, ürəyini xoş hisslərlə dolduran heç nə tapa bilmirdi. Sevinc, fərəh ondan gen düşmüşdü. Hərdən ona elə gəlirdi ki, bu duyğularla yerli-dibli tanışlığı olmayıb. Hə etsə də, özünü nə ilə məşğul etsə də, başını nə ilə qarışdırsa da xeyri yox idi, varlığına çökmüş acı kədər onu tərk etmirdi. O, heç kəslə görüşmək istəmirdi. Xasiyyəti də dəyişmişdi, tez-tez heç nədən özünden çıxırdı, qızları, əri ilə əvvəlki kimi mehriban davrana bilmirdi. Hər şeydən inciyirdi, az qala hər söz, hər hərəkət xətrinə dəyir, onu hövsələdən çıxarırdı.

Saatlarla yataq otağına çəkilib dərin düşüncələrə dalmaq onda adət halı almışdı. Qəfildən başlarının üstünü almış səfalətin (Hə, səfalətin! Onu daha nə cür adlandırmaq olardı?) gətirdiyi ağrı-acılan saf-çürük edir, bu vəziyyətə niyə düşdüklərini özü üçün aydınlaşdırmağa cəhd edir, çıxış yolu axtanrdı. Beləcə, fikirlər labirintində dolaşıb qalırdı. Bütün bu faydasız cəhdlərdən sonra “Ay zamana, zamana, oxun qoydun kamana,” — deyib yenidən bədbinləşir, gözlərindən yaş sel kimi axırdı. Xeyli ağlayandan sonra əli istər-istəməz qələmə uzanırdı. Yazır, yazırdı.

Onun qəhrəmanı özünün prototipi idi. Talihə üçün bu əsəri yazmaq çətin deyildi. Hiss və duyğularını, qəmli düşüncələrini, düşdüyü burulğanları, keçirdiyi əzab və işgəncələri, rastlaşdığı eybəcərlikləri sadəcə vərəqə köçürürdü. Yalnız bundan sonra nisbətən sakitləşir, özünə gəlirdi. Yazmaq, içini göynədən, onu yandırıb-yaxan, qərarsız edən duyğuları boşaltmaq onun üçün yeganə təsəlli idi. Qəribə burası idi ki, bundan sonra doğrudan da özünə gəlirdi. Kükrəyib-coşub öz məcrasından çıxan çay yenidən yatağına qayıdanda necə sakitləşirsə, öz adi axan ilə necə axırsa, Talihə də eynilə o cür olurdu. Yazmaq, qəlbindəki fırtınaları qələmlə içindən dartıb çıxartmaq ona bir qədər rahatlıq gətirirdi.

Harda gəldi yazırdı. Qızlarının köhnə dəftərlrinin yarımçıq səhifələrində, təqvim vərəqlərinin arxasında, qəzetlərin ağ haşiyələrində. Bir sözlə, əlinə nə keçsə, onu qaralalyırdı. Bunu ona görə edirdi ki, daha evdə yazmağa təmiz vərəq qalmamışdı. Əvvəllər ağ kağızları işdən gətirərdi. Amma son bir ildə redaksiyanın kağız ehtiyatı tükənmişdi, işçilər bir üzü yazılmış vərəqlərdən istifadə etmək məcburiyyətində qalmışdılar. Artıq bütün kollektiv qənaətə öyrəşmişdi. Talihə isə ikiqat, üçqat qənaətcil olmuşdu. Adətən iri xətlə, tələsik, səliqəsiz yazmağa adət edən, bir yazının üzünü iki-üç dəfə köçürməyə, koçürə-köçürə redaktə etməyə öyrəşmiş Talihə indi xırda hərflərlə, düşünədüşünə, səhvsiz yazmağa çalışırdı ki, israfçılığa yol verməsin. Amma daha qənaətdən də keçmişdi, evdəki kağızları tükənmişdi.

Talihə üçün ən dəhşətlisi qələmlərinin qurtardığı gün idi. O gün o, həyəcanından nə edəcəyini bilmirdi. Beynindəkiləri kağıza köçürmək lazım idi, amma qələm yox idi.

Karandaşla yazanda hirslənirdi, fikirləri dağılırdı, mütləq qələm almalı idi. Qızlarla Taleh hələ gəlməmişdilər. Həm də onların qələmlərinə qıymırdı. Bir oturuma 10-15 vərəq qaraltmağa adət etmişdi, ona qələm çatdırmaq çətin idi. Ona görə də 10-20 qələm birdən alardı. Dostları, tanışları çox vaxt bayramlarda, ad günlərində ona qələm bağışlayardılar. Bilirdilər ki, bu hədiyyə Talihənin ürəyincə olacaq. Taleh də hara getsə, mütləq onun üçün yaxşı bir qələm alıb gətirərdi. Ona görə də heç zaman qələmdən korluq çəkməzdi. Birinci dəfə idi ki, evdəki qələm ehtiyatı qurtarmışdı.

Otaqda xeyli var-gəl edəndən sonra nə fikirləşdisə, geyinib evdən çıxdı. Son dəfə Taleh onun üçün beş qələm almışdı, hərəsinə 200 manat vermişdi. İndi fikirləşirdi ki, cibindəki son min manatı verib beş qələm alacaq, bu da onu xeyli vaxt görəcək. Ancaq hansı köşkə yaxınlaşdısa, orada 350 manatdan ucuz qələm görmədi.

Bir saat ətrafda dolaşandan sonra ərinin ona nişan verdiyi yerə yollandı. “Gənclik” metrosunun girişində alver edən min cür xırdavatçılardan qələm soraqlamağa başladı. Həmişə “qələm alın, beşi min manata” deyib zəhlə tökən uşaqlar bu gün gözə dəymirdilər. Dəzgələrin üstünə qoyulmuş qələmlərin qiyməti isə bərabər şəkildə qalxmışdı. Əlacsız qalıb 350 manata qələm almaq istəyirdi ki, əlində qələm pastası tutmuş bir qocanın onun yanından ötdüyünü görüb sevindi: biri yüz manata idi. Talihə onların yazıb-yazmadığını yoxladı.

— Ay bala, elə bil qızıl alırsan, — qoca deyindi.

Talihə bu sözlərdən yaman utandı. Ürəyində “Alacağın qarğa, verecəyin qırğı”, — deyə fikirləşdi. Eşidən olub-olmadığını yoxlamaq üçün yan-yörəsinə boylandı, pörtdüyünü gizlətmək üçün dedi:

— Əmi, xətrinə dəyməsin, bir dəfə burdan aldığım pastaların içinə rəngli su doldurulmuşdu, ona görə də məcburam yoxlayam.

— Mən namaz qılan adamam, bala, elə insafsız iş tutmaram. — Qocanın sözləri elə inandırıcı idi ki, Talihə daha heç nə deməyib on pasta alıb geri qayıtdı. Ürəyində məmnunluq hiss etdi. “Bir xeyli vaxt qələmə ehtiyacım olmayacaq”. Bu, kədərli sevinc idi.

Belə bir sevincli anı axşam ikinci dəfə yaşadı. Zirzəmidəki rəfin küncündən bir topa plakat tapanda elə bil dünyanı ona verdilər. Talehin üzv olduğu partiyanın sədrinin ağappaq, keyfiyyətli kağızda çap olunmuş portreti parlament seçkilərindən yadigar idi. Pullu, imkanlı sədr o qədər plakat çap etdirmişdi ki, onların hamısını yapışdırmağa Talehin nə həvəsi, nə gücü, nə də vaxtı olmuşdu, ona görə də böyük bir topanı gətirib evdə qoymuşdu. Bir xeyli keçəndən sonra isə evdə yer tutduğuna görə onlan zirzəmiyə düşürtmüşdü.

Talihə plakatları diqqətlə nəzərdən keçirdi: birindən 6 vərəq çıxırdı. Onları evə gətirib səliqə ilə kəsməyə başladı, şkafda yerləşdirəndən sonra rahat nəfəs aldı.Son vaxtlar heç belə sevinməmişdi. Bu sevincə də acı dad qarışmışdı.

* * *

Artıq altı ay idi ki, Talihə işsiz idi. Ömrü boyu dövlət idarəsində çalışmış, səhər saat 9-dan axşam saat 5-ə kimi iş yerində olmağa adət etmiş bir adam üçün birdən-birə belə uzun müddətdə evdə qalmaq o qədər də asan məsələ deyildi. Neçə illər fasiləsiz çalışdığı qəzet maddi çətinliklər üzündən bağlanmışdı. Bakının işsizlər ordusuna onların 40 nəfərlik kollektivi də qarışmışdı.

Talihə uzun illər idi ki, qəzetdə ədəbi işçi işləyirdi. Gənclik çağından buraya elə bağlanmışdı ki, başqa iş yerini

ağlına belə gətirə bilmirdi. Qəzet işini sevir, ondan zövq alırdı.Talihə yaxşı jurnalist idi, imzası tanınırdı. Onun hər məqaləsi hadisəyə dönür, əks-səda doğururdu. Bundan başqa onlarca kitabını da burada çalışa-çalışa yazmış, çap etdirmişdi. Redaksiya onun üçün bir növ yaradıcılıq laboratoriyası idi. Saatlarla öz iş stolu arxasında sakitcə oturub yazılarını yazmağa, qəhrəmanlarının taleləri ilə yaşamağa, onların aləmində olmağa adət etmişdi. Ona görə də indi qəzetin bağlanması ona dəhşətli faciə kimi görünürdü.

Əslində son bir ildə kollektivin bütün üzvləri kimi o da redaksiyanın fəaliyyətsiz qalacağı günün uzaqda olmadığı fikri ilə yaşamışdı. Çoxdan heç kəs əmək haqqı almırdı. Vaxtilə yüz minə yaxın oxucu olan gündəlik qəzet indi həftədə, on gündə bir dəfə çap olunurdu. Borcu xərcini ödəmirdi. Amma buna baxmayaraq, hamı, hər gün işə çıxırdı. Hər kəsin ürəyində bir ümid qığılcımı közərməkdə davam edirdi ki, bu əzablı günlər bitəcək, redaksiyanın dəhlizinə, iş otaqlarına çökmüş darıxdırıcı, əzablı sükutun, nəhayət, sonu çatacaq, əvvəlki gur, coşqun redaksiya həyatı yenidən başlanacaq. Amma günlər uzanır, həftələr aylara çevrilir, həmin gün gəlib çıxmırdı ki, çıxmırdı.

Bir gün redaktor kollektivi yığdı və hamıya elan etdi ki, daha qəzet çıxmayacaq, maliyyə imkanlan tükənib. Bu sözləri o, qəhərlə dedi…

Talihənin həyatında bundan ağır gün olmamışdı. Bu, onun və iş yoldaşlarının ümidlərinin alt-üst olduğu gün idi. O gün onun arzuları çilik-çilik olmuşdu. O gün Talihə illərdən bəri əzizləyə-əzizləyə becərdiyi ağacları tufanın qoparıb atdığı qoca, zəif, köməksiz bağbana bənzəyirdi.

Üstündən aylar keçməsinə baxmayaraq, o, hələ də həmin günün təsiri altında idi. Hələ də o günün ağrısını,əzabını yaşayırdı. Amma ilk günlər ürəyinin hansısa güşəsində qəribə bir arxayınlıq hissi də var idi ki, işsiz qalmayacaq. Köhnə qəzetlərin ömrünün bitdiyi, onların yerində yüzlərcə yenisinin yarandığı, peşəkar, səriştəli jurnalistlərin arxa, peşə təhsili olmayan, ancaq zirəkliyi, mövzulara qəribə, qeyri-adi yanaşma üsulları ilə seçilən gənc müxbirlərin ön plana keçdiyi bir vaxtda onun kimi analitiklər də kara gəlməli idi. Bunları fikirləşən Talihə bəxtini sınamağı qərara aldı. Bir həftə ərzində tanıdığı qəzet redaksiyalarının hamısına baş çəkdi. Hər yerdə onu böyük hörmətlə qarşılayır, yazılarından məmnuniyyətlə söz salır, peşəkarlığını xüsusi qeyd edir, sonra isə “sizin kimi jurnalistlərə böyük ehtiyacımız var, amma heyf ki, boş yerimiz yoxdur'’, deyib yola salırdılar.

Hər növbəti redaksiyanı tərk edəndə özünü təhqir olunmuş hiss edirdi. Qürurunun alçalmasına görə özünə acığı tuturdu. Amma dolanmaq üçün iş tapmaq lazım idi. Nəhayət, qəzetlərdən əli üzülən Talihə şəhərdəki xarici şirkət və firmalara üz tutdu. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bildiyini, tərcümələrlə məşğul olduğunu qeyd edərək, 30-dan çox ünvanda oldu, amma bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Hər yerdə gənc qadınları işə götürürdülər. Bunu ona açıq-aydın bildirirdilər.

Talihə hər gün səhər tezdən evdən çıxır, günortadan keçəndə yorulub əldən düşmüş halda evə qayıdırdı. Arvadının əsəbilik keçirdiyini, həyəcan içində olduğunu görən Taleh özünəməxsus sakitliklə ona təskinlik verirdi. İlk baxışda təmkinli görünən Talehə işsiz qalmağın əzabı yaxşı tanış idi. Ömrünü elmə həsr edən, öz sahəsində yaxşı mütəxəssis sayılan, neçə-neçə ixtirası ilə tanınan Talehin çalışdığı elmi — tədqiqat institutu da bir ildən artıq idi ki, işçilərə maaş verə bilmirdi. Bir il idi ki, o, hansısa partiyada vaxtını öldürürdü. Amma qazandığı qəpik-quruş çörəyə ancaq çatırdı. Talehin iş tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnmiş, o, nəhayət, əlini hər yandan üzmüşdü.

Təbiətən şən, qaynayib-qarişan, ətrafı dost-aşnalı Taleh bu bir ildə dəyişmiş, sakit, başıaşağı olmuşdu. O, həftədə bir, ya iki dəfə öz iş yerinə gedir, qalan vaxtını evdə, yazı masasının arxasında keçirirdi. Üzdə özünü şax tutan, fikirsiz görünməyə çalışan Talehin nə çəkdiyini Talihə yaxşı bilirdi. Son on ilini o, dəniz suyunun saflaşdırılması probleminə sərf etmişdi. Günlərlə, aylarla kitabxanalarda olur, elmi kitablardan, jurnallardan bu problemə həsr olunmuş materialları axtarıb oxuyurdu. Vaxtının çoxunu laboratoiyada keçirir, evə qayıdanda isə yazı masasının arxasına keçib çertyojları və formulları ilə məşğul olurdu. Zəhməti hədər getməmiş, son dərəcə maraqlı bir ixtira etmişdi. Amma onun bu ixtirası ilə maraqlanan, ona əhəmiyyət verən yox idi. Qapılan döyəndən, çoxlu müraciətlər edəndən sonra bütün bunlardan bezmiş, ruhdan düşmüş Taleh taleyi ilə barışmış, sakitləşib özünə qapanmışdı. Uzun fasilədən sonra yenidən siqaretə meyl salmışdı.

Gecələr hamı yatandan sonra papirosu papirosa calayan Talehin onunla əvvəllər olduğu kimi dərdləşməməsi, həyəcanlarını arvadından gizlətməsi, gözlərində daim fikir buludunun gəzişməsi Talihəni yaman ağrıdırdı. Amma nədənsə ərinə təskinlik verə bilmirdi. Adətən həssas, duyumlu, duyğulu olan Talihə son vaxtlar əsəbi, deyingən, boş şeydən hirslənib özündən çıxan olmuşdu. Həm də ən çox ərinin üstünə çımxırırdı. Bunu özü də hiss edirdi, hər belə sözləşmədən, toqquşmadan sonra günahkar olduğunu, heç nədən evdə gərginlik yaratdığını ürəyində etiraf edirdi. Amma bir neçə gündən sonra bu hal yenidən təkrar olunurdu.

Talihə üçün sirr deyildi ki, Taleh öz yeni həyatına yalnız zahirən öyrəşib. Ancaq bunu da bilirdi ki, ərində qəribə bir etinasızlıq, daha doğrusu, süstlük yaranıb. Son vaxtlar heç nə ilə maraqlanmır, ev, ailə qayğıları onu əsla narahat etmirdi. Talihəni saysız-hesabsız problemlərlə təkbətək qoyub yaxasını kənara çəkmişdi. Arvadı ərzağı necə, neçəyə alır, uşaqlar nə geyinir, yol pulunu haradan əldə edirlər — bunlardan xəbəri də olmurdu. Bu isə Talihəni hirsləndirir, təbdən çıxarırdı. Amma ərinin xətrinə dəyməmək üçün sözarası yumşaq şəkildə ona xatırladırdı ki, iş axtarmaq lazımdır, evdə oturmaqla kar aşmaz. Hər dəfə də eyni cavabı eşidirdi:

— Elə bilirsən iş tökülüb?

Belə söhbətlər evdə gərginlik yaradırdı. Taleh inciyib yeməkdən boyun qaçırır, saatlarla küsülü qalırdı. Qan qaraldan hər növbəti söz-söhbətdən sonra Talihə özünə qəti söz verirdi ki, bir də belə iş tutmayacaq, amma sözünə əməl edə bilmirdi. Heç nədən yenidən gərginlik yaranırdı. Talihə küsüb yataq otağındakı yazı masasının, Taleh isə inciyib qonaq otağındakı iş stolunun arxasına keçirdi. Onlar saatlarla öz aləmlərinə dalırdılar. Belə vaxtlarda qızlar sakitcə öz dərsləri ilə məşğul olurdular.

Talehin işsizliyi az imiş kimi, indi də Talihə bu bəlaya düçar olmuşdu. Bu gün, uzun sürən axtarışlardan sonra o, anladı ki, bütün səyləri səmərəsizdir, iş tapa bilməyəcək. Həm də öz-özünə etiraf etdi ki, daha qapıları döyməyə nə amanı qalıb, nə də heysiyyatı buna imkan verəcək. O, yolunu çox yerdən salmışdı, hər dəfə rədd cavabı alanda ayaqları yerdən üzülmüş, ümidsizliyə düçar olmuşdu. Amma bir təhər özünü məcbur etmiş, yenidən qapılara üz tutmuşdu. Juranalist yeri tapmağın çətin olduğunu anlayanda heç olmasa korrektor yeri tapmağa çalışmışdı. Redaksiyalarda isə boş yer tapmaq müşkül məsələ idi.

Bu gün, bütün bu axtarışlrın əbəs olduğunu birdəfəlik anlayandan, ümidlərinin qapıları bağlanandan sonra Talihə birdən-birə həyat eşqinin, yaşamaq həvəsinin söndüyünü, heç nəyə marağının qalmadığını dərk elədi. O, nə edəcəyini bilmirdi. Xəstəxanadan qaçıb kor-koranə halda ayaqlarının arxasınca gedirdi. Başında anlaşılmaz bir ağrı dolaşırdı. Bu ağrı onu keyidirdi. Ona elə gəlirdi ki, bir yerdə dayansa, son qətiyyəti də əlindən çıxar, müvazinətini itirib yerə yıxılar və bir də ayğa dura bilməz.

Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı.

Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu:

— Nə oldu, bir şey çıxmadı?

Onun bu sualı Talihəni cin atma mindirdi, hirsini saxlaya bilmədi:

— Bəlkə sən də iş axtarasan? Mənim dərdimi çəkməkdənsə, özünə bir gün ağlasan yaxşı olmazmı?

— Nə yemisən belə? — Taleh incidi, amma özünü o yerə qoymadı.

— Evdə yeməyə bir şey var bəyəm? — Talihə suala sualla cavab verdi.

— Yoxdur, yemə!

Ərinin sərt cavabı Talihənin hirsini alovlandırdı:

— Mən yemərəm, bəs uşaqlar? Onlar yazıq deyillər, bir həftədir evdə şordan başqa heç nə yoxdur.

— Tək sənin evin belədir bəyəm? Şor tapmayanlar da var. Allahına şükür elə ki, osa da var.

— Özgələrin dərdi mənə qalmayıb. Məni yandıran odur ki, neçə aydır qapılar döyürəm, amma sənin tükün də tərpənmir. Özünə zəhmət verib iş axtarmaq fikrinə düşmürsən. Elə bil bu evin sənə heç bir dəxli yoxdur.

— Neynim, gedib oğurluq edim?

— Oğurluğa qədərki bütün yolları keçmisən bəyəm? Demirəm ki, dostların, qohumların kimi alver elə. Tutaq ki, üzüyolasan, bu iş əlindən gəlmir, bəs başqa iş niyə axtarmırsan?

— Sən çox axtardın, tapa bildinmi?

— Sən kişisən, yük də daşıya bilərsən.

— Demək istəyirsən ki, gedib hamballıq edim? — Taleh səsini qaldırdı.

— Mənim istədiyim odur ki, ayağını ayağının üstündən aşırıb günlərini televizorun qabağında keçirməyi tərgidəsən. Özünü ailə başçısı kimi aparasan, ailə təəssübü çəkəsən, məsuliyyət hissi keçirəsən.

Taleh əlini zərblə stola çırpdı:

— Bəsdir, mənə ağıl öyrətmə, özüm bilərəm nə edərəm. — O, əsəbi halda qonaq otağına keçib qapını arxasınca çırpdı.

Taleh son vaxtlar arvadının hər sözündən inciyirdi, hər iradı xətrinə dəyirdi. Ona elə gəlirdi ki, Talihənin sözlərinə zəhər qarışıb, arvadının hər sözü məcazi mənada işlədir, ərinin düşdüyü indiki vəziyyət onu əsla maraqlandırmır, daşqəlbli, hissiz, duyğusuz adam olub.

Ürəyində arvadına bərk acığı tutmuşdu, ondan zəhləsi gedirdi. Qınayan olmasaydı, indi dişinin dibindən çıxanı ona yağdırardı, kinini, qəzəbini, hirsini söyüş söyməklə dağıdardı. Amma bunu edən deyildi, belə şeylər təbiətinə yad idi, həm də bilirdi ki, arvadı nəyə dözsə də, söyüşə, təhqirə davam gətirməz. İlk dəfə ürəyində küçə sözləri ilə, ən kobud, ən qaba sözlərlə söyüş söymək arzusu baş qaldırdı. Ömründə belə arzuda olmamışdı. Bir azdan bu arzusu arvadını vurmaq, əzişdirmək arzusu ilə əvəz olundu. Sonra evdəki qab-qacağı sındırmaq, dağıtmaq istədi. Amma bir azdan sakitləşdi, aynabəndə çıxıb dərindən nəfəs aldı. Xəfif axşam küləyi üzünə dəyəndə bundan xoşhallandı.

Talihə içəri keçib çarpayısına uzandı. Balışı üzünə qoyub gözlərini yumdu, amma heç cür sakitləşə bilmirdi, əsəbi halı, həyəcanı keçib getmirdi. Üstəlik beynini dağıdan dəhşətli ağrı da onu üzürdü. Əslində onu haldan çıxaran elə bu ağrı idi. Nə qədər çalışdısa da özünü ələ ala bilmədi. Bu vəziyyətdə iki saata yaxın vaxt keçdi.

Məktəbdən qayıtmış kiçik qızı Aytən onun üzündən öpüb hansısa melodiyanı zümzümə edə-edə vanna otağına keçib çimməyə başladı. Birdən Talihənin yadına düşdü ki, işlə əlaqədar səfirlikdə işləyən bir tanışının yanına getməli idi. Ürəyində kiçicik, iynənin ucu boyda ümid işığı yandı. “Bəlkə bir şey çıxdı?” — deyə düşündü. Tələsik geyinib mətbəxə keçdi, özünə çay süzüb içməyə başladı.

— Hara belə? — Taleh acıqla ondan soruşdu.

— Gəzməyə, — Talihə saymazyana cavab verdi.

— Sən də Süzen kimi gəzmək öyrənmisən deyəsən.

“Süzen” ərinin hər gün televizordan tamaşa etdiyi “sabun operasrnın qəhrəmanı idi. Talehin onu bu gəzəyən qadına oxşatması Talihənin xətrinə dəydi. Ona görə də acıqla dedi:

— Hər nə var, gəzməkdə var.

— Görüm necə gedəcəksən. — Ərinin səsində hədə var idi. Bu, Talihəni təbdən çıxardı. Hər dəfə haqlı danlanandan, təqsiri üzə deyiləndən sonra Taleh qısqanc ər rolunu oynamaqla sanki arvadından qisas alırdı. İndi də Talihəyə elə gəldi ki, əri rola girib. Həyatda əsla qısqanc olmayan Talehin bu xasiyyəti onu həmişə haldan çıxarardı, indi də onu, zəhləsi getdiyi bu rolda görəcəyini düşünmək Talihə üçün dözülməz dərəcədə əzablı idi.

O, cavab vermədi, çayını içib qurtarandan sonra güzgünün qarşısına keçib üzünü, saçlarını qaydaya saldı. Çəkmələrini geyinək istəyirdi ki, Taleh qapını kəsdirdi:

— Özünü karlığa vurmusan? Sənə demədimmi heç yana getməyəcəksən?

— Bu nə danışıqdır? Bunlar nə sözlərdir mənə deyirsən? — Talihə səsini qaldırdı.

— Səndən soruşuram hara gedirsən, utanmadan deyirsən ki, gəzməyə.

— Hara getdiyimi bilə-bilə niyə soruşursan?

— Mən nə bilim hansı cəhənnəmə gedirsən?

— Çox yaxşı bilirsən, təkrarlamağa ehtiyac yoxdur.

— Səndə abır-həya qalmayıb. — Talehin gözlərindən nifrət yağırdı.

— Nə? Nə dedin? Deməli mən abırsızam, hə? Sən iş axtarmaqdansa, acından ölməmək üçün mən qapılara düşmüşəm ki, qəpik-quruş qazanım, üstəlik abırsız da oluram?

— Lazım deyil mənə sənin işin, qaxılıb otur xarabanda. — Taleh hirsindən tir-tir əsirdi.

— Mən sənə görə yox, uşaqlara görə əldən-ayaqdan gedirəm ki, sabah küçələrə düşməsinlər.

— Hələ ki, mənim maaşımı yeyirsiniz.

— Ay yazıq, sənin maaşın yavan çörəyə də çatmır. Bir ildir evin əşyalarını satıram, onun pulunu yeyirik. Daha satmağa da bir şey qalmayıb, görüm indi nə yeyəcəksən.

— Sən mənə bəhanələr gətirmə, Allah bilir hansı cəhənnəmə gedirsən.

Bu sözlər Talihənin olan-qalan səbrini də əlindən aldı. Çantasını zərblə yerə çırpıb var-gücü ilə çığırdı:

— Vicdansız! Şərəfsiz! Özünü qısqanc qələmə vermək istəyir.

Talihə hiss etdi ki, dodaqlan, burnu keyiyir. Əllərinin, ayaqlarının barmaqları bircə anın içində buza döndü. Müvazinətini itirib yerə yıxılmamaq üçün özünü güclə ələ aldı, yataq otağına keçib qapını içəridən bağladı. Çarpayıya sərilib hönkür-hönkür ağlamağa başladı. Hirs, qəzəb, hikkə, açıq dolu hönkürtü bir xeyli çəkdi. Doyunca ağlayandan sonra yo-rulub sakitləşdi. Bir saata qədər beləcə uzanılı qaldı. Bu halda özündən, ərindən zəhləsi gedirdi, həyatına nifrət edirdi.

Birdən nə fikirləşdisə, tələsik yerindən qalxdı, özünü bir babat səliqəyə salıb, geyinib evdən çıxdı. Bayaqdan onu müşahidə edən Taleh bu dəfə müqavimət göstərmədi. Hamamdan təzəcə çıxmış Aytən təəccüblə valideynlərinə baxır, nə baş verdiyini anlamağa çalışırdı.

* * *

Küçələr yenidən onu qoynuna almışdı. Sel kimi yağan yağış ara vermək bilmirdi. Yollar başdan-başa gölməçələrlə dolmuşdu. Artıq onların arasından keçib dayaz yer tapmaq mümkün deyildi. Əslində bunun mənası da yox idi, çəkmələri su içində idi. Addım atdıqca su onların içinə dolur, lırça-lırç salırdı. Paltan əyninə yapışmışdı. Yağış saçlarını, üzünü yuyur, yuyurdu. Amma o, bunların heç birini hiss etmirdi. Nə yağışın güclənib az qala şırnaqla yağmasından, nə də küləyin qalxmasından xəbəri var idi. Bircə onu bilirdi ki, gedir. Amma hara, niyə, nədən ötrü — bunlan duymaq, dərk etmək iqtidarında deyildi. Onun yağışa acığı tutmurdu, ondan zəhləsi getmirdi. Əksinə, yağış xilasakarı idi. İçindən, qəlbindən gözünə axan, oradan isə üzünə tökülən göz yaşlarını yağış yuyub aparır, yanından ötüb keçən yad adamaların yanında onu xəcalətli etmirdi. Gözləri elə hey dolub-boşalırdı. Yağış kimi onlar da yorulmaq bilmirdi.

Nə qədər yol getdiyini, hara səmt aldığını bilmirdi. Bircə onu bilirdi ki, bu yol bitib-tükənmək istəmir, bu çox uzun və əzablı yoldur. Amma onu da bilirdi ki, indi onun yeganə xilaskarı da bu yoldur. Bu yol var deyə o, ayaq üstədir, yeriyir. Bu yol onu yıxılmağa qoymur. Bu yol indi onun üçün məqsəddir, fərqi yoxdur ki, bu məqsəd mənalıdır, ya mənasız, lazımlıdır, yaxud lazımsız, amma hər halda məqsəddir.

Ürəyində bir qasırğa, bir tufan haray qoparmışdı. Onun amansız dalğalan sahillərə çırpılır, elə bil hirsini, hikkəsini burada soyutmaq istəyirdi. Ürəyi sanki sinəsini yarıb çölə çıxmaq istəyirdi, döyüntüləri onu halsız edir, büdrədir, taqətini əlindən alırdı. Amma o, gedir, gedirdi. İçində bir dəli hönkürtü dolaşırı. İçin-için ağlamaq onu sakitləşdirmirdi. Bağıra-bağıra ağlamaq, qiyya çəkmək istəyirdi. Utanmasaydı, elə buradaca, küçənin ortasında, adamların yanında hönkürərdi. İçini ovan, ruhunu dağıdan, hisslərini təlatümə gətirən nə varsa, hamısını çölə tökərdi. Amma yox, nə qədər sarsıntı içində olsa da, iradəsini itirməmişdi. Son ümidgahını — səfirlik binasını tərk edən andan eşitdiyi rədd cavabı qulaqlarından getmirdi, orada qəribə bir uğultu salmışdı.

Sahil bağına haçan gəlib çatdığını bilmədi. Son beş ildə ilk dəfə idi ki, bura yolu düşürdü. Cavid prospektindən burayacan piyada gəlmiş, amma bunu hiss etməmişdi. Bağın kimsəsiz, alaqaranlıq xiybanlarında dolaşmağa başladı. Nəhayət, dənizə yaxın bir yerdə skamyada əyləşdi. Ərtafda ins-cins görünmürdü. Çiyinləri əsə-əsə hönkürməyə başladı. Küləyin vıyıltısı, yağışın şırıltısı onun səsini batırır, göz yaşlarını yuyub apanrdı. Xəzərin suyuna bir-neçə damcı duz əlavə olunurdu.

Talihə burada nə qədər oturduğunun, nə qədər ağladığının fərqində deyildi. Ömründə ilk dəfə idi ki, hərəkətlərinə görə özünə hesabat vermirdi. İndiki zamanda onun üçün nə etdiyinin, niyə etdiyinin heç bir mənası yox idi. Əslində o, bu haqda düşünmək halında deyildi. Elə bil gecənin bir vədəsində bu tənha güşedə yalqizca oturub ümidsizliyə qapa-nan başqa bir adam idi, o yox.

— Xanım, çıx get evinə!

Başının üstündə yaşlı bir kişi dayanmışdı. Talihə onu eşidir, amma nə dediyini anlamırdı. Haradansa peyda olmuş, ömründə ilk dəfə rastlaşdığı bu adam onda qorxu hissi yaratmırdı. Bəlkə bunun səbəbi onun baxışlarının yumşaqlığı idi? Yox, o, bunları hiss edəcək halda deyildi. Sadəcə olaraq düşünmək, dərk etmək qabiliyyətini itirmişdi. Kişi ona nə isə deyirdi, amma o, bu sözlərin mənasını başa düşmürdü.

Naməlum adam gəldiyi kimi xəbərsiz getdi. Talihə nə onun gəlişini hiss etmişdi, nə də gedişim duydu. Onun gözləri elə hey dolub-boşalırdı. Talihə indi yalnız bir şeyə təəccüblənirdi: gözlərində nə qədər yaş vardı…. Yağış kəsmək bilmədiyi kimi, gözləri də qurumaq bilmirdi. O, ağlayır, ağlayırdı. Bu halda nə qədər vaxt keçdiyinin fərqinə varmırdı.

— Xanım, yazıqsan, xəstələnərsən! — Bayaqki kişi yenidən peyda oldu. Bu dəfə deyəsən onun səsini eşitdi. Nimdaş paltarlı bu yaşlı kişinin gözləri kədərli idi. Talihə bunu o saat duydu. Nədənsə bu adama qarşı ürəyində bir mərhəmət hissi baş qaldırdı. Ömründə birinci dəfə gördüyü bu yad adama ürəyini açmaq, dərdlərini danışmaq, içini ovub dağıdan hə-yəcanlarını ona bildirmək istədi. Gör haçandan bəri bir kimsəyə dərdini danışmır! İçində əzablı fikirlər qalaq-qalaq idi, onları əritmək, dağıtmaq lazım idi. Əzizlərindən, dostlarından son bir ildə xeyli uzaq düşmüşdü. Şərait onlan yadlaşdırmırdı. Bəlkə onlar Talihədən də dözülməz vəziyyətdə yaşayırdılar. Hər nə idisə, yadlıq, soyuqluq, qarşılıqlı biganəlik onları bir-birindən uzaqlaşdırmışdı.

Talihə qarşısındakı adamla dərdləşməyə ehtiyac duydu. Kişi elə bil onun xəyalından keçənləri anladı:

— Ağla, xanım, ağla, boşalarsan. Nə qədər ki, ağlaya bilirsən, ağla, yoxsa xəstələnərsən.

Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi, daha doğrusu, göz yaşlan çəkilib getdi.

— Dərdin böyükdür? — Kişi bunu kədərlə soruşdu.

— Çox.

— Əziz adamını itirmisən?

Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. “Əziz adamalarını” gözləri qabağına gətirdi — Aygün, Aytən, Taleh… Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi.

— Yox, yox, heç kimimi itirməmişəm. — Talihə həyəcan içində, qorxunu özündən uzaqlaşdınrmış kimi cavab verdi.

— Onda çəkdiyin dərd deyil, çətinlikdir, çətinliyi isə həll etməyə çalışmaq lazımdır.

Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Gecənin bu vaxtında, gur yağışın altında onunla belə məhrəmanə söhbət edən adama ürəyini açmaq, onu bu vəziyyətə gətirib çıxaran həyəcanlarını onunla bölüşmək istədi.

— Əyləşin, — deyib ona yer göstərdi.

Kişi oturanda onun pəjmürdə halı gözlərindən yayınmadı. İlk dəfə fikrindən keçdi ki, onun da dərdi ola bilər. Bura niyə gəldiyi bir anlığa yadından çıxdı. Yanındakı bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gur yağışın altında gəzişməsinin səbəbi nə idi? Öz dərdini ona danışmaq arzusu bir anda müsahibinin dərdini öyrənmək istəyi ilə əvəz olundu. Nə idi onu gecənin zülmətində küçələrə salan?

— Sizə nə olub? — Ehtiyatla soruşdu.

— Bu gün rəhmətlik arvadımın ilidir.

— Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi.

— Eh, yaxşı var, yaxşı var….

— Deyəsən mehriban dolanmısınız.

— Elədir.

— Uşaqlarınız varmı?

Üç oğlum var. Amma uşaqların öz yeri var, ömür-gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək-tənha qalmışam.

— Oğlanlarınız sizə baxmırlar?

— Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər, arada gəlib yemeyimi də bişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. — Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:

— Bəs sənə nə olub?

Əziz adamını itirmiş bu adamın dərdinin yanında öz dərdi Talihəyə elə əhəmiyyətsiz göründü ki, ondan söhbət açmağı yersiz saydı:

— Heç, elə-belə.

— Yəqin sizinkilər indi bərk narahatdırlar. Onlara yazığın gəlsin. Həyatda hər şeyə çarə var, bir ölümdən savayı. — Kişi bunu deyib ah çəkdi. Sonra əlavə etdi: — Çıx get evinə, sətəlcəm olarsan. — Elə dedi ki, Talihə dinməz-söyləməz ayağa durdu. Müsahibinə təsəlli vermək, onun könlünü almaq üçün fikirləşib nə isə demək istədi, amma belə sözlər tapılmadı. Xudahafizləşib ondan aralandı. Sahil bağından bir xeyli uzaqlaşandan sonra dönüb arxaya boylandı. Kişi xeyli aralıdan onu müşayiət edirdi. Talihə saatına baxdı: gecə saat 12-yə 15 dəqiqə qalırdı. Metroya tərəf səmt götürdü.

* * *

Zəng səsinə evdəkilərin hamısı çıxdı. Qızları sevinclə onun boynuna sarıldılar. Taleh:

— Bu nə vaxtdır? — deyə acıqla soruşdu, amma onun qızarmış gözlərini, qəribə vəziyyətini görüb həyacanını gizlədə bilmədi:

— Bir sey olmayıb ki? — deyə soruşdu.

— Nə olacaq ki?

Bu sakit, müəmmalı cavabda nə vardısa, nə əri, nə də qızları daha heç nə soruşmadılar. Aygünlə Aytən ona əynindəki yaş paltarları soyunmaqda kömək etdilər. Sonra Aytən ona qısılıb ağlamsındı:

— Ay ma, bizi qorxutma da…

Qızının həyəcanını anlayan Talihə onun üzündən öpdü:

— Elə yorulmuşam…. Qoy yatım.

Talihə yerinə haçan uzandığını, gözlərinin haçan yumulduğunu bilmədi.

* * *

Yataq otağından inilti səsi eşidiləndə Taleh hövlnak yuxudan oyandı. Gecə saat 3-ün yarısı idi. Televizorda verilişlər quratrmışdı, ekran eləcə işıldayırdı. Bayaqkı inilti tərar olunanda bunun Talihənin səsi olduğunu anladı. Cəld yataq otağının qapısını açdı. Arvadı çarpayısında qan-tər içində idi. Yuxulu halda əlləri ilə boğazından nəyi isə açırdı. “Yəqin yenə boğazına ilan sarılıb,” — deyə düşündü. Arvadına bu cür yuxuların əzab verdiyini bildiyindən əlini onun alnına qoydu, sakitcə, onu yuxudan oyatmadan dedi:

— Talihə, qorxma, ilanı öldürdüm. Rahat ol, indi aparıb onu basdıracağam. Eşidirsənmi, qorxma, day sənə dəyib dolaşmayacaq.

Talihə gözlərini açıb ona baxdı. Sonra yenidən yuxuya getdi. Bu dəfə sakit, dərin yuxuya.

Son vaxtlar tez-tez eyni yuxunu görən arvadına yazığı gəldi. Onun anqlayıb ovurdları batmış zərif sifətinə kədərlə bir xeyli tamaşa etdi. Yuxulu halda da alnı dartılı, qaşları çatılı olan ömür-gün yoldaşına ürəyində yazığı gəldi. O, bu vəziyyətdə elə köməksiz, elə yazıq görünürdü ki! İşləməkdən nazilmiş barmaqları, əllərinin ııtündəki göy damarlar, əynindəki yuyulmaqdan nazilmiş pambıq gecə köynəyi, hər şey, hər şey onun ürəyini qəmlə doldurdu.

Gündüz baş vermiş narazılığa, ürək ağrıdan söz-söhbətə görə indi öz-özünə acığı tutdu. Talihədən incimək insafsızlıq idi. Yatmış halda o, incidilmiş, xətrinə dəyilmiş uşağa oxşayırdı. Ehmallıca, yuxudan oyatmadan çəkinə-çəkinə əlini onun saçlarında gəzdirdi. Əli balışa toxunanda onun yaş olduğunu görüb sarsıldı. Talihə, kim bilir, nə qədər ağlamış, ağlaya-ağlaya da yuxuya getmişdi. Taleh televizora tamaşa edib vaxtını öldürdüyü vaxt o, yalqız və ümidsiz halda göz yaşlarını balışa boşaltmışdı.

“Guya ki, birinci dəfədir agalayır.” Daxilindən gələn bu səs onu üşütdü. Etinasızlığına, biganəliyinə, soyuqluğuna görə vicdan əzabı çəkdi, özünə acığı tutdu. Uşaq kimi ağlamaq, içinə yığılmış ağrı-aciları boşaltmaq, yüngülləşmək istədi. Amma, heyhat, o, ağlaya bilmirdi. Axırıncı dəfə haçan ağladığı yadına düşmürdü. Ümumiyyətlə, ağlamışdımı?

Hər nə idisə, içində bir dəli hönkürtü dolaşırdı, amma gözündən yaş çıxmırdı. Ağlamaq, sən demə o qədər də asan iş deyilmiş.

Talihənin üzünə uzun, kədərli bir nəzər saldı. Onu bağrına basmaq, uşaq kimi oxşamaq, nəvazişli sözlərlə könlünü almaq, sonra isə ona sığınıb qayğısızca uyumaq necə də gözəl olardı. Bəs niyə bunu etmirdi, niyə etmək istəmirdi? Nə idi ona mane olan, yolunu bağlayan? Bilmirdi. “Nə isə” vardı, bu “nə isə”nin nə adı vardı, nə kimliyi bilinirdi, amma o, mövcud idi. O “nə isə” hər gün, hər saat Talehi Talihədən uzaqlaşdırır, evə bir yadlıq, ögeylik yayırdı. Bu “nə isə‘'yə zəhər dadı qarışmışdı.

* * *

Talihə qızıznın geyinib evdən çıxmağa hazırlaşdığını hiis etdi. Amma yataqdan qalxmağa halı yox idi. Onu yola sala bilməyəcəyini düşünəndə qanı qaraldı:

— Aytən, çörək yemisən?

— Hə, ana.

— Bax, düzünü de ha!

— Dedim də.

— Güzgünün qabağında pul var, götürərsən.

— Yaxşı.

Qapının örtülməsindən Talihənin xəbəri olmadı. Yuxu onu yenidən apardı. Ayılanda artıq saat 10 idi. Cəld yerindən qalxıb bayır qapısını içəridən kilidlədi. Gözü dünəndən güzgünün qabağına qoyduğu pula sataşdı: Aytən onu götürməmişdi. ‘‘Yenə məktəbə piyada getdi,” — deyə kədərlə düşündü. Neçə gün idi ki, o pula kimsə toxunmurdu. Mətbəxə keçib əlini çaynikə toxundurdu: bumbuz idi. “Yenə çay-çörəksiz getdi”. Vaxtında oyanıb qızını yola salmadığına görə ürəyində özünü danladı. Aygünlə Talehin səhərlər çörək yeməməsinə adət etmişdi. Amma Aytənin, onun totuq-motuq Aytəninin aclığa heç davamı yox idi. O, hər iki-üç saatdan bir soyuducunu açıb oradan yemək götürüb iştahla yeməyə adət etmişdi. Onun üçün vaxt məfhumu yox idi. Səhər ertədən də, gecə yarısı da ləzzətlə yeməyə girişərdi. Amma bir aydan artıq idi ki, o, məktəbə ac yollanırdı. Ecdəkilər danlayanda zarafata salırdı: “Qoymazsız arıqlayım?” Amma hamı bilirdi ki, o, yeməyə qənaət edir. Üstəlik məktəbə də piyada gedirdi ki, yol pulu verməsin. Əvvəllər məcbur etsəydilər də bu qədər yolu piyada getməzdi. Amma indi könüllü sürətdə yarım saatlıq yolu pay-piyada gedib-gəlirdi.

Talihənin ürəyi sıxıldı, çarpayısını yığışdırıb otaqlarda səliqə-sahman yaratmağa başladı. Bir azdan aclığını hiss edib yenidən mətbəxə keçdi. Çaydanı qazın üstünə qoyub soyuducunu açdı: bir parça yağdan və bir yarımçıq banka cemdən başqa burada heç nə yox idi. Yağa neçə gün idi ki, heç kəs əl vurmurdu. Ərzaq qablarını bir-bir yoxlamağa başladı: hamısının içi boş idi. Aynabəndə keçib oradaki soyuducunu açdı, yadına düşdü ki, onu bir neçə ay əvvəl söndürüb. Bir vaxtlar iki soyuducu onu görmürdü, üçüncünün arzusunda idi. İndi isə mətbəxdəkini də söndürməyin vaxtının gəlib çatdığını anladı. Kartof qabında iki-üç kartof və bir neçə soğan qalmışdı. “Kartof bişirərəm”, — deyə fikirləşdi. Talehin maaşına hələ üç gün var idi. Bəs bu üç günü necə yola verəcəkdi? Evdəki qəpik-quruş üç dənə çörəyə ancaq çatırdı.

Çaydan pıqhapıqla qaynayır, su döşəməyə tökülür, mətbəx buxarla dolurdu. Talihə isə başını əlləri arasına alıb düşünür, düşünürdü. İndi düşünməkdən savayı onun əlindən heç nə gəlmirdi. Qazın yanından axaraq stolun ayaqlanna kimi gəlib çatmış suyu görəndə cəld çaydanı odun üstündən götürdü, çay dəmlədi. Bir azdan mətbəxə qaynamış çayın tünd qoxusu yayıldı. Qazı keçirib “yaxşı oldu, çay tünd olacaq, — deyə kədərlə gülümsədi.

Özünə çay süzüb yağ, cem çıxardı, dünəndən dilinə bir loxma çörək dəyməmişdi. Amma qızlarının, ərinin evdən ac çıxdıqlarını düşünəndə vicdan əzabı çəkdi. Çayı qəndsiz içib qonaq otağına keçdi, televizoru yandırdı. Yenə reklam verirdilər, növbənöv yeməklərin, şirniyyatın tərifi gedirdi. Sonra itlər, pişiklər üçün hazırlanmış yeməklərin reklamı başladı. Hirslənib kanalı dəyişdi. Başqa kanallarda da maraqlı heç nə yox idi.

Əli heç nəyə yatmırdı. Başı gicəllənirdi. O günkü beyin silkələnməsi deyəsən işini görürdü. Amma bu barədə evdə bircə kəlmə də deməmişdi, doğmalarının fikir çəkmələrini istəmirdi. Divanda uzananda qab-qacaq şkafının şüşəsində öz əksini görüb təəccübləndi: arıqlamış, üzünün almacıq sümükləri bayıra çıxmışdı. Bu halda gənc qıza oxşayırdı, eynilə tələbəlik çağındaki kimi idi. Onda da belə köməksiz, ehtiyac içində idi. Amma yox, o vaxt özünü belə bədbəxt hiss etmirdi, çünki onda sabaha ümidli idi, saysız-hesabsız arzuların qanadında uçurdu. O vaxt gənc, gözəl, istedadlı idi. O vaxt həyat yenicə başlayırdı. O vaxt tək idi. İndi isə ailə məsuliyyəti, uşaqların qayğısı, saysız-hesabsız problemlər onu bürümüşdü, nəfəs dərməyə qoymurdu.

Son bir ildə onlar birdən-birə müflisləşmişdilər. Aygün Politexnik İnstituna daxil olmuşdu. Dəbdəbəli geyinən bir çox yaşıdlarından o, kəskin şəkildə fərqlənirdi, dərslərinə, kitablara həddindən artıq aludə idi. Talihəyə elə gəlirdi ki,

Aygün kədərini dağıtmaq üçün vaxtını dərslərə sərf edir. Hamı kimi geyinib-gecınə bilmədiyi, həmyaşıdları kimi kafelərdə yemək yeyə bilmədiyi üçün belə edir. “Birdən uşağı xəsis sanar, onu təkləyərlər”, — deyə bəzən fikrindən keçərdi. Hərdən ona elə gəlirdi ki, ehtiyac qızını yoldan çıxara bilər. Kimsə avamlığından istifadə edib pulla onu ələ alar. Belə anlarda dünya başına fırlanırdı. Bir tərəfdən qızının dərslərə çox vaxt sərf etdiyini görüb hirslənir, “heç zəmanə uşağı deyil, istəmirəm belə olsun, bir az diribaş olsa yaxşıdır”, — deyə fikirləşir, digər tərəfdən sevinirdi ki, qızının tələbləri ancaq kitablarla, dərsliklərlə bağlıdır.

Doqquzuncu sinifdə oxuyan Aytən xasiyyəti, boy-buxunu, görkəmi ilə böyük bacısından fərqlənirdi — şux təbiətli, deyən-gülən, geyinməyi sevən idi. Amma o da heç vaxt “Mənə filan şeyi alın” deməz, anasının, bacısının geyilmiş paltarları ilə ötüşərdi.

Qızlan sarıdan Talihənin bəxti gətirmişdi: bu vaxta kimi onun bir sözünü iki eləməmişdilər. Əlbəttə, kiçik incikliklər, narazılıqlar bura aid deyildi. Elə Taleh də onun sözündən çıxan deyildi. Ümumiyyətlə, bu ailədə həmişə könülaçan əhval-ruhiyyə hökm sürərdi. Adətən səsli-küylü, sözlü-söhbətli olan, həmişə bir canlanma duyulan bu evdə son zamanlar qəribə bir sakitlik yaranmışdı, hərə öz aləminə çəkilmişdi. Taleh işdən gələndən ta yatana kimi qonaq otağında televizora tamaşa edir, qızlar adətən öz otaqlarında dərsləri ilə məşğul olur, Talihə isə ya mətbəxdə, ya da yataq otağındakı yazı masasının arxasında kağız-kuğuzu ilə məşğul olurdu. Bu, darıxdırıcı, üzücü həyat idi.

Talihə bir də öz əksinə baxdı. Lakin onu anqlaması, sifətinin dəyişməsi yox, şüşədə əksinin ğörünməsi təəccübləndirmişdi. Əvvəllər şkafın içi qab-qacaqla dolu olduğundan oradan heç nə görünmürdü. Talihə şkafın boşalmış gözlərinə baxıb köksünü ötürdü. İllər boyu əzizləyə-əzizləyə alıb qızlaına cehiz yığdığı qablann boş yerləri onun qəlbini ağrıtdı.

Hər dəfə pullan qurtaranda qonşulan Naibəni köməyə çağırırdı. Naibə alverçi idi, yeddiillik təhsili olan bu qadın məhəllədə məşhur idi. Yanaqlarına tünd qızrmızı boya çəkən, son dərəcə dəbdəbəli və zövqsüz geyinən bu qaraşın qadın davakarlığı ilə ad çıxarmışdı. İki gündən bir eyvanından qonşu evlərin sakinlərindən biri ilə söyüşməyə adət etmişdi. Onun bir adəti də var idi: evinin zir-zibilini həmişə eyvandan həyətə yağdırırdı. Neçə il idi ki, qonşular bu xasiyyətini ona tərgidə bilmirdilər. Onlar xahiş edir, yalvarır, tələb edir, hədələyirdilər, amma bunların heç birinin nəticəsi olmur, Naibə bildiyindən əl çəkmirdi ki, çəkmirdi.

Naibəni tanıdan başlıca şey, əlbəttə, alver idi. Əvvəllər alqı-satqı ilə gizlin məşğul olan bu qadın, dövr dəyişəndən bəri əri ilə birlikdə mağaza açmışdı. Şəhərin mərkəzində yerləşən bu ticarət obyekti böyük gəlirlə işləyirdi. Ehtiyac qapını kəsdirən kimi Talihə qab-qacaqdan, pal-paltardan birini. İkisini qonşusuna verir, Naibə də onları satıb, yarı qiymətini qaytarırdı. Beləliklə, Talihə birtəhər ailəni yola verirdi.

Qapının zəngi çalındı. “Bu vaxt kim ola?” — deyə düşündü. Ayaq barmaqlarının ucunda qapıya yaxınlaşıb ehtiyatla gözlükdən baxdı: rəfiqəsi Adilə idi. Zəng bir neçə dəfə səsləndi. Sonra Adilə üzbəüz qonşunun zəngini çaldı. Maral qapıda göründü. Talihə onların söhbətinə vicdan əzabı ilə qulaq asdı:

— Talihəgil bir yana getməyib ki?

— Dünən evdə idilər.

— Bəs bu gün?

— Bu gün onları görməmişəm.

— Xahiş edirəm Talihəyə çatdırarsız ki. Adilə gəlmişdi.

Talihə mətbəxə keçib pəncərə pərdəsinin arxasından gözləri ilə Adiləni ötürdü. Xəcalət təri onu bürüdü. Utandığından nə edəcəyini bilmədi. Amma yadına düşəndə ki, qonaq qabağına qoymağa evdə heç nə yoxdur, qapını aç — mamaqda düzgün hərəkət etdiyini anladı. Artıq neçə vaxt idi ki, qohumlara, dostlara qapı açmırdılar. Bir vaxtlar qonaqlı-qaralı olan bu evə gedib-gələnlərin sayı get-gedə azalırdı.

Yanağı boyu axan göz yaşını əlinin arxası ilə silib, içindən ilan kimi sıyrılıb çıxan ağrını yox etmək üçün başını qarışdırmaq qərarına gəldi. Nə isə bişirməli idi — kartof soymağa başladı. Kartofun qabığını elə səylə, elə nazik soyurdu ki! Şərait onu qənaətcil, hətta simic etmişdi. Əvvəllər belə deyildi, əvvəllər bir kilo kartofdan yarım kilo güclə çıxarardı. Əlbəttə, onda firavanlıq idi, hər şey bol idi, heç nədən korluq çəkmirdilər. Düzdür, heç vaxt varlı yaşamamışdılar, ancaq yoxsul da deyildilər. Yemeyə, geyməyə pulları çatı — rdı, üstəlik hər yay ailəlikcə harasa gəzməyə də yollanırdılar.

Qapının zəngi yenidən çalındı. Ehtiyatla gözlüyə yaxınlaşdı. Bu dəfə gələn dilənçi idi. Təxminən 40-42 yaşlarında olan bu qadının dilənməsi ona qəribə göründü: “Cavan adamsan, get işlə də! Elə bilirsən biz yağ-bal içində yaşayırıq?" — deyə ürəyində deyindi. Amma sonra öz-özünə cavab verdi: “Elə bil iş tapmaq halvadır”.

Dilənçi israrla zəngi basırdı, nəhayət, qapının açılmadığını görüb hirslə ona bir təpik vurdu, ikinci mərtəbəyə qalxdı.

Bu dəfə qapının zəngini çalan Aytən idi. Belə qırıq-qırıq zəng çalmaq onun adəti idi. Talihə qapını açıb Aytənin soyuqdan qızarmış totuq yanaqlarından öpdü:

— Acmısan?

— Yeməyə bir şey var?

— Hə, kartof qizartmışam.

— Nə yaxşı!

Talihə çörək doğradı, duzlu xiyar çıxartdı, boşqaba kartof qoydu. Aytənin iştahla necə yediyinə tamaşa etməyə başladı.

— Çox dadlıdır! — Aytən qıpqırmızı qızarmış kartof dilimlərini ləzzətlə ötürürdü. — Margarində bişirmisən? — Anasından müsbət cavab alanda özünəməxsus halda məmnunluqla: — Kartofunku margarindir, — dedi. Talihə dərindən köks ötürdü.

Artıq bir ildən artıq idi ki, şit yağda xörək bişirmirdilər, günəbaxan yağı ilə margarinə keçmişdilər. Ümumuiyyətlə, son vaxtlar onlar bir çox yeməklərin dadını, ləzzətini itirmişdilər.

— Bıy, az qalmışdı yadımdan çıxsın, — Aytən yerindən qalxdı, əlində pul geri qayıtdı. — Naibə xala verdi, otuz mindir, — dedi.

— Hə, ona satmağa güldan vermişdim. — Talihə bunu günahkarcasına dedi. Sonra isə əlavə etdi:

— Bazara gedim, ayın-oyun alım.

Bazarda yaman tünlük idi. Dar keçidlərdə adamlar bir — birinə toxunur, çantalar bir-birinə ilişirdi. Bu tünlükdə iki qarı Talihənin nəzər-diqqətini cəlb etdi. Nimdaş geyimli bu qarılardan biri irəlidə gedir, kartof, soğan, çuğundur satılan dəzgələrə yaxınlaşır, alıcılarla sövdələşir, “təsadüfən “ birini, ikisini yerə salırdı. Arxadan gələn qarı isə əyilib onları yerdən qaldırır, öz çantasına atırdı. Talihə bir xeyli onalrı müşahidə etdi. Bir azdan qarılar bir yerdə bazarın qapısından çıxdılar, içində ərzaq olan kiçik çantadan hər ikisi yapışmışdı. Onlar başlarını aşağı dikib yaşlarına uyğun gəlməyən tələsik addımlarla gedirdilər.

Talihə bazara getməyi xoşlamırdı. İllər boyu bu işi Taleh görmüşdü. Amma indi bazarlığı ərinə etibar etmirdi. O, malın keyfiyyətlisini və bahalısını almağa öyrəşmişdi. Talihə isə qiymətdə sövdələşirdi. Başqa əlacı yox idi. Elə indi də mal satanlara yaxınlaşıb bir-bir onlardan qiymət soruşurdu. Nəhayət, harda nəyin neçəyə olduğunu öyrənəndən sonra alış-verişə başladı. Dörd kilo kartof, bir kilo soğan, bir kilo boranı alıb yaxınlıqdakı mağazaya girdi. Oradan bir kilo düyü, yarım kilo yağ, bir kilo qənd alıb çıxdı. Pulu yalnız bunlara çatdı, qalanını çörəyə saxladı. Talihənin üz-gözü pörtmüşdü, onu xəcalət təri bürümüşdü. Nədənsə yaman utanırdı, özünü təhqir olunmuş kimi hiss edirdi.

Bazardan çıxıb asta addımlarla, tələsmədən yeriməyə başladı. Çoxdan bu tərəflərdə olmamışdı. Şəhər havası udmaq, insan selinin içində olmaq, dövrün nəbzini tutmaq, adamların nə ilə nəfəs aldıqlarını öyrənmək üçün mütləq bu küçələrlə irəliləmək lazım idi.

Talihə onun yanından keçənlərə diqqətlə baxır, sanki üzlərindən ürəklərini oxumaq, qayğılarından xəbər tutmaq istəyirdi. Bu, maraqlı, həm də üzücü məşğuliyyət idi. Adamların əksəriyyətinin üzündən bir bozluq yağırdı. Qəribədir, elə bil şəhər başdan-başa boz rəngə bürünmüşdü. ‘bBəlkə bu, mənim təxəyyülümdür?” — deyə öz-özünə sual verdi. Amma yox, sən demə bu bozluq heç də hamıda müşahidə olunmurdu. Yanından keçib gedən geyimli-gecimli, üzlərindən toxluq və firavanlıq yağan bəzi adamların görkəmindən bozluq yağmırdı, bu, ayrı rəng idi, göz qamaşdı-rırdı. Amma belələri az idi.

Kapitalizm, keçmiş sosializm şəhərinə qəti, dönməz addımlarla daxil olurdu. Bunu küçələrdə addımbaşı təsadüf olunan dilənçilər, ağzına kimi dolu mağazalar, içəri girməyə ürək eləməyib onlann yanından ötüb keçən kasıblar bir daha sübut edirdi. Talihə, bir zamanlar həvəslə gəzişdiyi, yaşıllıqlarla əhatə olunmuş birmərtəbəli fın evlərinin yerləşdiyi məhəlləyə çatanda gözlərinə inanmadı.

Çoxdan buralara yolu düşmədiyindən baş vermiş dəyişikliklər onu sarsıtdı. Yaşıl və güllü çəpərləri indi 2-3 metr hündürlüyündə daş hasarlar əvəz etmişdi. Əvvəlki üstü qırmızı kirəmitli, bir mərtəbəli səliqəli evlərin yerində iki, üç, dörd mərtəbəli dəbdəbəli imarətlər ucaldılmışdı. Əvvəlki balaca evlərin görkəmi, buradakı həyətlərin səliqə-sahmanı, gülü, çiçəyi həmişə onu hüyran edərdi. İndiki evlərin əzəmət və ehtişamı isə buz soyuqluğu verirdi. Hündür barılardan içəriyə quş quşluğu ilə səkə bilməzdi.

Kapitalizmin Bakıda qəti və inamlı addımlarla irəlilədiyini elə bu evlər də sübut edirdi. Şəhər artıq formalaşırdı. Mərkəzdəki yaxşı evləri imkanlılar alırdılar. İmkansızlar isə tədricən şəhərətrafı yerlərə köçürdülər. Belə alver hər iki tərəfi qane edirdi. Kasıblar aldıqları pula öz kasıblıqlarını edir, varlılar isə səylə təmir işlərinə başlayır, məişətlərini yüksək cəmiyyətin tələblərinə uyğun şəkildə qurmağa çalışırdılar.

Bir zamanlar siçan, siçovul, ağcaqanad yuvaları olan çoxmərtəbəli evlərin zirzəmiləri də indi şəhərin ən qaynar, ən canlı nöqtələrinə çevrilmişdi. Bu saysız-hesabsız ticarət şəbəkələri, bar və restoranlar şəhərin görkəmini dəyişmiş, ona rəngarənglik, əlvanlıq, gurluq, ehtişam gətirmişdi. Amma od tutub yanan qiymətlər onlann da hamı üçün olmadığını anladırdı. Bu da kapitalizmin tələblərindən biri idi.

Talihə evə çatanda artıq hava qaralmışdı. Maralla qızlarının həyətdə oturub onu gözlədiklərini görəndə təəccübləndi.

— Xeyir ola? — deyə soruşdu.

— Xeyirdir, bayaq altıncı mərtəbədə yaşayan ingilis bizə gəlmişdi. O, deyirdi ki, bir dostu bizim binamızda ev almaq, yaxud kirayə etmək istəyir. Ayda 300 dollar verəcəklər. Xahiş elədi ki, sizə də deyim.

Talihə eşitdiyi xəbərdən sarsıldı. O, özünü heç zaman belə ümidsiz hiss etməmişdi. Uzaq ölkədən gəlib şəhərin göbəyində rahatca yaşayan, istədiyi evi satın almağa hazır olan, buna imkanı çatan bu əcnəbi onun ürəyində bir qəzəb, qarşısıalınmaz nifrət oyatdı.

Talihəgilin 18 mənzilli bloklarında artıq səkkiz mənzili əcnəbilər kirayəyə götürmüşdülər. Ev yiyələri — onun jurnalist həmkarları imkansızlıq üzündən öz rahat mənzillərini kirayə yerməyə, özləri isə ya şəhərin ucqarında ey tutmağa, ya da yenidən valideynlərinin darısqal mənzillərinə sığınmağa məcbur olmuşdular. İndi belə bir təklif ona da edilirdi.

— Mən bu evi 15 il növbə gözləyəndən sonta almışam. Təsəvvür edirsənmi bu nə deməkdir? Bu, 15 il, 15 ay, 15 gün deyil ha! Hər ilin içində 365 gün var. Bu evi alanacan mən nəinki ayları, həftələri, hətta günləri saymışam. Bir balaca otaqda dörd baş ailə yaşamışıq. Taleh neçə illər döşəmədə, stolun altında yatıb ki, qızlar ondan utanmasın. Cəmi beş ildir ki, adam kimi yaşayırıq. Allah bunu da bizə çox görür?

Talihənin səsi titrədi, qəhərini boğmaq üçün susdu. Maralın günahkarcasına ona baxıb heç nə demədiyini görəndə səhvini anladı. Bunlan ona niyə deyirdi? Bəs Maral evi həmin əziyyətlə almamışdımı? O da Talihənin vəziyyətində deyildimi? Əcnəbinin təklifini ona çatdırdığına görə günahkar idimi?

Talihə bu dəfə üzünə mülayim ifadə verdi, evi vermək fikri olmadığını bildirdi. Sonra ordan-buradn söhbət salıb Maralın könlünü almağa çalışdı, amma onunla xudahafizləşib qızlan ilə evə gələndə adsız, ünvansız kədər yenə onu yaxaladı.Evdəkilərə hiss etdirmədən yatq otağına keçdi. Oradan çıxanda gözləri qızarmışdı.

Aygün diqqətlə ona baxıb heç nə demədi, artıq anasının belə halına adət etmişdi. Aytən isə özünə xas nəvazişlə:

Ma, nə olub ey? — dedi. Elə dedi ki, qızma yazığı gəldi. ‘‘Sənin kimi ana olar?” — deyə ürəyində özünü söydü. ‘‘Uşaqlara doyunca yemək yedirdə bilmirsən, paltar geyindirə bilmirsən, heç olmasa üzün gülsün. Yoxsa səhər-axşam üzündən zəhrimar yağır”. Özünü tox tutmağa, şən göstərməyə çalışdı, amma bu, çox suni alınırdı. Qəmli olduğun halda şən görünməyə çalışmaqdan çətin məşğuliyyət yoxdur. Amma Talihə rola girmişdi, özünə söz vermişdi ki, axıra kimi onu oynayacaq.

— Kim birnəfəsə “siz internasionallaşdırılmışlardansınızmı?” deyə bilər? — deyə o, qızlarından soruşdu. Aygünlə Aytən səylə həmin sözü deməyə çalışır, amma heç cür deyə bilmirdilər. Gülməli sözlər alınırdı. Hər üçü uğunub gedirdi. Sonra başqa, mənasız şeylərdən danışmağa başladılar. Heç nədən araya gülməli söz düşür, yenidən bir yerdə uğunub gedirdilər.

İşdən gec qayıtmış Taleh evdəki bu şən əhval-ruhiyyəni görüb sevindi. Çoxdan onları belə görməmişdi. Ancaq sövq-təbii onu da hiss etdi ki, bu sevincin arxasında nə isə var. Qəhqəhə çəkən arvadının gözlərindəki kədəri görməmək mümkün deyildi.

Talihə Maralın sözlərini heç cür unuda bilmirdi. Bu təklif onun varlığını təlatümə gətirmiş, olan-qalan qətiyyətini əlindən almışdı. Bu soyuq qış axşamında istilik sistemi işləməyən mənzildə onu havanın soyuğundan daha çox həmin təklifin şaxtası üşüdürdü. Əcnəbinin təklifi onun bütün arzularını alt-üst etmiş, sinəsinə çalın-çarpaz dağ çəkmişdi.

Bu mənzil ona o qədər doğma, o qədər əziz idi! Hər otağı zövqlə, özünəməxsus səliqə ilə bəzəmiş, ürəkaçan, qəlb oxşayan rahatlıq yaratmışdı. Qohumlar, dostlar onların evində yığışmağı xoşlayırdılar. Təbiətən qonaqcanlı olan Talihə ilə Talehin verdiyi qonaqlıqlar adətən çalıb-oynamaqla sona çatardı.

Onlar bu evə köçəndə həyətdə, zibil xəttinin ağzında qalaqlanmış tullantıları görüb dəhşətə gəlmişdilər. Deyilənlərə görə, bir ildən artiq idi ki, zibil xətti sıradan çıxmışdı. Taleh tullantıları daşıtdırmış, burada səliqə-sahman yaratmışdı. Talihə isə burada yaşıllıq salmağa girişmişdi. İndi ora gözəl bir bağa çevrilmişdi — üzüm və qızılgül talvarları, qədd-qamətli ağaclar, növbənöv çiçəklər boy-boya vermişdi. Buradakı gözəllik yaz gələndən payız qurtarana kimi hamının ürəyini açırdı.

Talihə yetişdirdiyi bitkilərin hər birinə övladı kimi bağlanmışdı. Onlan əzizləməkdən, nazlarını çəkməkdən yorulmurdu. Burada açılan hər çiçəyə sevinirdi. Bu bağ ona nə qədər fərəh bəxş edirdi! O, şəhərdə kiçik bir kənd mənzərəsi yarada bilməsi ilə fəxr edirdi. Artıq burada qəribə bir mikroiqlim yaranmış, saysız-hesabsız quşlar, böcəklər, kəpənəklər üçün bu bağ doğma yuvaya çevrilmişdi.

Yaz gələndən onlar az qala bütün boş vaxtlarını burada keçirirdilər. Qızılgül talvarının altında çay içməyin ayrı ləzzəti var idi. İndi təsəvvür edəndə ki, bu bağı atıb harasa başqa bir yerə köçməlidir, acığından bilmirdi neynəsin.

Şam yeməyindən sonra Talihə Maralın təklifini ərinə dedi. Taleh özünəməxsus soyuqqanlılıqla:

— Hansı axmaq öz rahat evini qoyub harasa gedər? — dedi və söhbət bununla bitdi.

* * *

Qonaq otağında televizora baxan Talihə Aytənin səsinə dəhlizə çıxdı.

— Ana, tez ol bura gəl, Arifgil köçür.

Mətbəxin pəncərəsindən ev əşyaları yüklənmiş maşını görəndə Talihənin ürəyi sıxıldı. Yük maşınının yanında dayanmış Arifin 8-9 yaşlarında oğlunun gözlərindən pərişanlıq yağırdı. Adətən səsli-küylü olan dəcəl məhəllə uşaqları onun ətrafına toplaşıb Arifin iki kişi ilə şey-şüyü maşına necə yüklədiyinə tamaşa edirdilər. Binanın eyvanlarında kimsə gözə dəymirdi. Yəqin bu qəmli mənzərəni görməmək, köçənlərin narahatlığını artırmamaq üçün Tali — həgil kimi hiss etdirmədən onları seyr edirdilər.

Yeddi-səkkiz il əvvl bu həyətə dolu maşınlar gələndə bu, ümumi sevincə səbəb olardı. Hamı təzə qonşuların kim olduğunu öyrənmək üçün eyvanlara çıxar, onlara maraqla tamaşa edərdi. Ondakı mənzərə indiki ilə müqayisə oluna bilməzdi. İllər boyu ev növbəsində dayanmış, böyük çətinliklə istədiklərinə nail olmuş adamlar onda öz sevinclərini bölüşməyə fürsət axtarırdılar.

İndiki mənzərə isə tamam başqa idi. Köçənlərin hiss və həyəcanlarını anlamaq o qədər də çətin deyildi. Onlar köçmələrinin əsas səbəblərini gizləsələr sə, müxtəlif bəhanələr gətirib, yalanlar uydursalar da, üzdə özlərini nikbin göstərməyə çalışsalar da, səbəbi hamı bilirdi və buna görə də sözü bir yerə qoyublarmış kimi heç kəs köçən qonşuları soğu-suala tutmurdu.

Kədərlə onların öz doğma ocaqlarını tərk etmələrinə tamaşa edənlər ürəklərində düşünürdülər ki, belə bir faciə sabah onların da başına gələ bilər. Arifgilin hara, niyə köçdüklərini düz-əməlli heç kəs bilmirdi. Ancaq Talihə üçün sirr deyildi ki, həmkarı səkkiz ay işsiz qalandan sonra evini kirayə verməyi qərara alıb. Onlar müvəqqəti olaraq valideynlərinin yanına köçürdülər.

Talihə Aytənə hiss etdirmədən sakitcə yataq otağına keçib içəridən qapını bağladı, çarpayısına sərildi. Göz yaşları sel kimi axır, yastığını isladırdı — bunlar ümidsizlik, köməksizlik yaşlan idi. Bu an düşdüyü vəziyyətdən çıxış yolu olmadığını, qurtuluşun mümkünsüzlüyünü öz-özünə iitiraf et-mək onun üçün çox ağır idi.

O, çarəsizliyin kulminasiya nöqtəsində idi. Bunu dərk edirdi, amma dəf etməyə nə gücü, nə də taqəti vardı. Bu, həqiqət idi — acı və amansız həqiqət. Bu həqiqət onun sinəsinə çalın-çarpaz dağ çəksə də, ürəyini siyirsə də, varlığını alt-üst etsə də, olan-qalan qətiyyətini əlindən alsa da, onu qəbul etməli idi. Edirdi də. Qəbul etməyib neynəyəcəkdi ki?

Reallıq ondan ibarət idi ki, sabah çörək almağa pulları yox idi. Ömrü boyu ən çətin, ən mürəkkəb vəziyyətlərdən öz gücü, ağlı və iradəsi ilə çıxmışdı. İndi də ola bilməzdi ki, bu vəziyyətdən çıxış yolu tapılmasın. Haradansa bir çıxış yolu görünməli idi. Lakin haradan?

Ürəyində Talehi yamanladı, onun bu an divanda uzanıb etinasız halda televizora tamaşa etdiyini fikirləşəndə hirsləndi. “Kaş kişi olaydım, gedib daş daşıyardım, amma ailəmi bu vəziyyətə salmazdım”, — deyə fikirləşdi. Sonra ürəyində özünə nəsihət verməyə başladı: “Dur ayağa, özünü ələ al, ağlını başına yığ, düşün, vəziyyətdən çıxış yolu axtar. Sənin sınmağa, ruhdan düşməyə ixtiyarın yoxdur. Sən iki qız anasısan. Onların məsuliyyəti sənin boynundadır. Öz acizliyini onlara göstərməyə haqqın yoxdur. Hər şey asanlıqla düzəlsəydi, nə vardı ki? Allah bacadan tökməz, görək özün çalışasan”. Sonra özünü yamanladı: “Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib?”

Deyəsən nəsihətləri ona yaxşı təsir etdi. Çarpayısını səliqəyə saldı, heç nə olmayıb kimi üzünə xoş bir ifadə verib yenicə qonaq otağına keçmişdi ki, telefon zəng çaldı. Danışan rəfiqəsi Rasimə idi. O, bir nəfər tanışının fəl-səfə tarixinə dair kitablar satın almaq istədiyini bildirdi. Rasimə tələb olunan kitabların adlarını ona bir-bir yazdırdı. Bunların hamısı Talihənin şəxsi kitabxanasında var idi. Rasimə bunu yaxşı bilirdi, onun pula ehtiyacı olduğunu da hiss edirdi.

— Neçəyə alır? — Talihə boğuq səslə soruşdu.

— Hər kitaba iki-üç şirvan verəcək. Yaxşısı budur, özün alver elə.

— Alverlik halım yoxdur, ünvanı ver, gəlib kitabları aparsın.

Telefon dəstəyini yerinə qoyanda Talihənin ürəyindən qəribə, bu vaxta qədər ona tanış olmayan bir ağrı keçdi. Elə bil nə isə qiymətli, əvəzsiz bir şeyini itirmişdi. Bu halını ətrafdakılara hiss etdirməməyə çalışdı. Neçə il əvvəl bu kitabları Moskvadan alıb gətirmişdi. Aspiranturada oxuyan Talihə onların köməyi ilə minimumlarını vermiş, dissertasiyasını yazıb başa çatdırmışdı.

Amma sonra maddi çətinliklər ucbatından elmdən soyumuş, müdafiəsi yanmçıq qalmışdı. İndi bu kitablar ona lazım deyildi, şkafda yer tutmaqdan başqa heç nəyə yaramırdı. Amma buna baxmayaraq, onlarla vidalaşmaq Talihə üçün çətin idi. Ümumiyyətlə, o, kitablara qəlbən bağlı adam idi. Tələbəlik illərindən başlayaraq, əlinə puı keçən kimi yolunu kitab mağazalarından salar, nə isə almadan oradan çıxmazdı. Bəzi tanışları kimi yaraşıq, şöhrət xatirinə kitab yığanlardan deyildi, evində onun oxumadığı kitab yox idi.

Telefon yenidən səsləndi: Rasimənin tanışı idi. O, almaq istədiyi kitabların vəziyyəti ilə maraqlanırdı. Onların hamısının son illərin nəşrləri olduğunu və əla vəziyyətdə saxlandığını biləndə yarım saatdan sonra onlara gələcəyini deyib ev ünvanını soruşdu.

Doğrudan da, heç yarım saat keçməmiş həmin adam gəldi. O, təxminən 57-60 yaşlarında ucaboy, arıq kişi idi. Nəzakətlə salam verəndən sonra qonaq otağındakı stolun üstünə yığılmış kitablan diqqətlə nəzərdən keçirməyə başladı. Bu işi tələsmədən, səbrlə görür, seçdiklərini səliqə ilə üst-üstə yığırdı. Talihə onları saydı: 13 dənə idi.

— Bu da sizin 26 şirvamnız, — deyə kişi pulu stolun üstünə qoydu.

— Niyə belə az? Bunlann hamısı nadir və qiymətli kitablardır. Həm də Rasimə dedi ki, siz ona hər kitaba 2-3 şirvan verəcəyinizi vəd etmisiniz.

— Yaxşı, dörd şirvan da əlavə edirəm, razısınızmı?

Talihə heç nə demədi, ömründə alver etmədiyi üçün qiymətdə sövdələşmək ona çox çətin gəlirdi.

Taleh bir tərəfdə dayanıb sakitcə onlara tamaşa edirdi. Qonaq çıxıb gedəndən sonra Talihə “Hər çətin məsələnin həlli var”, — deyib ah çəkdi. Kitabların pulu ilə bir neçə gün dolanmaq olardı.

* * *

Səhər güzgünün qabağında daranan Talihənin diqqətini çarpayısının yanında dayanıb könülsüz halda paltarını əyninə geyinən Taleh cəlb elədi. Ayaqları elə uzun, elə arıq görünürdü ki, Talihənin ərinə yazığı gəldi. Çoxdan ona belə diqqətlə baxmamışdı: bir dəri, bir sümük idi. Nəvazişsiz, sığalsız qalmış ögey uşağa oxşayırdı Taleh. Nədənsə incik, nədənsə küskün idi.

Gözünün ucu ilə bir xeyli ona tamaşa etdi. Taleh tənbəl-tənbəl geyinib vanna otağına keçəndə Talihə yavaşca qapını açıb çölə çıxdı.

Bu gün heç kəslə rastlaşmaq, heç kəslə kəlmə kəsmək istəmirdi. Bu gün həyatında yeni bir dövr başlanırdı. Əlvida, hisslər, həyəcanlar, duyğular dolu həyat! İndi o, soyuq, qəlbsiz, hər şeyin hesabatını aparan, dövrlə ayaqlaşan adam olacaqdı. Bu gündən etibarən o, tamam dəyişəcək, robotlaşacaq — dı. “Bəs yaradıcılıq?” Fikirlərinin hansısa hissəsindən sızıb çıxan bu söz onu cin atına mindirdi. Ürəyində yaman hirsləndi: “Ətin tökülsün sənin. Yaradıcılıq nədir, filan nədir? O, nə olan şeydir? Kimə gərək şeydir? Bəyəm yaradıcılığı çörəyə sürtüb yeyirlər? Bəlkə çay yerinə içirlər? Xa-xa — xa! Yaradıcılıq… Yox bir, sənət… Nə gülməli sözlərdir! Görəsən onları kim uydurub?”

Talihə fikirlərinin istiqamətini dəyişdi. “Gələk işin üstünə. Nəhayət ki, işim var, maaş alacağam. 200 min manat az pul deyil. Buna da min şükür. Gör neçə aydır evə bir manat da gəlmir. Gərək yaxşı çalışım, məndən narazı qalmasınlar. Yoxsa, Allah eləməmiş, bu iş də əlimdən çıxar”.

Bu fikirdən qorxan kimi oldu. Neçə aydan bəri dəymədiyi qapı yox idi. Bakıda elə bir küçə, elə bir məhəllə yox idi ki, yolu ora düşməsin. “Gəl pis şeylər haqqında fikirləşməyim. Ümidi itirmək olmaz, hər qaranlıq gecənin bir aydın sabahı var. Hər ümidsizlikdə bir ümid işığı yanır".

Onun “ümid işığı” — ikimərtəbəli daş hasarın içində yerləşən gözəl bir ev idi. Zəngin düyməsini basdı. Qapını yaşlı bir qadın açdı.

— Gəlmisiniz? Xanım indicə sizi soruşurdu. Gözləyin, indi sizi qəbul edəcək.

Talihənin boğazının içində nə isə bir şey üst-üstə qalanırdı. O, hisslərini büruzə verməmək üçün bir neçə dəfə öskürdü, sonra keçib kresloda əyləşdi.

Bura əslində evdən çox qəsrə bənzəyirdi — soyuq, gözəl qəsrə. İki metr hündürlüyündə hasarın o tərəfində Talihənin adət etdiyi, özünün də iştirakçısı olduğu həyat dövr edirdi. Bu tərəfində isə onun indiyə kimi təsəvvürünə belə gətirə bilmədiyi, ağlına yerləşdirməkdə çətinlik çəkdiyi yeni, fərqli bir dünya var idi. İndi onu qəbul edəcək xanım bir vaxtlar redaksiyada korrektor işləmiş, kobudluğuna və işin öhdəsindən gələ bilmədiyinə görə uzaqlaşdırılmış Simuzər idi. Onun əri, orta təhsilli Akifin Bakıda bir neçə ticarət köşkü var idi.

“Mənə nə?” — deyə qəmli fikirləri özündən uzaqlaşdırmağa çalışdı. Qonşu binada yaşayan kimsəsiz qoca professor nəvəsi yaşda kommersantın maşınını yumurdu?” Metronun qabağında dilənən, iki il əvvəl dünyasını dəyişmiş başqa bir professor yadına düşdü. Müəllim tanış — laının neçəsi xaricilərin evlərində qulluqçu işləmirmi? Dünən qəzetdən həyəcanlı sətirlər oxumuşdu: “yaşlı bir qadın küçədə yol getdiyi yerdə birdən yıxılıb. Təcili yardım özünü çatdırana kimi o, keçinmişdi. Tibb ekspertinin rəyinə görə son bir həftədə qadının dilinə yemək dəymə-yibmiş.”

Talihə Simuzərin beş yaşlı oğluna həm dayəlik etməli, həm də ona rus dilini öyrətməli idi. İş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimi olmalı idi.

Beş dəqiqə ona bir saat qədər uzun göründü. Nəhayət, içəri otağın qapısı açıldı və Simuzər xanım oğlu ilə zala daxil oldu.

Axşam Talihə özünü illər yorğunu kimi hiss edirdi. Saatın əqrəbləri saat 5-in üstündə dayananda evdəkilərlə sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, Simuzər xanım əlindəki içi zibillə dolu iki kağız torbanı ona uzadıb dedi:

— Bunu küçədə zibil qabına atarsan!

Bu hökm dolu tələb Talihəni sarsıtdı. Kim bilir, bu qara xanım ondan həlimcəsinə xahiş etsəydi, bəlkə də inciməzdi. Amma o, əmr edirdi, gösrəriş verirdi. Yəni ki, hünərin var, atma! Səni işə mən götürmüşəm, istəsəm qaravaş kimi işlədəcəyəm!

Talihəyə elə gəldi ki, indicə aldığı gözlənilməz zərbə boyunu balacalaşdırdı, səsini aldı, onu yazıq görkəmə saldı. Elə bil bu, o deyildi, başqa Talihə idi. Öz görkəmi, duruşu, yerişi, danışığı özünə miskin göründü.

Torbalan götürüb qapıdan çıxdı. Onları küçənin başındakı zibilliyə tullayıb ağır addımlarla, yorğun halda avtobus dayanacağına sarı getdi. İlk dəfə hiss elədi ki, yaşlaşıb.

Səkinin o üzündə dayanıb arvadının — neçə-neçə kitabın müəllifinin özgə evinin zibilini neçə atdığına tamaşa edən Taleh sinəsini dəlib çıxan hönkürtünü başqaları eşitməsin deyə yaxınlıqdakı bağa tələsdi. Adamsız, sakit bir güşədə oturub əlləri ilə başını tutdu. Onun vüqarlı Talihəsi bu gün elə yazıq, elə köməksiz, elə aciz, elə müti, elə miskin idi! Taleh dünyada hər şeyini qurban verməyə razı idi, təki bayaqkı anlar həqiqət olmasın, təki onlar yuxu olsun.

* * *

Üç aya yaxın idi ki, Taleh evə gec gəlirdi. Üç ay idi ki, onun eyni açılmırdı. Hər gün qaranlıq düşəndə evə dönür, adəti üzdə divanda yerini rahlayıb televizora tamaşa edirdi. Heç kəsdən heç nə xahiş etmir, qabağına yemək qoyulanda yeyir, elə oradaca yuxuya gedirdi.

Onun bu qəribə həyat tərzi Talihəni əsəbiləşdirirdi. O, zahirdə özünü təmkinli, səbrli, sakit aparsa da, daxilində qəzəbdən coşub-daşırdı. “Harada idin?” sualına Taleh həmişə eyni cavabı verirdi: “İşdə”. Eyni sual və eyni cavab demək olar ki, hər gün təkrar olunurdu. Talihə içinə yığılmış hikkəni güclə udur, təmkinini pozmamağa, qızlarının yanında artıq sözə, hərəkətə yol verməməyə çalışırdı. Taleh isə arvadının bu halına qətiyyən məhəl qoymurdu. Əslində Talihəni təbdən çıxaran da ərinin bu biganəliyi idi.

Son vaxtlar onlan nə isə bir-birindən uzaqlaşdınrdı. Naməlum bir qüvvə onlann arasına bir soyuqluq, yadlıq salırdı. Hər ikisi hiss edirdi ki, hara isə, gözəgörünməz bir məkana diyirlənirlər. Onlar özlərini daim məşğul göstərirdilər. Talihə adəti üzrə ya mətbəxdə, ya da hamamda qurcalanır, Talehin başı isə krossvordlarına qarışmış olurdu. Özlərini elə aparırdılar ki, elə bil dünyada bundan maraqlı işləri yoxdur. Üzlərinə qayğılı ifadə verir, daxillərindən gələn dilsiz kədəri azdırmaq üçün əllərindən gələni edirdilər. Hər ikisinə elə gəlirdi ki, bir-birinin zəndini yanıldır. Beləcə, bir evin içində iki yad kimi dolanırdılar. Bu, olduqca çətin, olduqca dözülməz vəziyyət idi.

Talihəyə bəzən elə gəlirdi ki, bir qadın kimi daha ərini maraqlandırmır. Taleh yaman dəyişmişdi: bunu görməmək, hiss etməmək mümkün deyildi. Hansısa layihə institutunda apancı mütəxəssis işinə düzəldiyi bu üç ay ərzində o, başqalaşmış, yadlaşmışdı. Hər gün televizorun qabağında yuxuya gedir, bəzən səhəri elə paltarlı halda açırdı.

Günlər keçdikcə Talihənin ərinə daha çox acığı tutmağa başlamışdı. Qısqanclıq zəhərli ilan kimi gündə yüz dəfə onun ürəyində baş qaldırırdı. Nə qədər çalışsa da, bu dəhşətli hissdən xilas ola bilmirdi. “Yəqin kimisə var, vaxtını onunla keçirir, yoxsa belə hissiz, duyğusuz olmazdı”, — deyə ürəyində öz-özünə fikirləşirdi. “Bəlkə onu izləyim?” Birgə yaşadıqları uzun illər ərzində ilk dəfə idi ki, belə bir fikir ağlına gəlirdi. “İzləyəcəyəm, yoxlayacağam, görüm kimdir bu yaşda onu belə yoran”. “Bəs sonra?” O, bu suala cavab vermək iqtidarında deyildi. Fikirləşəndə ki, ərinin yaxınlıq etdiyi bir qadın var, dünya gözlərində qaralırdı. Əslində bunu bilməkdənsə şübhələr içində yaşamaq yaxşı idi. Amma yox, ya o yanlıq olmalı idi, ya da bu yanlıq, orta yola hacət yox idi.

* * *

Səhər Taleh evdən çıxanda Talihə hiss etdirmədən onun izinə düşdü. Elə getmək lazım idi ki, həm aralarında məsafə olsun, həm də Taleh onu görməsin.

Taleh avtobusa minəndə Talihə taksi saxladı.

Qabaqda gedən avtobusun arxasınca gedəcəyik. Bütün dayanacaqlarda saxlayacaqsan.

Dəniz vağzalının yanında Taleh avtobusdan düşüb yaxınlıqda кора halında yığışmış kişilərə yaxınlaşdı. Talihə “Qul bazaır’nı o saat tanıdı. Hər dəfə buradan keçəndə ürəyi ağrıyırdı. Birdən bədənini üşütmə tutdu. Yalnız indi fikir verdi ki, Talehin əynində köhnə kostyum var.

— Bir az uzaqda saxla, qardaş, — Talihə qəhərini güclə boğub dilləndi. O, maşının içindən ərini süzür, anqlayıb tanınmaz hala düşmüş doğma sifətinə kədərlə baxırdı. “Ford” markalı təzə bir maşın kişilərin yanında dayandı. Sürücü maşının pəncərəsindən başını çıxarıb səsləndi:

— İki fəhlə lazımdır!

Kişilər maşına tərəf qaçdılar. Taleh də onların arasında idi.

* * *

Yük maşını blokun ağzında dayanmışdı. Talihəgil köçürdü. Bu dəfə onların növbəsi idi. Bu köçlə onlar gedəcəkdilər. Hara? Niyə? Nədən ötrü? Bu sualları çoxdan heç kəs heç kəsə vermirdi. Əslində onları verməyin mənası da yox idi.

— Yaddan çıxan şey qalmadı ki? — Taleh bom-boş qonaq otağında dayanıb kədərlə onu süzən arvadından və qızlarından soruşdu.

Telefon zəng çaldı. Lakin heç kəs dəstəyə yaxınlaşmaq istəmirdi. Onlar danışmaq, cavab vermək halında deyildilər.

Telefon inadla, uzun-izadı səslənirdi. Nəhayət, Talihə könülsüz halda dəstəyi qaldırdı. O, güclə eşidiləcək səslə danışırdı. Birdən həyəcanla bağırdı:

— Nə? Nə dediniz? Ola bilməz!

— Onun həyəcanı evdəkilərə də sirayət etdi. Onlar Talihə — nin ağarmış bənizinə baxır, nə baş verdiyini soruşmağa qorxurdular.

— Talihə göz yaşlan içində güc-bəla ilə bu sözləri deyə bildi:

— Taleh, Londondan zəng etmişdilər. Layihən “Gran pri”yə layiq görülüb. Səni mükafatın rəsmi təqdimat mərasiminə dəvət ediblər.

Taleh “Gran pri”nin məbləğini bildiyindən hələ də şok vəziyyətindən çıxa bilmirdi. Qulaqlarında atasının sözləri təkrar-təkrar səslənirdi: “Oğlum, çəkilən zəhmət heç zaman itmir”. Talihə ilə qızları bir-birinə qısılıb çoxdan bəri şadlığa tamarzı olan ürəklərini bu böyük sevincə öyrəş-dirməyə səy göstərirdilər. Dördünün də gözlərində qəm var idi. Amma bu, ağ qəm idi. Onun içində ümid işığı yanırdı.

1995

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Ağ qəm предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я