Ağ qəm

Sədaqət Kərimova, 2013

Tanınmış yazıçı, şair və jurnalist Sədaqət Kərimovanın imzası həm Azərbaycan, həm də Dağıstan oxucularına yaxşı tanışdır. Əsərlərini Azərbaycan və ləzgi dillərində qələmə alan müəllifin indiyə kimi bir sıra nəzm və nəsr kitabları işıq üzü görüb. “Ağ qəm” onun sayca 17-ci kitabıdır. Buraya müəllif tərəfindən yenidən işlənmiş 6 povest və 2 roman daxil edilib. Orijinal mövzu seçimi, maraqlı dramatik süjetləri, yaddaqalan obrazları ilə oxucu qəlbinə yol tapan bu əsərlər səlis və rəvan dili, özünəməxsus təhkiyəsi ilə seçilir.

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Ağ qəm предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Ağ qəm

Bir yaz gecəsi

Zərifə bayaqdan özünü yuxuluğa vurmuşdu. Yorğanının altında nəfəs dərməməyə, qımıldanmam ağa çalışırdı. Bir saatdan artıq idi ki, eyni vəziyyətdə, sağ böyrü üstündə, üzü divana tərəf uzanmışdı. Hərəkətsiz qalmaqdan qıc olmuş sağ qolunu tərpətməyə qorxurdu. Rəşidin onun yatmadığını hiss etməsini istəmirdi. Gözlərindən köndələn axıb balışını isladan yaşlan da silmirdi. Amma bütün bədənini bürümüş həyəcandan ürəyinin döyüntüləri artmışdı. Ürəyi elə guphagup salmışdı ki, sanki indicə sinəsini yanb bayıra çıxacaqdı. Ona elə gəlirdi ki, ürəyinin səsi aramsız olaraq çıqqıldayan divar saatının səsini batırır. Özünü yalqız və kimsəsiz sanırdı. Gecə isə uzandıqca uzanır, heç cür bitmək bilmirdi. O, öz yerini səhərə vermək istəmirdi. Saatın əqrəbləri elə yavaş tərpənirdi ki, elə bil can verirdi.

Onun belə gecələri çox olmuşdu, olduqca çox. Səhərə kimi ağlayıb ürəyi ilə danışdığı dərdli gecələri. Lakin bu gecəki halı əvvəlkilərə əsla oxşamırdı. Bu gecə onu tamam başqa, özünün də anlamadığı qəribə bir üzgünlük bürümüşdü. Gərəksizlik, lazımsızlıq hissi bütün varlığına sarılmış, ruhuna hakim kəsilmişdi. Bu, sözlə deyilə, dillə ifadə edilə bilən hiss deyildi. O, unudulmuş, tərk edilmiş, daha sevilməyən bir insanın keçirdiyi əzablı fikirlərin məngənəsində çabalayırdı. Uşaq kimi hönkürüb ağlamaq istəyirdi. Rəşid otaqda olmasaydı, bir saat hönkürərdi. Yana-yana ağlayar, bundan sonra bəlkə də bir qədər sakitləşərdi. Amma ağlaya bilmirdi: Rəşid oyana bilərdi. Göz yaşlarından onun zəhləsi gedirdi. Rəşid Zərifənin ağladığını görməməli, onun bu halından xəbər tutmamalı idi. “Allah, sən mənə səbr ver”, — deyib yavaşca sağ böyrü üstündən sol böyrü üstə çevrildi. Özü də bilmədən dərindən ah çəkdi.

— Yatmamısan? — Rəşid ahı eşitdi.

— Yatıram.

— Sənə soyuq deyil? — deyə Rəşid yerindən tərpənmədən soruşdu.

–Yox.

— Gəl mənim yanımda uzan.

— Yuxum gəlir, yat. — Zərifə mümkün qədər etinasız cavab verməyə çalışdı.

— Gəl yanıma, sənə nağıl danışacağam.

Aralarında cəmi beş qarış məsafə var idi. Bu məsafəni qət etmək Rəşid üçün çox çətin idi.

— Yat, Rəşid, yat, gecə keçir. — Bu dəfə Zərifə səsindəki qəhəri gizlədə bilmədi.

— Bax, sən gəlməsən özüm gələrəm ha! — Rəşid bunu yarıoyaq-yarıyuxulu dedi. Bir azdan onun xorultusu otağa yayıldı. Birgə yaşadıqları bu neçə ildə Zərifə ilk dəfə xorultu səsinə sevindi. Yalnız bundan sonra balışın altından yaylığını götürüb gözlərini sildi.

Nəvazişsiz, yalqız gecələrdən biri də keçib gedirdi. Uzun və narahat, soyuq və boz gecələrdən biri. Acı düşüncələr yenə sel kimi üstünə yağdı: “İlahi, bu nə mənasız ömürdür! Gecələr səhərin haçan açılacağını, gündüzlər isə gecənin nə vaxt düşəcəyini gözləyə-gözləyə ötüb keçən ömür. Adi günləri adi, bayram günləri isə adidən də adi ömür. Bəs insan nədən ötrü yaşayır?”

Zərifə heç cür özünə yer tapa bilmirdi. Nə qədər səy göstərsə də, özünü gipnoz etməyə çalışsa da sakitləşə bilmirdi. Ağlamaqdan gözləri şişmiş, göz qapaqları ağırlaşmışdı. Nə qədər çalışdısa da yata bilmədi ki, getmədi. Nəhayət, uzanmaqdan bezdi. Yerindən qalxıb eyvana çıxdı. Sərin yaz havası üzündə, saçlarında gəzdi, bədənini üşütdü. Bu təmasdan xoşhallandı, canına bir rahatlaq yayıldı. Başının ağnsı da bir qədər azalan kimi oldu.

Neçə vaxt idi ki, Zərifənin həyat ritmi öz adi ahəngini itirmişdi. Onun gündəlik qayğıları da öz məcrasını dəyişmişdi. Zərifə nə etdiyini, nə geyindiyini, nə yediyini bilmirdi. İş yoldaşlarının dediklərinə görə onun hərəkətləri də, danışığı da başqalaşmışdı. Görkəmindən daim etinasızlıq, biganəlik yağırdı. Danışıb ucadan güldüyü zaman birdən-birə gülüşü dodaqlarında donub qalırdı. Tərpənməz oturub, gözlərini bir nöqtəyə zilləmək ondan ötrü adi hala çevrilmişdi. İşdə ondan tez-tez soruşurdular: “Sənə nə olub?” Təəccüblə sual verənə baxır, “yəqin havadandır”, — deyə cavab verirdi. Bu cavabla əslində özünü sakitləşdirməyə çalışırdı, sanki özünə təskinlik vermək istəyirdi ki, heç nə olmayıb, heç bir hadisə baş verməyib. Var gücü ilə, bütün varlığı ilə buna özünü inandırmağa səy göstərirdi.

Əlbəttə ki, səbəbkar hava idi. Hər şeyin günahı yaz havasında idi. O, hamını dəyişdirmiş, insanların ruhunu yerindən oynatmışdı. Özü ilə təbiətə bir oyanış, qəribə bir qaynarlıq, coşqu gətirmişdi. Hamının qanı qaynayırdı. Bahar ağacların tumurcuqlarından, quşlann civiltisindən tutmuş hər şeyə dərindən nüfuz etmişdi. Zərifənin də ürəyini tərpətmişdi. İllərdən bəri oraya yığılmış, üst-üstə qalanmış, özünün də çoxdan bəri xəbər tutmadığı, daha doğrusu, uşaq kimi hamıdan gizlətdiyi, ən dərin, əlçatmaz yerdə qoruduğu duyğularını, hiss-lərini oyatmış, onlan dilləndirmişdi. Ürəyini elə möhkəm tərpətmişdi ki, həzin kamanın, yanıqlı neyin qopardığı səslər kimi özündən sonra iz qoymuşdu. Zərifə çaşqınlıq içində qalmışdı. Özü də baş aça bilmirdi ki, bu necə titrəyiş, nə cür tərpənişdir. Mənası nədir, niyə onu bu qədər dəyişdirib, nədən üzünün rəngi avazıyıb, niyə gözlərindəki qəm azalmır? Niyə eşitdiyi hər mahnıda, hətta şən, oynaq musiqidə də həzin notlar tapır? Oxuduğu hər şeirdə qəmli fikirlər görür? Niyə o, çoxları kimi sevinclə yox, qəmlə köklənib? Zərifə bunların heç birinin səbəbini tapa bilmirdi.

Dəyişmişdi. Ona elə gəlirdi ki, heç bir paltan ona yaraşmır. Bişirdiyi yeməklərin heç birinin dadı yoxdur. Danışdıqları əhəmiyyətsiz söz yığınıdır.

Köhnə dostları, tanışları indi ona maraqsız görünürdülər. Onlann söhbətlərində heç bir cəlbədici şey tapa bilmirdi. İşindən bezmişdi. İş yoldaşları onu təngə gətirmişdilər. Evdə boğulurdu, divarlar üstünə gəlirdi. Bakı başdan-başa boz rəngdən ibarət idi. Binalar, küçələr, maşınlar, insanlar bomboz rəngə bürünmüşdü.

Zərifəni cəlb edən, onu maraqlandıran, ürəyini açan heç nə yox idi. Bozluqlar içində özü də rəngsiz, duyğusuz boz bir varlığa çevrilmişdi. Özündən zəhləsi gedirdi. Qaçmaq istəyirdi özündən — həmin boz varlıqdan. Ancaq haraya qaçaydı? Belə bir yer tanımırdı. Haraya qaçsa da təklik və kədər ondan əl çəkməyəcəkdi.

Bir yaz gecəsi ona hər şey məlum oldu. Bir yaz gecəsi onun saysız-hesabsız suallanna cavab tapıldı. Donunu soyunub, gecə köynəyini əyninə geyinəndə gözləri güzgüyə pərçimləndi. Güzgüdən ona ağappaq dərili, incə qamətli, zərif bir qadın baxırdı. O, heç vaxt qadın gözəlliyi haqqında düşünməmişdi. Çılpaq qadın rəsmlərinə, heykəllərinə tamaşa edəndə nədənsə həmişə utanmışdı. Amma indi onun gözləri qarşısında gözəl və canlı bir əsər dayanmışdı — o, özünə sənətkar gözü ilə baxırdı. Qəribədir, illər boyu bu gözəlliyi duymamışdı. Hərdən rəfiqələri həsədlə ona deyirdilər: “Gözəlsən”. Lakin bu gözəlliyin nədən ibarət olduğu barədə o, əsla düşünməmişdi. Ər evinə köçdüyü on beş il ərzində Rəşid Zərifənin gözəl olduğunu bircə dəfə də olsun dilinə gətirməmişdi. O, Zərifəni sevdiyi qadın kimi heç zaman əzizləməmiş, ona hisslərini duydurmamışdı. O da soyuq və biganə ərinə öyrəşmişdi. Əslində Rəşid soyuq adam deyildi, onun biganəliyi yalnız Zərifəyə yönəlmişdi. Niyə? Axı onun təq-siri nə idi? Nəyə görə tale onu belə ağır imtahana çəkmişdi? Cavab tapa bilmirdi.

Güzgüdə özünə dönə-dönə tamaşa etdi. Ürəyini əzabverici bir inciklik hissi bürüdü. Bu hissdə nə isə, qəribə, təhqiredici bir şey var idi. Birdən zövqsüz, ləzzətsiz, məhəbbətsiz keçən illərinə acığı tutdu. Birgə yaşadıqları ötən on beş ildən ona, demək olar ki, elə bir gözəl xatirə, şirin bir duyğu qalmamışdı. Saatlarla fikirləşsəydi də yadına belə bir şey düşməyəcəkdi. Onun həyatı adi, boz günlərdən ibarət idi. Onlar bir-birini əvəz etmiş, Zərifə də buna adət eləmişdi. Sanki elə belə də olmalı idi. Gündəlik qayğılar, uşaqların problemləri, mətbəx vurnuxmaları, qonaqlar, qohum-əqraba söhbətləri qanşmış illər ötdükcə, oğlanları böyüdükcə bu sakit, fərəhsiz ömrünə öyrəşmişdi. Yaxşı ki, xəstəxananın qaynar həyatı var idi. Buradakı gərgin iş ritmi başqa şeylər haqqında düşünməyə vaxt qoymurdu. Lakin işdən evə gələndə yenə süstlük, biganəlik onu bürüyürdü.

Ay qaranlıq gecəni necə işıqlandırırsa, bu gecə də onun ürəyini eləcə işıqlandırdı. Əvvəlki rahatlığını, təmkinini, ən başlıcası isə mütiliyini əlindən aldı. Əvvəlki Zərifənin yerində özünə oxşamayan, həyatını dəyişməyə can atan başqa bir Zərifə doğuldu. Bu dəyişiklik onun ürəyində ziddiyyətli fikirlər oyatmışdı. “Kaş bu gecə olmayaydı. Kaş mən soyunanda otaqda işıq sönmüş olaydı”, — deyə o, tez-tez özünü danlayırdı.

* * *

Səhər işdə kabinetini açıb içəri girəndə masanın üstündə bir dəstə nərgiz gördü. Bu, sözsüz ki, Aydının işi idi. “Bu gün hansı bayramdır?” — deyə fikirləşdi. Nə qədər cəhd etsə də, sualının cavabını tapa bilmədi. Birdən yadına düşdü ki, ad günüdür. Əvvəl onu gülmək tutdu, sonra təəccübləndi: “Necə olub ki, belə “tarixi hadisəni” yadımdan çıxarmışam?” Dodağına acı gülüş qondu: “Çox elə lazımdır!” Zərifə əyninə ağ xalat geyindi. Sonra şkafdan güldan çıxarıb su ilə doldurdu, nərgizləri onun içinə yığdı. “Bu gün 35 yaşım tamam olur. Qocalıram”, — deyə kədərlə düşündü. Elə bu vaxt Aydın içəri girdi. Sarışın saçları səliqəsiz halda alnına dağılmış Aydının yaşıl gözləri alışıb-yanırdı.

— Salam, Zərif.

“Zərif’ sözünü o, özünəməxsus tərzdə elə mehribanlıqla, elə məhrəmanə dedi ki, Zərifənin dodağı qaçdı:

— Salam, Aydın.

— Ad gününü təbrik edirəm.

— Çiçəklərə görə çox sağ ol. Bəs sən dedi-qodudan qorxmursan?

— Kim nə biləcək? Sonrası da heç kim inanmaz ki, mənim kimi ciddi bir adam kiməsə gül bağışlaya bilər. — Aydın məzəli halda cavab verdi. Zərifə uğunub getdi. Onun gecəki bədbin əhval-ruhiyyəsindən əsər-əlamət qalmadı. Xoş bir ovqat onu birdən-birə dəyişdirdi.

— Bu gün ad günüm olduğu özümün də yadımdan çıxmışdı. Bəs sən bunu yadında necə saxlamısan? — Güya ki, təəccüblə müsahibindən soruşdu. Cavabını əzbər bildiyinə baxmayaraq. Aydının etirafını yenidən eşitmək üçün diqqət kəsildi.

— Mənim yadımdan nə çıxıb ki? — Aydın bunu yavaşca dedi. Sonra isə keçib mizin arxasında oturdu: — Mənim yaxşı yaddaşım var. Zərif. Özü də sənə aid olan nə varsa, hamısını beynimə həkk eləmişəm. İstəsəm belə onlan oradan çıxara bilmərəm.

— Belə de…

— Özü də bunları sən məndən də yaxşı bilirsən.

Zərifə cavab vermədi. Baxışlarını ondan yayındırmağa çalışdı. Amma Aydın onun baxışlarını tutdu:

— Niyə dinmirsən?

— Dəyişməmisən, Aydın. Adamlar var ki, yaşa dolduqca başqalaşırlar, xasiyyətləri dəyişir, amma sən necə idinsə, eləcə də qalmısan, — Zərifə söhbətin ciddi məzmun almasını istəmədi, həmişəki kimi sözlərinə zarafat donu geydirməyə çalışdı.

— Səhv edirsən, mən çox dəyişmişəm. Bircə sənə olan münasibətim dəyişməyib. Bunun da səbəbi sənsən. Həmişəki kimi gözəlsən. Zərif. Gündən-günə daha da gözəlləşirsən. İllər səndən yan ötür. Onlar sənə qıymaq istəmirlər. Vaxt ötdükcə sənə daha çox bağlanıram. Sən olmasan, yaşaya bilmərəm.

O, bunlan birnəfəsə dedi. Zəri fənin təəccüb qarışıq diqqətlə onu dinlədiyini görəndə cürətlənib sözünə davam etdi:

— Bilirsən bazar günlərindən necə acığım gəlir? Bütün günü bazar ertəsini səbrsizliklə gözləyirəm. Elə hey səni düşünürəm. Fikirləşirəm ki, səhər açılacaq, sən indicə qapını açıb içəri girəcəksən, ordan-burdan söhbət edəcəksən. Mən isə sakitcə sənə qulaq asacağam, eləcə heyranlıqla səsindəki musiqini dinləyəcəyəm. Sən hərdən inciyib deyəcəksən: “Fikrin hardadır, axı söz danışıram”. Mən isə “Danış, qulaq asıram”, — deyəcəyəm. “Xeyr, daha danışan deyiləm”, — deyib acıqla otaqdan çıxacaqsan, səninlə iki-üç kəlmə artıq danışa bilmədiyim üçün özümə acığım tutacaq. Bilirsənmi, Zərif, səni hamıya, hətta xəstələrinə də qısqanıram. Hərdən onlardan birinin yerində olmağı elə arzulayıram…

Aydın bunlan birnəfəsə, sözünün kəsiləcəyindən qorxa — qorxa dedi. Elə bil Zəri fənin ona qulaq asmayacağından, dediklərini ciddi qəbul etməyəcəyindən ehtiyat edirdi.

Zərifə onun xətrinə dəyməmək üçün nəzakətlə dedi:

— Danışma, Aydın, bizə belə sözlər danışmaq yaraşmaz. Nə uşağıq, nə də cavan. İkimiz də ailəli, yaşlı adamlarıq. Hisslərlə oynayan vaxtımız deyil.

Ancaq Aydın onu eşitmirdi. O, öz aləmində idi.

— Rəşid xoşbəxt adamdır. Sənin kimi qadınla ömür sürmək doğrudan da xoşbəxtlikdir. Mən ona həmişə həsəd aparmışam.

Zərifə Aydının sarışın qıvrım saçlarına, dümdüz burnuna, yaşıla çalan iri gözlərinə diqqətlə baxır, düşünürdü ki, bu adam ona necə də doğmadır, bütün doğmalarından, əzizlərindən daha yaxındır. Onun təlatümlü ürəyindən, orada fırtına qoparan hisslərindən, coşub-daşan duyğularından Aydın qədər heç kəs xəbərdar ola bilməz. Yadına tələbəlik illəri düşdü. Ondan bir neçə kurs yuxarı oxuyan Aydının məhəbbətindən fakültədə hamının, elə Zərifənin özünün də xəbəri olsa da, o, cəsarət tapıb bu barədə Zərifəyə bircə kəlmə də deməmişdi. Onu hər yerdə addımbaaddım izləyən Aydının yaxınlaşıb ona söz deməyə, ürəyini açmağa iqtidarı çatmadı. Zərifə nişanlanandan sonra bir daha onu görmədi. İnstitutu bitirən Zərifə beş il heç yerdə işləmədi. Əvvəl münasib iş tapa bilmədi, sonra isə ailəyə, uşaqlara başı qarışdı.

O, yalnız beş ildən sonra, uşaqlarını bağçaya qoyub, ürəkdən sevdiyi həkimlik peşəsinə qovuşmaq üçün səylərə başladı. Nəhayət, axtarışları nəticə verdi. Zərifə heç özünün də gözləmədiyi halda şəhər mərkəzi klinikasına terapevt vəzifəsinə işə düzəldi.

Uzun illərdən bəri həsrətində olduğu ilk iş günü, sən demə, ona sürprizini hazırlayıbmış. Baş həkim ona işləyəcəyi şöbəni göstərəndən sonra şöbə müdirini təqdim edib:

— Tanış ol, bu Aydın Ömərovdur, — deyəndə Zərifə heyrətindən yerindəcə donub qaldı. Aydın isə özünü itirib əlindəki fincanı yerə saldı, fincan qırıq-qırıq oldu. Onların lal-dinməz dayanıb bir-birlərini süzdüyünü görən baş həkim qəribə tərzdə soruşdu:

— Siz tanışsınız?

Aydın tez özünü ələ alıb sevinclə:

— Biz tələbə yoldaşıyıq, — dedi.

Baş həkim Zərifəyə işində uğurlar arzulayıb gedəndən sonra Aydın bir xeyli vaxt danışmağa söz tapmadı. Nəhayət, aralarındakı buzlu sükutu əritmək istədi. Amma demək istədiklərinin əvəzinə dilindən tamam ayn sözlər çıxdı:

— Mən səni unutmamışam, Zərif.

Bu sözlə o, ürəyindəkilərin hamısını açıb dedi. Bunu gözləməyən Zərif, özünü itirib nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:

— Mən ərdəyəm, Aydın, iki oğlum var.

— Bilirəm.

— Sən necə, evlənmisənmi?

— Bir oğlum, bir qızım var.

— Çox şadam.

Aydın ona uzun, nüfüzedici nəzərlərlə baxdı. Elə baxdı ki, Zərifənin bədənindən üşütmə keçdi. Sonra Aydın kədərlə soruşdu:

— Xoşbəxtsənmi, Zərif?

Belə sual gözləməyən Zərifə özünü itirdi:

— Hə, xoşbəxtəm.

— Yanılmırsan ki? — Sualın qoyuluşu Zərifənin xoşuna gəlmədi:

— Sən mənim xoşbəxtliyimi istəmirsən? — deyə suala sualla cavab verdi.

— Əlbəttə istəyirəm. — Aydın bu sözləri könülsüz dedi. Səsinin ahəngindəki qeyri-səmimiliyi özü də, Zərifə də başa düşdü.

Tələbəlik illərində bircə dəfə də olsun kəlmə kəsməmiş iki köhnə tanış o gün xeyli söhbətləşdi. Sonra Aydın təzə həkimi şöbənin kollektivinə təqdim etdi. O gündən onların böyük dostluğunun təməli qoyuldu.

Aydın həssas, qayğıkeş və üzügiilər adam idi. Savadlı olduğu qədər də sadə idi, bu cəhəti ona xəstəxana kollektivi arasında böyük hörmət qazandırmışdı. Ailəsinə, uşaqlarına qarşı diqqətcil olduğunu Zərifə ilk gündən hiss etmişdi. Zərifəye münasibəti isə heç nə ilə müqayisə oluna bilməzdi. Onun ən kiçik arzusunu, ən böyük xahişini belə elə sevinclə yerə yetirirdi ki, elə bil həyatının mənası bunları yerinə yetirməkdən ibarət idi. Onun üçün bayramlar ona görə əhəmiyyətli idi ki, həmin bayramlarda o, Zərifəni təbrik edəcəkdi, işə hamıdan tez gəlib aldığı çiçək dəstəsini xəlvətcə Zərifənin stolunun üstünə qoyacaqdı. Aydının təsəvvüründə dünyada Zərifədən gözəl, ondan ağıllı, ondan sevimli ikinci qadın yox idi. Zərifə ilə bağlı hər xırda şeyin, hər əhəmiyyətsiz hadisənin Aydın üçün böyük əhəmiyyəti var idi.

Birgə yaşadıqları illər ərzində Rəşiddən heç vaxt diqqət və qayğı görməyən Zərifə bəzən özünün dilə gətirməyə belə qorxduğu fikirlərini Aydının necə asanlıqla dilə gətirdiyini görəndə heyrətə gəlirdi. Onun qeyri-adi həssaslığı qarşısında mat qalırdı. Çətin anlarda, gözlənilməz məqamlarda Aydın elə təsəlli verə bilirdi!

Onlar özləri də bilmədən bir-birinə öyrəşmişdilər. Bu, elə-belə, ötəri bağlılıq deyildi. Hər ikisini birləşdirən bağlar möhkəm və davamlı idi. Aydın Zərifəni qul sədaqəti ilə, qəribə bir inadla, hətta çılğınlıqla sevirdi. Zərifə üçün isə o, ürək dostuna, qəlb sirdaşına çevrilmişdi.

Birdən ötən gecədəki kimi sonsuz kədər yenidən Zərifəni bürüdü. Həmin bədbin əhval-ruhiyyə yenidən varlığına sarıldı. Elə bil havası çatışmadı, nəfəsi daraldı, oturduğu yerdən qalxıb narahatlıqla otaqda gəzişməyə başladı. Yenidən masanın arxasına keçib başını əlləri arasına aldı. Onun bu halı Ay-dının nəzərindən yayınmadı.

— Sənə nə olub, Zərif? — dəyə narahatlıqla soruşdu.

— Mənə nə olub? — Zərifə təəccüblə soruşdu. Elə soruşdu ki, sanki sualı özünə verirdi. Bir an düşünüb, kədərlə:

— Yaz gəlib. Aydın, — dedi. Elə dedi ki, sanki yaz girməməli idi, onun gəlişi ilə nə isə xoşagəlməz bir şey baş vermişdi.

— Yaz gəlib? — Aydın qəribə nəzərlərlə onu süzdü. Sonra isə gülümsədi. — Bu ki, əladır!

— Baxır kimdən ötrü. — Zərifə mənalı tərzdə ona baxdı, daha heç nə deməyib əynindəki ağ xalatı soyunub asılqandan asdı. Sonra isə evə getmək üçün yır-yığış etməyə başladı. Aydın dinməzcə oturub baxışları ilə onu müşayiət edirdi. Nəhayət, Zərifə qapıdan çıxanda onun arxasınca söz atdı:

— Yazdan xoşun gəlmir, amma özün yaz havası kimi tez — tez dəyişirsən.

Qapı örtüldü. Zərifə ona cavab vermədi.

* * *

Bu dəfə o, adəti üzrə evə yox, yaxın rəfiqəsi Səbinəgilə yollandı. Uşaqlan bağçadan götürməyə hələ iki saat vaxtı var idi.

— Zərifə xala gəlib! Zərifə xala gəlib! — Səbinənin qızı Gülnar sevinclə özünü onun üstünə atdı.

Dəhlizdəki səs-küyü eşidib mətbəxdən çıxan Səbinə rəfiqəsinin gəlişindən məmnun oldu. Amma bir azdan Zərifənin pəjmürdə halından, pərişan görkəmindən narahat olub tez Gülnarı öz otağına ötürdü.

— Dayan, uşağın gəlinciyi qaldı, — deyə Zərifə aldığı hədiyyəni Gülnara verdi, uşağın üzündən öpüb qonaq otağına keçdi. Səbinə soruşdu:

— Sənə nə olub? Olmaya Rəşidlə dalaşmısan?

Zərifə başını buladı.

— Bəs onda nə olub? Düzünü de.

Bir himə bənd olan Zərifə rəfiqəsinin səmimi narahatlığından kövrəldi. Divanın döşəkcəsinə üzünü sıxıb hönkürdü. Səbinə özünü itirib nə edəcəyini bilmirdi. Nigaranlıq qanşmış həyəcanla, səbirsizliklə Zərifənin haçan toxtayacağını gözləməkdən başqa çarəsi qalmadı. O, Zərifənin saçlarını sığalla-yır, onu sakitləşdirməyə çalışırdı. Nəhayət, Zərifə sakitləşib divanda oturdu.

— Tez ol, danış, — deyə Səbinə əmr etdi.

— Bilsən necə bədbəxtəm!

— Nə? Nə dedin? — Səbinə heyrətlə ona baxır, eşitdiklərinə inana bilmirdi. — Sən nə danışırsan?

— Rəşid məni sevmir, Səbinə. — Bu sözləri o, xəcalət çəkə — çəkə, utana-utana dilindən çıxardı.

— Bunu sənə kim dedi? Hər deyilən sözə inanmaq acizlərin işidir.

— Səbinə, mən bilmədiyim şeyi danışmaram, dediklərim həqiqətdir. Rəşid Asya adlı bir qadınla yaşayır.

Səbinə eşitdiyi xəbərdən elə sarsıldı ki, deməyə söz tapa bilmədi. Sonra isə inamsızlıqla:

— Ola bilməz! — deyə qışqırdı. Amma Zərifənin üzünün ifadəsini görüb qəhərləndi:

— Bunu haçan bilmişən?

Üç ildir.

— Nə? Üç ildir bilirsən? — Heyrətdən Səbinənin gözləri alacalandı. — Amma mənə indi deyirsən? Sonra da deyirsən ki, dostuq. Belə dostluq olar?

Zərifənin anqlayıb solğunlaşmış, amma bundan daha da zərifləşmiş sifətinə baxanda onun acığı dərhal soyudu. — Üç ildə bu boyda dərdi tək çəkmisən?

— Deməli şeydir ki? — Zərifənin səsi titrədi. — Deyib etiraf etməlisən ki, sənin yerini başqa birisi tutub? Sən artıq sevilmirsən, arzulanmırsan, lazımsız əşya kimi bir şeyə çevrilmisən? Təsəvvür edirsənmi, Səbinə?

— Aman Allah, sənin kimi qadını kiminləsə dəyişmək olarmış! Rəşid nəyə görə belə etsin axı? — Səbinə heç cür sakitləşə bilmirdi. — O Asya dediyin gözəldir?

Səbinə bu sualı elə verdi ki, sanki cavabında “yox” eşitmək istəyirdi.

— Hə.

Cavab onu çətin vəziyyətə saldı:

— Yəqin tək yaşayır, eləmi? — Səbinənin səsi titrədi.

— Elədir.

— Onu hardan tapıb?

— Bir yerdə işləyirlər.

— O da mühəndisdir?

— Hə.

— Aydın məsələdir. Tək qadındır, yəqin işi-gücü bəzənib — düzənib Rəşidin qabağında fırlanmaqdır. Sənin kimi əyninə köhnə bir xalat keçirib gününü mətbəxdə keçirmir ki! — Səbinə ciddi-cəhdlə vəziyyətdən çıxış yolu axtanr, onu doğurmuş şəraiti öyrənməyə çalışırdı. O, dostuna təskinlik vermək istədi:

— Bir özün fikirləş də. Kişi üçün hansı qadına yaxınlaşmaq xoşdur? Sənin kimisinə? Səhərdən axşama kimi bişirib-düşürürsən, gecə kişi yanma gələndə isə deyirsən ki, “yorulmuşam”.

— Eh, bəxtəvərlikdən danışırsan. O, heç yanıma gəlir ki? — Zərifə qəhərini güclə uddu.

— Deməli, onu özünə cəlb edə bilməmisən. Şərt gözəllikdə deyil, əzizim, gərək kişini özünə bağlaya biləsən. Mən sənin kimi gözəl deyiləm. Amma di gəl ki, Asim mənsiz bircə gün də yaşaya bilməz. Qulaq as, bu gündən mənim dediyim kimi edəcəksən…

Səbinə nə isə danışırdı, ona məsləhətlər verir, nə isə öyrədirdi. Özü də elə səylə, elə ürəklə öyrədirdi ki, guya bu dərslərdən sonra Rəşid mütləq Zərifəni sevəcəkdi, Asyanı atıb yenidən onun yanma qayıdacaqdı. Zərifə acı-acı güldü. Üç il əvvəl bəlkə də rəfiqəsinin məsləhətlərinə əməl edərdi, amma indi gec idi. Üç il əvvələ kimi hər şey başqa cür idi. Zərifə öz sakit, burulğansız həyatını yaşayırdı. Ev, ailə, övlad qayğılan içində şəxsi səadət, diqqət və məhəbbət kimi anlayışlardan uzaq idi. Öz adi həyat tərzinə öyrəşmişdi. Üç il əvvəl hardansa əsən amansız rüzgar onun rahatlığını pozdu, hər şeyi dəyişdi.

Bir dəfə işdən sonra Aydın ona yaxınlaşdı:

— Sənə bir söz deyəcəyəm. Ancaq söz ver ki, onu ürəyinə salmayacaqsan.

Aydının tonu Zərifənin xoşuna gəlmədi. Onun nə isə xoşagəlməz bir şey deyəcəyini başa düşüb səbrlə gözləməyə başladı.

— Bax ha, özündən çıxmamalısan. Bu, həyatdır. İnsan hər şeyə hazır olmalıdır.

Onun təmkini Zərifəni hövsələdən çıxardı:

— Ürəyimi üzmə, de görüm nə demək istəyirsən?

— Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.

Zərifə daha özünü saxlaya bilmədi:

— Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.

— Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.

— Nə? — Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. — Nə dedin? Rəşidin sevdiyi qadın var? — O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.

— Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.

Aydın bu ittihamlara davam gətirə bilməyib dedi:

Mənin haqqımda nə düşünürsən, öz fikrindir. Amma mən sənə ancaq həqiqəti dedim. Həqiqət isə acı olur. Qadının adı Asyadır, bir yerdə işləyirlər.

Niyə bizim aramızı vurmaq istəyirsən? — Zərifənin gözləri yaşla dolu idi. Bunu görəndə Aydın daha heç nə deməyib otağı tərk etdi.

Həmin hadisədən sonra Zərifə bir həftə işə çıxmadı. Bir həftə sonra xəstəxananın pilləkənlərində onunla üz-üzə gələn Aydın Zərifənin soluxmuş bənizini, qəmli gözlərini görəndə:

— Məni bağışla, Zərif, — dedi. — Gərək sənə deməyəydim. Özüm də bilmədən qəlbinə yara vurdum.

Zərifə təmkinini pozmadı:

— Aydın, sən pislik etməmisən. Yalan içində yaşamağımı müşahidə etmək pislik olardı. Səndən bir xahişim var, Asyanın evininin yerini mənə nişan ver. Qoy öz gözlərimlə görüm.

Bu, xahişdən çox, əmrə bənzəyirdi. Aydının razılaşmaqdan başqa çarəsi qalmadı. Ünvanı Zərifəyə verdi, evin harada yerləşdiyini təfərrüatı ilə ona izah etdi. Üzü pörtmüş, gözlərinə qan çilənmiş Zərifəyə yazığı gəldi. Onu heç belə çarəsiz, ümidsiz görməmişdi. Zərifəni bu hala o salmışdı. Bu əzablı hiss onu incitsə də oyunu axıra çatdırmaq qəranna gəldi:

— Bu gün Asyanın doğum günüdür. Çox güman ki, bir yerdə olacaqlar:

Zərifə uşaqları bağçadan götürməyi qonşusu Sahibə xaladan xahiş edib axşam saat 6-da Aydının nişan verdiyi həmin ünvanı axtarıb tapdı. Evin üzbəiizündəki xiyabanda salxım söyüdün kölgəsindəki skamyada oturub gözləməyə başladı. Xoşbəxtlikdən çox gözləməli olmadı. Yarım saat sonra Rəşidin gül dəstəsi ilə taksidən düşüb həmin bloka girdiyini görəndə Zərifə ildırım vurmuş kimi bir xeyli yerindən tərpənə bilmədi. Nə etməli olduğunu dərk edəcək halda deyildi.

Nəhayət, ayaqlarını arxasınca sürüyə-sürüyə evə qayıtdı. Birdən öz-özünə acığı tutdu. “Bəlkə ora Asyanın evi deyil? Bəlkə Rəşid qohumlarından birini təbrik etməyə gedib?” Şübhələr ona aman vermirdi. Sonra nə fikirləşdisə, Rəşidin stolunun siyirtməsindən onun telefon kitabçasını tapıb Asyanın te-lefonunu axtarmağa başladı. “İ” hərfi olan bölmədə “İsmayılova Asya” sözlərini oxuyub nömrəni yığdı. Dəstəyi qadın götürdü. Zərifə güclə özünü ələ alıb sakit, təmkinli səslə:

— Rəşid lazımdır, — dedi.

— Bu dəqiqə. Rəşid, səni istəyirlər.

— Allo! — Rəşidin səsini eşidəndə dəstək Zərifənin əlindən düşdü.

Həmin hadisədən sonra Zərifə sındı. Bu sınmaq onunla nəticələndi ki, o, tamamilə özünə qapandı. Rəşidə bircə kəlmə də demədi, bunu ona bildirməyi özünə ar sandı. “Qoy elə bilsin ki, mənim heç nədən xəbərim yoxdur”, — deyə fikirləşdi. Lakin o gündən yataq otağındakı qoşa çarpayıları ayırdı. Ən təhqiredici bu idi ki, Rəşid onları niyə ayırdığını Zərifədən soruşmadı da. Deyəsən buna heç fikir də vermədi.

* * *

Zərifə yenicə hamamdan çıxmışdı. Nazik gecə köynəyində güzgünün qabağında dayanıb yaş saçlarını darayırdı. Uzun, şabalıdı saçlarını dəsmalla bir xeyli qurulayıb çiyinlərinə atdı. Rəşid divanda uzanıb oradan arvadına tamaşa edirdi. Birdən yuxudan ayılan kimi oldu: elə bil Zərifəni ilk dəfə görürdü. Bu fikirdən tutulan kimi oldu. Amma arvadının varlığını deyəsən doğrudan da unutmuşdu. Bir evin içində iki yad kimi dolanırdılar. “Hə”, “Yox” dan başqa son vaxtlar Zərifədən ayn söz eşitmirdi.

— Evə bir şey lazımdır? — Rəşid bunu danışmaq, bir söz demək xatirinə dedi. Dediyinə də peşman oldu. Onsuz da evin bütün ağırlığı Zərifənin üstündə idi. Bir şey lazım olsa da, Zərifə ona deməyəcəkdi.

— Yox.

— Bazara getmək lazımdır?

Getmişəm.

— Mən sabah da işdə olacağam.

Sabah bazar günü idi. “Sabah da işdə olacağam” o demək idi ki, Rəşid gününü yenə də Asyanın evində keçirəcək.

Zərifənin etinasızlıqla saçlarını daramaqda davam etdiyini, onu sorğu-suala tutmadığını görəndə Rəşidin arvadına acığı tutdu: “Vecinə də deyil”. Sonra isə Asyanı gözləri önündə canlandırdı. Asya onu büsbütün ram etmişdi. Zərifədən elə soyutmuşdu ki, buna bəzən özü də təəccüb qalırdı. Axı Zərifəni sevib evlənmişdi. O, heç də pis həyat yoldaşı deyildi. Zərifəyə tamaşa edə-edə onu Asya ilə müqayisə etdi. Hər ikisi gözəl idi. Amma Asya onu daha çox cəzb edirdi. Onun cazibəsi qarşısında Rəşid heç vaxt belə sakit dayana bilməzdi. O, üzünü divara çevirib gözlərini yumdu.

Zərifə güzgüdə bunu gördü. Özünü heç vaxt belə təhqir olunmuş, alçalmış hiss etməmişdi. Amma incikliyini bildirməmək üçün soyuqqanlıqla dedi:

— Uşaqları niyə soruşmursan?

— Demirdin rayona göndərəcəksən?

Vəssalam. Bununla da onlann dialoqu bitdi. Bu, küsülü olmadıqlarını bir-birinə sübut etmək üçün deyilən növbətçi sözlər idi.

Üç gün idi ki, Zərifə uşaqları rayona yay tətilinə, anasıgilə yollamışdı. Amma bu üç gündə Rəşid bir dəfə də maraqlanmamışdı ki, onlar haradadır, Zərifə onlan kiminlə yola salıb. Son vaxtlar ərinin etinasızlığına məəttəl qalırdı. Bəzən onun uşaqları sevdiyinə də şübhə edirdi. Uşaqlarla oynamaqla, məşğu-liyyətləri ilə maraqlanmaqla arası yox idi. Elə buna görə də analarına qarşı mehriban olan, ərköyünlüklərindən qalmayan Raminlə Çingiz atalarından çəkinirdilər. Onların arasında gözəgörünməz bir pərdə var idi. Oğlanları atalarının evə gec gəlməsinə və yaxud evdə gecələməməsinə adət etmişdilər, bunu adi hal kimi qəbul edirdilər. Bu, onu bəzən narahat edirdi, ata-övlad münasibətlərinin həddindən artıq soyuqluğu ona əzab verirdi, amma nə edə bilərdi?

Ərinin etinasızlıqla dediyi “Demirdin rayona göndərəcəksən?” sözlərini eşidən Zərifə daha heç nə demədi. İşığı söndürüb yavaşca çarpayısına uzandı. Amma yata bilmədi — yuxu gözlərindən qaçaq düşmüşdi. Acı fikirlər yenə beynində dolaşmağa başladı. O, başdan-ayağa kimi tanma çəkilmişdi. Bu vaxta kimi əhəmiyyət vermədiyi əzablı bir duyğu vücuduna sarılmışdı. Öz-özündən utansa da, həya etsə də ürəyində etiraf etdi: tumar istəyirdi, əzizlənməyə, oxşanmağa ehtiyac duyurdu. Ötən illər boyu o, əsl məhəbbətin nə olduğunu bilməmişdi, kişi nəfəsini doyunca hiss etməmişdi. Zərifəyə ən çox əzab verən yaşı idi. O gecə özünü güzgüdə görəndən bəri tez-tez yaşı haqqında düşünürdü. 35 yaşında hər qadın öz gənclik təravətini saxlaya bilmir. Kim bilir, bəlkə də 2-3 ildən sonra onun bu gözəlliyindən əsər-əlamət də qalmayacaq.

“Ailə həyatı mənə Rəşidlə bağlı nə qədər həyəcanlar, nə qədər əzablar gətirdi. Mənim seçimim düz olmadı. O, məni heç vaxt sevməyib, bundan sonra da sevməyəcək”. Bu fikir onun beynində ölüm hökmü kimi səsləndi. Birdən “Mən sənə xəyanət edəcəyəm. Sən buna layiqsən. Rəşid! Səndən intiqam almaqla öz mənliyimi təhqir olunmaqdan xilas edəcəyəm”, — deyə qətiyyətlə özünə söz verdi. Bir qədər sakitləşən kimi oldu. Bu fikir ona qəribə bir yüngüllük gətirdi, haçan yuxuya getdiyindən xəbəri olmadı.

* * *

— Sən bu gün həmişəkindən də gözəlsən, Zərif. Sənə nə olub?

Həkimlər şöbə müdirlərinin gündəlik tapşırıqlarını alıb kabinetlərinə dağılışandan sonra Aydın bu sözləri deməkdən ötrü Zərifəni yanına çağırtdırmışdı.

— Yaz gəlib. Aydın. — Zərifə mənalı tərzdə gülümsədi. Sonra isə əlavə etdi. — Adam heç işə gəlmək istəmir. Elə dincələrdim…

— Sən dincələndə yanında olmağı necə də arzulayardım… — Aydın bu sözləri onun xətrinə dəyməkdən qorxa-qorxa dedi. Amma Zərifə hirslənmək əvəzinə güldü:

— Pis fikir deyil. Bəlkə doğrudan da bir yerdə dincələk?

Aydın qulaqlarına inanmadı. Heyrət dolu gözlərlə ona baxdı. Zərifənin yanaqlan allandı. Birdən-birə dilindən çıxan sözlər onu öz gözündən saldı, başqalaşdırdı. Amma Aydının gözlərində qəribə bir işıltının doğulduğunu görüb “oyunu” davam etdirmək qərarına gəldi.

— Bir gün səninlə olsam neynərsən? — Zərifə rola girmişdi.

Aydının söz danışmağa, cavab verməyə iqtidan çatmadı. O, köynəyinin yaxasını açıb dərindən nəfəs aldı. Alnında əmələ gəlmiş tər damcılarını yaylığı ilə silib Zərifəyə uzun, qəribə bir nəzər saldı. Zərifə bu baxışların mənasını anlamadı. Onlarda inciklik, yazıqlıq, nifrət bir-birinə qarışmışdı: “Mənim yüngülbeyinliyimə lağ etdi”. Zərifə bu fikirdən vicdan əzabı çəkdi. Amma rolunu sona kimi oynamaq qərarına gəldi. Pəsdən oxuya-oxuya otaqdan çıxdı:

Gözlərin aldı məni,

Kəməndə saldı məni.

Getmə, getmə, gəl gözəl yar,

Getmə, getmə, gəl.

Qurbanam xan gözünə,

Nazla baxan gözünə,

Yenə sürmə çəkmisən

Evlər yıxan gözünə.

Bilirdi ki, Aydının bu xalq mahnısından xoşu gəlir.

Zərifə xəstələrini yenicə qəbul edib qurtarmışdı ki, baş tibb bacısı Məleykənin qaça-qaça Aydının kabinetinə tərəf getdiyini görüb narahat oldu:

— Nə olub? — deyə Məleykədən soruşdu.

— Doktor Ömərovun ürəyi tutub.

Zərifə həyəcanla özünü içəri atanda bir neçə həkimi burada gördü. Aydını taxta uzandırmışdılar. Onun rəngi avazımışdı, bayaqkı şən əhval-ruhiyyəli adamdan əsər-əlamət qalmamışdı. Məleykə onun qoluna iynə vurdu, sonra dərman içirtdi.

Bir azdan Aydının halı yaxşılaşanda hamı bir-bir otaqdan çıxdı. Zərifə isə içəridə ayaq saxladı.

— Sənə birdən-birə nə oldu? — deyə günahkar tərzdə soruşdu. Sanki onun bu halına Zərifə bais olmuşdu.

— Mənimlə bir də o cür zarafat eləmə. — Aydının bu bir cümləsində hər şey var idi. Bu bir cümlə Zərifəyə qarşısındakı adamın bütün varlığını, ürəyinin bütün duyğularını açıb göstərdi. Bu sözlərdə yalan və qəlp ola bilməzdi. Aydının onu sevdiyinə bundan böyük sübut nə ola bilərdi? Onu bu vaxta kimi heç kəs, heç vaxt belə güclü məhəbbətlə sevməmişdi. Lakin bu fikir onu sevindirmədi, əksinə, ürəyinə həzin bir kədər yayıldı. “Qəribədir, mən Rəşidi sevirəm, Rəşidsə Asyaya vurulub. Aydın məni sevir, mənsə ona qarşı etinasızam. Niyə belə olsun axı? Dünyanın qəribə işləri var, sən sevdiyin səni sevmir, səni sevəni sən sevmirsən. Görəsən həyat niyə belədir? Rəşid məni Aydın qədər sevsəydi, həyatım bu qədər əzablı, bu qədər iztirablı keçməzdi. Bəs niyə başqasını sevən biri ilə ömür sürməlisən? Bilə-bilə ki, o, səni sevmir, addımbaşı sənə xəyanət edir, buna dözməlisən? Qadınsan deyə hər şeyə göz yumub ismətini, namusunu qorumalısan? Bəs Asya? Onun isməti yoxdur? Eh, keçdin yenə Asyanı tənqidə. Bəs o insan deyil? O sevə bilməz? Neynəsin ki, qismətinə evli kişi çıxıb. Eh, ay Aydın, sən heç olmasa arxayınsan ki, arvadın aydan arı, sudan durudur. Nə olsun ki, onu sevmirsən. Axı həyat təkcə mə-həbbətdən ibarət deyil. Həyat etibar, vəfa, sədaqətdir. Bunlar olmayandan sonra yaşamağın nə mənası?”

Birdən Aydına yazığı gəldi, ürəyində şəfqətli bir nəvaziş hissi doğuldu. Ona nə isə xoş bir söz demək, ürəyini ovutmaq, təsəlli vermək istədi. Yavaşca dedi:

— Zarafat etmirəm, mənə diqqətlə qulaq as. Sən məni çağıran kimi görüşünə gələcəyəm. Düz sözümdür.

* * *

Zərifə sonsuz həyəcan içində çırpınırdı. Fikirləşməkdən beyni şişmişdi. Qarşıda onu gözləyən imtahanın sürətlə yaxınlaşdığım, cəmi bir neçə saatdan sonra çoxdan bəri qorxa-qorxa, həm də qəribə bir maraqla gözlədiyi görüş vaxtının gəlib çatacağını düşündükcə ürəyinin döyüntüləri artırdı. Gərginlikdən başının damadan gərilmişdi. Gicgahlarında qan zərblə vururdu. Əsəbi və qərarsız hərəkətlərlə boş yerə vurnuxmaqdan bezmişdi.

Bir neçə saatdan sonra onun həyatı dəyişəcəkdi: ya yaxşılığa, ya da pisliyə doğru dəyişəcəkdi. Nə olacaqdı, nə baş verəcəkdi, bunlan demək indi çox çətin idi. Amma bir şeyə şübhə yox idi ki, əvvəlki ürək rahatlığı, qəlb sakitliyi onu həmişəlik tərk edəcəkdi. Həmişəki Zərifə daha olmayacaqdı: təmiz, saf, namuslu Zərifə.

Bu görüş adi görüşlərdən deyildi. Ərli qadınla evli kişinin görüşündə nə isə təhqiredici bir şey var idi. Əslində bu, xəyanətdən başqa bir şey deyildi. Bu gün Zərifə bilə-bilə, qərannın nə dərəcədə düzgün olub-olmadığını dərk edə-edə ağlının hökmü, ürəyinin tələbi ilə Rəşidə xəyanət edəcəkdi. Nəhayət, ondan qisas alacaq, illər boyu çəkdiyi əzabların, ağnlarin heyfini çıxacaqdı.

Bir həftə idi ki, Zərifə bu görüşə hazırlaşırdı. Bir həftə idi ki, onun ağlı ilə ürəyi bir-biri ilə döyüşürdü. Ağlı onu bu görüşdən çəkindirməyə çalışır, səhvini, qəbahətini, atacağı addımın yanlışlığını başa salır, ürəyi isə əksinə, ona şirin vədlər verir, başgicəlləndirici sözlər pıçıldayırdı. O, qarşıda şirin bir görüşün, gözəl bir əyləncənin olacağını vəd edirdi. Əslində onu bu görüşə məhəbbətsiz, sevgisiz keçən illər çoxdan hazırlamışdı. Zərifə sevgiyə təşnə idi, əsl istəyə, ürəkdən gələn, qəlbə nüfuz edən dərin hisslərə möhtac idi. Əslində ürəyinin dərinliklərində Rəşidi qınamırdı. Hər şeyə səbəb sevgi idi. Rəşid Asyanı sevirdi. Bunu Zərifəyə hiss etdirməməyə çalışsa da, o, qadın həssaslığı ilə Rəşidin ondan soyumağının əsl səbəbini bilirdi.

Rəşidin məhəbbətini qazana bilmədiyinə görə özünə nifrət edirdi. Ərinin ürəyini ələ almaq üçün çox vasitəyə əl atmış, lakin hamısı uğursuzluqla nəticələnmişdi. Nəhayət, hər yerdən, hər şeydən əli üzüləndən sonra taleyi ilə barışmaqdan başqa qeyri əlacı qalmamışdı. Qısqanclıq adlı şeytan ürəyinə girəndən sonra isə ərindən qisas almaq qəranna gəlmişdi. Son vaxtlar Rəşid Asyanın yanında olanda qisas alacağına özünə qətiyyətlə söz verirdi. Düşünürdü ki, xəyanət etsə, bəlkə də bu qədər əzab çəkməz. Atılmış, tərk olunmuş, unudulmuş qadın olmaqda təhqiredici nə isə var idi. Bu hiss ona elə əzab verirdi ki, bəzən özünə ölüm arzulayırdı. Belə yaşamaq çətin idi, ruhun-dakı daimi fırtına onu bezdirmişdi. Amma fikirləşəndə ki, yoxluğu Rəşidi nəinki yandıracaq, əksinə, əl-qolunu açacaq, nəhayət, Asya ilə kəbin kəsdirə biləcək, ölüm barədə yox, xəyanət haqqında düşünürdü. Fikirləşirdi ki, xəyanət etsə, Rəşid Asyanın qucağında xumarlananda o, daha əvvəlki kimi acı göz yaş-lan axıtmaz, ürəyində təsəlli tapar ki, özü də kiminləsə olub.

Zərifəyə elə gəlirdi ki, bu görüş Aydından ötrü bəlkə də kiçik bir təsəlli, bir baş sığallama olacaq. Onu bu qədər sevən, yolunda hər cür fədakarlığa hazır olan bu adamın ürəyinə həmin görüş xoş bir sərinlik yayacaq. Bəzən Zərifə qorxu içində düşünürdü ki, bu görüşdən sonra Aydının gözlərində adiləşəcək, zirvədən aşağı diyirlənəcək, onun üçün həyatdakı adi qadınlardan birinə çevriləcək. O, bunu istəmirdi. Aydının gözündə adiləşməkdən qorxurdu. Bunun xudpəsəndlik olduğunu bilsə də, Aydının ona olan məhəbbətinin azalmasını istəmirdi. Lakin görüşdən sonra Aydın ona möhkəm bağlana da bilərdi. Zərifəyə əli çatandan sonra daha da çılgınlaşa bilərdi. Zərifəni ən çox qorxudan da elə bu idi.

…Zərifə ərinin açılmamış yatağına baxdı: ötən gecə də gəlməmişdi. Qısqanclıq gürzə kimi yenidən ürəyində baş qaldırdı. Ağır düşüncələr içində geyinib evdən çıxdı. Təyin olunmuş vaxta hələ çox qalırdı. Ona görə də küçələri dolaşmağa başladı. Özünü ağır bir cinayətə hazırlaşan adam kimi hiss edirdi. Zərifəyə elə gəlirdi ki, küçədən ötənlərin hamısı ona baxır, ürəyindən keçənləri gözlərindən oxuyur, şərəfsiz hərəkətinə görə onu ittiham edirlər. Keçirdiyi sonsuz həyəcandan sifəti pörtmüşdü. “Bəlkə getməyim?” — deyə fikirləşdi, lakin birdən Aydını gözləri önündə canlandırdı. Onun nə hala düşəcəyini təsəvvür edəndə həmin fikirdən daşındı. Bu zarafat ona baha başa gələ bilərdi. Yox, getməli idi, artıq qərar qəbul edilmiş, ox yayından atılmışdı.

Ürəyindəki ittihamçı elə hey xatırladırdı: “Sən uçurum qarşısındasan, pozğunluğa doğru gedirsən”. Ərlərinə xəyanət edən pozğun qadınlara həmişə nifrət etmişdi. İndi özü onlardan birinə çevrilirdi. “Pozğun”. Bu söz onu diksindirdi. Deməli, bu gündən etibarən əvvəlki ismətli, namuslu Zərifə öləcək, onun yerində başqa bir Zərifə doğulacaqdı. Birdən Aydının dünən ona dediyi sözlər yadına düşdü: “Mən səndən çox şey istəmirəm, Zərif, bircə saat yanımda ol. Eləcə əllərini əllərimə alıb gözlərinə tamaşa edəcəyəm. Mənə daha heç nə lazım deyil”.

“Doğrudanım Aydın məni bu qədər sevir? Axı nəyə görə? Hansı cəhətim məni ona bağlayıb? Bu, adi bağlılıq, adi məhəbbət deyil. O, mənə pirə sitayiş edən kimi səcdə edir. Məhəbbətini sınamağa ehtiyac varmı? Axı bir il deyil, on il deyil.” Bu fikirlər onu bir qədər sakitləşdirdi. Lakin onun ardınca şübhə dilə gəldi: “Aydının əvvəllər yerin dibindən qaynayan bulaq kimi sakit məhəbbəti son vaxtlar təlatümlü, fırtınalı dənizə çevrilib. Bu, səni qorxutmurmu?”

* * *

Onlann görüşəcəkləri ev Bakının mərkəzindəki sakit məhəllələrdən birində, dar dalanda yerləşirdi. Bura Aydının böyük qardaşının evi idi. O, ailəsi ilə üç illiyə xaricə işləməyə getmişdi. Aydın hərdən bura gəlib evə baş çəkirdi. Zərifə bunu bilirdi. Qorxa-qorxa, arxasınca gələnin olub-olmadığını yoxlaya-yoxlaya, atdığı addımın yalnışlığım, etdiyi hərəkətin ağılsızlığını bir daha dərk edə-edə binanın birinci blokunun ikinci mərtəbəsinə qalxdı.

Zəngi çalmaq istəyəndə qapı yavaşca açıldı: Aydın qapının ağzında dayanmışdı. Onun bütün görkəmindən elə bəxtiyarlıq, elə özündən razılıq yağırdı ki, bu, nədənsə Zərifəni hirsləndirdi. Onsuz da əsəbi olan Zərifənin kefinə elə bil soğan doğradılar. Lakin bunu hiss etdirməməyə çalışdı. Salam verib içəri keçdi.

— Sən gəldin? Sən gəldin? — Aydın gözlərinə inanmırmış kimi sevinclə bu sözləri təkrar edib onun çiyinlərini qucaqladı. Aydının belə tez, belə üzlü halda ona yaxınlaşması Zərifənin xoşuna gəlmədi.

Dayan, neynirsən? — dartınıb onun əllərindən xilas oldu. Divara söykənib soyuq baxışlarla əvvəl Aydını, sonra isə otağı nəzərdən keçirdi.

Stolun üstündəki güldandakı qızılgüllərin ətri otağı bürümüşdü. Boşqablarda armud, qoz ləpəsi, badam içi qoyulmuşdu. “Gör nə canfəşanlıq edib”, — deyə fikirləşdi. Nədənsə bunlar Zərifəni hövsələdən çıxardı. Ümumiyyətlə, bu mənzilə qədəm qoyduğu andan hər şey onu cin atına mindirirdi. Atdığı addımın ağılsızlığını yalnız indi bütün dərinliyi ilə anladı. Özünə də, Aydına da bərk acığı tutdu. Gəldiyi cəmi bir neçə dəqiqə idi, amma o, getmək, onun üçün qurulmuş bu könüllü cələdən təcili qurtulmaq barədə düşünürdü.

— Niyə ayaq üstə durmusan? Keç otur. — Aydın mehribanlıqla dilləndi.

— Niyə danışmırsan? Yoxsa gəldiyinə peşman olmusan?

— Əlbəttə peşman olmuşam. Özümdən zəhləm gedir, Aydın. Gör nə ağılsız iş tutmuşam. — Zərifə boğuq səslə cavab verdi.

— Gəl ürəyini üzmə, qanını qaraltma, — Aydın onu ərklə, məhrəmanə tərzdə divanda oturdub çəkmələrini soyundurdu, yumşaq məs geyindirdi. Sonra isə yalvancı tərzdə dedi: — Xahiş edirəm, stolun arxasında otur.

Zərifə könülsüz halda onun dediyinə əməl etdi. Aydın sevincək halda konyak şüşəsinin qapağım açıb ondan badələrə süzdü. Birini Zəri fənin, o birini isə özünün qabağına qoydu. Bu da Zərifəni özündən çıxardı: “Elə bilir şərab içməkdən çox elə xoşum gəlir”.

— Mən içməyəcəyəm, — Zərifə qətiyyətlə badəni kənara itələdi.

Aydın elə təəccübləndi ki, sanki Zərifə hansısa bir taleyüklü məsələnin həllindən yayınırdı:

— Nə danışırsan? Mütləq içməlisən.

— Dedim ki, içməyəcəyəm. Məcbur eləsən, indicə çıxıb gedəcəyəm. — Zərifə əməlli-başlı incidi. Onun kəskinliyi Aydını geri çəkilməyə məcbur etdi.

— Yaxşı, özün bilən məsləhətdir. Mən isə sənin sağlığına içəcəyəm.

Aydın badəni başına çəkdi. Sonra onu təzədən konyakla doldurub:

— Bunu isə içirəm ikimizin sağlığına, — deyib onu da içdi.

Zərifə heç cür özünə gələ bilmirdi, o, Aydını söz yağışına

tutmuşdu:

— Bura gəlməklə nə qədər ağılsız hərəkət etdiyimi fikirləşəndə az qalıram dəli olam. Mənə elə gəlirdi ki, bu görüş hər ikimizə bir təsəlli olar. Amma belə deyilmiş. Rəşidi necə sevdiyimi bu dərəcədə anlamamışdım. Həyatda heç kəsi onun qədər istəməmişəm, yəqin ki, bundan sonra da istəməyəcəyəm.

— Mənə bunları deməkdən ötrü gəlmisən? — Aydın acı-acı güldü.

Zərifə onun ürəyinin incə telinə toxunduğunu başa düşdü:

— Məni bağışla, Aydın. Gərək sənə deməyəydim.

Aydının gözləri yaşardı:

— Bəs mənə yazığın gəlmir? Gör neçə illərdir arxanca sürünürəm. Doğrudanım ürəyində mənə qarşı zərrə qədər də istək yoxdur?

Aydının göz yaşlan Zərifəni yumşaltmaq əvəzinə bir az da hövsələdən çıxardı.

— Özümü çox məcbur etmişəm, amma alınmayıb. Nə etməli, həyat təzadlarla doludur. Bilirəm ki, Rəşid məni sevmir, amma buna baxmayaraq başqa heç kəsə bağlana bilmirəm. İncimə, Aydın, nə edim, ürəyimə hökm edə bilmirəm. Mən həqiqəti sənə deməliyəm. Səni sevmirəm və heç vaxt da sevməyəcəyəm. Özümü yaxşı tanıyıram.

Aydının gözlərinin ifadəsi dəyişdi. Bayaqkı səmimi baxışlarda indi həris və çılğın işartı közərirdi.

— Eybi yoxdur, sevmə, Zərif, səndən incimirəm. İndi yanımda olmağın, belə yaxından sənə tamaşa edə bilməyim özü xoşbəxtlikdir. — Aydın bunu deyib bir göz qırpımında onu qucağına alıb qonşu otaqdakı çarpayıya tərəf apardı. Bunu ovunu parçalamağa hazır olan pələng cəldlyi ilə elə ani etdi ki, əvvəl Zərifə onun məqsədini başa düşə bilmədi. Özünü çarpayıda görəndə sarsılıb:

— Nə edirsən, burax məni, burax! — deyə çığırdı. Lakin Aydın ona əhəmiyyət vermədən kobudcasına Zərifənin əynindəki paltarları çıxarırdı. Zərifə paltarlarını tutub saxlamağa çalışır, Aydın isə vəhşicəsinə onları çıxarmaqda davam edirdi. Artıq Zərifənin əynində yalnız alt geyimi qalmışdı. O, Aydının qarmaqlarından qurtulmaq üçün var-gücü ilə çalışır, amma gücü çatmırdı. Nəhayət, bütün daxili qəzəbini toplayıb var — gücü ilə onun üzünə sillə çəkdi. Aydın elə bil yuxudan ayıldı. Onun əlləri boşaldı. Döşəmədə ayaqlan üstə çömbəlib başını aşağı saldı. Nə etdiyini, necə kobudluğa yol verdiyini sanki in-di anladı. Zərifəyə qarşı necə vəhşilik etdiyini başa düşdü. Heyvani hisslərinin selini başlı-başına buraxdığına görə özünü ittiham etdi.

Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.

Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: “Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız!” Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. “Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış”, — deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:

— Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.

— Sən məni bu halda qoyub gedə bilməzsən.

Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.

— Get, mənə su gətir, — Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:

— Qapını aç, gedirəm, — dedi.

— Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. — Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. — Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? — deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:

— Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.

— Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.

Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.

— Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.

Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:

— Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.

— Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!

Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:

— Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!

— Demək mənə rəhmin gəlməyəcək, hə?

— Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən. — Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:

— Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim, — dedi.

Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.

Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.

Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:

— Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.

Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.

— Nə? Nə dedin? — o, qulaqlarına inanmadı.

— Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.

— Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.

— Xeyr, olub, sən mənimlə olmusan.

Zərifə eşitdiklərinə inanmadı.

— De, Aydın, nə istəyirsən de. — Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.

* * *

Gecə yarısı qapı zərblə döyüldü. Zərifə diksinib yatağından qalxdı, həyəcandan ürəyi sıxıldı. Qaranlıqda ayaqları ilə başmaqlarını axtardı. Bir tayını ayağına keçirtdi, amma o biri tayını tapa bilmədi. Hirslənib o biri başmağını da soyundu. İşığı yandırmadan qapıya getdi. Açar yerindən kəskin araq iyi onu vurdu. Qapını açıb ərini içəri buraxdı. Rəşidin içkidən qızarmış qəzəbli sifətini görəndə her şeyi anladı: Aydın dediyinə əməl etmişdi. Rəşid salam vermədən, kəlmə kəsmədən otağa keçdi. Zərifə də ürəyi əsə-əsə onun ardınca içəri girdi. Birdən üzündə açılan şillədən müvazinətini saxlaya bilməyib yanındakı stula aşdı, aradan da yerə yıxıldı. Bu, elə ani, elə tez baş verdi ki, Zərifə özünü itirib bir kəlmə söz deyə bilmədi. Rəşid onun yaxasından tutub ayağa qaldırdı, indi də o biri yanağına sillə çəkdi. Sonra isə yumruqlan ilə onun bədəninə ağır zərbələr endirməyə, söyüşlər yağdırmağa başladı. Zərifə ağrıdan qovrulsa da, səsini çıxarmırdı. Qəribə bir inadla, bircə damla göz yaşı axıtmadan bütün bunların nə ilə bitəcəyini gözləyirdi. Onu qəribə bir etinasızlıq, heyrətamiz bir biganəlik bürümüşdü. Daxili sakitliklə, inadcıl təmkinlə bunun nə ilə qurtaracağını gözləyirdi. Hər şeydə olduğu kimi bunda da bir sonluq olmalı idi. Bu sonluq bir saatdanmı, yarım saatdanmı, haçansa gələcəkdi. Bircə səbr etmək lazım idi. “Səbr ilə açılar bağlı qapılar”, — deyə öz-özünə təlqin edirdi.

Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:

— Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.

Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:

— Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, — dedi. Sağollaşmadan qapını çırpıb getdi.

Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.

Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.

Əslində o, Zərifənin həyatından çoxdan getmişdi. Asya onu çoxdan Zərifənin əlindən almışdı. Dünən ona əl qaldırmaqla, onu “əxlaqsız” adlandırmaqla isə o, Zərifə üçün həmişəlik ölmüşdü. Rəşid on beş ildə onun vəfasını, sədaqətini, fədakarlığını, məhəbbətini qiymətləndirməmişdi. Ani səhvindən isə tez xəbər tutmuşdu. Lakin Zərifəni ən çox heyrətləndirən Rəşidin qəribə soyuqqanlığı idi. O, Zərifədən heç nə soruşmadan, həqiqəti öyrənmədən. Aydının dediklərinin doğru olub-olmadığını yoxlamadan arvadını dəhşətli şəkildə cəzalandırmışdı. Onunla küçə qadını ilə edilən kimi rəftar etmişdi. İllərdən bəri ailəsinə xəyanət edən, bundan heç bir mənəvi əzab çəkməyən, ən yaxın adamını ağır iztirablara məniz qoyan bir adam onu xəyanətdə suçlamışdı.

Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.

Rəşidi anlamaq olardı, o, Zərifəni sevmirdi. Bəs Aydın? Bəs onu satqınlığa nə vadar etmişdi? Onu nə məcbur etmişdi ki, sevdiyi qadını belə insafsızcasına, rəhmsizcəsinə cəzalandırmışdı? Bu rəzilliyə səbəb nə idi? Zərifə nə qədər fikirləşir, baş sındırırdısa da Aydının hərəkətinin mənasını anlaya bilmirdi. Bir şey şübhəsiz idi ki, onun Zərifənin ürəyinə vurduğu yara heç zaman sağalmayacaq.

Dalbadal keçirdiyi sarsıntılar izsiz ötüşmədi. Zərifə yatağa düşdü. O, bir həftə yorğan-döşəkdən qalxa bilmədi. Bir həftə sonra, ağrıları keçib özünə gələndə güzgüyə baxıb gözlərinə inanmadı: əvvəlki Zərifədən yalnız bir cüt iri, qara göz qalmışdı. İki ən əziz adamını itirmək izsiz ötüşməmişdi. Bu itkilərdən hansı daha ağır idi? Əslində Rəşidi o, çoxdan itirmişdi, sadəcə olaraq bunu etiraf etməkdən qorxurdu.

Onları bir-birinə bağlayan tellər çoxdan nazilmişdi. Yalnız rəsmən ər-arvad idilər. Bəs Aydın? Zərifə üçün o, uzun illər boyu yaxın həmdəm, əziz dost, möhkəm sirdaş olmuşdu. Heç kəsə deyə bilmədiyi, hətta ən yaxın rəfiqəsi Səbinəyə belə etibar etmədiyi dərdlərini də Aydına deyirdi. Bu, elə-belə bağlılıq deyildi, sınaqlardan çıxmış, dərinləşmiş hiss idi. Bəs niyə Aydın birdən-birə belə dönük çıxmışdı? Onun bu xəyanəti kimə lazım gəlmişdi? Zərifə dərin təəssüf hissi ilə düşünürdü ki, onun çoxdan bəri qorxa-qorxa gözlədiyi xəyanət əslində bu idi: Aydının ona xəyanəti.

* * *

Bir həftədən sonra işə çıxanda klinikada eşitdiyi ilk xəbər Aydının işdən çıxması oldu. Onu şəhərin mərkəzində açılmış yeni klinikaya baş həkimin müavini vəzifəsinə aparmışdılar. Üç ay idi ki, kollektivdə bu barədə söhbət gedirdi. Amma bircə Zərifə bilirdi ki, Aydın ona görə iş yerini dəyişmək istəmir. İndi Aydının getməsi xəbərini eşidəndə ürəyinə həzin bir kədər çökdü.

Kabinetini açıb içəri girdi. Xalatını geyinəndə cibində məktub gördü. Aydının xətti idi! Zərifə onu açıb oxumağa başladı:

“Salam, Zərif! Mənim gözəl, incə, həm də dərdli, peşiman Zərifim! Ömrümün mənası, bəlalı məhəbbətim, əzablarımın səbəbkarı! Bu məktubu yazmaqda məqsədim nə səndən üzr istəmək, nə təvəqqe etmək, nə də bağışlanmağımı xahiş etməkdir. Bilirəm ki, məni heç vaxt bağışlamayacaqsan, günahlarımdan keçməyəcəksən. Sənin ürəyinə mənim qədər kim bələddir? Necə alçaq hərəkət etdiyimi də yaxşı bilirəm. O gün mənə nə olmuşdu? Niyə o vəziy-yətə düşmüşdüm? İllərlə həsrətinlə yanan, sənə pərəstiş edən, sitayiş edən, bircə dəfə əllərini əllərinə toxundurmaq üçün həyatını qurban verməyə hazır olan Aydın niyə vəhşiləşmişdi? Əzizim, bilirəm ki, bu suallar sənə rahatlıq vermir. Bilirəm ki, sənin həyatını alt-üst etmişəm. Onsuz da şirin olmayan taleyinə zəhər qatmışam. Ancaq istəyirəm ki, məni düzgün başa düşəsən. Hərəkətlərimin mənasını olduğu kimi anlayasan.

Hər şey necə də gözəl idi. Sən gəldin. Mənim üçün dünyada bundan böyük səadət ola bilməzdi. Bu görüşü necə gözlədiyimi, onun mənə nələrin bahasına başa gəldiyini yaxşı bilirsən. Pilləkənlərdə sənin addımlarının səsini eşidəndə az qaldı ürəyim dayana. Ömrüm boyu heç vaxt heç bir qadını sənin qədər arzulamamışam. Mənim üçün qadın, gözəl və ağıllı qadın, sevdiyim qadın bircə sən olmusan. Bu məhəbbət məni uşaqlaşdırıb, ürəyimdə nəcib, incə hisslər doğurub. Sənin ailədə xoşbəxt olmadığını, Rəşidin Asya ilə yaşadığını çoxdan bilirdim. Əzablarımı artıran da o idi ki, mənim göylərdən uca sandığım, mələklər mələyi hesab etdiyim bir qadın məhəbbətsiz yaşayır. Rəşidlə xoşbəxt olsaydın, bəlkə də sənə bu qədər möhkəm bağlanmazdım. Özün mənə heç nə deməsən də, Rəşiddən söhbət açmasan da, taleyindən şikayətlənməsən də hər şeyi başa düşürdüm. Sənə kömək etmək, dərdlərinə şərik olmaq istəyirdim. Sən heç vaxt Rəşidi pisləmirdin, həmişə onun haqqında xoş sözlər danışırdın, çox şeyi də uydururdun. Ürəyin ayrı şeylər pıçıldayırdı, dilin isə tamam başqa sözlər deyirdi. Nəhayət, fikirləşdim ki, sənə bu qədər əzab verən həyat yoldaşını sənin gözündən salım, onun nə cür adam olduğunu sənə tanıdım. Asyanın evinin yerini də sənə o məqsədlə nişan vermişdim. O vaxt nələr keçirdiyin, nə hallara düşdüyün indi də yadımdadır. Kaş sənə heç nə deməyəydim. Mənə elə gəlirdi ki, Rəşid barədə həqiqəti biləndən sonra ona olan məhəbbətin soyuyacaq, ondan üzün dönəcək.

Mən səni qəribə bir məhəbbətlə, əvəz gözləmədən, cavab istəmədən sevmişəm. Bir yerdə işləmək, gündə bir neçə dəfə səni görmək mənim üçün hər şey idi. Heç ağlıma da gəlməzdi ki, haçansa səninlə təklikdə, üz-üzə, göz-gözə gələ bilərəm, əllərimi əllərinə toxundura bilərəm. Hər şeyə sən səbəb oldun, əzizim. O gün elə deməsəydin, o görüş də olmayacaqdı. Sən mənimlə görüşmək istədiyini dedin. Bilirdim ki, sən Rəşiddən intiqam almaq üçün bu addımı atırsan. Amma mənim üçün bunun fərqi yox idi. O vaxta qədər mənə desəydilər ki, adam xoşbəxtlikdən, böyük sevincdən ölə bilər, mən buna inanmazdım. Amma sən demə, bu, çox adi şey imiş. Neçə gün bu həyəcanlı sevinclə yaşadım, həyat mənimçün gözəlləşdi, öz adiliyini itirdi. Hayana baxırdım, səni görürdüm. Kiminlə danışırdım, sənin səsini eşidirdim. Sən mənimlə olacaqdın, saçlarının ətrini duyacaqdım, gözlərinin rənginə lap yaxından baxacaqdım. Bunlan fikirləşdikcə dəli olmaq dərəcəsinə çatırdım.

O gün sənin gözəlliyin, o təsvirəgəlməz gözəlliyin məni heyran etdi. Sənin bu qədər gözəl olduğunu təsəvvür etməzdim. Lakin belə yaxın ikən, hətta qucağımda, əllərimin arasındaykən məndən bu qədər uzaq, mənə qarşı bu dərəcədə soyuq olduğunu başa düşəndə hər şey yadımdan çıxdı. Sənə qarşı kobudluq etdim. Kim bilir, sənin o şillən olmasaydı, bəlkə də bağışlanmaz səhvə yol verəcəkdim. Sənin şillən məni yuxudan oyatdı. Amma gərək elə tez getməyəydin, əzizim. Qoymayaydın ki, o görüş belə tez, belə gözlənilməz şəkildə başa çatsın. Birinci və axırıncı dəfə səni öpməyə niyə imkan vermədin? Mənim halımı görmürdünmü? Sən ki, dərin düşüncəli adamsan. Bəs mənim hisslərimi, duyğularımı niyə qiymətləndirmədin? Məni niyə başa düşmək istəmədin? Sənin “Əgər mənə zərrə qədər hörmətin varsa, burax gedim” sözlərin məni özümə qaytardı. Başa düşdüm ki, səni güclə saxlamaq mümkün deyil, qalmağının da bir mənası yoxdur. Sən məni heç vaxt sevməmisən.

Mənim bu boyda məhəbbətimin müqabilində səndə kiçicik bir istək də olmayıb. Sən çıxıb gedəndən sonra acı-acı ağladım. Özümdən elə zəhləm gedirdi! Sənin məhəbbətini qazana bilmədiyim üçün özümə nifrət etdim. Ağlaya-ağlaya şi'ışədəki konyakı son damlasına kimi içdim. Səndən intiqam almaq qərarına gəldim. Elə daşqəlbli bir adamı sənin bu qədər sevməyinə dözə bilmirdim. Dediyim kimi gedib Rəşidi tapdım. Hər şeyi ona danışdım. Əlbəttə, üstünə qoymaqla. O, mənim yaxamdan yapışdı. Mənim istədiyim də bu idi. Biz əlbəyaxa olduq. Yumruqlarımı onun sinəsinə, qarnına endirdikcə bundan ləzzət alırdım.

Nə etdiyimi Rəşid çıxıb gedəndən sonra anladım. Bunun sənə baha başa gələcəyi aydın idi. Rəşid bu heyfi səndə qoymayacaqdı. Beynim aydınlaşdıqca, ağlım başıma gəldikcə hərəkətlərimin rəzilliyi barədə düşündüm. Lakin gec idi. Geriyə yol qalmamışdı. Heç nəyi dəyişmək, əvvəlki qaydasına salmaq mümkün deyildi. Gücüm yalnız oğru kimi blokunuzda gizlənib qapının arxasından evinizdən gələn səslərə qulaq asmağa çatdı. Rəşidin söyüşlərini, yumruq zərbələrini eşidirdim. Amma sənin səsin çıxmırdı. Sən bu təhqirlərə mənə görə dözürdün, əzizim. Əvvəl istədim içəri girib onu var gücümlə əzişdirim, səni onun əlindən alım. Amma fikirləşdim ki, bu, səni daha da qəzəbləndirər, ona görə də fikrimdən daşındım.

İşə çıxmadığın günlərdə nələr çəkdiyimi bir Allah bilir. Qəbahətimin necə böyük olduğu, cəzamın necə ağır olacağı aydın idi.

Mən hər şeyi itirdim. Mənim üçün dünya səndən ibarət idi. Sən olmayandan sonra həyatın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Səni tapıb itirmək isə ikiqat ağırdır. Əzizim, mən indi başa düşürəm ki, taleyimə hökm verən çılğınlığım və dəliliyim oldu.

İndi mənimçün ən böyük təsəlli sənin xəyalındır, o əlçatmaz xatirəndir. Bu barədə danışmasam da hər an bütün varlığımla səni düşünürəm. Dodaqlarımda daim sənin bədəninin hərarətini duyuram, həmişə də duyacağam. Sən mənim ruhuma, duyğularıma dolmusan.

Bütün bunlan sənə yazmayacaqdım və özümə söz vermişdim ki, səni daha narahat etməyəcəyəm. Amma istəmirəm ki, sənin xəyalında vəhşi, kobud, satqın, vicdansız adam kimi qalım. Axı mən belə deyiləm. Mənim həyatda səndən böyük arzum olmayıb və olmayacaq da. Yaxşı bilirəm ki, bu, əlçatmaz, ağlasığmaz, həyata keçməz arzudur. Baş vermiş bütün bu hadisələrdən sonra səninlə üz-üzə, göz-gözə gəlmək istəmirəm. Bu, həm mənə, həm də sənə çətin olar. Bir də ki, sənin cəzanı gözləmədim, özüm özümü cəzalandırmaq qərarına gəldim — işdən çıxdım. Səni görməmək, səni eşitməmək üçün! Mənimçün həyatda bundan böyük cəza ola bilməz. Onu könüllü olaraq qəbul etdim. Gücüm yalnız buna çatır.

Zərif, əzizim, sevimlim, mələyim, dərdim, kədərim, gözlərimin yaşı, ürəyimin ağrısı, mənim sağalmayan yaram! Əgər bacarsan, məni bağışla. Mən ağılsızın günahından keç. Bircə şeyə zərrə qədər şübhən olmasın ki, nə etmişəmsə, səni sevdiyimdən etmişəm. Mənim ucbatımdan aldığın fiziki və mənəvi zərbələrə görə məni əfv et. Bir daha sənin yolunun üstünə çıxmayacağam. Amma bil ki, səni dünyada mənim qədər sevən ikinci adam olmayıb, bundan sonra da olmayacaq. Səni ömrümün sonuna kimi sevəcəyəm. Amma narahat olma, bundan sənin xəbərin olmayacaq, bundan sənə bir zərər toxunmayacaq.

Məktubu sənə göz yaşları içində yazıram. Onu yazdıqca ürəyim qan ağlayır. Kaş bu görüş olmayaydı, mənim həyatımı alt-üst eləmiş, arzularımı öldürmüş, ümidlərimi soldurmuş bu görüş hardan gəldi? Bu görüş sakit ömrümdə qorxunc bir qasırğa kimi qopdu, hər şeyin mənasını dəyişdirdi.

Zərif, bilirəm ki, mənə olan qəzəbin keçməyib. Amma zaman hər şeyi həll edir, əzizim. Yadında saxla, sənin bu dünyada Aydın adında dostun var. Haçan sənə lazım olsam, haçan köməyimə ehtiyacın olsa, bil ki, yanındayam. Yox, əgər məni bağışlaya bilməsən, onda nə etməli? Çarəm sənə “Əlvida” deməyə çatır. Əlvida, mənim əlçatmaz Zərifim!”

* * *

…Telefon bayaqdan zəng çalırdı. Amma Zərifə məktubdan ayrıla bilmirdi. Son sətirləri oxuyub dəstəyi götürdü.

— Zərifə, salam! — Anasının mehriban, ilıq səsi onu kövrəltdi.

— Salam, ana can…

— Niyə kefsizsən, bala? Bir şey olmayıb ki? — Anası 600 kilometrlik məsafədən onun kefsizliyini hiss etmişdi.

— Heç nə olmayıb, uşaqlarçün bir az darıxmışam.

— Yaxşı dincələ bildinmi?

— Hə, ana, elə yaxşı dincəldim. — Zərifə qəhərini gizlədə bilmədi.

— Sabah uşaqlarla Bakıya gələcəyəm. Səndən yaman nigaranam. Rəşidlə dalaşmamısan ki? Hər gecə sizi yuxuda görürəm…

“Sabah uşaqlar gəlir. İki gündən sonra məktəbdir. Yəqin Raminlə Çingiz bu iki ayda çox dəyişiblər. Yəqin bir az da böyüyüblər. Ramin bu il altıncı, Çingizsə beşinci sinfə gedəcək”.

Birdən uşaqlan üçün elə darıxdı, onlardan ötrü elə qəribsədi ki, kövrəldi. Başını anasının dizləri üstünə qoyub saçlarında onun doğma əllərinin sığalını duymaq üçün ürəyi tel-tel əsdi. Uşaq kimi hönkürdü.

1986

Gəzəyən

Sabah axşama kimi o. Həcər xalanın yanında qalacaq. Bu gün və gecə, bir də sabahki gün. Axşam anası gəlib onu buradan evlərinə aparacaq. Lakin sabah axşama kimi gör hələ nə qədər vaxt var. “Kaş möcüzə baş verəydi. Mən gözümü yumub açana kimi sabah açılaydı,” — Aynur bunu arzulayırdı.

Təsəvvür etdi ki, səhər açılıb, anası onu aparmağa gəlib. Gözlərini bərk-bərk yumub bunu xəyalında canlandırdı. Möcüzə baş verib-vermədiyini yoxlamaq üçün gözlərini açdı. Amma yox, heç bir möcüzə-zad baş verməmişdi.

O, səssizcə, içini çəkə-çəkə ağlayırdı ki, qonşu otaqda paltar ütüləyən Həcər xala eşidib hirslənməsin. Aynur pəncərənin qabağına keçib üzbəüz birmətəbəli evin pəncərəsinə tamaşa etməyə başladı. Pəncərənin qarşısında qoyulmuş stolun ar-xasında arıq, mehriban sifətli bir kişi oturub ağ vərəqlərə nə isə yazırdı. Aynur onu burada görməyə adət etmişdi, həmişə maraqla ona göz qoyardı. Bu məşğuliyyət onu yamanca əyləndirərdi. O adam hərdən başını qaldırıb üzbəüz evin pəncərəsindən baxan bu balaca qıza mehribanlıqla gülümsəyər, sonra yenə öz işinə davam edərdi. “Görəsən nə yazır?” — deyə Aynur fikirləşərdi. Onun qələmi necə cəld işlətdiyini, ağ vərəqləri necə sürətlə qaraltdığını görüb heyrətə gələrdi. Bəzən bu adam başını kağızların üstünə qoyub hərəkətsiz qalar, gah da başını əlləri arasına alıb sakitcə oturardı. Aynur onu yalnız axşamlar görməyə adət eləmişdi. Gündüzlər bu pəncərədə kimsə görünməzdi.

Həcər xalanın evində keçirdiyi günlər onun üçün işcəncəyə çevrilərdi, ürəyini nəhayətsiz kədər bürüyərdi. Oyuncaqları ilə könülsüz oynayar. Həcər xalanın bişirdiyi xörəkləri iştahsız yeyərdi. Bəzən saatlarla pəncərənin qarşısında oturub gözlərini yola dikər, anasının gəlib onu evlərinə aparacağı vaxtı səbirsizliklə gözləyərdi.

Aynurun Həcər xaladan xoşu gəlmirdi. Bu neçə vaxtda ona öyrəşə bilməmişdi. Qadin Dilarənin yaninda onu öpüb oxşayar, şirin dillə danışdırardı. Dilarə çıxıb gedəndən sonra isə uşağın varlığı elə bil onun yadından çıxırdı. Tez Dilarənin gətirdiyi əti, kolbasanı, göyərtini, meyvəni yerbəyer edər, mətbəxdə biş-düşlə, sonra isə ev işləri ilə məşğul olardı. Belə vaxtlarda Aynur bir kənarda dayanıb səsini çıxarmadan onu seyr edərdi. Bəzən ona elə gələrdi ki, Həcər xala onu görmür. Gəlib düz qabağında dayanardı ki, dayəsi ona nəzər yetirsin. Həcər xala-nı isə işindən ayırmaq müşkül məsələ idi. Həhayət, Aynur darıxıb qonşu otağa keçər, şəkilli kitablara tamaşa edərdi.

Həcər xala uşağı bir də şam yeməyi vaxtı dindirərdi. Onu yedirdər, içirdərdi. Aynur yeməkdən sonra qab-qacağı yığışdırmaqda dayəyə kömək edərdi. Sonra isə çarpayıya uzanıb yuxusu gəlməyə-gəlməyə yatmağa çalışardı ki, sübh tez açılsın. Səhər eyni vəziyyət yenə təkrar olunardi. Həcər xala yenə ev işləri ilə məşğul olar, yuyar, ütüləyər, xörək bişirərdi. Aynur isə qonşu otaqda saatlarla səssizcə oynayardı.

Bəzən Həcər xala Aynuru özü ilə bazara, dükana aparardı. Küçədə o, tamam ayrı adam olardı, onunla mehriban danışar, suallarına səbrlə cavab verərdi. Aynur da düşünərdi ki, yəqin Həcər xala evdə yorulur, danışmağa taqəti qalmır, ona görə də onunla belə soyuq davranır.

Anası Aynuru götürmyə gələndə Həcər xala adəti üzrə dil-ağız edərdi:

— Canını yeyim Aynurun, çox yaxşı uşaqdır. Ona öz doğma balam kimi bağlanmışam. Aynur yatanda darıxdığımdan bilmirəm nə edim.

Uşaq onun bu ikiüzlülüyü qarşısında deməyə söz tapmazdı. Hər dəfə Həcər xalagilə getmək vaxtı çatanda Aynur anasına yalvarardı:

— Ana, nə olar, məni Həcər xalanın yanında qoyma da…

Dilarə onun saçlarını qarışdırıb cavab verərdi:

— Sən mənim ağilli qızımsan. Ağıllı qız isə anasının sözündən çıxmaz.

— Mən orda darıxıram axı…

— Həcər xala səni bu qədər çox istəyir, sən isə deyirsən ki, dan xıram.

— Ana, sən onu tanımırsan. O, məni zərrə qədər də istəmir. Həmişə sənə yalan danışır. — Aynur onu inandırmağa çalışardı. Amma Dilarə acıqlı halda qızının sözünü kəsər, onun hərəkətini ərköyünlük hesab edib dediklərinə əhəmiyyət verməzdi.

Həcər xala kimsəsiz qadın idi. Qonşuların dediyinə görə, uşağı olmadığına görə əri çoxdan onu atıb getmişdi. O vaxtdan atasından qalma ikigöz evdə yaşayır, həyətdəki birotaqlı evini isə kirayəyə verirdi. Həcər xala yaxınlıqdakı idarədə xadimə işləyir, şənbə və bazar günlərində isə Dilarənin qızına baxırdı. O, az əziyyətlə başa gələn dayəlikdən məmnun idi. Lakin nədənsə bu sakit, gözəl qız uşağini sevə bilmir, ona qanı qaynamırdı.

Hər dəfə iki günlük ayrılıqdan sonra anasını görəndə Aynur sevincindən quş olub uçmaq istəyərdi. Evə gələndə özünü böyük kimi aparar, anasının əlindəki çantanı apanb yerinə qoyar, ayağına keçirmək üçün məs verər, onun hər kiçik tapşırığını böyük həvəslə yerinə yetirərdi. Anasının səsini eşitmək, yanında olmaq onun üçün böyük səadət idi. Dilarə ev-eşiyi səliqəyə salandan, yemək hazırlayandan sonra qızını gəzməyə aparmaq istəyərdi:

— Aynur, bağa gedək?

— Yox, ana, istəmirəm.

— Səni yelləncəyə mindirəcəyəm.

İstəmirəm.

— Dondurma alsam gedərsən?

Uşağin gözünə nə dondurma, nə də başqa şeylər görünərdi. O:

— Mən səninlə evdə qalmaq istəyirəm, ana, — deyə cavab verərdi. Lakin Dilarə çox vaxt qızının bu istəyinin mənasına varmadan dodağı altında deyinərdi:

— Bu uşaq bilmirəm kimə oxşayıb. Xalxın uşaqlarını həyət-bacadan yığmaq olmur. Bizimkini də evdən bayıra çıxarmaq mümkün deyil.

Dilarənin bəzən qızına yazığı gələrdi. O, qəribə, başqalarına bənzəməyən uşaq idi. Onun bir oyuncağını sındırdığı, bir kitabını cırdığı və ya paltarını batırdığı Dilarənin yadına düşmürdü. Döşəmədə kiçik bir kağız parçası görsəydi, tez onu yerdən qaldınb zibil qabına atardı. Dilarə qızını az-az hallarda əzizləyərdi. Buna görə də Aynur onun hər kiçik nəvazişinə, hər ilıq təbəssümünə sevinər, hər xoş sözündən ürəyinə bir hərarət axardı. Anası ona “can” deyəndə sevinc içərisində soruşardı:

— Sən mənə “can” dedin?

— Hə, Aynur.

— Çox sağ ol, ana.

Dilarə onun bu qəribə iltifatına həmişə gülərdi.

… — Aynur, daha ağlamırsan ki? — Həcər xala qapıda göründü. Aynur ona cavab vermədi.

— Di dur, bəsdir mısmırığını salladın. Gəl çörəyimizi yeyək., — Həcər xala onun əlindən tutub yemək otağına apardı.

* * *

Dilarə gecəni çox narahat yatmışdı. Üzünün rəngi solğun görünürdü. Gözlərinin altı qaralmışdı. Səhərdən eyni açılmırdı. Çünki bu gün ayın on üçü, nəhs gün idi. Dilarə ayın on üçünü həmişə qorxa-qorxa gözləyərdi. O gün mütləq nə isə xoşagəlməz bir hadisə baş verməli, qanı qaralmalı idi. Uzun illər idi ki, bunu sınaqdan keçirirdi.

— Qızım, rəis yerindədir? — deyə içəri girən yaşlı bir qadın soruşdu.

— Xeyr.

— Bilmirsən hardadır?

— Bilmirəm.

— Bu gün gələcəkmi?

Dilarənin hövsələsi daraldı:

— Mən nə bilim gələcək, ya gəlməyəcək. Bəyəm rəis mənə hesabat verir?

— Hesabat vermirsə, səni niyə bıırda oturdub? — deyə qadın deyinə-deyinə otaqdan çıxdı.

“Bəli də, başlandı.” — Dilarə dilxor halda makinasını tıqqıldatmağa başladı. — “Qudurasan, qurbağa, gəldi bizi vurmağa”, — ürəyində arvadın dalınca söyləndi.

Bir azdan ortayaşlı bir kişi içəri girib birbaşa rəisin kabinetinə tərəf getdi.

— Ay yoldaş, hara? — deyə Dilarə soruşdu.

— Rəisin yanma.

— Bəs soruşmazlarmı ki, rəis burdadır, ya yox?

— Qəbul vaxtı işdə olmayıb, harda olacaq?

— Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? — deyə Dilarə hirsləndi.

— Əvvəl dövlət işi, sonra şəxsi işlər.

Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:

— Qəşəng qız, salam.

— Əleykəssalam.

— Rəisin yanında adam var?

— Rəis yoxdur.

— Hardadır?

— Bilmirəm.

— Qanınız niyə qaradır?

— Onun sizə dəxli yoxdur.

— Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, — deyə oğlan təəssüfləndi.

Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” — deyə öz-özünə düşündü.

Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.

— Namiq Dadaşoviçin katibəsisinsiz? — Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.

— Sizi eşidirəm, — deyə Dilarə acıqlı halda cavab verdi.

— Namiq Dadaşoviçin yaxşı zövqü var. — Oğlan bu sözləri ağzını az qala Dilarənin qulağına yapışdırıb dedi. Dilarə qıpqırmızı qızardı, amma heç nə demədi.

— Əvvəlki katibəsi də qəşəng qız idi. Başa düşmürəm, o niyə çıxıb getdi?! — Oğlan gözlərini bic-bic qırpdı. Dilarə daha hövsələsini basa bilmədi.

— Bura baxın, vətəndaş, elə etməyin ki, milis çağırım. Rədd olun burdan.

Oğlan onun əsəbiləşdiyini görüb özünü itirdi:

— Mən nə dedim ax i?

— Sizə dedim rədd olun burdan.

Oğlan əvvəl tərəddüdlə Dilarəyə baxdı, sonra isə heç nə deməyib otaqdan çıxdı. Lakin heç bir dəqiqə keçməmiş yenidən qapıdan boylandı:

— Namiq Dadaşoviçə heç nə deməyin ha! Yaxşı düşməz.

Dilarə başını əlləri arasına almışdı. Hirsindən dodaqlarını

gəmirirdi. Onun dünyada ən çox zəhləsi gedən bir söz var idisə, o da “katibə” sözü idi. Bu adla çağrılanda özünü alçalmış, təhqir olunmuş hesab edirdi. Bu idarəyə gəldiyi günə lənət oxuyurdu. Bir bəhanə ilə işdən çıxmaq istəyirdi. Amma bu bəhanə heç cür ələ düşmürdü. Namiq Dadaşoviç mehriban adam idi. Bircə dəfə də onun xətrinə dəyməmiş, səsini qaldırmamişdı. Digər tərəfdən də, Dilarə pedaqoji institutda qiyabi oxuyurdu.

İnstitutu bitirməyinə il yarım vaxt qalırdı. Ona görə də birdəfəlik ixtisasına uyğun iş axtarmalı idi.

— Dilarə xanımın kefi necədir? — Namiq Dadaşoviçin yumşaq, mehriban səsi eşidiləndə Dilarə ayağa qalxıb onunla salamlaşdı.

— Niyə qanın qaradır? — deyə rəis soruşdu.

— Heç, elə bir şey yoxdur. — Dilarə cavab verdi.

Namiq Dadaşoviç otağına keçəndə Dilarə özündə nə isə bir yüngüllük hiss etdi. Bayaqkı qanqaralığı yadından çıxdı. Tez elektrik çaynikini qaynadıb çay dəmlədi, balaca podnosa konfet, mürəbbə qoyub rəisin otağına keçdi. Onlan stolun üstünə düzüb geri qayıtmaq istəyirdi ki, rəis dilləndi:

— Bir dəqiqə əyləş, Dilarə.

Dilarə stul çəkib oturdu.

— Necəsən? Çoxdan səninlə söhbət etmirik.

— Çox sağ olun, hər şey yaxşıdır.

— Qızın necədir? Səni çox incitmir ki?

— Xeyr.

— Cavan qadın üçün tək yaşamaq çətindir. Özü də sənin kimi gözəl qadın üçün. Elə deyilmi?

Dilarə çiyinlərini çəkdi.

— Xahiş edirəm, məni özünə yad bilmə. Nə sözün olsa çəkinmə, yaxşımı?

— Sizdən çox razıyam, Namiq Dadaşoviç, — Dilarə onun səmimiyyətindən kövrəldi.

— Məni sadəcə olaraq adımla çağır, Dilarə.

Dilarə başı ilə razılıq işarəsi verib otaqdan çıxdı. Rəisin sözləri onun beynini dumanlandırmışdı. Namiq Dadaşoviç yaraşıqlı, nəzər-diqqəti cəlb edən adam idi. Qadınların çoxunun ondan xoşu gəlirdi. Elə Dilarə də ona qarşı etinasız deyildi. Ərindən ayrıldığı altı il ərzində ona ürək açanlar az olmamışdı. Bir neçəsi ilə görüşmüş, hətta evinə də aparmışdı. Lakin heç biri ilə bir həftədən artıq yaxınlıq edə bilməmişdi. Namiq onlara bənzəmirdi. “Sonra da deyirlər ki, on üç nəhs rəqəmdir. Bunun nəyi nəhs oldu? Rəis katibəsinə səmimiyyətini izhar etdi”, — deyə Dilarə düşündü və bu fikirdən utandı. “İlahi, gör nələr düşünürəm?!” Birdən özünə acığı tutdu: “Ay yazıq, sən nə gün görmüsən axı? Uşaq əskisi yumaqdan başqa neynəmisən? İndi bu gözəlliklə ömrünü bir uşağın yolunda çürüdürsən. Guya uşaq böyüyəndə sənə “çox sağ ol” deyəcək. Ay dedi ha!”

Dilarənin ürəyində bir-birinə zidd fikirlər döyüşürdü. O, gah özünü mühakimə edir, gah da özünə haqq qazandırırdı. Nəhayət, bu mübarizədən bezdi. Tək yaşamağın ağrı-acısını o, çox çəkmişdi. Bir gün deyildi, bir ay deyildi. Düz altı il idi ki, təklik ona əzab verir, ürəyini ağrıdır, gecələr yuxusunu, gündüzlər isə rahatlığını əlindən alırdı. Uzun, bitib-tükənməyən qış gecələri, dumanlı-çiskinli payız axşamları bir-birini əvəz edirdi. İllər heç bir gözəl şey vəd etmədən ötüşürdü. Lakin bunlar Dilarəni o qədər ağrıtmırdı. Onu ağrıdan başqa şey idi: son vaxtlar adamlar ondan uzaqlaşırdılar. Köhnə dostlan, rəfiqələri yavaş-yavaş onunla əvvəlki münasibətlərini dəyişirdilər, qohumlan get-gedə evinə az-az gəlirdilər, qonşular da onunla soyuq davranmağa başlamışdılar. Dilarənin tək yaşamasını hərə bir cür mənalandınrdı.

Dilarə bunlan dərk edirdi. Adamlann soyuqluğu onu yayın istisində buz kimi üşüdürdü. Hərdən ürəyində etiraz hissi baş qaldınrdı. İstəyirdi qışqırsın, aləmə car çəksin, öz bədbəxtliyini hamıya bəyan eləsin. Desin ki, hamınız isti yuvanızda, əzizlərinizin yanındasınız. Mənim də insan olduğumu, ülfətə, nəvazişə, qayğıya, məhəbbətə… ehtiyac duyduğumu niyə başa düşmürsünüz?

Telefon zəng çaldı. Danışan Rasim idi. Onunla iki il əvvəl tanış olmuşdu. Cəmi bir ay görüşmüşdülər. Sonra Rasimi xaricə işləməyə göndərmişdilər. O vaxtdan görüşmürdülər.

— Salam, Dilarə.

–…

— Tanımadın? Danışan Rasimdir.

— Hə, tanıdım, salam. Rasim.

— Necəsən?

— Sağ ol.

— Səni elə görmək istəyirəm…

— Əlcəzairdən haçan gəlmisən?

— Dünən.

— Həmişəlik?

— Yox. Bir aylıq məzuniyyətə gəlmişəm.

— Evlənməmisən?

— Yox. Bəs sən? Həyatında bir yenilik varmı?

–Yoxdur, Rasim.

— Gəl bu gün görüşək, sənə hədiyyə gətirmişəm.

— Bu gün heç kefim yoxdur.

— Kefini açmaq mənim boynuma. Danışdıq?

— Nə bilim.

— Danışdıq daha. Evimin yeri yadından çıxmayıb ki?

— Çıxmayıb.

— Deməli axşam saat səkkizdə. Gecikmə ha, Dilarə! Hələlik.

* * *

Şıdırğı yağış yağırdı. Elə bil vedrədən tökülürdü. Yağış damcılan tappaturupla pəncərələrə dəyir, qəribə səs-küy yaradırdı. Küçədə gediş-gəliş birdən-birə kəsilmiş, maşın siqnallarının səsi azalmışdı.

Aynur pəncərədən küçəyə tamaşa edirdi. Balaca stulunun üstünə çıxıb əlləri ilə pəncərəyə dayaq verərək üzünü şüşəyə yapışdırmışdı. Hava qaraldıqca onun ürəyi nigarançılıqdan sıxılırdı. Darıxıb kitab şkafının alt gözündən “Əlifba”nı çıxartdı, ucadan oxumağa başladı: “Baba və nəvə bağdadır. Ana evdə xörək bişirir". O, “Əlifba”nı əzbər bilirdi. Bu kitab daha onun üçün maraqlı deyildi.

Gözləri divar saatına sataşdı. Gecə saat doqquz idi. Darıxıb televizoru yandırdı. Stulunu televizorun lap qabağına çəkib oturdu. Dəfələrlə baxdığı bir cizgi filmi göstərilirdi. Nəhayət, multfilm qurtanb layla çalınanda Aynur yerdəki gəlinciklərinin üstünü örtdü. Ən çox sevdiyi göy donlu, sarı saçlı böyük gəlinciyi qucağına alıb eynən televizordakı kimi layla çalmağa başladı. Veriliş qurtaranda televizoru söndürüb yerdə, xalçanın üstündəki gəlinciyin yanında uzandı. Sonra onu sinəsinə sıxıb ağlamağa başladı. Göz yaşlan gəlinciyin üzünə tökülürdü.

Bir azdan bərk acdığını hiss edib ayağa durdu. Səhər anası ona südlü sıyıq yedirtmişdi. Tapşırmışdı ki, acanda mətbəxdə stolun üstündəki tavadan kotlet götürüb yesin. Ancaq bütün günü yemək onun yadına düşməmişdi.

Aynur mətbəxə keçib işığı yandırdı. Tavadan soyuq kotlet götürüb çörəksiz yeməyə başladı. Tez doydu. İndi də çay istəyirdi. Ancaq anası ona qaza yaxın düşməyi qadağan etmişdi. Çaydandan stəkana su töküb içdi. Tavanın qapağını ortdü, mətbəxin işığını söndürüb evə keçdi. Çarpayısına yaxınlaşıb yerini açdı. Paltarını soyunub səliqə ilə stuldan asdı, gecə köynəyini geyinib uzandı. Ancaq yuxusu gəlmirdi.

Bu gecə də Aynur anasını görmədən, tək-tənha yatacaqdı. Həcər xala harasa getmişdi, ona görə də Aynur səhərdən evdə tək qalmışdı. Onun ürəyinə qəribə bir qorxu çökdü. Bu qorxu yuxusunu tamam qaçırdı. Eyvana çıxıb sağ tərəfdəki eyvana həsrətlə baxdı. Bura onun bağça yoldaşı Çingizgilin eyvanı idi. Aynurla Çingiz buradan tez-tez bir-biri ilə danışar, əylənərdilər. Aynur bağçada ən çox Çingizlə oynayardı. Fürsət tapan kimi oyuncaqlarını ona bağışlayardı.

Eyvanda tez-tez Çingizin atası ilə anası da görünərdi. Çingiz atasının boynundan asılar, onun saçlarını oynadar, anası da gülə-gülə onlara tamaşa edərdi. Belə vaxtlarda Aynurun Çingizə yaman paxıllığı tutardı. Paxıllıq edərdi ki, onun atası var. Aynurun isə atası yox idi. Heç vaxt olmamışdı. Bundan sonra da olmayacaqdı. Atası onu heç vaxt əzizləməyəcəkdi, gəzməyə aparmayacaqdı.

Qonşu eyvanda kimsə görünmürdü. Yağışın paltarını islatdığını görüb evə keçdi, çarpayısına uzandı. Anası yenə harasa, vacib iş dalınca getmişdi. Bu “harasa”nın, “vacib işin” nədən ibarət olduğunu Aynur bilmirdi. Lakin bu gedişlərə ürəyində yaman acığı tuturdu. Anasının gözəl üzü gözləri qarşısında canlandı. Əvvəl özünü onun qucağında təsəvvür etdi: anası onu öpüb oxşayırdı. Lakin bir azdan necə döyüldüyü yadına düşdü. Anası çox vaxt əsəbi, deyingən olardı. Boş bir şeydən özündən çıxar, Aynuru döyməyə başlayardı. Özü də elə hirslə, elə bərk döyərdi ki. Aynur ağrıdan zarıldayardı. Döyməklə ürəyi soyumaz, Aynura qarğış yağdırardı:

— Səni görüm öləsən. Səni görüm ciyərin yansın. Səni görüm zəlil olasan.

Aynur ağlaya-ağlaya stolun altına girər, onun əlindən qurtulmağa çalışardı. Lakin bundan anası daha da qəzəblənər, paltarından və ya əl-ayağından yapışıb onu çarpayının altından çıxardar, təzədən döyərdi. Həmişə də döyüb-doyüb, birdən ağlamağa başlayardı:

— Ay allah, məni öldür, canım qurtarsın, — deyər, sonra uşağı qucağına alıb öpər, oxşayardı. Aynur da onun qoynuna qısılıb səsini çıxarmazdı. Bir söz deməyə, nə isə soruşmağa ürək eləməzdi. Qorxardı ki, anası təzədən özündən çıxar.

İlk dəfə idi ki. Aynur qaranlıqdan qorxurdu. Qaranlıqda anası gah gülürdü, gah ağlayırdı, gah qəhqəhə çəkirdi, gah onu çimdikləyirdi. Aynur vahimə içində yorğanı üstünə çəkdi.

* * *

Düz on dörd il idi ki, Həmid Həcər xalanın evində kirayənişin qalırdı. On-on beş ailə yaşayan bu böyük həyətdə hamı onun xətrini istəyirdi. Həcər xala isə ondan xüsusilə razılıq edirdi. Həmid hər ayın axırıncı günü kirayə pulunu səliqə ilə kağıza büküb ona verirdi. Evini səliqəli saxlayırdı. Özü də nə yanına cığal-cuğul oğlan gətirir, nə də yelbeyin qızlarla gəzirdi. Tərbiyəli, başıaşağı adam idi. Həcər xalanın bircə narazılığı vardısa, o da Həmidin həddindən çox işıq yandırması ilə bağlı idi. Lakin onun pərdəsiz pəncərəsindən Həmidin stol arxasında oturub daim nə isə yazdığını və ya oxuduğunu görəndə heç nə deyə bilmirdi. Həmidə bu qədər hörmət qazandıran da əslində yazıçılığı idi.

Həmidin ipək kimi yumşaq xasiyyəti var idi. Ömründə bircə nəfəri də incitməmişdi. Heç kəs onu hirslənən, özündən çıxan görməmişdi. Yaşadığı bu balaca, rahat otaq da sahibinə oxşayırdı. Buranın avadanlığı küncdəki dəmir çarpayıdan, pəncərənin qabağındakı stoldan, iki stuldan, bir də ağzına kimi kitabla dolu böyük divar şkafından ibarət idi. Həmidi işdə kitab xəstəsi kimi tanıyırdılar. Əlinə keçən pulu kitaba verərdi. Gecə-gündüz kitab oxumaqdan yorulmurdu, tanışlarına, dostlarına da kitab bağışlamağı sevirdi.

Axşamlar, ələlxüsus da yaz-yay axşamlan qonşular həyət qapısına yığışar, söhbət edərdilər. Həmid isə kimsəyə qarışmazdı. Buna onun vaxtı da olmazdı. Açıq pəncərədən Həmidin arıq, solğun üzünü görəndə qonşular canıyananlıqla ondan söz salardılar. Ən çox narahatlıq keçirən isə Həcər xalanın qapıbir qonşusu Nailə olardı. Həmidin pəncərədən həyətə düşən kölgəsinə Nailə bu illərdə o qədər öyrəşmişdi ki, onu görməyəndə darıxırdı. Həmidin oğrun-oğrun paltar yuması, gecə hamı yatandan sonra onu sərməsi, səhər tezdən durub yığması, döşəmə silməsi, xörək bişirməsi, hər şey, hər şey Nailəni kövrəldirdi. Neçə dəfə istəmişdi durub ona kömək eləsin, amma utanmışdı. Qonşuların söz-sov undan ehtiyat edirdi, həm də qorxurdu ki. Həmid onu yüngülbeyin hesab edər.

Nailə bəstəboy qız idi. Bu yaz 38 yaşı tamam olmuşdu. Lakin onun zərif, incə vücuduna heç vaxt bu yaşı vermək olmazdı. O, tibb institutunu bitirən ili atası, bir il sonra isə anası vəfat etmişdi. Nailə özündən kiçik üç bacısına həm ata, həm də ana əvəzi olmuş, üçünü də oxudub ərə vermişdi. O, bacılarının heç birinə oxşamırdı. Onların üçü də deyib-gülən, şən qızlar idi. Nailə isə sakit təbiətli idi, heç nə ilə gözə çarpmırdı. Bu vaxtacan ərə getməməsinin bir səbəbi də yəqin elə bu cəhəti idi. Kim bilir, bəlkə də vaxtından tez üzərinə düşdüyü məsuliyyət, çəkdiyi qayğılar onu belə etmişdi.

Bu gecə hər şey Nailəni səbəbsiz kövrəldirdi. O, işığı yandırmadan yerinə uzanmışdı. Açıq pəncərəsindən Həmidin otağı ovuc içi kimi görünürdü. Bir azdan onun işığının söndüyünü görüb Nailə narahatlıqla yerindən qalxdı. Həmidin asta addımlarla həyətdən küçəyə çıxdığını görcək ürəyi darıxdı, tez yerindən qalxdı.

Eyvanda oturub çay içən Həcər xala onun bu narahatlığını hiss edib Nailəni çay içməyə çağırdı. O, Nailənin ürəyində doğulub boy atan duyğulardan çoxdan xəbərdar idi, oğrun-oğrun Həmidin arxasınca baxdığını, uzaqdan-uzağa onu izlədiyini çoxdan bilirdi. Lakin özünü elə apanrdı ki, guya heç nədən xəbəri yoxdur. Nailənin təbiəti elə idi ki, kimsənin onun ürəyindəkilərdən xəbər tutmasına razı olmazdı. Bunu o, xətrini istədiyi, gözünü açandan yanında gördüyü, valideynlərini itirdiyi o çətin illərdə ona həyan olmuş, aralarındakı böyük yaş fərqinə baxmayaraq, çox yaxın olduğu Həcər xalanın da bilməsini istəməzdi.

Nailənin qorun-qorun yandığını Həcər xala bilirdi. Bunu da anlayırdı ki, o təbiətdə qızlar üçün həyatda özünə həmdəm tapmaq çox çətindir. Nailədən olsa, o, ömründə özünə belə bir adam tapa bilməyəcəkdi. Həmidi isə bu həyətə elə bil Allah özü göndərmişdi. Lakin vaxt keçir, nə Həmid Nailəyə diqqət yetirir, nə də Nailə onu özünə cəlb edə bilirdi. Həcər xala neçə dəfə istəmişdi ki. Həmidlə bu barədə söhbət etsin, onu bu haqda düşünməyə məcbur etsin. Lakin Həmidin acıqlanacağından, inciyəcəyindən ehtiyat edirdi. Digər tərəfdən isə Nailənin mənliyinin tapdalanacağından qorxurdu.

— Həmidlə nə yaraşardız! Allah sizi bir-biriniz üçün yaradıb. — Həcər xala çoxdan ürəyindən keçən fikri birdən dilinə gətirdi.

— Nə danışırsız, Həcər xala? — Nailə utanıb sözünün dalını deyə bilmədi.

* * *

Həmid gəzə-gəzə yaxınlıqdakı bağa gəldi. Skamyalardan birində oturub əllərini qoynunda çarpazladı. Bu gün o, demək olar ki, işləməmişdi. Çox çalışmış, amma fikirlərini bir yerə cəmləşdirə bilməmişdi. Sərin, gözəl qoxular qarışmış yaz havası onu evdə oturmağa qoymamışdı. Hava özü ilə ona nə isə bir qəriblik, bir həzinlik gətirmişdi. Birdən quş civiltisi diqqətini cəlb etdi. Şam ağacının budağında quşlar yamanca səs-küy salmışdı. Akasiya ağacı ağappaq çiçəklərə bürünmüşdü. Havadakı qəribə qoxunun haradan gəldiyini o, indi anladı. Akasiya çiçəyinin ətri onda həmişə həzin duyğular oyadırdı. İndi də yamyaşıl yarpaqlar arasından boylanan bu zərif salxımlara baxa-baxa fikrə getdi. Qəribədir, həmişə yazın gəlişini sevinclə gözləyən, ağaclarda hər yeni zoğun, hər yaşıl yarpağın, hər incə çiçəyin doğulmasına diqqətlə göz qoyan Həmidin bu dəfə yazın gəlişindən xəbəri olmamışdı. O, işə hər gün bu bağdan keçib gedirdi. Axşamlar təmiz hava almağa bura gəlirdi. Birdən yadına düşdü ki, bu gün mayın 4-dür — ad günüdür, 36 yaşı tamam olur. Lakin bu hadisədən ondan başqa heç kəsin xəbəri yoxdur.

— Dərdin alım, niyə əllərini qoynuna qoymusan? Götür əllərini qoynundan! — Qarşısından keçən bir qarı bu sözləri elə mehribanlıqla dedi ki. Həmid tez əllərini yanına saldı. “Gör nə mehriban qadındır. Bəxtəvər onun uşaqlannın halına”, — deyə arxasınca həsədlə baxdı.

Bu vaxt iri bir top diyirlənib ayaqlarının altına düşdü. Həmid topu yerdən qaldırıb uşağa qaytarmaq istəyirdi ki, birdən onu tanıyıb gülümsədi. Bu, tez-tez Həcər xalanın pəncərəsində gördüyü qız idi.

— Bu sənsən? Adın nədir?

— Aynur, — deyə uşaq sevincək cavab verdi. — Bəs sənin adın nədir?

— Mənim adım Həmiddir.

— Mən sənə həmişə pəncərədən baxıram, — Aynur onun yanında oturdu.

— Mən də sənə, — deyə Həmid ona cavab verdi. Hər ikisi güldü.

— Sən orda nə yazırsan elə? — Aynur maraqla soruşdu.

— Yazı yazıram.

— O qədər yazı yazmaq olar?

— Nə bilirsən ki, çox yazıram?

— Axı mən vərəqləri sayıram.

— Doğrudan? — Həmid təəccübləndi. — Neçəyəcən saya bilirsən?

— Yüzəcən.

— Afərin. Oxuya da bilirsən?

— Əlbəttə. Mən yazmağı da bacanram, amma sənin kimi tez-tez yox.

— Eybi yoxdur, məktəbə gedərsən, tez-tez yazmağı da öyrənərsən.

— Mən sentyabrda məktəbə gedəcəyəm.

— Sən bağa kiminlə gəlmisən?

— Anamla. Anan odey, orda skamyada oturub, — deyə Aynur bağın qurtaracağını göstərdi.

— Hanı? — Həmid o tərəfə boylandı.

— Odur, bura gəlir. — Aynur uzaqdan onlara sarı gələn cavan qadını Həmidə göstərdi. Birdən nə fikirləşdisə soruşdu: — Sənin anan var?

Həmid uşağın birbaşa verdiyi bu sualdan tutuldu. Aynurun bu sualı nə məqsədlə verdiyini anlamağa çalışdı. Lakin Aynur səbirsizliklə sualın cavabını gözləyirdi.

— Anam yoxdur, Aynur. — Həmid bu sözləri elə dedi ki, sanki anasının yoxluğuna özü səbəbkar idi.

— Anan yoxdur? — Cavab uşaq üçün gözlənilməz oldu. О, gözlərini bir-iki dəfə gülməli şəkildə qırpdı. Bu, göstərirdi ki, nə barədəsə fikirləşir.

— Bəs niyə yoxdur?

Elə bu vaxt Dilarə onlara yaxınlaşdı. O, Həmidi tanıyıb salam verdi. İlk dəfə idi ki, üz-üzə gəlirdilər. Həmid Dilarənin gözəlliyindən özünü itirib qeyri-ixtiyari ayağa qalxdı. Lakin bu hərəkətinin gülünc çıxdığını görüb yenidən oturdu.

Dilarə Həmidin halının dəyişdiyini görüb gülümsədi. Aynurun əlindən yapışdı:

— Gəl gedək. Aynur.

Lakin Aynur anasına qısılıb:

— Ana, Həmidin anası yoxdur, — dedi.

Dilarə üzrxahlıqla Həmidə baxıb heç nə demədi. Ana-bala ondan ayrıldılar. Havada xoş bir ətir qaldı. Bu ətir Həmidə çöl çiçəklərinin qoxusunu xatırlatdı. Aynur tez-tez dönüb ona baxırdı. Tinə çatanda əlini yellədi.

Aynurun bayaqkı sualı Həmidin yadına anasını salmışdı. Bu neçə ildə o, anası üçün belə qəribsəməmişdi, onu belə arzulamamışdı, onun üçün belə darıxmamışdı. Lakin anası yox idi, gedər-gəlməzdə idi. Onu heç zaman görməyəcək, səsini eşitməyəcəkdi. Ana itkisinin nə demək olduğunu ilk dəfə bütün aydınlığı, bütün dərinliyi ilə hiss etdi. “Təkrarolunmaz”, “əlçatmaz”, “ünyetməz” sözlərinin mənasını o, indi anladı. Həmin sözləri bir neçə dəfə beynində təkrar etdi. Bunlann necə dərin, necə ağır, necə soyuq sözlər olduğunu elə bil ilk dəfə dərk elədi.

Anası gözləri qarşısında canlandı. Həmidin institutu bitirib şəhərə təyinat aldığını eşidəndə arvad yaman kövrəlmişdi. Kövrəlmişdi ona görə ki, nəhayət, oğlu arzusuna çatmışdı, nəşriyyatda işləyirdi. Kövrəlmişdi ona görə ki, o, rahat ata-baba ocağım qoyub Bakıda kiçik bir otaqda, tanımadığı adamların arasında tək-tənha kirayədə qalırdı. Kövrəlmişdi ona görə ki. Həmid evlənmək söhbətini eşitmək belə istəmirdi. Gülsüm xala bilirdi ki, oğlu yazı-pozu adamıdır. Qəzetlərdə, jurnallarda çıxış edir. Oğlunun iki kitabı çıxmışdı. Bütün bunlan başa düşdüyünə görə onu iş yerindən ayırmağı rəva görmürdü. Həm də rayonda Həmidi imzasına görə böyükdən tutmuş kiçiyə qədər hamı tanıyırdı. Gülsüm xalanı indi Həmidə görə nişan verirdilər. “Həmidin anasısan?” — deyə tez-tez ona sual verirdilər. Qadın bundan sevinir, qürur hissi keçirirdi. Sevinirdi ki, savadlı, zəhmətkeş, başıaşağı oğul böyüdüb. Evlənmək məsələsi gələndə isə Həmid bir dəfə ona ciddi halda demişdi ki, daha bu barədə söhbət salmasın. Niyə? Çünki hələ ev-eşiyi yoxdur, ailəsini necə saxlayacaq? Gülsüm xala da bu söhbətin üstünə qayıtmamışdı. Ürəyi nisgilli, oğul toyu görmədən həyatdan köçmüşdü.

Hər dəfə anasını xatırlayanda Həmidin gözləri dolur, ürəyi kövrəlirdi. Onun bu dünyada anası qədər sevdiyi ikinci adam yox idi. Ağlına gətirə bilmirdi ki, nə vaxtsa bir kimsəni istəyə, kiməsə mehrini sala bilər.

* * *

Kirayə pulunu vermək üçün Həcər xalanın yanına gələndə Həmid Aynuru burada gördü. Uşaq qəmli görünürdü.

— Nə olub. Aynur? Yoxsa darıxırsan? — deyə soruşdu. Lakin onun cavab vermədiyini görcək əlavə etdi: — İstəyirsən sənə bir nağıl danışım?

Aynur sevinclə yerindən dikəldi:

— İstəyirəm.

— Onda bir az gözlə. — Həmid Həcər xalaya pulu uzadıb: — Həcər xala, icazə versəniz Aynuru bizə apararam, — dedi.

— Nə olar, aparırsan, apar da. Onsuz da anası gedəndən kefi açılmır, — deyə Həcər xala ona razılıq verdi. Həmid Aynuru otağına gətirib:

— Bura mənim sarayımdır, — dedi.

Aynur ağzınacan dolu kitab şkafını görüb heyrətə gəldi:

— Gör nə qədər kitab var… Вunları neynirsən?

— Oxuyuram.

— Bu qədər kitabı oxuyub qurtarmaq olar?

— Böyüyərsən, onda görərsən ki, bunlan oxumaq o qədər də çətin deyil.

Aynur indi də divardakı şəklə tamaşa etməyə başladı.

— Bu kimdir?

— Anam.

Aynur dönüb Həmidə baxdı.

— Dünən qanın qaraldı?

Həmid onun nəyə işarə vurduğunu dərhal anladı:

— Nədən bildin ki, qanım qaraldı?

— Az qalmışdı ağlayasan.

— Nə? — Həmid tutuldu.

— Hə, bunu mənə anam dedi.

Həmid daha deməyə söz tapmadı. Bir azdan o. Aynura nağıl danışmağa başladı. Bu, dəcəl ayı balasının başına gələn maraqlı sərgüzəştlərlə dolu əhvalat idi. Aynur ağzını açıb elə diqqətlə qulaq asırdı ki, Həmid bundan şövqlənib indicə uydurduğu bu nağıla bəzək-düzək vurmağa başladı. İlk dəfə idi ki. Həmid nağıl danışırdı. Bunun uşağı belə əyləndirə biləcəyini təsəvvürünə belə gətirməmişdi. Aynura bayaq elə-belə demişdi ki, nağıl danışacaq. İndi isə özü də gözləmədiyi halda gözəl bir nağıl yaranmışdı.

Bir saatdan sonra uşağı Həcər xalaya təhvil verəndə Həmid dedi:

— Aynur darıxanda göndərin mənim yanıma.

— Yaxşı, — deyə Həcər xala cavab verdi.

Həmidin “saray”ı o gündən Aynur üçün sirli bir dünyaya döndü. Hər dəfə bura gələndə Həmid ona maraqlı, gözlənilməz hadisələrlə dolu nağıllar danışırdı. Aynur indi gecə-gündüz onlann aləmində yaşayırdı. Həmidin nağıl danışmağı onu heyran edirdi. O, məzəli səslər çıxarıb adamları, heyvann, quşları elə təqlid edirdi ki, Aynur uğunub gedirdi. Anasının nağıl danışmaqla arası yox idi. Bildiyi iki-üç nağılı o qədər danışmışdı ki, Aynur onlan əzbər bilirdi. Həmidin danışdıqlarını isə Aynur nə televiziyada görmüş, nə də bağçada eşitmişdi.

Həmid bəzən ona qəmli nağıllar da danışırdı. Lakin hər dəfə belə nağıldan sonra uşağın ağladığını, kefinin pozulduğunu görcək özünə söz verirdi ki, bir də belə nağıllar uydurmayacaq. Bir dəfə nağılın sonunda qartal balası öləndə Aynur elə kövrəldi ki. Həmid onu xeyli sakitləşdirə bilmədi. O gündən etibarən Həmid Aynura yalnız şən, sonu yaxşı qurtaran nağıllar danışmağa başladı. Bu nağıllar arasında balaca qızın sərgüzəştləri Aynuru daha çox cəlb edirdi. Bu qızın başına elə əhvalatlar gəlirdi ki, Aynur heyrətlə nağılın haçan tamamlanaçağını gözləyirdi. Ona elə gəlirdi ki, bu qız onun özüdür, bu hadisələr də onun başına gəlib.

Aynur evdə həmin nağıllan olduğu kimi anasına danışır, Dilarə də maraqla qulaq asırdı.

Bir dəfə işdən sonra Dilarə Həmidlə rastlaşdı.

— Necəsiniz, Dilarə xanım, işiniz-gııcünüz necədir? — deyə Həmid onunla hal-əhval tutdu.

— Çox sağ olun, yaxşıyam.

— Bəs mənim dostum hardadır?

— Bağçadadır, onu götürməyə gedirəm.

— İcazə versəniz mən də sizinlə gedərəm. — Bu sözləri Həmid ehtiyatla, təklifinin rədd ediləcəyindən qorxa-qorxa dedi, lakin Dilarə o saat razılıq verdi.

— Aynur yaman sevinər, — dedi.

Həmid Aynurun anasına son dərəcə oxşadığını yalnız indi. Dilarə ilə söhbət edəndə gördü. Aynurun qapqara, iri gözləri, geniş alnı, xırdaca burnu, hətta saçlarının rəngi də eynilə Dilarəninki kimi idi. Həmid bu oxşarlığa mat qaldı. Adamın adama bu qədər oxşaya biləcəyini o, ağlına gətirməzdi.

Конец ознакомительного фрагмента.

Ağ qəm

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Ağ qəm предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я