Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya

Джейран Вейдаддиновна Пиралиева, 2019

"Муслим Магомаев: Вершина в музыке…" Монография посвящена жизни и творчеству народного артиста СССР, композитора, талантливого музыканта, эстрадного и оперного певца, обладателя неповторимого баритона и т.д. Муслима Магомеда оглы Магомаева. В книге описаны семья певца, детство, школьные годы, когда он учился в бакинском Морском клубе, годы стажировки в миланском театре «Ла Скала», жизнь в Москве, гастроли по стране и за рубежом, а также все международные фестивали и событий, в которых он участвовалю. Даются ценные, подробные сведения о философии. В монографии удалось получить обширную информацию об опере Муслима Магомаева, ариях, эстрадных, неополитанских, композиторских песнях, жанрах и т.д. Ценные, приятные отзывы и мнения о нем от известных людей своего времени говорят о Муслим Магомаеве.

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

MÜQƏDDİMƏ.

SSRİ Xalq artisti, bəstəkar, pianoçu, opera və estrada müğənnisi, aktyor Müslüm Məhəmməd oğlu Maqomayev yaradıcılığa başladığı ilk gündən Azərbaycan xalqının olubduimlisi. Bakı şəhərində doğulan və həyat fəlsəfəsinin sonuna kimi bu şəhərə, Azərbaycana və onun xalqına qırılmaz tellərlə bağlı olan ecazkar bariton səsin sahibi doğma yurdunu böyük məhəbbətlə sevib və bu məhəbbət onun qəlbində ömrünün sonuna qədər bir məşəl kimi alovlanaraq nur saçıbdı. Böyük Azərbaycan bəstəkarı Əbdül Müslim Maqomayevin nəvəsi olmaq və bu şanlı adı daşımaq bir o qədər də asan deyildi. Ancaq Müslüm buna nail ola bildi, hətta, bu adı bir o qədər də yüksəklərə, zirvələrə ucaltdı və musiqi tarixinin yeni səhifəsini qızıl hərflərı yazd.

Həyatda müxtəlif insanlar olur, onlar müxtəlif peşə sahibi, müxtəlif sənətkar olaraq yetişirlər. Lakin bəzən elə olur ki, onların bir çoxu ömürlərinin sübh çağında sönür və ya məhv olurlar, bir çoxu isə işıldayır, ancaq parıldamır, elələridə olur ki, şölə saçdıqca daha da parlayır, sanki hər kəsin gözünü qamaşdırır. Bu, bənzətməni adi danışıq dilinə transver etsəm: deyə bilərik ki, hərənin öz taleyi, öz qisməti olur, onların hamısı enişli-yoxuşlu həyat yolu axıracan gedib çıxa bilmir. Lakin elələri də olur ki, onlar deyilənlərin hamısını arxada qoya bilir, daha yüksəklərə, Olimpə doğru inam və cəsarətlə addımlayır. Müslüm Məhəmməd oğlu Maqomayev məhz, bu, cür təkrarolunmaz sənətkarlardan sayılırdı. Onu zəmanəsinin “Sirius”u adlandırsam, məncə, yanılmaram. Buna görə də tanınmış, məşhur, ulduz, dahi, böyük, təkrarolunmaz epitetlərini və ya bədii təyinlərini tərəddüd etmədən onun adının və soyadının qarşısına bir inci kimi yazıram və bundan böyük zövq və ləzzət alıram.

Bu, monoqrafiyanı bir tərəfdən ecazkar, müəmmalı, sirli, digər bir tərəfdən isə bütün varlığı ilə şəffaf, hamı üçün anlaşıqlı, dostluq etməyi bacaran, hər şeyi istədiyi kimi qəbul edən və həyata keçirən, ixlas xüsüsusiyyətlərə malik böyük Müslüm Maqomayevə həsr olunan kitab adlandırmaq olar.

Xüsusi bariton səsə, yüksək tembrə, ecazkar avaza, geniş diapazona, təmiz diksiyaya, nadir səhnə mədəniyyətinə malik olan Müslüm Maqomayev iki dəfə “Böyük teatr”ın dəvətindən imtina etməklə yolunu istədiyi kimi, müstəqil davam etdirmişdi. İnsanın həyatda qazandığı zəfəriyyat və ya düçar olduğu məğlubiyyət göründüyü kimi həmişə xoştəsir bağışlamır, başqalarına oxşamır, daşlı-kəsəkli, isti-soyuq, qeyri-hamar olur. Mövcud olan bu proseslər Müslüm Maqomayevə məxsus həyat çərçivəsi daxilində cərəyan etmişdi, bir tərəfdən onu dalana qısnasa da, digər bir tərəfdən isə daha da zənginləşdirmiş, yetkinləşdirmiş və dünyaya tanıtmışdı.

Müslüm Maqomayevin “Azərbaycan” haqqında bəstələdiyi və ifa etdiyi mahnı sevdiyi diyarın tarixinə, mədəniyyətinə, xalqının qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, milli adət-ənənəsinə, insanlarının səmimiliyinə həsr olunan bir şah əsər hesab oluna bilər. Bu, mahnını ecazkar bariton səsi ilə oxuyan müğənni, nəğməyə yeni ruh, yeni temperament, yeni üslub, ümumiyyətlə, incə və möcüzəli musiqi ədviyyatı əlavə etməklə qulaq asanları bir anlıq qanadları arasına alaraq əbədiyyat dünyasına səyahətə aparır və yenidən hiss olunmadan, ehmalca əvvəlki yerlərinə qaytarır.

Müslüm Maqomayev şəxsiyyətinə və yaradıcılığına olan xalq sevgisini, o cümlədən mövzunun aktuallığını nəzərə alaraq monoqrafiya yazmaq qərarına gəldim. İnanıram ki, geniş oxucu auditoriyası böyük, dahi, görkəmli, təkrarolunmaz Azərbaycan oğlunun həyat və yaradıcılığında baş verən müxtəlif proseslər haqqında ətraflı, müfəssəl, sanballı, xoşagələn, zəngin informasiya əldə edəcək, həmçinin, bundan kifayət qədər, layiqincə bəhrələnə biləcəkdi.

Beli! Bir çox insanlar mahnı üçün doğulur. Bunu kim necə istəyirsə, qoy o cür də başa düşsün. Çünki hər kəs şəxsi fikirində müstəqildir. Ancaq mən, subyektiv fikrimi demək istəyirəm. Bu, cür dahiləri Böyük Yaradan insanları ecazkar səsin sehrinə salmaq üçün dünyaya bir əsrdə, bəlkə də, bir neçə əsrdə, hətta, bir minillikdə bir dəfə yaradır. Bu, qəbildən olan sənətkarlar həyatda çox az olsalar da, istedad, zəka və qabiliyyət sahibləri olaraq adlarını incəsənət və mədəniyyət tarixinin zəngin salnaməsinə qızıl hərflərlə yazdırmağı bacarıblar. Üzeyir Hacıbəyli, Əbdül Müslüm Maqomayev, Şövkət Məmmədova, Cabbar Qaryağdıoğlu, Bülbül (Murtuza Məmmədov) , Rəşid Behbutov, Lütviyar İmanov, Qara Qarayev, Müslüm Maqomayev (nəvə) , Vaqif Mustafazadə və başqaları əbədiyyətə qovuşsalar da Azərbaycanın muğam, opera, vokal, caz, mahnı və estrada janrının həqiqi ulduzları kimi tarixə adlarını əbədi yazdırıblar. Adlarını yüksək hörmət və ehtiramla sadaladığım sənətkarların heç biri indi həyatda yoxdur, ancaq onları sevənlərin qəlbində əbədi, daima yaşayırlar. Onların hər biri sağlığında olduğu kimi bu gün də xalq tərəfindən sevilir və parlayan dan ulduzu kimi qəbul olunurlar.

Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanın mahnı, vokal, caz, opera və estrada janrında, muğam istisna olmaqla, özlərini “ulduz” hesab edənlərin “çoxluq” təşkil etməsinə baxmayaraq, həqiqi ulduzların sayı bir neçə nəfərdi, yerdə qalan əksəriyyət çoxluq isə qəlp və ya saxtadır. İnsan yer üzünə gəldiyi ilk zamandan həyatının sonuna, yəni başlanğıcdan nəhayətə qədər daima bir məsləkə qulluq etməlidir. Bir aforizmdə, bu məsələ daha obyektiv və daha real formada öz qiymətini alır: “Ulduzdan ulduza çox fərq var”. Fransalı ser Lourensi Olivye bir dəfə çox maraqlı bir fikir irəli sürərək demişdi: “Biz ona öyrəşmişik ki, artistlər ulduz olmağa çalışırlar, ancaq indi ulduzlar artist olmağa can atırlar”.

Müslüm Maqomayev artıq aramızda yoxdu və neçə ildi ki, möhtəşəm səhnələrdən, radio efirlərindən və televiziya ekranlarından pərəstişkarlarını canlı ifası ilə sevindirə bilmir, onlara yeni konsert proqramları, yeni mahnılar təqdim etmir, lakin bütün bunlara baxmayaraq o, dünyada əvvəllər olduğu kimi tanınır, sevilir və dinlənilir. Dünyanın heç bir yerində əsl müsiqi sevənlər, əsl bariton səsin ecazkar sehrindən ləzzət alanlar deyə bilməzlər ki, Müslüm Maqomayevi tanımırlar. Bu, ən azından, bu, sözü deyənə qəbahət hesab olunardı və o, rişğənd və istehza obyektinə çevrilə bilərdi. Opera, caz, romans, neopolitan, vokal və estrada mahnılarının təkrarolunmaz mahir ifaçısı, bəstəkar, pianoçu, istedadı sərhəd tanımayan milyonların sevimlisi və sənəmi 2008-ci ilin bir payız günündə dünyaya əbədi əlvida dedi və əbədiyyət dünyasına qovuşdu.

28 oktyabr 2008-ci ildə, Rusiya ictimaiyyəti böyük və dahi Müslüm Maqomayevlə vidalaşmaq üçün, düz 45 il əvvəl dahi müğənninin ilk solo konserti keçirilən Pyotr İliç Çaykovski adına Moskva Konsert Zalına axışmağa başladılar. Bunların arasında kimlər yox idi ki: həmyerlimizi yaxşı tanıyan, onunla yaradıcılıq uğurlarını bölüşən musiqiçilər, Rusiya incəsənəti və mədəniyyətinin ən görkəmli nümayəndələri, o cümlədən müğənninin dostları və sadə musiqi həvəskarları çoxluq təşkil edirdilər. Müğənninin həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya ilə bu ağrını bölüşməyə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, bəstəkar Aleksandra Paxmutova, şair Nikolay Dobronravov, müğənnilər İosif Kobzon, Zurab Sotkilava, Tamara Qvertsiteli, Alla Puqaçova, Lev Leşenko, aktyor Oleq Tabakov və bir çox başqaları gəlmişdilər.

Tabutun baş tərəfində sakit, dinməz dayanan müğənni, SSRİ Xalq artisti Alla Puqaçova birdən bu sükutu pozaraq böyük və dahi Müslüm Maqomayevlə bağlı ürək sözlərini dilə derəkir:

“Bu, bütün xalq üçün böyük itkidi. Əsasən də, onu sevən insanlar üçün. Bəzən deyirlər ki, özün üçün qibləgah yaratma, ancaq mən 14 yaşım olanda onu yaratdım. Bilmirəm, Müslüm Məhəmməd oğlu mənim sənəmim olmasaydı, mənim taleyim necə olacaqdı? Mənim bir arzum var idi, onunla tanış olmaq. Mən hər şey edirdim: oxuyurdum, çalışırdım ki, bircə o, mənim varlığımı bilsin. Bu, xoşbəxtliyi Allah mənə nəsib etdi, həmçinin, bu günkü ağri və acını… Mən yalnız bir şey haqqında heyifsilənirəm, həyatda olarkən onunla birlikdə oxumadım. Mən əminəm ki, başqa həyat mövcuddu. Fikirləşirəm ki, biz mütləq bir yerdə, hələ, oxuyacağıq…”

Mərasimdə iştirak edənlərin hamısı peşəsindən və kimliyindən asılı olmayaraq Müslüm Maqomayevin nadir bir şəxsiyyət, görkəmli musiqiçi, təkrarolunmaz insan olmasından ürək dolusu danışırdı, ağrı-acısını bölüşürdü, çox heyifsilənirdi… Həmişə möhtəşəm və təmtəraqlı görünən, gurultulu alqışlara şahidlik edən Pyotr İliç Çaykovski adına Moskva Konsert Zalı bu gun matəmə qərq olmuşdu. Bu, zaman mikrofona yaxınlaşan İosif Kabzon bir anlıq bu, sükutu pozdu və dedi:

“Bu gün, bizim hər birimiz Müslümün qarşısında öz gunahını başa düşür. Biz bilirdik o, xəstədi və tənhalıqdan əziyyət çəkir. Ancaq onun həyatını uzatmaq üçün heç nə etmədik. İndi onu bizdən aparırlar, lakin onun irsi-səs yazıları bizə miras qalır. Musiqidə vahid ölçü mexanizmi mövcuddu: Müslüm. Qoy hər kəs özünü onunla müqayisə etsin.”

Müslüm Maqomayevlə vida zamanı “Orfey” onun axırıncı mahnısı oldu. Butun zal ayaga qalxmışdı! Nə vaxt ki, müğənninin tabutunu, onun nəşini təntənəli surətdə meydan ilə aparırdılar, pərəstişkarları onu alqış sədaları, qışqırıqları ilə “ bravo ”, — deyərək, — müşayiət edirdi, yola salırdı.

Təkrarolunmaz Müslüm Maqomayevlə vida mərasimi günü Moskva şəhər metropolitenində müğənninin: “Noktyurn”, “Hər şey üçün sənə minnətdaram”, “Azərbaycan”, “Qaranlıq gecə”, “Melodiya”, “ Bella, çao”, “Əbədi sonsuzluq”, “Buhenvald harayı”, “Mənim sevgim melodiyadı ”, “Pitersayağı”, “Salamat qal, Bakı” və başqa musiqi əsərləri səsləndirilirdi.

Bu gün, janrından asılı olmayaraq onun ifasında ekran və efirdən səslənən hər bir nəğmə əvvəlki illərdə olduğu kimi ürəkləri riqqətə gətirir, könülləri canlandırır, insanlara məlhəm, xoş təəssürat bəxş edir, eyni zamanda Müslümün yoxluğu onları üzür və ağrıdır. İnanırıq ki, Müslüm Maqomayevi sevən çoxsaylı yaşlı nəslin nümayəndələri həmin konsertləri böyük məhəbbət və sevgi ilə xatırlayırlar. Çünki opera, estrada, neopolitan, romans, caz və vokal sənətinin təkrarolunmaz ifaçısının hər bir konserti zamanında böyük əhval ruhiyyəyə, bayrama səbəb olurdu, sanki bu, konsertlər bir el şənliyinə çevrilirdi.

Ola bilsin oxucu auditoriyasında elələri tapılsın ki, mənim Müslüm Maqomayevin adının və soyadının qarşısında tez-tez işlətdiyim böyük, dahi, məşhur, görkəmli və sair bunlara oxşar yüksək epitet və ya bədii təyinləri düzgün anlamasın, başa düşməsin və buna daxili etirazını bildirsin, qiyabi üsyan etsin. Bunun mümkün olacağını əvvəlcədən bilərək oxuculara söyləmək istəyirəm ki, Müslüm Maqomayev bu, adlara layiq şəxsiyyət idi, çünki o, bu adları halal zəhməti, istedadı və tamaşaçıya, dinləyiciyə olan sonsuz məhəbbəti və sevgisi ilə qazanmışdı.

Müslüm Maqomayevin adı onun doğulduğu, boya-başa çatdığı, təhsil aldığı və pərvazlanıb dünyaya uçduğu füsunkar, möhtəşəm, qədim, doğma, gözəl Bakı şəhəri, ümumiyyətlə, Azərbaycan və Azərbaycan xalqı ilə daima bağlı olmuş və qoşa səslənmişdi. Hər üç adı: Azərbaycan, Bakı, Müslüm biri-birindən ayrılıqda anlamaq, başa düşmək qeyri — mümkündü. Bəstəkarın Nəbi Xəzrinin və Sergey Yeseninin müvafiq olaraq yazdıqları “Azərbaycan” və “Salamat qal, Bakı!” şeirlərinə həsr etdiyi mahnılar, sözsüz ki, fikirlərimin təsdiqi, isbatı və təntənəsi kimi qəbul olunmalıdı. “Azərbaycan” mahnısı müğənninin vizit vəsiqəsi, “Salamat qal, Bakı!” mahnısı isə zil qaranlıq bir gecədə parlaq məşəl kimi yanan böyük bir ürəyin son akkordu idi. Onun çoxsaylı pərəstişkarları arasında müğənninin babasını, böyük şöhrətlə adını daşıdığı-bəstəkar, dirijor, pianoçu Əbdül Müslüm Maqümayevi tanımükmasım. Məhz, bu reallıqdan çıxış edərək çalışacağam ki, Müslüm Maqomayevin həyat və yaradıcılığını əks etdirən bu, monoqrafiyada maqomayevlər ailəsi haqqında, imkanım daxilində, daha geniş və ətraflı, təfərrüatlı, yığcam və müfəssəl məlumat verim.

Müstəsna və fövqəladə hal olaraq, demək mümkündü ki, parlaq ulduza çevrilən Müslüm Maqomayevin real və həqiqi istedadi, zəkası və qabiliyyəti xalqı, tamaşaçıları, onu sevənləri bu gün, ecazkar səsinin cazibəsi ilə televiziya, radio, maqnitofon, kompüter qarşısına toplaya bilir.

Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, həmçinin, dünya opera və estrada janrında çox az adam tapıla bilər ki, Müslüm Maqomayev kimi məşhur olsun və heç olmasa, ən azından, onunla rəqabət aparmaq iqtidarında yaşasın. Məftunedici, cəzbedici bariton səsi, yüksək ifa texnikası, xüsusi geyimi, artistlik və səhnə məharəti, liderlik bacarığı, səmimi səxavəti və təkrarolunmaz təbəssümü ilə qırx beş ildən artıq bir zaman ərzində milyonların ürəyini fəth edən və bu gün də, öz effektini, dəyərini qoruyub saxlayan başqa bir müğənni tanımıram. Müğənninin diapazon imkanları müstəsna dərəcədə, qeyri-adi formada o qədər geniş idi ki, Müslüm asanlıqla operadan müziklə qədər, siyasiləşmiş mahnılardan uzaq olmaq şərti ilə, SSRİ, Azərbaycan, Rusiya və xarici bəstəkararın vokal əsərlərinə müraciət edirdi, hamısının öhdəsindən də böyük ustalıqla, məharətlə və bacarıqla gəlirdi.

Təqribən iyirmi yaşında, 1962-ci ildə, Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən “Ümumdünya Gənclərinin” mahnı festivalında sənət dünyasına ilk kövrək addımlarını ataraq start verən və daima yüksələn xətt üzrə Olimpə doğru inamla irəliləyən Müslüm Maqomayev ömrünün sonuna qədər enişin nə olduğunu hiss etmədi, əksinə, bütün qırx beş or zirvədə yaşadı. O, böyük dəqiqliklə yerinə bağlanan və dinamik qüvvəyə malik olan saat yayını xatırladırdı. Yarım əsrə yaxın davam edən bu, marafon yarışında o, çəkinmədi, ona qarşı olan haqsızlıqlara, çətinliklərə, paxıllıqlara, bir sözlə, həyatın müxtəlif və bütün neqativ kataklizmlərinə şərəflə sinə gərə bildi, həmişə çoxsaylı pərəstişkarlarının qibləgahı, bütü, sənəmi olmağı bacardı. Fransız ədibi Qustav Flober demişdi: “Bütə, sənəmə toxunmaq olmaz, əks təqdirdə, onun zəri sizin əlinizdə olacaqdı”. Bu mənada, Müslüm Maqomayev çox xoşbəxt insan idi. Onun həyatda qazandığı şöhrət, məşhurluq, ecazkar bariton səs, təbii xarici görkəm, çoxsaylı qadın pərəstişkarların məhəbbəti, gül-çiçək yağışı bir çoxlarında, belə, bir təsəvvür, belə, bir qıcıq yaradırdı ki, guya o, yaşından böyükdü… Ancaq müstəsna hal olaraq sifətin şişirtmə dərəcəsinə müraciət etmədən, tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev sadəcə olaraq bizim planetdən deyildi. Onun səsi ecazkar olduğu kimi, onun özü də, qeybdən gələn və yenidən ora qayıdan bir müqəddəsi xatırladırdı. Mən, bu fikirimdə yanılmıram…

1963-cü il Müslüm Maqomayev yaradıcılığının donüş nöqtəsi oldu. Biri-birinin ardınca gələn təkliflər onu Kremlin “Qurultaylar Sarayı”na, P.İ.Çaykovski adına Moskva Konsert Zalına, Lujniki İdman meydançasına, böyük informasiya mənbəyi hesab olunan Sovet İttifaqı Teleqraf Agentliyinin mətbuat mərkəzinə, mütəmadi təşkil olunan dövlət konsertlərinə gətirib çıxarmaqla bərabər, həm də görkəmli şəxslərin, dövlət xadimlərinin, ictimaiyyətin rəy, təklif və fikirlərinin hədəfinə, milyonlarla tamaşaçı auditoriyasının, futbol meydançalarının istinad nöqtəsi.

Müslüm Maqomayev yaradıcılığının ən əhəmiyyətli hissəsi onun opera və vokal sənətində bir ustad sənətkar kimi yetişməsi, daha doğrusu, cilallanması Milan şəhərinın “La Skala” teatrı ilə sıx bağlıdı. Bu, teatrın əvəzolunmaz xidmətlərini danmaq qeyri mümkündü. Teatrda təcrübə keçərkən o, vokal janrının ən incə, ən zərif hissəciklərinə, sirlərinə yiyələnə bildi. XX əsrin 60-cı illərinin ortalarında İtaliyaya gələn müğənni, incəsənət və mədəniyyət xəzinəsinin beşiyi sayılan, bitməz və tükənməz incəsənət nümunələri ilə zəngin olan ölkədə yalnız ifa tərzi, səhnə mədəniyyəti, artistlik manerası və s. öyrənməklə kifayətlənmədi, o, həm də mənəvi, ruhi bilik dairəsini genişləndirdi, daha da zənginləşdirdi. Benyamin Cili, Cino Bekki, Tito Qobbi, Mario Del Monako

Müğənni Fiqaro, Skarpia, Mefistofel, Onegin ariyalarını çox gözəl və yüksək səviyyədə ifa etdi, olduqca böyük müvəffəqiyyətlər qazandı. Lakin qulaqbatırıcı bariton səslə estrada janrında qazandığı ağlasığmaz və təkrarolunmaz uğur onun opera karyerasına, opera peşəsinə sipər çəkdi, mane oldu. Bunu, müğənninin çox sevdiyi, yaradıcılığına böyük hörmət bəslədiyi, onun haqqında kitab yazdığı, radio və televiziya verilişləri hazırladığı və Qollivud tərəfindən opera səhnəsindən “oğurlanan” Mario Lansa da şamil etmək olar. Mario Lans və Müslüm Maqomayev — bu iki müğənninin həyat və yaradıcılığında eynilik, uyğunluq, həmçinin, paralellik görmək mümkündü, baxmayaraq ki, Lans tenor, Müslüm bariton idi.

Milanın “La Skala ” O, Bakı Konservatoriyasında tanınmış opera ustadı, musiqiçi, vaxtilə Milanda təcrübə keçən, yüksək musiqi təhsil alan Şövkət Məmmədovadan dərs almağa başladı və 1968-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurdu. Məhz, bundan sonra Maqomayevin keçmiş Sovet İttifaqı respublikalarına, vaxtilə kommunist düşərgəsinə daxil olan Şərqi Avropa ölkələrinə, o cümlədən Amerika və Avropaya, bir sözlə, Qərb dünyasına sonsuz, saysız-hesabsız qastrol səfərləri başladı. Həmin dövrdə, elə bir beynəlxalq musiqi festivalı olmurdu ki, Müslüm Maqomayev orda iştirak etməsin.

İlk böyük uğur 1969-cu ildə, Polşanın Sopot şəhərində əldə olundu. Onun ardınca Fransanın Kann şəhərində keçirilən beynəlxalq festivalda “Qızıl lövhə” mükafatı qazanıldı. Müslüm Maqomayevin bu təltifə layiq görülməsi, sanki bir sensasiya idi. Həmin festivalda Müslüm tərəfindən yazılan vallar, lövhəciklər qısa müddət ərzində fantastik tirajla satılırdı. Heç kim, hətta, ən nikbin pərəstişkarlar, nəinki ağlına, heç yuxusuna, belə, gətirə bilməzdilər ki, dörd milyon yarımlıq tiraj musiqisevərlər tərəımən halqəca Müğənninin yaşı yenicə otuzu keçmişdi ki, ona SSRİ Xalq artisti adı verildi. Bu, çox da, böyük tarixə malik olmayan SSRİ-də görünməmiş, fövqəladə bir hadisə idi. Müslüm Maqomayevin bu rekordu heç vaxt təzələnmədi bu, yalnız ona məxsus olaraq əbədi tarixdə qaldı.

“Mən (şair Robert Rojdestvenski: — C.P.) , Müslüm Maqomayevin oxuduğu çoxlu sayda konsertlərdə olmuşam, ancaq bir dəfə də şahidi olmadım ki, aparıcı onun bütöv adını və familiyasını sona kimi kandeməyə. Aparıcının səyinə və güclü dinamiklərin olmasına baxmayaraq, adətən Müslüm adından sonra zalda elə bir sürəkli, gurultulu alqış sədaları eşidilirdi ki, familiya Maqomayev sadəcə olaraq bu, gurultunun iç ərisində itib-batırdı. Artıq biz, buna öyrənmişdik. Öyrənmişdik ki, onun bir adı bizim incəsənətin özünəməxsus, diqqətəlayiq yeridi… Əlavə olaraq demək istəyirəm ki, onun ifasında hər hansı bir opera ariyası, hər hansı bir mahnı bu, həmişə gözlənilən möcüzə idi, hətta, özünün şəxsi əsərləri olsa da, belə. Onlardan biri belə adlanırdı, “Biz mahnı üçün doğulmuşuq”.

Müğənni heç vaxt zəmanənin tələbinə uyğun olan aldadıcı dəbin arxasınca qaçmadı, pərəstişkarların qılığına girib onlara yalançı musiqi təqdim etmədi, həmişə sənətinə, səsinə, vicdanına inandı və bu, qabiliyyəti sayəsində milyonların ürəyini fəth etdi, sevgisini qazandı. Ağzına qədər tamaşaçılarla dolu olan möhtəşəm konsert salonları və idman meydançaları, mühafizəni təşkil edən atlı polis dəstələri, ümmanlar qədər gül-çiçək dəstələri, müxtəlif əfsanə, dedi-qodu, qeybətlə zəngin olan mifoloji və mini məişət tarixçələri, ailə hekayələri, bahalı avtomobillər, dəbdəbəli mehmanxanalar.

Daima soy kökünə sadiq qalan müğənni bütün bunlarla öyünmədi, təkəbbürlük nümayiş etdirmədi, heç kimə yuxarıdan aşağı baxmadı, ayıqcasına daxili aləminə və qüdrətinə əsaslanaraq hərəkət etdi, birsözlə, necə var idisə eləcə də yoluna davam gətirdi. Bu, yüksək keyfiyyətlər və alicənablıq onu bütün ömrü boyu müşayiət etdi. Məsələn, Müslüm Maqomayev kinorejissor Aleksandr Zarxinin çəkdiyi “Anna Karenina” filmində Vronsko obrazını ifa etməyə dəvət olundu, lakin o, bundan imtina etdi. Amma çox keçmədi ki, kinorejissor Eldar Quliyevin “Nizami” filmində Şeyx Nizami obrazını oynamağa razılıq verdi və çox gözəl, yadda qalan, parlaq Nizami Gəncəvi surətini ərsəyə gətirdi.

Müslüm Maqomayevdə olan istedad, zəka, qabiliyyət hər deyən bir adamda cəmlənmir. Sözün həqiqi mənasında, hərtərəfli inkişaf edən bu, şəxsiyyət insanlara qarşı bir o qədər mehriban, xoşxasiyyət, old diqqətli, kömək əli uzadan və tliubi.ə Babasının yolunu davam etdirmək arzusunda olan Müslüm Maqomayev yalnız bunlarla kifayətlənmədi… O, nəinki bəstəkar, müğənni, pianoçu oldu, o həm də gözəl fırça ustası, yüksək səviyyəli aktyor, görkəmli nasir kimi tarixdə iz qoydu, adını qızıl hərflərlə mədəniyyət, incəsənət salnaməsinə yazdırdı.

Sovet erasının məşhur, tanınmış və görkəmli inəsənət xadimi İnnokenti Mixayloviç Smoktunovski zamanında müğənni üçün xoşagələn, ürəyəyatan, fərəhli fikir söylədi:

“Müslüm Maqomayev birdən, dərhal məşhurluq qazandı. Bu, çox böyük şöhrətdi və uzun müddətlidi… Mən həmişə onun üçün darıxıram və səbirsizliklə yeni görüşləri gözləyirəm. Gözləyirəm eşidim və görüm ki, özünün çoxsaylı pərəstişkarları üçün bu, təəcüblü, nadir istedad və zəka sahibi yeni nə gətirəcəkdi.”

Əmin olmaq istəyirəm ki, oxucu auditoriyası dünyaşöhrətli müğənni ilə olan qiyabi görüşdən və bu, tanışlıqdan razı qalacaq, onun haqqında bilmədiyi bir çox məqamları özü üçün kəşf və ixtira edəcək, təkrarolunmaz Müslüm Maqomayevlə dialoqa girəcək, zatən onun melodiyalarını yaddaşında səsləndirəcək, züm-zümə edəcək, bu, nadir insana bir daha qulaq asmaq məqsədi ilə onun lent yazılarına, vallarına, lövhəciklərinə, həmçinin, İnternet portallarına müraciət edəcəkdi, böyük və dahi sənətkarın ruhunu yad edərək ruhuna dualar oxuyacaqdı.

BİRİNCİ FƏSİL

ƏBƏDİYYƏTƏ QOVUŞAN SOYAD…

Artıq oxucu söhbətin hansı soyaddan getdiyini təsəvvüründə canlandırmağa başlayır. Əks təqdirdə, bu başa düşülən olmazdı. Çünki Azərbaycanda “Şah İsmayıl” və “Nərgiz” operalarının müəllifini və Azərbaycan Dövlət Filarmoniyasının kimin adını daşıdığını hamı yaxşı bilir. Bu, soyad həyatın bütün keşməkeşli mərhələlərindən müvəffəqiyyətlə keçərək zirvəyə doğru inamla addımlamış və yüksəklikləri fəth edə bilmişdi. İnamla qeyd etmək olar ki, bu, yol bizə göründüyü qədər hamar və rahat olmayıbdı, ancaq xoş təəssüratlarla çox zəngin olmuşdu. Necə deyərlər, hər yolun, həm enişi, həm də yoxuşu olur. Maqomayev soyadı, sözsüz ki, burda istisna təşkil edə bilməzdi.

Əvvəlcə oxucu auditoriyasına bu soyadın hardan start götürməsi, onun keçdiyi çoğrafi məkanlar və lövbər saldığı yer haqqqında qısaca məlumat vermək, onun tarixini nəql etmərk ye Əminliklə söyləmək olar ki, Çeçenistanın Köhnə Ataq kəndi oxucuya nəyi isə xatırlamaq üçün önəmli və əhəmiyyətli deyil və özü haqasqında tariiya mşrlumatdan he baqatdan. Ümumiyyətlə, bu kəndin adı toponim və ensiklopediyalar istisna olunmaqla başqa yerlərdə yoxdu. Odur ki, məsələyə ardıcıllıqla yanaşmaq daha effektli və daha məqsədəuyğun hesab oluna bilər. Zamanında Köhnə Ataq kəndində silah düzəldən dəmirçi Məhəmmədin ailəsində üç oğlan və üç qız uşağı dünyaya göz açmışdı. Ailənin böyük oğlu Malik heç bir musiqi təhsili almadan bu peşə ilə məşğul olmaq qərarına gəlmişdi. Böyük qardaşın qabiliyyəti, istedadı və musiqi bacarığı kiçik qardaşa, Əbdül — Müslümə də siraət etmişdi və öz müsbət təsirini ona da göstərmişdi, bir sözlə, Malik Əbdül — Müslüm Maqomayevin ilk musiqi müəllimi kimi tarixə düşür, əgər belə, — demək, — mümkünsə.

Çox keçmir ki, bu yol Əbdül — Müslümü əyalətin mərkəzi hesab olunan Qroznı şəhərinə, musiqi təhsil almağa gətirib çıxarır. Burda, daha da kamilləşən və bir neçə musiqi alətində sərbəst ifa etməyi öyrənən gənc Maqomayev o zaman Zaqafqaziyada çox məşhur və yeganə təhsil ocağı hesab olunan Qori Müəllimlər Seminariyasına üz tutur. Qori seminariyası özünün kitabxanası, konsert zalı, orkestri, yüksək səviyyəli, tanınmış peşəkar pedaqoqları ilə zamanının sayılıb-seçilən təhsil mərkəzi idi. Seminariyada rus, gürcü və azərbaycanlı pedaqoqlar dərs verirdilər. Sonralar Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli ədibləri olaraq tarixə adlarını yazdıran: Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Əbdül — Müslüm Maqomayev və bir çox başqaları Qori Müəllimlər Seminariyasının məzunları olmuşdular. Seminariyada mükəmməl təhsil alan Əbdül — Müslüm ona verilən diplom-göndərişlə əvvəlcə Zaqafqaziyanın bir neçə kəndində qısa müddət müəllim işləyir. Daha sonra o, Azərbaycanın dilbər guşələrindən biri, gozəl Lənkəran şəhərinə musiqi müəllimi kimi fəaliyyət gostərməyə gəlir.

Öz çalışqanlığı, bacarığı, istedadı, istiqanlığı və xoş manerası ilə qısa zaman ərzində o, yerli əhali ilə qaynayıb qarışır. Əhali ilə aralarında yaranan xoş və isti münasibətlər bu gənci daha böyük işlər görməyə sövq edir. Bir müddət keçdikdən sonra Əbdül-Müslüm Tiflis Müəllimlər İnstitutuna imtahan verir və bu təhsil ocağına daxil olur. İnstitutu müvəffəqiyyətlə başa vuran gənc müəllim 1911-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlir və birdəfəlik burda məskunlaşır. Müxtəlif musiqi və dram teatrlarında gah solist, gah dirijor, gah da musiqi tərtibatçısı kimi işləyən Əbdül — Müslüm getdikcə daha da püxtələşir, musiqi ictimaiyyəti arasında kifayət qədər tanınır və musiqi əsərləri yazmağa başlayır. Bu zaman ərzində o, opera, pomans, rapsodiya, marş və başqa janrlarda musiqi əsərləri ərsəyə gətirir və yavaş-yavaş məşhurlaşır.

Əbdül-Müslüm və Baydagül xanımın (Əbdül-Müslümün həyat yoldaşı: — C.P.) birgə nigahdan iki oğlan övladı dünyaya gəlir. Onlar böyük oğlanı Cəmaləddin (1910), kiçik övladlarını isə Məhəmməd (1916) adlandırırlar. Əbdül-Müslüm həyatının ən parlaq çağında, ömrünün çiçəklənən dövründə tez yayılan və həmin dövrdə müalicəsi mümkün olmayan vərəm xəstəliyindən (1937) 52 yaşında vəfat edir. Baba Maqomayevin dünyasını dəyişməsindən dörd il sonra II Dünya müharibəsi başlayır. Onun kiçik oğlu Məhəmməd könüllü olaraq müharibəyə yollanır və həmin savaşların birində qəhrəmancasına (1945) həlak olur. Böyük oğlu Cəmaləddin isə dövlət işlərində çalışır, siyasi, ictimai-dövlət xadimi kimi mühüm vəzifələrdə fəaliyyət gostərir və altmılaş yırvidyaşfaryın. Bu, soyadın yeganə davamçısı, babası Əbdül-Müslümün şərəfinə ailəsi tərəfindən Müslüm adı verilən gənc oğlan sonradan bəstəkar, pianoçu olmaqla bərabər, həm də bariton səsi ilə təkrarolunmaz müğənniyə opera, romans, estrada, caz, neopolitan, vokal musiqilərinin mahir ifaçısına çevrilir.

Bu, soyadın Müslimdən sonra, əlbəttə, musiqi baxımından, davamçısının olub və ya olmayacağını gələcək zaman gostərəcəkdi. Beləki, onun soyadını daşıyan ana bir qardaşı Yura, bacısı Tanya və hal-hazırda Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində yaşayan qızı Marina və nəvəsi. Heç kimə sirr deyil ki, həmyerlimiz zərif cinsin nümayəndələri tərəfindən həmişə böyük sevgi və məhəbbətlə qarşılanıbdı. Bu, təkzibolunmaz faktdı və istisna təşkil etmir. Çünki tanınmış insanlar haqqında cəmiyyətdə müxtəlif söz-söhbətlər, məişət uydurmaları, dedi-qodular, ailə tarixçələri həmişə olub və olmaqda davam edir, ancaq bunların hamısı, heç də həqiqəti əks etdirmir. Həyatda bir neçə dəfə ailə quran və kifayət qədər eşq macəraları yaşayan Müslüm Maqomayevin musiqi davamçısının olmaması, ən azından, hər kəsdəsü təəəsi.

Gələcəkdə nəyin necə olacağı, sözsüz ki, əlahəzrət zamanın ixtiyarında olan bir məsələdi. Burda, yalnız onu demək mümkündü ki, Köhnə Ataq kəndindən kurs götürən maqomayevlərin həyat salnaməsi Qroznı şəhər məktəbinə, oradan Qori Müəllimlər Seminariyasına, daha sonra Lənkəran və Tiflis şəhərlərinə, ən axırda isə mavi Xəzərin sahilində yerləşən möhtəşəm və qədim Bakı şəhərinə qədər gəlib çıxır və burda lövbər salaraq, burda da birdəfəlik əbədiləşir. Bu, soyadın üç nümayəndəsi: baba Əbdül — Müslüm, onun böyük oğlu Cəmaləddin və nəvəsi Müslüm bu gün Bakıda, Fəxri Xiyabanda, soyadın digər nümayəndələri, Müslümün atası Məhəmməd Polşanın Ksivin-Qrifnski və ye odluğunun Hoyna qardaşlıq məzarlığında, müğənninin anası Ayşət xanım isə Rusiyanın Murmansk şəhər qəbiristanlığında dəfn olunublar.

Əbdül-Müslüm Məhəmməd oğlu Maqomayev (1885-1937)

(Muslum Maqomayevin babası)

Görkəmli Azərbaycan bəstəkarı, istedadlı pedaqoq, gözəl pianoçu, dirijor, ictimai xadim Əbdül — Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı yaxınlığında yerləşən Köhnə Ataq kəndində, dəmirçi-silahqayıran ailəsində anadan ol muşdu. Deyilənlərə görə onun atası Məhəmməd Maqomayev teypa vaşendoroy türk qəbiləsinə məxsus olubdu. Maqomayevlər nəsili öz başlanığıcını qədim çeçen kəndi Köhnə Ataqdan götürsələr də, etnik mənsubiyyətinə görə çeçen deyillər. Çeçenlərin Müslüm Maqomayevi özlərinin ki, hesab etmələrinə baxmayaraq, müğənni dəfələrlə bu fikirə münasibət bildirərək qətiyyətlə etiraz etmiş, rədd cavabı vermişdi. Bu, məntiqlə heç vaxt razılaşmayan müğənni özünü həmişə əsl azərbaycanlı hesab etmiş, ömrünün sonuna qədər düşüncəsində israrlı olmuşdu. Bu, məntiqin doğruluğunu Heydər Əliyevin dəqiq və gözəl ifadə etdiyi bir kəlamda daha aydın görmək mümkündü. O, Muslum Maqomayevin həyat yoldaşı Tamara xanıma muraciət edərkən demişdi:

“Tamara, sən bütün Azərbaycanın gəlinisən! Ona görə ki, Müslüm Maqomayev bütün Azərbaycanın oğludu…”

Başqa bir tərəfdən, Müslümün ana babası, Ayşət xanımın atası Əhməd Gəncəlioğlu milliyyətçə Türkiyədən Rusiyaya işləməyə gələn azərbaycanlı idi.

Yuxarıda qeyd etdik ki, dəmirçi-silahqayıran Məhəmməd Maqomayevin ailəsində üç oğlan və üç qız uşağı dünyaya göz açmışdı. Əbdül — Müslümün musiqi ilə maraqlanması heç də sadə təsadüf nəticəsində baş verməmişdi. Onun böyük qardaşı Malik zamanında çox gozəl musiqiçi kimi yaşadığı ərazidə ad çıxara bilmişdi. O, həm fleyta, həm də qarmon alətlərində yaxşı ifa etdiyindən şənliklərdə iştirak edirdi. Qeyd etmək olar ki, Malik Maqomayevin vaxtilə yaratdığı “Şamilin ləzginkası” adlı rəqs havası bu gün də Çeçenistan Respublikasında çox dəbdədi və məşhurdu.

İlk təhsilini Qroznı şəhər məktəbində alan və orda musiqi aləti skripkanı ifa etməyi öyrənən gənc Əbdül — Müslüm 1899-cu ildə, on dörd yaşında Qori şəhərində yerləşən Qafqaz Müəllimlər Seminariyasına daxil olur. Seminariyada başqa fənlərlə bərabər musiqi və nəğmə dərslərinin keçirilməsi Əbdül — Müslümün ürəyinə əlavə rahatlıq gətirir. Qroznuda oxuyarkən skripka alətində daha yaxşı ifa etməyi öyrənən gənc, Qori Müəllimlər Seminaiyasında qarmon alətinə meyl gostərir və tezliklə onu da mənimsəyir. Bütün bunlar, onun musiqi dünyasına gəlməsində, bir musiqiçi kimi yetişməsində, o cümlədən gələcəyini müəyyən etməsində mühüm və müstəsna rol oynayır.

Qori Müəllimlər Seminariyasında təhsil alan Azərbaycanlı uşaqların çoxluq təşkil etməsi, həmçinin Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov kimi qayğıkeş pedaqoqların seminariyada dərs deməsi gənc Əbdül-Müslümdə Azərbaycan xalq mahnılarına olan həvəsi daha da artırır. Çox keçmir ki, o, bu mahnıları xüsusi bir zövqlə ifa etməyə başlayır.

Hələ Qroznı şəhər məktəbində oxuyarkən konsertlərdə iştirak etməsi, sanki onu püxtələşdirmişdi, normal bir musiqiçi səviyyəsinə qaldırmışdı. Bunun məntiqi nəticəsi olaraq o, Qori Müəllimlər Seminariyasında heç bir çətinlik çəkmədən tezliklə yeni kollektivə uyğunlaşır, hamının sevimlisinə çevrilir və diqqəti özünə çəkməyi bacarır.

Konsertlərə mütəmadi dəvət alan gənc oğlan skripka və qarmonla bərabər, həm də klarnet alətinidə də ifa etməyi öyrənir. Bütün maneələri rahatlıqla, çətinlik çəkmədən dəf edən istedadlı Əbdül — Müslüm Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə musiqiyə, həmçinin onun tarixinə, musiqi nəzəriyyəsinə, ifaçılıq peşəsinə, birsözlə, musiqinin bütün sirlərinə dərindən və mükəmməl yiyələnə bilir. Azərbaycan musiqisinin patriarxı hesab olunan Üzeyir Hacıbəyli ilə birlikdə təhsil alır. Gənclərin bir-biri ilə isti və xoş münasibətdə olması, sonralar onların arasında dostluğa, hətta, qohumluğa çevrilir.

Hər iki bəstəkar terequlova bacıları ilə ailə həyatı qururlar. Üzeyir Hacıbəyli Məleykə xanıma, Əbdül — Müslüm Maqomayev isə Baydagül xanıma evlənirlər. Maraqlı faktlardan biri də ondan ibarətdi ki, Əbdül-Müslüm və Üzeyir eyni gündə və eyni ildə anadan olmuşdular. Onlar Qori Müəllimlər Seminariyasında birgə təhsil almış və hər ikisi Azərbaycan musiqisinin təməlini qoyanlardan olmuşdular.

“Qori seminariyasında babam qaboyda ifa etməyi öyrənir. O, həm skripkaçı, həm də qaboyçu kimi seminariyanın tələbələrindən təşkil olunan orkestrdə çıxış edirdi. Əbdül-Müslüm on səkkiz yaşında orkestrin aparıcı musiqiçisi olmaqla bərabər, həm də lazım olanda orkestrdə dirijoru əvəz edirdi. O, həmçinin Qori Müəllimlər Seminariyasında musiqi nəzəriyyəsi elminə dərindən yiyələnə bilmişdi. Seminariyanı müvəffəqiyyətlə başa vuran babama skripka hədiyyə etmişdilər”. — deyən, — Müslüm babası ilə fəxr etməyi çox xoşlayırdı.

Seminariyanı əla qiymətlərlə bitirən Əbdül-Müslüm əvvəlcə Qafqazın bir neçə kəndində qısamüddətli pedaqoji fəaliyyət gostərir. Sonda ona Azərbaycanın Lənkəran şəhərinə göndəriş verirlər. O, ilk müstəqil musiqi peşəsinə, məhz Lənkaranda, musiqi gecələri və teatr təqdimatları hazırlamaqla başlayır. Maqomayev uzun müddət pedaqoq — musiqiçi kimi Lənkəranda işləyir. Onun bu şəhərdə həm musiqi, həm ictimai, həm mədəni-maarif məsələləri ilə olması yerli camaat tərəfindən rəğbətlə qarşılanır, ona olan hörmət günbə-gün artır.

Həyat elə gətirir ki, Əbdül — Müslüm 1911-ci ildə Tiflis Müəllimlər İnstitutunda təcili imtahan verir və ailəsi ilə birlikdə Bakıya gəlir. Əvvəlcə Azərbaycan Musiqi Teatrında orkestr solisti, sonralar isə onun dirijoru olur.

“Uşaqlıq illərində biz şəxsi soy kökümüzə kifayət qədər maraq gostərmirik. Mən, balaca — Müslüm Maqomayevə lazım idi ki, uşaq olarkən böyük Əbdül-Müslümün həyatı haqqında onu tanıyanlardan və onunla bir yerdə olanlardan daha müfəssəl mımımatlar al. Getdikcə uşaqlıq və gənclik illərində buraxdığım boşluqları doldurmağa başladım. Tanınmış babamın həyat və yaradıcılığı mənim üçün xüsusi maraq kəsb edirdi. Onun arxivinə baxdım, məktublarını oxudum, ən əsası isə, babamın musiqilərinə qulaq asdım. Heyif ki, mən onun həyatı haqqında yalnız dolayısı danışa bilirəm, amma çox inamla deyə bilərəm ki, mənim babam böyük bəstəkar və dirijor olubdu. Mən, mütləq onun yolunu davam etdirməliyəm. Həm bəstəkar, həm dirijor, həm də pianoçu olmalıyam. Bu ideyanı qiyabi olaraq mənə bağlamaq üçün doğulanda mənə onun adını qoyublar. Beləliklə, mən Əbdül — Müslümün tam hüquqlu adaşı olmuşam. Həmin zaman mənim eyniyaşıdlarım maşın və qalaydan düzəldilən oyuncaqlarnan oynadığı bir halda, mən babamın püpitrini qarşıma qoyub, əlimə qələm götürüb təsəvvürümdə canlandırdığım orkestrə rəhbərlik edirdim”, — deyərək, — nəvə Müslüm fikirlərini bölüşmüşdü.

Babasının həyat və yaradıcılığı Müslüm Maqomayevi daima maraqlandırıb. O, babasından qalan arxiv materiallarını diqqətlə öyrənib, doğma və yaxınlarının babası ilə bağlı danışıqlarına qulaq asıb, aldığı məlumatları toplayaraq sintez edib və babasının mümkün olan obrazını təsəvvüründə və təxəyyülündə canlndırmağa, formlaşdırmğa çalışıb və bir sual ətrafında həmişə illüziya qurmağa səy göstəribdi. Nəhayət ki, müğənni, qismən də olsa “mənim babam necə olubdu?” sualına cavab tapa bilmisdi.

“Doğmalarımın dediklərindən bildim ki, babam olduqca səxavətli, əliaçıq, ədalətli, həmçinin, insanlara mütəmadi kömək etməyi bacaran bir insan olubdu. Üzeyir Hacıbəylinin Peterburqdan babama ünvanlandığı bir məktub indiyə kimi bizim ailə arxivində qorunub saxlanıbdı. Həmin məktubda Üzeyir dostu Əbdül-Müslümə göstərdiyi maddi köməkliyə görə təşəkkürünü bildirərək yazırdı:

–Mənim imkanım var ki, sakitcə işlərimlə məşğul olum. Bunun məntiqi nəticəsidi ki, mən konservatoriyaya daxil oldum. Bütün bunlar üçün, göstərdiyin həqiqi köməyə görə sənə ürəkdən təşəkkür edirəm və bunun üçün sənə borcluyam. Bu arzumun yerinə yetməsi üçün sən rahatlığını, həmçinin, sağlamlığını qurban verdin. Görəsən bacara biləcəmmi, sənə minnətdarlıq edim?”

Bu, məktub 1914-cü ildə yazılıbdı. Həmin zaman gənc Üzeyir musiqi təhsilini konservatoriyada davam etdirmək üçün Peterburqa gəlmişdi. Hadisələri bir qədər qabaqlayaraq demək olar ki, müğənni Müslüm Maqomayev, sanki babası bəstəkar Əbdül-Müslümün prototipi olmaq məqsədini qarşısına məqsəd qoymuş və bütün həyatı boyu bu istiqamətdə hərəkət etməyə üstünlük vermişdi.

“Babam, həm dostluq, həm də, ürəkdən səmimi jest etməyi bacarıbdı. Bizdə çox az adam tapılar ki, “Koroğlu” süjetinə operanın yazılması ideyasının eyni vaxtda, həm Maqomayevə, həm də Hacıbəyliyə gəlməsini bilsin. Nə vaxt ki, babam, bu barədə öyrənir, həmən opera üçün yazdığı partituranı cırıb atır və deyir:

Üzeyir yaxşı yazar.

Buna rəğmən babam, həm də xoştəbiətli insan olubdu: dostu Üzeyirdən fərqli olaraq yaxşı kef çəkməyi xoşlayıbdı. Nə vaxt ki, günah sahibi Zülfüqar Hacıbəyli “kef çəkmək üçün” o zaman ki, taksi-fayton ilə babamın arxasınca gəlirdi, onlar qayğılı sifət göstərib nənəmi aldatmağa çalışırdılar, guya ki, teatrda musiqi ilə bağlı təxirəsalınmaz iş var. Ancaq fayton, onların arxasınca əl yelləyən Baydagül xanımın görmə əhatəsindən çıxan kimi istiqamətini dəyişirdi və Bakı aktyorları, aşıqları, xanəndələri, musiqiçiləri yığışan sevimli restorana səmt götürürdü.

Deyilənlərə rəğmən, babam həmin vaxt yaxşı qazanıbdı. O, məktəbdə müəllim işləyib, yaxşı pul alıb, məhz buna görə də yalnız özü kef çəkmirdi, həm də dostlarının yerinə, əsasən də, restoranda masa arxasında əyləşən imkansız musiqiçilərin yerinə hesab verirdi. Yaxşı yeyib-içdikdən sonra restoranın sahibindən tapançanı götürüb keçmiş Amerika barlarındakı kovboylar kimi boş butulkaların boğazlarını nişan alırmış. Restoranın sahibi buna etiraz etmirdi, çünki Maqomayev onun pulunu artıqlaması ilə ödəyirdi. Buna görə də o, Müslüm bəy idi!”

Azərbaycan ədəbiyyatına qəhrəmanlıq dastanı kimi daxil olan Bəstəkar, bu operanı eyniadlı dastan əsasında 1916-cı ildə yazmağa başlamış, əsər 1919-cu ildə səhnəyə qoyulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tamaşaya qoyulan bu opera Əbdül — Müslüm yaradıcılığında ən mükəmməl əsər hesab olunur. “Şah İsmayıl” əsəri AXC dövründə ilk opera olmaqla bərabər, həm də həmin zaman Azərbaycan peşəkar musiqisinin tərəqisində əhəmiyyətli rol oynamış, onun ən vacib nöqtəsini düzgün nişan vermişdi.

“Şah İsmayıl” operasının birinci redaksiyasında muğamat improvizasiyaları Üzeyir Hacıbəylinin ilk operalarında olduğu kimi əsas yeri tuturdu. Soz yox ki, bəstəkarın bu üslubda opera yaratmasına əsaslı səbəblər var idi. O zaman Azərbaycan tamaşaçılarının mürəkkəb opera formalarını dinləməyə hazır olmadığını və musiqili teatra yenicə cəlb olunan xalqın zövqünə yaxın olan musiqiyə müraciət etmənin zəruriliyini Əbdül — Müslüm nəzərdə tutmaya bilməzdi. Maqomayevin “Şah İsmayıl” operasının üç redaksiyası mövcuddu. 1930-cu ildə Əbdül — Müslüm operanın üçüncü redaksiyasını yaradıb. Həmin redaksiyada musiqi materialı əvvəldən sona qədər notla yazılmış şəkildə təqdim olunur. Maqomayev klassik operanın bütün əsas formalarından — ariya, ansambl, çoxsəsli xor, həmçinin, Azərbaycan musiqisinin incilərindən sayılan zərb muğamlarından “Kəsmə şikəstə” və “Qarabağ şikəstəsi”ndən, ümumiyyətlə, milli musiqinin bütün janrlarından məharətlə və yüksək sənətkarlıqla istifadə etmişdi…” (one)

Əbdül-Müslüm Maqomayevin tarixi şəxsiyyət olan Şah İsmayıl haqqında bu cür mükəmməl bir əsər yaratmasının kökündə, bəstəkarın musiqi nəzəriyyəsini yaxşı bilməsi, Azərbaycan musiqisinə dərindən bələd olması, həmçinin, bir musiqiçi-dirijor kimi yetişməsi müsbət təsirini göstərmişdi. Bu isə, öz növbəsində obrazlar arasında möhkəm rabitə qurmağa imkan yaradan əsas əlamət kimi qəbul oluna bilər.

“Operanın əsas ideyası ilə əlaqədar olaraq, əsərin magistral dramaturji xətti bilavasitə Şah İsmayıl obrazı ilə sıx bağlıdı. Şah İsmayıl obrazının təsvirində bəstəkar iki üsuldan məharətlə istifadə edir: II, III və V pərdələrdə o, improvizasiya üsuluna müraciət edir. I pərdədə isə Şah İsmayılın atasına olan ehtiram və məhəbbəti, məhz opera musiqisinə səciyyəvi olan ariya janrında bəstələmişdi. Həmin ariyada, Əbdül — Müslüm zövqlə şüştər ladından istifadə edir. Əzəmətli uvertüranın ardınca gələn və insanları bilavasitə Aslan şahın gərgin həyəcanına cəlb edən operanın əvvəlində səslənən şahın ariyası old vuqca di. Şahın ürəyində olan ölüm qorxusu musiqidə hiss və həyəcanla təcəssüm edilir. Əsərin digər obrazları da, ifadəli musiqi materialları ilə xaraktrerizə olunubdu. Gülzarın səmimi lirik obrazı, “Döyüşçü qadın” Ərəbzənginin cəsarətli, igid siması tam dolğunluğu ilə burda əksini tapıbdı”.

Əbdül-Müslüm yaradıcılığında Azərbaycana, doğma vətənə, Azərbaycan xalqına olan böyük və səmimi məhəbbət, sevgi bəstəkarı bütün yaradıcılığı boyu izləmiş və yeni əsərlər yaratmağa sövq etmişdi. Bu, Qəbildən olan əsərlər bəstəkar tərəfindən, əsasən, XX əsrin 15-ci illərinin əvvəllərində, onun ömrünün son günlərinə qədər olan zaman kəsiyi ərzində bəstələnmişdi.

Bəstəkarın nota aldığı “Şah İsmayıl” və “Nərgiz” operaları, musiqili komediya janrında ərsəyə gətirdiyi “Xoruz bəy” operettası, opera — balet formasında yazdığı “Dəli Muxtar” əsərləri (1936) Azərbaycanda ilk instrumental simfonik əsərlər hesab olunur. “Ceyran”, “Azərbaycan çöllərində”, “Azad olunmuş azərbaycanlı qızının rəqsi”, “Dərviş”, “Şəlalə” rapsodiyaları, “RV-8” marşı, “Şur təsnifi”, “Yaz”, “Neft”, “May”, Tarla, Gözəlim, Durna

Bəstəkarın ərsəyə gətirdiyi"Nərgiz"(1935) operası Əbdül — Müslüm yaradıcılığının zirvəsi hesab olunur. Bununla bağlı bəstəkar gundəliyində yazırdı:

“İşimə ən çox ilham verən, əsərdə təsvir olunan hadisələrin mənə əziz və doğma olması idi. Mən bu mövzunu qəlbən sevdim, hərtərəfli düşündüm. Dramatik cəhətdən lazımi şəkilə saldım. Qədim əfsanə və nağıllardan uzaqlaşıb özüm gördüyüm, şahidi oldugum, həyatla təmas etdiyim günləri düşündükcə ruhlanır, yaradıcılı.”

Əbdül-Müslümün gündəliyində “Nərgiz” operası ilə bağlı aşağıdakı məlumatları əldə etmək mümkündü. Gundəlikdə yazılır:

“ M.Bağırov, Həsən kişi, B. Mustafayev, Bədəl, H.Hüseynov, Molla Mütəllim, Ə.Zülalov, Üzeyir Hacıbəyli bu operaya yüksək qiymət verdilər. Mövzusunu xalq kütlələrinin üsyan hərəkatından götürən “Nərgiz” operası inqilabi məzmunda yazılan ilk Azərbaycan operası… olmaqla bərabər, ilk dəfə opera səhnəsində müasir həyatımızın qəhrəman obrazlarını yaratdı”.

“Nərgiz” operası haqqında yalnız Azərbaycan musiqişünasları fikir söyləməmişdilər. Bu, opera başqa respublikaların məşhur və tanınmış teatr xadimləri tərəfindən də yüksək qiymətləndirilmişdi. Belə şəxslərdən biri gorkəmli sovet musiqişünası, alim S.İ.Koryev idi. O, yazırdı:

"Nərgiz"realistik sovet operasıdır. İdeyaca çox zəngin, bədii fikir etibarı ilə dərindi. “Nərgiz” operası bizim müasir həyatdan götürülən və sovet inqilabi-qəhrəmanlıq mövzusunu əks etdirən, ideya və bədii səviyyəsi yüksək olan səhnə əsərlərindən birincisi olaraq sovet musiqili teatr tarixinə daxil olacaqdı”.

Əbdül-Müslüm Maqomayevin yaradıcılığını və həyatını paralel nəzərdən keçirmək və öyrənmək ümumi informasiyanı daha da genişləndirə bilər. Bəstəkar “Nərgiz” operasını yazdıqdan iki il sonra dünyasını dəyişmişdi. Hamıya yaxşı məlum idi ki, bu, opera Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunubdu. Bəstəkar-dirijorun aldığı çox saylı mükafat, təşəkkür və təltiflər, həmçinin, fəxri ad, məhz bu opera ilə birbaşa bağlıdı. Xalq arasında gəzən qeyri-rəsmi söhbətlərə görə bəstəkar repressiya qurbanı olub və sovet hakimiyyəti tərəfindən güllələnibdi. Ancaq onun Fəxri Xiyabanda dəfn olunması, həmçinin, övladlarının Kommunist Partiyasının üzvü olmaları, Cəmaləddinin yüksək dövlət vəzifələrində uzun illər çalışması, Məhəmmədin II Dünya müharibəsində qəhrəmancasına həlak olması bizə deyilənlərin yalan, dedi — qodu olmasını söyləməyə imkan verir."Nərgiz"operası 1938 Həmin operanın librettosunu tarixi romanların görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi yazmışdı. Operanın yeni redaksiyasının müəllifi isə tanınmış sovet bəstəkarı Reynqold Qliyer, quruluşçu rejissoru S. Dadaşov, rəssamları NA Mustafayev və İ. Axundov, dirijoru Aərbaycan ictimaiyyətinə yaxşı tanış olan maestro Niyazi, Nərgiz rolunun ifaçısı isə görkəmli opera müğənnisi Şövkət Məmmədova olmuşdu.

Bəstəkarlıq fəaliyyətində çox aktiv olan Əbdül-Müslüm, həmçinin, böyük həvəslə ictimai işlərlə də məşğul olmuşdu. Eyni zamanda o, “Maarif Komissarlığı”nda şöbə müdiri vəzifəsində işləmiş və “Musiqili Teatr”ın bədii rəhbəri kimi çalışımışdı. 1929-cu ildə bəstəkar-dirijor Azərbaycan radio mərkəzinin musiqi rəhbəri kimi yeni yaradıcılıq işinə başlamışdı. Onun məşhur “Radio marşı” həmin illərdə yazılıb və bu günə qədər öz mahiyyətini itirməyibdi. Nəhayət ki, 1935-ci ildə bəstəkara Azərbaycan SSR — nin “Əməkdar incəsənət xadimi” fəxri adı verilir. Uzun illərdi Azərbaycan Filarmoniyası Maqomayevin adını daşıyır.

Onun haqqında yüksək fikir söyləyən Ulu Öndər Heydər Əliyev demişdi: “Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəlirlər. Bu cür insanlar xalqa, nəinki, sağlığında, hətta, ölümündən sonra da xeyir gətirirlər. Əbdül — Müslüm Maqomayev həqiqi, əsl realist xalq bəstəkarı, Azərbaycan musiqi incəsənəti yolunda duran və bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi”.

Əbdül-Müslüm Maqomayevin həyat yoldaşı, nəvə Müslümün nənəsi Baydagül xanımın söylədiyinə görə onlar payız fəsilində Kür qırağında istirahət edərkən o, (yəni, Baydagül xanım: — C.P.) birdən çaya yıxılır. Onu xilas etmək üçün Əbdül-Müslüm suya atılır və həyat yoldaşını xilas edir. Havanın və suyun soyuq olması ərinin səhhətinə mənfi təsir gostərir və o, bərk xəstələnir. Çox keçmir ki, həmin zaman müalicəsi mümkün olmayan vərəm xəstəliyindən dünyasını dəyişir.

Cəmaləddin Əbdül — Müslüm oğlu Maqomayev (1910-1977)

(Muslum Maqomayevin əmisi)

Cəmaləddin Maqomayevin evi kiçik Müslüm üçün həmişə doğma və isti olmuşdu. Kiçik yaşlarından əmisinin himayəsində yaşayan, burda təlim-tərbiyə alan, burdan dünyaya pərvazlanan Müslüm üçün bu ev müqəddəs bir ocaq, rahat və isti beşik rolunu oynamışdı, — desəm, — məncə, yanılmaram. Nənəsi Baydagül xanım, əmisi Cəmaləddin və əmisinin həyat yoldaşı polyak əsilli Mariya İvanovna daima bu balaca oğlanın qayğısına qalmış, onun bütün şıltaqlıqlarına, tərsliyinə tab gətirmişdilər.

Atasını kiçik yaşlarında olarkən müharibədə itirən və mövcud durumdan asılı olaraq anasından ayrı düşən Müslümə Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, həm valideyin, həm ata-ana, həm də qohum, tərbiyəçi, ümumiyyətlə, ən yaxın və doğma insanlar olmuşdular. Ancaq bütün bunlar hələ hər şey demək deyildi. Cəmaləddin bir əmi kimi, həm də Müslümü sevməyi bacarırdı. Onun Müslümə olan sonsuz sevgisinin həddi-hüdudu yox idi.

Müslüm bu barədə öz xatirələrində yazırdı: “ Atamın doğma qardaşı Cəmaləddin Maqomayev və həyat yoldaşı Mariya xala mənim üçün həqiqi valideyin oldular”.

Müslüm onlar haqqında daima yaxşı danışardı, yeri gəldikcə onların zəhmətini, qayğısını dilə gətirərək yüksək dəyərləndirərdi. “Mənim unudulmaz Mariya Ivanovnam! Heç bir güzəştə yol verməyən, mətin, cəsarətli, dayanaqlı xasiyyətə və diplomatik fərasətə malik olan Mura xalam. O, çox yaxşı bilirdi ki, həyatda nəyi etmək olar, nəyi yox. Həddən çox kitab oxuyan bu qadın bizim ailə mədəniyyətinin məşəli hesab olunurdu! Əgər o, özünün sevimli kitabını oxumurdusa, onda mütləq radioya qulaq asırdı. Həmin vaxt bizim evdə o zaman üçün az təsadüf olunan “Mir” adlı güclü radioqəbuledici var idi”.

Cəmaləddin qardaşı oğluna qarşı nə qədər incə, mehriban, istiqanlı olsa da, bir o qədər ciddi, tələbkar təsiri bağışlayırdı. Çünki Müslümün gələcəyi, həyatda qazanacağı hər hansı bir uğur və tutacağı mövqe bir başa onun verəcəyi təlim-tərbiyədən asılı idi. O, atasının adını daşıyan qardaşı oğlu Müslümün timsalında gələcəyin yeni bəstəkarını, yeni dirijorunu, yeni pianoçusunu, musiqiçisini görürdü. Məhz, bu nöqteyi-nəzərdən Cəmaləddinin qəlbində iki dünya: incə-mehribanlıq və ciddi-tələbkarlıq yer alırdı.

Cəmaləddin ixtisasca mühəndis olduğu üçün dəqiq elmlərə daha çöx meyilli və bağlı idi. Lakin bütün bunlarla yanaşı musiqiyə, incəsənətə bağlılıq maqomayevlər ailəsində prioritet yer tuturdu, ola bilsin bu, kökdən, nəsildən gəlirdi. O, xüsusi musiqi təhsili almasa da atasından yadigar qalan royalda kifayət qədər yaxşı ifa etməyi bacarırdı.

Biz bunlarla Müslümün xatirələr dəftərini vərəqləyərkən tanış oluruq. O, yazırdı: “Əmim royalın səsi bərk çıxsın deyə pedalı sıxmağı çox xoşlayırdı. Amma mənə sakit və hissiyyat ilə ifa etməyi məsləhət görürdü”.

Bu, maqomayevlər nəsilinə mənsub olan bir xüsusiyyət idi. Ailənin hər bir üzvü, hər hansısa bir musiqi alətində mütləq ifa etməyi və ya mahnı oxumağı, həmçinin, rəqs etməyi, rəsm çəkməyi, ümumiyyətlə, incəsənətin müəyyən bir sahəsini təhsil almadan kifayət qədər yaxşı öyrənməyi xoşlayırdı. Mən bunları maqomayevlər ailəsinin üzvüləri ilə qiyabi tanış olarkən görürəm. Bu, baxımdan Cəmaləddin istisna təşkil etmirdi. O, həmçinin, gözəl rəsmlər çəkmək qabiliyyətinə malik idi. Bunu dilə gətirən Muslum yazırdı:

“Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki, onu cırım. Birdən qapı açıldı və əmim içəri daxil oldu. O, qonsu otaqda işləyirdi. Otağımda olan sakitlik onu maraqlandırır və o, bu məqsədlə mənim otağıma daxil olur və həmən deyir:

–Nə əziyyət çəkirsən? Qələmi gotur. Bax, sənin Raxmaninovunun gozləri lazım olan istiqamətə baxmır.

Biz birlikdə qənaətbəxış qədər işlədik. Əmimdə, o cümlədən bizim ailədə ümumi bir tələb, hökm var idi: onların hamısı babam, atam və əmim Camal üçün şərəf, heysiyyat, vicdan hər şeydən üstün idi və onlar bunu çox dəyərləndirirdilər”.

Müslüm və əmisi Cəmaləddin bütün həyatı boyu bir-birinə çox sıx tellərlə bağlı olmuşdular. Ancaq onların da həyatında, qəmli və kədərli anlar kifayət qədər yaşanmışdı.

“Uşaq olarkən biz heç vaxt qocalıq və yaxud ölüm haqqında düşünmürük. Elə bilirik ki, həyat mütəmadi olaraq öz axarı ilə yalnız bu cür gedəcəkdi. Bununla da biz özümüzü aldatmış oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu həqiqətən belədi. Biz o vaxt ayılırıq ki, müəyyən yaş həddinə çatmışıq və hər şeyi anlamağa başlayırıq. Ancaq həmin zaman artıq gec olur, biz yalnız “gedən qatar”ın son vaqonunu görürük”, — deyərək, — Müslüm fikirini tamamlayır.

Müslümə əmisi Camal və onun həyat yoldaşı Mariya İvanovnadan başqa yaxın heç kim ola bilməzdi, sözsüz ki, nənəsi Baydagül xanım istisna olmaqla. Baxmayaraq ki, anası Ayşət xanım, anabir bacısı Tanya və qardaşı Yura var idi. Ancaq həyatlarını Müslümün təlim-tərbiyəsinə həsr edən, onun qayğısına qalan əmisinin ailəsindən başqa bir kimsə bu məsuliyyəti daşıya bilməzdi. Elə, buna görə də, onların qocalığı, əldən düşməsi, zəifləməsi Müslümü çox narahat edirdi,hətta, sıxırdı.

O, bu anları xatırlayarkən deyirdi: “Bəli! Müsibət bizim də qapını döydü. Əmim iki dəfə infarkt keçirdi, sonra isə Mura xala… Açığını deyim ki, 4-cü Kreml İdarəsinin tibbi yardımı və həkim heyəti ilə yaxından tanış olduqdan sonra onların nəyə qadir olmasına, qüdrətinə ümidlərim tamamilə son itdi… Bir ildən sonra Mariya İvanov aorta damarının qırılması nəticəsində dünyasını dəyişdi”.

Əlbəttə, Müslüm Maqomayev üçün Mariya İvanovnanı itirmək çox ağır idi, bəlkə, doğma anası Ayşət xanımı itirməkdən də, daha çox… Uşaqlıqdan qayğısını çəkən, təlim-tərbiyəsində yaxından iştirak edən, doğma övladından seçməyən adamı itirmək asan və yaxud ağrısız keçə bilməzdi. Digər bir tərəfdən isə, yeganə və doğma olan əmisinin vəziyyəti heç də ürəkaçan deyildi. Ardıcıl keçirdiyi infarktlar getdikcə özünü daha çox büruzə verirdi, həmçinin, yaş öz sözünü deyirdi.

“Mura xalanın ölümündən sonra Camal əmim, sanki, mənəvi cəhətdən sındı. Masa arxasında qatlanaraq əyləşıb fikirə gedirdi, əli hər yerdən üzülmüşdü. Yadımdadı, bir siqaret götürdü və həqiqi siqaret çəkənlər kimi çəkməyə başladı. Mən siqareti onun əlindən aldım. O, incimis halda nəfəs aldı və dedi:

Özün tulla, əgər bacarırsansa”.

Əvvəlcə Mura xalasının dünyasını dəyişməsi, ardınca Camal əmisinin ciddi xəstələnməsi, ruhən düşməsi Müslüm Maqomayevə mənfi təsirini göstərməyə bilməzdi. O, sevimli peşəsi ilə əvvəlki kimi məşğul ola bilmir, vaxtının çox hissəsini əmisinin yanında keçirir, onun qulluğunda durmağa çalışırdı. Atasının üz çizgilərini xatırlamayan Müslüm üçün Camal əmisi atadan artıq olmuşdu, hərgah ki, doğma atanın yerini heç kim və heç vaxt verə bilməz, hətta, ən yaxşı bel doğmalar…

Daima Müslümü diqqət mərkəzində saxlayan, ona həm xoş, həm də ciddi münasibət göstərən Cəmaləddin qardaşı oğlu üçün bütün doğmalarını əvəz edirdi. Müslüm maqomayevlər nəsilinin yeganə davamçısı olmasına baxmayaraq Camal əmisi onun təlim-tərbiyəsində çox ciddi, bəlkə də, olduqca ciddi mövqe sərgiləyirdi.

“Əmim Camal bütün həyatı boyu mənim üçün ev “İvan Qroznı”sı olmuşdu. O, həm özünə, həm də başqalarına qarşı çox ciddi və tələbkar idi. Bax, indi bu insan köməksiz qalıbdı. Mən onu evimə gətirdim, cay və ya bir qədəh konyak süzdüm, onunla çox sakit danışdım. Onun üçün ağır olan belə bir gündə, əmim nəhayət ki, danışdı… Nə üçün məni övladlığa götürmədiyinə aydınlıq gətirərək soruşdum. O, isə dedi:

Sən, Müslüm, öz atanın oğlusan! O, isə qəhrəman olubdu”.

Keçirdiyi növbəti infarktdan sonra Cəmaləddin Əbdül-Müslüm oğlu Maqomayev Moskvanın Kunsevo xəstəxanasında özünə gəlmədən dünyasını dəyişir. Onun nəşi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin bilavasitə köməkliyi və iştirakı ilə Bakıya gətirilir və Fəxri Xiyabanda, atası bəstəkar, dirijor, pianoçu Əbdül — Müslüm Maqomayevin yanında dəfn olunur. Bu, barədə sonrakı fəsillərdə daha müfəssəl söhbət açacağam…

II Dünya müharibəsindən sonra Cəmaləddin uzun illər sovet Azərbaycanında müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdı. O, əvvəl Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, daha sonra isə SSRİ Nazirlər Sovetinin tərkibində Azərbaycan SSR — nin daimi nümayəndəsi kimi Moskva şəhərində fəaliyyəşdi göstö.

Məhəmməd Əbdül — Müslüm oğlu Maqomayev (1916-1945)

(Müslüm Maqomayevin atası)

Əbdül-Müslüm Maqomayev və həyat yoldaşı Baydagül xanımın ikinci oğlu Məhəmmədin heç bir musiqi təhsili yox idi. O, ancaq müsiqi alətində gözəl ifa etmək, mahnı oxumaq qabiliyyətinə, həmçinin, yaxşı rəqs etmək istedadına malik olan teatr tərtibatçısı kimi tanınırdı. Məhəmməd teatr rəssamı olmaqla bərabər, həm də mahnı oxumağa üstünlük verirdi, hətta, oxuduğu mahnıları royalda ifa etməklə özünü müşayiət edirdi. Onun teatr rəssamı kimi müxtəlif zamanlarda Bakı və Maykop teatrlarında tamaşaya qoyulan dram əsərlərinə rəsm tərtibatı verməsi, Məhəmmədin həqiqətən bacarıqlı və qabiliyyətli gənc olmasından xəbər verirdi. Əlimizdə olan materiallardan bəlli olur ki, Məhəmməd atası Əbdül — Müslüm kimi mərd, zəhmətkeş, bacarıqlı, qorxmaz bir insan olubdu. O, II Dünya müharibəsi başlayanda çəkinmədən, qorxmadan, öz xahişi ilə könüllü cəbhəyə yollanmış, bu döyüşlərdə şücaə şücaət göstərmiş və bunlardanęnduř qaslaəə bunlardan birində qcasərə

Çox təəssüflər olsun ki, balaca Müslümün uşaqlıq həyatı ata və ana qayğısı, nəvazişi olmadan keçmişdi. Onun atası müharibənin qurtarmasına bir neçə gün, bəlkə də saatlar qalmış Almaniyanın Kyustrin şəhərində gedən qızğın və qanlı döyüşlərin birində yaralı əsgər yoldaşını alovun pəncəsindən xilas etmək istəyərkən düşmənin açdığı güllə nəticəsində həyatla vidalaşmışdı. Komandirləri tərəfindən “Sovet İttifaqı Qəhrəmanı” adı almağa irəli sürülməsinə baxmayaraq bürokratik əngəllər nəticəsində canı bahasına qazandığı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməmişdi.

Məhəmmədin müharibədə keçdiyi həyat yolu haqqında hərbi jurnalist Mixayıl Zaxarçukun “ Krasnıy zvezda ” («Qızıl ulduz») qəzetində dərc etdirdiyi “Yüzillik” sərlövhəli geniş məqalə sensasiyaya səbəb olmuş və nəticədə qəhrəman haqqında sənədli povestin yazılması ilə başa çatmışdı. Müəllif bu barədə yazırdı:

“Məqalə dərc olunandan bir xeyli müddət sonra hər tərəfdən mənim ünvanıma, redaksiyaya kəşfiyyatçı (Məhəmməd Maqomayev: — C.P.) ilə bağlı çoxsaylı məktublar daxil old. Həmin məktublardan birinin müəllifi sovet vətəndaşlarının çox sevimli kinolarından biri hesab olunan “Dörd tankçı və it” ininin ssenari müəllifi, film milliyyətçə polyak olan Yanuş Pşimanovski idi. Onun və başqa hərbi alay yoldaşlarının hamısı birmənalı şəkildə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına təqdim olunduğunu təsdiqləryirdilə”.

Keçmiş döyüşçülərdən gələn çoxsaylı məktublar və bu məktublarda söylənilən fikirlər, o cümlədən sənədli epizodlar Mixayıl Zaxarçuku bir qədər də ruhlandırmış və o, hərbi jurnalist olaraq bu işi davam etdirmək məsələsini qarşısına prioritet vəzifə olaraq qoymuşdu.

M. Zaxarçuk yazırdı: “Bir gün redaksiyaya Georgiy Qavriloviç Paxlebayev adlı bir cəbhəçi gəldi. Onun əlində Krım vilayətində çap olunan həftəlik qəzetlərin birində dərc edilmiş qeyd var idi. Həmin qəzet yazırdı: “məşhur müğənninin atası ( Müslümün: — C.P.) Polşada həlak olub və orda da dəfn olunubdu. Ancaq Georgiy Qavriloviç inamla təsdiqləyirdi ki, Böyük Vətən müharibəsi illərində o, 301 saylı atıcı diviziyanın 823 saylı artile riya alayına komandirlik edibdi. Həmin zaman ərzində Məhəmməd Maqomayev kəşfiyyat bölüyünün komandiri, serjant çinində xidmət gostəribdi. Məhz, buna görə də, sabiq komandir israrla deyirdi, Bu, barədə əsgərin doğmalarına və yaxınlarına şəxsən özü yazılı surətdə məlumat veribdi”.

Qəzetin bir cür, cəbhəçi — artilleriya komandirinin başqa cür informasiya verməsi hərbi jurnalistin diqqətindən kənarda qala bilməzdi. Odur ki, müəllif məsələyə aydınlıq gətirmək məqsədilə tez bir zamanda tədqiqata başlayır və jurnalistikanın bütün mövcud qayda və priyomlarından səmərəli istifadə edir.

Bu, haqda Mixayıl Zaxarçuk yazırdı: “Alimlik dərəcəsi olan sənətşünaslıq namizədinin (Burda söhbət cəbhəçi komandir G.Q.Paxlebayevin gətirdiyi, Krımda dərc olunan qəzetdə verilən məqalənin müəllifindən gedir: — C.P.) qəzetdə bu faktı dərc etdirməsi mənə inandırıcı görünsə də, başqa bir tərəfdən sabiq cəbhəçi zabitə inanmamağa heç bir haqqım yox idi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, keçmiş komandir həmin qara günləri kifayət qədər yaxşı xatırlayırdı və mənim suallarıma düzgün, dürüst və səlist cav. Hətta, Georgiy Qavriloviç döyüşlərdən birində göstərdiyi şücaətə görə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsi haqqında sənədləri hazırlayıb yuxarı qərargaha təqdim etdiyini vurğulayırdı…”.

Qarşısına məqsəd qoyan müəllif, bu məsələni araşdırmaq məqsədilə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə gedir. O, 1941-1945-ci illərdə Sovet Ordusundan əbədi olaraq geri qayıtmayan serjant və əsgərlərin “Əlifba” kartoçkasında aşağıdakı məlumatları aşkarlayır. Həmin kartoçkada lazım olan informasiya tamamilə öz təsdiqini tapır. Orda yazIlmIsdI:

“301 saylı atıcı diviziyanın, 823 saylı artileriya alayının kəşfiyyat bölüyünün komandiri serjant Məhəmməd Əbdül-Müslüm Maqomayev 1916-cı ildə Bakıda doğulub, ÜK (b) Partiyasının üzvü olub, Bakı şəhəri, Yanvar küçəsi, ev–19 / 113 ünvanında yaşayıbdı. Bakı şəhər Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılıb və 04/24/1945-ci il tarixində qəhrəmancasına həlak olubdu. Almaniyanın Kyüstrin şəhər stadionunun şimal — qərb ətrafında dəfn edilibdi. Əsas: Daxili dəftər — 69002. 06/27/1945-ci il”.

Müslümün anası Ayşət xanım xatirələrinin birində qeyd edirdi ki, “Məhəmməd Maqomayevi Maykopdan müharibəyə yola salıbdı”. Ancaq SSRİ Müdafiə nazirliyinin arxivindəki sənədlər Ayşət xanımın yanlış olduğunu sübut edir.

Arxivdən əldə edilən informasiya sabiq artilleriya komandiri G.Q.Paxlebayevin narahatlığına son qoyur, həm də qəzet səhifəsində gedən yanlış məlumata aydınlıq gətirir. Bundan sonra hərbi jurnalist Mixayıl Zaxarçuk Müslüm Maqomayevlə görüşüb fikirlərini onunla bölüşmək və müğənninin bu barədə məlumatlı olub və ya olmadığını öyrənmək istəy.

Müslümlə görüşündən sonra M. Zaxarçuk bu barədə yazırdı:

“Sən demə, Müslüm Maqomayev atası ilə bağlı hər şeyi, hətta, onun Kyüstrində həlak olduğunu bilirdi. Ancaq burda bütöv bir tarix gizlənirdi, onu qısaca iki kəlmə ilə ifadə etmək qeyri mümkündü. Lakin o da bəlli idi ki, hərbi dostları alay yoldaşlarını Polşanın ərazisində dəfn ediblər.

Niyə?

Bax, bu olduqca maraqlı, həm də müəmmalı idi”.

Məhz, bu səbəbdən arxivə bir cür, Maqomayevin ailəsinə isə başqa cür informasiya gedibdi. Bu, hələ hər şey demək deyildi. Hazırlanan plana görə Müslümün atasının məzarı çoxda böyük olmayan polyak kəndinin yaxınlığından keçən dəmir yolu xəttinə bağlanırdı. Sözsüz ki, bu maqomayevlər ailəsinə bəlli ola bilməzdi.

“Başqa bir tərəfdən müharibədən sonra “Sosialist Polşası”nın yenidən qurulması və bu kəndin yerlə yeksan olunması məsələsi meydana gəlirdi. Elə, buna görə də, Məhəmməd Maqomayevin məzarının ilkin axtarışları heç bir nəticə vermədi. Həmin zaman axtarışlar bir neçə voyevodluqda (Polşada inzibati ərazi vahidi: — C.P.) aparılırdı. Axtarışlardan xeyli müddət keçməsinə baxmayaraq polyaklar məzarın düzgün və dəqiq yerini müəyyən edə bilirlər. Məlum olur ki, 823 saylı alaydan olan sovet əsgərlərinin məzarı, o cümlədən Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayevin dəfn olunduğu yer Kşivin-Qreyıfinskidir ”, — deyərək,-M.Zaxarçuk qeyd edir.

Tarixi sənədlərə əsasən 1952-ci ildə bu yarğanda yerləşən bütün həlak olan sovet əsgərlərinin qəbirləri açılaraq ekshumasiya olunur və yenidən Hoyne adlanan qardaşlıq məzarlığında dəfn olunurlar. Xüsusi məqsəd üçün hazırlanan bu məzarlıqda indi 3985 sovet əsgəri uyuyur. Rəsmi məlumatlara görə onların çoxunun dəqiq familiyasını məyin etmək mümkün olubdu, həmçinin, Məhəmməd Maqomayevin.

Muslum Maqomayev xatirələrində bu barədə yazırdı:

“Bu informasiyalar dəfələrlə yoxlanıbdı. Lakin, ən azından, Georgiy Qavriloviça atam haqqında söylədiyi xoş xatirələrə görə dərin təşəkkürümü bildirirəm. Bizim geniş ailə arxividə atamın komandirləri, dostları, hərbi yoldaşları haqqında yazdığı çoxsaylı məktublar qorunub saxlanılır. Lakin şükürlər olsun ki, hal-hazırda atamın yaşayan alay komandiri haqqında ilk dəfədi eşidirəm. Atam haqqında hər bir məlumat mənim üçün olduqca qiymətlidi. Çünki mən atamı heç vaxt görməmişəm…”.

Bu, vəziyyətdən yararlanmaq məqsədilə, sözün yaxşı mənasında, Mixayıl Zaxarçuk atalar məsəlində deyildiyinə rəğmən, — “dəmiri isti-isti döyərlər” formuluna əsaslanaraq Müslüm Maqomayevdən onların ailə arxivini, daha doğrusu, atasının müharibə illəri ilə bağlı olan hissəni bir neçə günlük istəyir. Elə düşünür ki, ola bilsin orda Georgiy Qavriloviçin demədiyi bəzi faktları aşkarlasın… Əlbəttə, bu, ölkənin ən məşhur hərbi qəzetlərində veriləcək məqaləni daha rəngarənk, maraqlı və dəyərli edərdi.

Mixayıl Zaxarçuk xatirələrində yazırdı:

“Əvvəlcə Müslüm susdu və sonra həmişə olduğu kimi tələsik bir siqaret yandırdı. Həmin an nədənsə mənə ağır gəldi və öz-özümə daxilən sual verdim: nə üçün mən bu qədər məşhur bir insanın vaxtını alıram? Bu zaman, onun həyat yoldaşı Tamara xanım bizim üçün ətirli, yaxşı dəmlənmiş Bakı çayı gətirdi…”.

Jurnalistin xatirələrindən bəlli olur ki, ailə arxivi ilə bağlı Müslüm Maqomayevə ünvanlandığı suala yox cavabı alması onu çətin və çıxılmaz vəziyyətə salsa da o, təəssüfünü büruzə verməyərək, əvvəlki görkəmində qalır, hətta, bütün bunlara baxmayaraq hər şeyi mövcud normalar çərçivədə qəbul edir, ətirli Azərbaycan çayını içəiçə daxilən özünə toxtaqlıq verir.

“İnanıram ki, siz məni düz başa düşəcəksiniz. Atama məxsus olan hər şey şəxsən mənə aiddi. Mən mərhəm, gizli şeyləri yaymağı xoşlamıram. Həqiqət naminə qeyd edim ki, çox əvvəllər əmim Camal atamın məktublarından bəzisini Bakı qəzetlərindən birinə vermişdi. Məncə, bu “Vışka” qəzeti idi. Ancaq mən bunu heç vaxt etməmişəm. Sizin təklifenizi… Bağışlayın bir daha, comərdcəsinə, inanıram ki, siz məni düzgün başa düşürsünüz…”, — deyərək, — Müslüm fikirini tamamlayır.

Jurnalist heç bir açıqlama olmadan hər şeyi gozəl bilirdi və başa düşürdü. Müslümün ailə arxivini, əsasən də, atasının cəbhə məktublarını başqa bir şəxsə verməməsini düzgün qiymətləndirirdi.

Jurnalist xatirələr dəftərində yazırdı:

“Əslində həmin vaxt Müslüm düzgün qərar qəbul etdi. Hansı əsasnan o, ailə arxivini mənə verməli idi. Baxmayaraq ki, mən tanımadığı adam deyidim, amma belə götürəndə kənar şəxs idim. Kim buna zəmanət verə bilərdi ki, mən atasının cəbhə məktublarından səliqəli və düşünülmüş formada istifadə edəcəm? Başqa bir tərəfdən isə bu mənə təəssüflü və ağır gəlirdi. Ona görə ki, “qızıl ulduzlu” hərbi qəzetlər üçün bu həqiqi material idi. Demək olar ki, həmin materialı əlimdə tutmuşdum, lakin o birdən-əlimdən çıxdı!”.

Görünür çox götür-qoy etdikdən sonra o, (yəni Müslüm Maqomayev: — C.P.) düşünür və sonda qərara gəlir ki, atasının cəbhə məktublarını hərbi jurnalistə təqdim etsin. Səbirsizliklə səhərin açılmasını gözləyən Müslüm sübh-tezdən Mixayıl Zaxarçuka zəng edir və atasının cəbhə məktubları ilə bağlı fikrini ona çatdırır.

Sevincinin həddi-hüdudu olmayan Zaxarçuk bu barədə yazırdı:

“Hörmətli oxucularım, bu cür şad, həm də xoş xəbərdən sonra mənim sevincimi, ümumiyyətlə, vəziyyətimi təsəvvürünüzə gətirə bilənərsinizmi?.. Müslüm řetdizəx…”

Hərbi qəzetin müxbiri əlinə düşən fursəti buraxa bilməzdi. Müslümdən aldığı çox saylı cəbhə məktubları jurnalistin qarşısında müharibə ilə, şəxsən Məhəmməd Maqomayevlə bağlı yeni bir tarixə açırdmaqli qır bunar maksimumum Sonda balaca bir qəzet qeydindən faktlara əsaslanan analitik bir məqalə, daha sonra isə sənədli bir povest masa üzərinə qoyulur. Bu, mühüm məsələ ilə bağlı jurnalistin şəxsi düşüncələri, daha aydın, daha obyektiv və daha sanballı görünür. O, yazIrdI:

“Mən, Müslüm Maqomayevin atası ilə bağlı sənədli povest yazdım və onu özümün “Öz borcumu şərəflə yerinə yetirirəm…” adlı kitabımda yerləşdirdim. Burda, həmçinin, Almaniyada həlak olan əsgərlərin Polşada dəfn olunmasına da, aydınlıq gəldi. Sən demə marşal QK Jukov Sərkərdə çox gözəl bilirdi ki, Ali Komandanlıq ondan nə üçün Reystaxt divarları önündə bu qədər əsgərin həlak olmasını soruşacaqdı. Sözsüz ki, bu, tamamilə başqa bir mövzunun söhbətidi…”, — deyən, — M.Zaxarçuk fikirini belə yekunlaşdırır.

Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayev Ali Komandanlıq tərəfindən dörd dəfə ordenlə təltif olunmuşdu. Bunlar “Qızıl Ulduz” (sentyabr-1944), “ Qırmızı Bayraq ” (Fevral-1945). Məhəmməd haqqında yazılan sənədli povest yazıçı-hərbi jurnalist Mixayıl Zaxarçuk tərəfindən vaxtilə Almaniyada yerləşən Sovet Qoşun Qruppalaşmasının mətbuat orqanı olan “Sovet Ordusu”, Şimal Qoşun Qruplaşmasının mətbuat orqanı olan “Qələbə bayrağı” və Şimali Qafqaz hərbi dairəsinin mətbuat orqanı olan “Qızıl bayraq” qəzetlərində eyni vaxtda dərc olunmuşdu.

Müslüm atası haqqında yazırdı: “O, çox zəkalı, istedadlı, qabiliyyətli bir insan olub: heç yerdə xüsusi musiqi təhsili almadan royalda yaxşı ifa etməyi və oxumağııbıbacar. Əlbəttə, bu onsuz da başa düşüləndi: babam kimi peşəkar, universal bir adamın yanında böyüyəsən, sözsüz ki, həm çalmağı, həm də oxumağı öyrənəcəksən. Atamın səsi o qədər də böyük diapazona malik olmayıbdı, deyilənlərə görə çox səmimi, ürəyəyatımlı olubdu. Mənim səsim atamdan deyil, anamdan mənə gəlibdi… O, həmçinin, çox istedadlı teatr rəssamı kimi Bakıda, daha sonra Maykopda tamaşalar tərtib edib və orda da anamla tanış olubdu.”

Söhbətin bu yerində, Müslümün “orada da, anamla tanış olubdu”, — deməsinə, — münasibət bildirmək, məncə, yerinə düşər. Ayşət xanımın xatirələrinə müraciət edərkən mən tamamilə başqa hadisənin şahidi olmuşdum.

Ayşət xanım öz xatirələrində yazırdı:

“Mən Müslümün atası Məhəmməd ilə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən, Teatr İnstitutunda oxuyurdum… Hətta, Stalin adına təqaüd alırdım. Paytaxt Moskvada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Bu, tədbirlə bağlı Bakıdan Opera və Balet teatrının artistləri gəlmişdilər. Bəstəkar Əbdül — Müslüm Maqomayevin həyat yoldaşı Baydagül xanım və oğlu Məhəmməd də onların arasında idi. Biz, Məhəmmədlə həmin zaman tanış olduq. Başladıq dostluq etməyə, bununla da bizim sevgi romanımızın bünövrəsi qoyuldu…”.

Mənə elə gəlir ki, Müslüm bu məsələdə yanlışlığa yol verib, çünki Ayşət xanım özü ilə baş verən hadisə haqqında səhv fikir söyləyə bilməzdi. Həmin anları Ayşət xanımdan başqa heç kim dəqiq nə yadda saxlaya, nə də düzünü deyə bilməzdi. Odur ki, Ayşət xanıma daha çox inanmaq məcburiyyətində qaldım. Çünki hadisənin ikinci şahidi, Müslümün atası Məhəmməd müharibədə həlak olduğundan onun fikirini öyrənmək qeyri–mümkün idi. Demək, Ayşət xanımın xatirələrinə inanmamaq mənim ixtiyarım xaricindədir. Bu, hadisəyə Ayşət xanımla bağlı bölmədə bir daha qayıtmalı olacam. O ki, qaldı Ayşət xanımın Məhəmmədlə bağlı dediyi, — “Maykop şəhərindən onu qanlı-qadalı günlərə yola saldım”, — deməsinə, — burda sadəcə olaraqdiiv.qoleyri obyekt Beləki, SSRİ Müdafiə nazirliyinin arxivində olan sənədlərdə gostərilir ki, Məhəmməd Maqomayev Bakıdan könüllü olaraq cəbhəyə yollanıbdı.

Təəssüf hissi ilə qeyd etmək olar ki, bir neçə il teatr rəssamı işləyən Məhəmmədin yadigar olaraq nə bir bədii rəsm əsəri, nə bir cizgi elementlərini özündə əks etdirən portret əsəri, nə də ki, bir esgiz, layihə əlamətlərini göstərən hər hansı bir işi qalmayıbdı. Müslümdə rəssamlığa meylin olması, hətta, dəyərli əsərlər yaratması bizə imkan verir ki, qismən də olsa Məhəmmədin rəssam olmasını qəbul edək, lakin heç bir sübutun, dəlilin olmaması müəyyən qaranlıq məqamlar yaradır. Mən, burda xatirə meyarına əsaslanmalı və ya üstünlük verməli oluram.

“Sonradan mənə məlum oldu ki, atam teatrın quruluşu başa çatdığı və yaxud multiplikasiyanın yaranması ilə əlaqədar yeni, həmin zaman təzəcə peyda olan xüsusi multikator peşəni sini dəö. Ola bilsin ki, köhnə sistemin artıq başa çatdığını biləndən sonra o, bütün arxiv materiallarını ləğv edibdi”, — deyərək, — Müslüm fikrini tamamlayır.

Müslüm Maqomayevin söylədiyi fikirdə bir məntiq, bir inam tapmaq mümkündü. Sözün açığı, burda alternativ variant da görünmür. Yaxınlarının və dostlarının söylədiyinə əsasən o, gözəl, cazibadar, yaraşıqlı bir gənc oğlan olubdu. Ağıllı, həyat sevər olması ilə bərabər, Məhəmməd, həm yaxşı rəqs, həm də qadınları müdafiə etməyi, dalaşmağı bacarıbdı. Bu faktlara istinad etmiş olsam Müslümün atası Məhəmməd ilə bağlı söylədiyi xatirələr insanı nə qədər ruhlandırırsa, bir o qədər də məyus edir. Baxmayaraq ki, müğənni bu xatirələri qələmə alanda artıq onun yaşı 50-dən yuxarı idi. Ancaq o, yaşının bu həddinə baxmayaraq, sanki, gövrəlir, körpə uşaq kimi həyatdan inciyir, küsür və bir anlıq uşaqlıq illərinə qayıdır.

Müğənni xatirələrində yazırdı: “O, çox çevik və cəld olubdu. Xasiyyətimə görə mən ona oxşamamışam. Hər hansı bir qastrola hazırlaşmaq mənim üçün həmişə problem yaradıb. Harda bir səs-küy, dava-dalaş olsa idi, atamı mütləq orda tapmaq olardı. Hər şeylə həddindən artıq maraqlanan, tez aludə olan, tərs, inadkar, dalaşkən olmasına baxmayaraq, qəlbən həyat sevən, prinsiplərinə sadiq qalan, həm yüngülxasiyyət, həm qəzəbli, həm də qarşısıalınmaz, şiddətli və çox soyuq, çox ağır, çox zabitəli olubdu. Onun vaxtsız həlak olması burdan irəli gəlmirmi? Məni ruhi iztiraba salmamaq üçün uzun müddət doğmalarım onun sağ olmamasını demirdilər…

O zaman ki, respublikanın rəhbəri Mircəfər Bağırov bizim ailəyə xeyirxahlıq, mərhəmət gostəribdi. Atam bundan istifadə edib, müharibədən qala bilərdi…

Mircəfər Bağırov əmim Camala deyibdi:

Oh, hara girir? Öləcək! O ki, dəliqanlıdı, dayanan deyil. Birinci güllə onun olacaqdı.

Atam isə heç kimə qulaq asmadı. Öz-özünə dedi:

Lazımdı!

Getdi cəbhəyə. Geri baxmadan, xəstə vətənpərvər!”

Məhəmmədin cəbhədən ailəsinə göndərdi bir məktub hər normal insanı riqqətətətətətətək dərəcədə təsirli, h appearance

Yox!

Elə düşünməyin ki, burda söhbət hansısa işgəncədən, bədheybətdən və ya qorxulu bir monstrdan gedir.

Əsla yox!

Bu, məktubda söhbət cəbhədə döyüşən, hər an ölümlə üzbə-üz dayanan insanın daxili aləmindən, ölüm kabusunun altında oğlunun həddi-buluğa çatmasını arzulayan və ona ad günü münasibətilə təbrik məktubu yazan qəhrəman atanın qısa müddətli sevincindən, cəsarətindən, özünə olan inamından gedir. Bu, məktubla tanış olanda, onu bir nəfəsə oxumaq mümkün olmadı. Zünki qəhər adamı boğurdu. Bir tərəfdən Müslümə olan sevgi, o biri tərəfdən balaca, atasını itirən üç yaşlı uşağa olan məhəbbət, digər bir tərəfdən döyüş meydanında qəlbi övladının yanında olan, onun böyüməsini arzulayan, bu münasibətlə çırpınan, döyünən, fəryad edən ata ürəyi dil-dodağı bağlayırdı, sanki, boğaz quruluqdan tıxanırdı. Bu, sətirləri yazarkən, hələ də həmin məktubun təəssüratından, ovsunundan çıxmaq mümkün olmamışdı. Odur ki, həmin məktubu olduğu kimi oxuculara təqdim etməyi özümə, həm borc, həm də zəruri bildim. Həmin məktubda Məhəmməd yazırdı: “Bu gün mənim oğlumun ad gunüdü. Ona nə arzulayım? Əlbəttə, çox-çox xoşbəxt illər, sevinclə dolu həyat, qoy onun həyatı insanlıq üçün vacib olan faydalı əməklə zəngin olsun, kimin ki, adınɱ o, kimişıyır. Qoy o, yaxşı hər şeyi ehtirasla sevməyi öyrənsin, ancaq qoy o, bizim xoşbəxt həyatımızın qarşısına sipər çəkmək istəyən hər kəsə nifrət etməyi bacarsın, qoy o, erkən yaşlarından bu qan tökən müharibəni törədən barbar-almanların tarixini anlasın. Qoy o, onun kimi cumbulu, balaca uşaqların, bütün xalqın xoşbəxtliyini canları hesabına müdafiə edən, amma heyifsilənməyən rəşadətli, cəsur, igid insanları yüksət qliy.

Hə!

Qoy o bilsin ki, onun atası onu sevir və axırıncı nəfəsinə qədər də sevəcəkdi, əgər ona ölmək lazım gəlsə, belə, onun adı dilində öləcəkdi.

Bax, bu da hamısı, mən ona nə arzulamaq istərdim.

Salamla sizin Məhəmməd”.

Atanın oğlunun ad gününə müharibədən, od-alov un içindən bu cür mövzuda məktub yazıb göndərməsi onu oxuyan hər kəsdə ürək sıxıntısı əmələ gətirə. Məktubda maraqlı görünən, insanı riqqətə gətirən ən əsas bir məqam xüsusilə diqqəti daha çox cəlb edir. Bu, maqomayevlərin öz soy köklərinə nə qədər bağlı olması və bu soyadı şərəflə daşımağa can atmasıdı. Atanın məktubunda oğluna bir daha kimin adını daşıdığı xatırlanır və babasının adına layiq səmimi, cəsur, səxavətli, əməksevər, cəmiyyətə xeyir gətirən övlad olması arzulanır.

Müslüm xatirələrində yazırdı: “Əgər dostlarının yadında Məhəmməd Maqomayev xarici görnüşü ilə yadda qalıbsa, mənə atam tamamilə başqa cür görünür. Baxmayaraq ki, mən onu xatırlamıram, çünki o, dünyasını dəyişəndə mənim cəmi üç yaşım var idi. Mən atamı rəsm, şəkil etibarı ilə gözəl görmürəm, mən onu daxilən gözəl və cəlbedici görürəm. İnsanlarda özlərini göstərmək üçün cazibə, lətafət, cəlb etmə mövcuddu, təbii ki, ürəklərinin, qəlblərinin dərinliklərində və daxilində”.

Ayşət xanım Əhməd qızı (Xanjalova) Maqomayeva (1921-2003)

(Müslüm Maqomayevin anası)

Zadəgan mənsubiyyətinə məxsus olan Ayşət Əhməd qızı Maqomayeva (Xanjalova) Rusiyanın Maykop şəhərində dünyaya göz açmışdı. Bu, balaca adıgey qızı Çar-Tver qazaq ordusunun keçmiş polkovniki İvan Aleksandroviç Xanjalovun nəvəsi idi. Ayşət xanımın babası İvan Aleksandroviç 1878-ci ildə Rusiyanın Mixaylovski hərbi yunkerlər məktəbini bitirmişdi. İstedadlı teatr artisti, Stalin təqaüdçüsü (1941)

“Mənim bütün həyatım Bakı ilə, Azərbaycanla, onun yaxşı adamları ilə bağlıdı. Səhnədə bütün həyatım boyu Xanjalova familyası ilə çıxış etmişəm. Anam milliyyətcə adı-gey, atam isə türk idi. Əhməd Gəncəlioğlu Konstantinopolda anadan olmuşdu. O, 1905-ci ildə Rusiyaya gəlmiş və birdəfəlik burda qalmışdı. Anamla tanış olduqdan sonra sovet vətəndaşlığını qəbul etmişdi…

Məhz, bu səbəbdən mənim qızlıq familiyam Xanjalova kimi qalmışdı”, — deyərək, — Ayşət xanım xatirələrində yazırdı.

İlk təhsilini Nalçik şəhərində alan Ayşət xanım bir müddət sonra Moskvaya gedir və təhsilini məşhur Moskva Dövlət Teatr İncəsənəti İnstitutunda davam etdirir. O, yazırdı:

“Mən Müslümün atası Məhəmmədlə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən Dövlət Teatr İncəsənəti İnstitutunda oxuyurdum. Başladıq dostluq etməyə”.

Həyat yoldaşını müharibəyə yola salan Ayşət xanım ağrı və acısına qapanaraq, sakit həyat tərzi keçirmək niyyətində olmur. Gənc xanım daha fəal, daha işgüzar olmaq məqsədilə teatrda yaxından fəaliyyət göstərir, insanlara sevinc bəxş edir və qısa müddətə olsa da, belə, müharibənin dəhşətlərini insanların qəlbindən uzaqlaşdırmağa çalışır. Ancaq bütün bunlar balaca Müslümü ana nəvazişindən, ana qayğısından, ana hərarətindən, ana məhəbbətindən kənarda qoyur. Təssüflər olsun ki, Ayşət xanım bu, duyğuları heç vaxt anlamadı və anlamaq iqtidarında olmadı.

“Mən teatrda sevimli peşəmlə məşğul idim. Yeni obrazlar yaradırdım, fəaliyyətimi genişləndirirdim. Bir neoçə aydan sonra Bakı mədəniyyət şöbəsindən çağırış vərəqi aldım və təcili Dəmiryolu vağzalında məni Məhəmməd qarşıladı. Bu, mənim üçün böyük sürpriz və böyük sevinc oldu. Özümü olduqca xoşbəxt hiss edirdim. Çox təəssüflər olsun ki, Məhəmməd həyatıma tez gəldi və gəldiyi kimi tez də getdi”, — deyərək, — o, yazırdı.

Müharibə qurtarana qədər Bakıda yaşayan Ayşət xanım müharibədən sonra üç yaşlı Müslümlə birlikdə böyüyüb boya-başa çatdığı Maykop şəhərinə qayıdır.

Məhəmməd Maqomayevin həyatından söhbət açarkən onun necə əsgər olduğu, necə döyüşdüyü, necə həlak olduğu, harda dəfn olunduğu haqqında yığcam məlumatı oxucuların diqqətinə yuxarıda, hərbi jurnalist Mixayil Zaxarçukun yazdığı məqalədə, çatdırdım. Lakin Ayşət xanımın söylədiyi bir fakt, həm maraqlı, həm də tükürpərdici idi.

Ayşət xanım xatirələrində yazırdı: “Müslüm Polşada qastrol səfərində olanda həmin yerləri ziyarət edib. Yəqin ki, “Buhenvald harayı” mahnısı yadınızdadı? Bu, Müslüm üçün adi mahnı deyildi, bu onun ürək odu, ürək yanğısı, atasını müharibədə itirən bir övladın çağırışı, harayı idi.”

Həqiqətən, bu mahnı Müslüm tərəfindən elə bir səviyyədə ifa olunub ki, qulaq asan hər kəs, hətta, mahnının sözlərini, dilini başa düşməyən hər bir şəxs daxili təlatümünü saxlaya, gizlədə bilməzdi. Yüksək ecazkar səs, cingiltili təmiz ifa tərzi, artistlik manerası, mahnının daxilinə nüfuz etmək, onu yaşamaq, geniş diapozon və s. tamaşaçını mat-məəttəl qoyurdu. Bu, Ayşət xanımın dediyi kimi: “atasını müharibədə itirən bir övladın yanğısı, harayı idi”. Mahnının səsləndiyi həmin zaman kəsiyindən bizi, bu gün çox illər ayırır, lakin bu illər ərzində mahnının başqa bir kimsə tərəfindən ifa olunmaması bir daha sübut edir ki, həqiqətən böyük səs, böyük istedad, cürət və qabiliyyət tələb edən belə bir əsəri hər müğənni ərsəyə gətirə bilməzdi. “Buhenvald harayı” adından da bəlli olduğu kimi ağır günləri diqqətə çatdıran, həm də vətənpərvərlik duyğularını tərənnüm edən əsər kimi zamanında qəsər kimi zamanında qəşbulundu. Belə bir çətin mahnını yalnız Müslüm səviyyəsində olan müğənni ifa edə bilərdi…

Ayşət xanımın danışığından hiss olunur ki, təfərrüatlarını bölüşərkən o, necə əzab-əziyyət çəkir və sıxılır. Həm həyat yoldaşına olan məhəbbəti, həm övladının iztirablar içində mahnını yüksək səviyyədə ifa etməsi, sözsüz ki, Ayşət Əhməd qızını həmin anlara, Məhəmmədlə keçirdiyi qısa, ancaq xoşbəxt və mənalı günlərə dartıb aparırdı. Bu, söhbətdən sonra onun özünə qayıtması üçün müəyyən zaman fasiləsinə ehtiyac duyulurdu. Lakin sualı sual arxasınca ünvanlayan müsahibin, jurnalistin növbəti sorğusu heç də əvvəlkindən az təsirli olmurdu. Uşaqlıq dövrü ilə bağlı ünvanlanan sualı cavablandıran Ayşət xanım dərindən ah çəkərək yaddaşına həkk olunan məqamları dilə gətirərək deyirdi:

“Müharibədən çox keçməmiş türkləri Qafqazdan sürgün etməyə başladılar. O cümlədən atamı Sibirə, Tomsk şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Beliş-Yar adlı bir yaşayış məntəqəsinə göndərdilər. Bir dəfə yanına getdim, görüşdük, onu sakitləşdirməyə çalışdım. Nə qədər buna müyəssər oldum deyə bilmərəm… Bu, atamla mənim son görüşüm oldu. Sonradan xəbər aldım ki, artıq atam bizim həyatla vidalaşıbdı.”

Bir-birinin ardınca yada salınan ağır və acı xatirələr Ayşət xanıma əməlli-başlı təsir göstərmişdi, sanki, qəhər onu boğurdu. O, hıçqırtı ilə danışır və çalışırdı ki, danışdıqca, həm ürəyini boşaltsın, həm də nisbətən təskinlik tapsın. Bununla belə, sinəsinin üzərindən diyirlənərək damcı formasında aşağı düşən isti və mavi göz yaşları onun daxili aləminin necə alovlanmasından xəbər verirdi. Bu, göründüyü kimi bir o qədər sadə, həmçinin, bir o qədər asan deyildi, ancaq Ayşət xanım özündə güc tapıb bunu edə bilmişdi. Bəlkə o, dramatik rolların mahir ifaçısı olduğu üçün vəziyyətin öhdəsindən bacarıqla, məharətlə gələ bilirdi. Söz yox ki, bu fikirlər mənim bədii düşüncəmin, şəxsi təxəyyülümün və təəssüratlarımın məhsulu kimi qəbul olunmalıdı.

Oğlu Müslümlə bağlı söhbət etdiyi zaman Ayşət xanım qarşısına çıxan çətinlikləri, yaşadığı problemləri necə dəf etdiyini, hansı həyat macəraları ilə üz-üzə qaldığını sərbəst dilə gətirməyi bacarırdı. O, deyirdi: “Müslümü atasız böyütmək mənim üçün olduqca ağır idi, lakin çalışırdım ki, bu işin öhdəsindən inamla gəlim. Bakıdakı qohumlarım daima bizə kömək gostərirdilər. İlk musiqi dərsini Müslüm Valentina Mixaylovna Sulqinadan götürdü. Müəllimə bildirdi ki, uşaqda olan istedad və zəka Allah vergisidi. Sanki, Müslimdə nə isə qeyri-adi bir hiss, bir möcüzə var idi”.

Müslümlə bağlı fikirləri bölüşmək Ayşət xanım üçün bir o qədər asan deyildi. Çünki, ən azından, o, ana idi və balasının hər bir anını düşündükcə müəyyən çətinlikləri xatırlamalı olurdu. Ancaq bütün bunlara baxmayaraq özündə güc tapan Ayşət xanım fikrini onu dinləyənlərə çatdıra bilirdi.

“Tezliklə mənim qayınanam, Müslümün nənəsi, Baydagül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz gunləri haqqında danışdı. Söylədi ki, əgər nəvəsi onun yanında olsa, ağır günləri bir az unudar, bir az təskinlik tapar. RazIlIq verdim. Müslümün Bakı həyatı hadisələrlə zəngin oldu. Xəstəlik, inciklik, çapıq və s.”, — deyirdi, — Ayşət xanım.

Bu, söhbətə əsaslanaraq, sözsüz ki, Ayşət xanımı geninə-boluna müzakirə, mühakimə etmək, məzəmmət obyektinə çevirmək olardı. Lakin mən bunu etmək fikirindən yan keçmək qərarına gəldim. Çünki proseslərin necə davam edəcəyini, o cümlədən subyektiv fikir və düşüncələri söyləmək üçün daha münasib zamanı və münbit şverraiti gözləməyə ü stünl. Burda, bir aforizm yadıma gəldi və məni çox düşündürdü: “Mühakimə etmə, mühakimə olunarsan.”

XX əsrin 50-ci illərində keçmiş SSRİ də “Tarzan” adlı kinofilm çox məşhur idi. Aşağı sinif şagirdləri özlərini filmin qəhrəmanı Tarzana oxşatmağa çalışırdılar. Onlar ağaclara dırmanır, atlanır, kəndirdən sallanır və nəticədə müxtəlif zədələr, travmalar alırdılar. Kiçik Müslüm və onunla bir məhəllədə yaşayan Polad (Bülbüloğlu: — C.P.) bu, filmin təsiri altında həyətdə olan ağaclara dırmaşır, ağacdan-ağaca tullanır, Tarzan sayağı oynayır, sözsüz ki, kifayət qədər zədələr alırdılar. Dostluq edən Müslüm və Poladın mənzilləri bir həyətdə, daha doğrusu, bir binada yerləşirdi.

Ayşət xanım bu barədə yazırdı: “Bir dəfə həyətdə Poladla oynayarkən mənim Müslümüm ağacdan yıxılır, qolunu sındırır… Sonra hamısı qaydasına düşür”.

Ayşət xanımın teatr karyerasının əsas hissəsi Qazağıstanın Çimkənd Rus Dram Teatrı ilə sıx bağlı olmuşdu. O, uzun illər bu teatrın səhnəsində biri-birindən maraqlı və gozəl çoxsaylı obrazlar yarada bilmişdi. Bu, tamaşaların arasında “Turandutun şahzadə qadını”, “Köstəbək”, “Qara qızılgül” əsərləri xüsusilə fərqlənirdi. Tarixi məlumatlara görə Ayşət xanım teatrın aparıcı solisti olmaqla bərabər, həm də “Armudçuq” pyesinin mükəmməl və əvəzedilməz ifaçısı idi. Məhz, onun iştirakı ilə bu pyes uzun illər Çimkənd Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və hər dəfə də böyük tamaşaçı alqışı ilə qarşılanmışdı.

Çimkənd vilayət Rus Dram Teatrı sonralar “Cənubi Qazaxıstan Vilayət Rus Dram Teatrı” kimi fəaliyyət göstərməyə başlamışdı. Lakin həmin zaman çox az adama məlum idi ki, bu teatrın səhnəsində məşhur Müslim Maqomayevin anası Ayşət xanım Xanjalova-Maqomayeva fəaliyyət göstərir.

Teatrın 80-illik yubileyi ərəfəsində Qazaxıstanın tanınmış qəzetlərindən hesab olunan “Komsomolskaya Pravda” ilə teatrın bir qrup əməkdaşı görüşür və xatirələrini bölüşürlər. Çimkənd teatrına Ayşət xanım Xanjalova — Maqomayeva iki dəfə gəlmişdi. Onun birinci gəlişi XX əsrin 60-cı illərinin sonuna, ikinci gəlişi isə həmin əsrin 80-ci illərinə təsadüf etmişdi. təəssüflər olsun ki Yalnız həmin zamanı əks etdirən, xatırladan bəzi fraqment, afişa və fotoşəkillərdən başqa…

Məlum olur ki, həmin illərdə Ayşət xanım “Qara qızılgül” tamaşasında böyük müvəffəqiyyətlə çıxış etmişdi. Onu demək olar ki, “Qara qızılgül” əsəri XX əsrin 60-80-ci illərində Çimkənd teatrının repertuarında daima olmuşdu. Ayşət xanım “Qara qızılgül” tamaşasının baş qəhrəmanı — Bibinin ilk ifaçısı kimi teatrın tarixinə düşmüşdü. Həmçinin, teatrın arxivində, həmin tamaşanın 1968-1969-cu illər mövsümünü xatırladan proqramı bu günə qədər qorunub saxlanılır. Proqramda onun soyadı Xanjalova AA kimi göstərilir. İfaçı aktyor olaraq Ayşət xanım səhnədə həmişə bu, familiya ilə çıxış etmişdi. Bir məlumata görə bu, onun qızlıq familiyası, başqa bir məlumata görə isə səhnə təxəllüsü olmuşdu. Mən yuxarıda qeyd etdim ki, Xanjalova familiyası Ayşət xanımın anasının fam-iliyasıdı, ona ana babasından keçibdi. Demək, bu həqiqətən onun qızlıq soyadıdı!

Materiallara istinad etdikdə daha bir vəziyyətlə tanış oluram. Beləki, Ayşət xanım Maqomayeva — Xanjalova 1960-1980-ci illərdə “Armudcuq” pyesində həddən artıq əzəmətli və təmtəraqlı görünübdü. Bunu həmin dövrün qəzet məqalələrində olan dəlil və faktlar sübut edir.

“Armudçuk” tamaşasını canlı izləyən və əlli ildən artıq şəhərin mədəniyyət aləmində çalışan, şəhərin müsiqi məktəbinin müəllimi Şımkent İzoldu Belov xatırələrində Ayşət xanımla bağlı fikirlərini bölüşərkən yazmışdı:

“ Armudcuq ” pyesini Ayşət Maqomayeva — Xanjalovaya görə səhnəyə qoyurdular. O, bu əsəri çox səmimi və ürəkdən oynayırdı. Mən, indiyə kimi bu əsəri böyük təəssüratlarla xatırlayıram. Onun ağ köynəkli, uzun qara saçlı obrazı foto şəkil kimi yaddaşıma möhürlənibdi. Hətta, tamaşaçılar kecidlərdə dayanırdılar. O, çox gözəl, incə, qəşəng bir qadın idi və çox yaxşı oxuyurdu. Ümumiyyətlə, onun teatrda və şəhərdə peyda olması, görünməsi, sanki, bir partlayışa səbəb olurdu.”

Dram Teatrına ikinci dəfə qayıtması əməkdaşların yaddaşında daha çox qalıbdı. Ancaq bu, heç də o demək deyil ki, rəsmi sənədlər və ya materiallar tamamilə yoxdu. Əksinə, bunlar Ayşət xanım Əhməd qızının XX əsrin 60-cı illəri ilə bağlı mövcud olan faktlarından xeyli çoxdu. Məsələn: teatrın arxivində 9 noyabr 1980-ci il tarixində Ayşət xanımın işə qəbul olunması haqqında yazdığı ərizə, bir neçə rəsmi fotoşəkil, aktrisa kimi teatra işə götürülməsi və tamaşada hansı rolu ifa edəcəyi barədə direktor Şveyserin əmri və bir çox başqa sənədlər qorunub saxlanıbdı. Bütün bu sənədlərdə, Ayşət xanım Maqomayeva familiyası ilə təqdim olunubdu.

“1978-ci ildə mən Çimkənd teatrına işləməyə gəldim. Burda öyrəndim ki, Müslüm Maqomayevin anası teatrda işləyir. Bu, xəbərdən sevinc və fərəh hissi keçirdim! Mən Müslümün mahnılarını həddindən artıq çox sevirdim. O, bizim nəsil nümayəndələrinin qibləgahı, pərəstişgahı, büt yeri, əfsanəsi idi. Şəxsən mənim üçün onun anası da əfsanə hesab olunurdu. Buna bahəm Ayşət Əhməd qızı ilə tanış oldum və ona Müslümə valeh və heyran olduğumu bildirdim…”, — deyərək, — teatrın aktrisalarından biri, Larisa İvanovna Şapovalova xatırlayırdı.

Kinoya getməyi, mütaliə etməyi, təmiz havada gəzməyi, həmsöhbət olmağı xoşlayan Ayşət xanım dahiyanə fikirlər söyləmək, özünü yüksək tutmaq, bir sözlə, başqalarına yuxarıdan aşağı baxmaq və s. bu kimi neqativ xüsusiyyətlərdən çox uzaq olan bir insan olmaqla bərabər, həm də çox təmizkar, səliqəli, əsl zadəgan qrupuna mənsub olan bir xanım olubdu.

Ayşət xanımın rəfiqələri Valentina Osipovna və Larisa İvanovna deyirdilər: “Ayşət xanım çox istedadlı bir insan idi. O, demək olar ki, bütün musiqi alətlərində: qarmon, gitara, bayan, dombre və akkordeonda ifa etməyi bacarırdı. Olduqca gözəl improvizasiya qabiliyyətinə, valehedici, həm də, hər hansı bir aksent olmadan müxtəlif xalqların mahnılarını oxumaq istedadına malik idi. Teatrın sabiq əməkdaşları belə hesab edirdilər ki, oxumaq bacarığı Müslü mə anasından keçibdi.”

Ayşət xanımın rəfiqələrinin dediklərində bir həqiqət, bi reallıq var idi. Beləki, Cənubi Qazağıstan, Çimkend Rus Dram Teatrının bədii rəhbərlərindən biri İqor Verbitiski Ayşət xanımla bağlı xatirələrini bölüşərkən demişdi:

“Mənə müyəssər oldu ki, bir neçə tamaşada Ayşət Əhməd qızı ilə tərəf müqabili kimi çıxış etdim. Birinci dəfə bu, 1980-ci ildə baş tutdu. Onda mənim 17 yaşım var idi, teatra yenicə gəlmişdim. Tamaşaya əfsanəvi “Qara qızılgül” qoyulurdu. Belə oldu ki, (tamaşada: — C.P.) Bibinin oğlu Nadir rolunu oynayan aktyor Daşkəndə sesiyaya getdi. Onun yerinə məni qoşdular. Mənim rolum qısa, amma həyatımda birinci epizod idi. Onda ilk dəfə onunla (Ayşət xanımla: — C.P.) səhnədə ünsiyyət qurmaq mənə müyəssər oldu. Həmin vaxt Müslüm bütün ittifaqda şöhrət qazanmışdı, onu tanımayan tapılmazdı. Kuluarlarda və səhnə arxasında hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı:

Ayşət Maqomayeva!”

Artıq neçənci teatr əməkdaşıdı ki, Ayşət xanım haqqında, onun istedadı və yaratdığı obrazlar haqqında ürək dolusu danışır və xoş sözlər deyir. Ancaq çox təəssüflər olsun ki, dramatik rolların mahir ifaçısı həyatın ona bəxş etdiyi həqiqi “Ana” obrazını oynaya bilmədi, daha doğrusu, onun öhdəsindən gələ bilmə.

Həmin illərdə Müslüm Maqomayevi, nəinki keçmiş SSRİ-də, hətta, bütün dünyada tanıyırdılar. Bu cür, ecazkar bariton səsə malik müğənnini tanımamağın özü bir qəbahət hesab olunurdu. Lakin ana və oğul arasında olan anlaşılmazlıq, soyuq münasbət tamaşaçı auditoriyası üçün əlavə söz-söhbət, dedi-qodu yaradırdı. Ayşət xanımın rəfiqələrinin, tərəf müqabillərinin, həmçinin, özünün dediklərinə istinad edərək çox mükəmməl bir aktyor — qadın surəti yaratmaq olar. Ancaq ana ilə Müslüm arasındakı rabitə mütəəssir faciəvi tellərlə bağlı idi. Məhz, bu baxımdan Ayşət xanım, onun teatr yoldaşları bu adı (Müslüm: — C.P.) bir o qədər hallandırmağa çalışmırdılar. Ancaq digər bir tərəfdən bəd dillərin sahibləri sözgəzdirən, qeybətçil əməllərindən, sözsüz ki, geri qalmırdılar. Əlbəttə, insanları daima bir sual olduqca çox maraqlandırırdı. Nə üçün Müslüm Maqomayev Moskvada, onun anası Ayşət xanım vilayətin baş şəhərində, biri-birindən ayrı yaşayırlar? Lakin heç kim cürət edib bu sualla Ayşət xanıma müraciət edə bilmirdi, hətta, onun yaxın rəfiqələri və iş yoldaşları, belə… Başqa bir tərəfdən isə, Ayşət xanım bu cür söhbətlərin ayaq açması üçün imkan vermirdi və münbit şərait yaratmırdı. Baxmayaraq o, çox şad, gülərüz, mehriban, ünsiyyətçil qadın idi. Burda, ən vacib amil ondan ibarət idi ki, Ayşət xanım heç vaxt kiminsə onun şəxsi işinə qarışmasına imkan yaratmırdı. Bütün könül sındıran, ürək sıxan həyat motivlərinə bahəm Ayşət xanım Maqomayeva insanlara münasibətdə mehriban, istiqanlı, doğma olaraq qalırdı.

“Ayşət Əhməd qızı “Qara qızılgül” tamaşasında, sösün həqiqi mənasında, ana obrazını təsvir etməyi yaxşı bacarırdı. Mən ilk dəfə səhnəyə çıxanda təşviş içində idim. Ayşət Əhməd qızı mənə qayğı ilə yanaşdı, kömək etdi. Tamaşanın gedişi zamanı o, məni öpür və qucaqlayır, mənimlə ağlayırdı. Həmçinin, bir ana kimi məni sakitləşdirir və yenicə fəaliyyətə başlayan aktyoru hiss edir, ana münasibəti və qayğısı göstərirdi.”

Müslüm qələmə aldığı “Melodiya, mənim məhəbbətimdi” adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı, çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.

“Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir teatrda fəaliyyət göstərmirdi”, — deyərək, — Müslüm xatirələr kitabında yazırdı.

Nəyin necə baş verməsindən asılı olmayaraq uzun ayrılıqdan sonra ana və oğul yenidən bir-birinə qovuşurlar. Onların sonradan necə barışması haqqında Ayşət xanımın çimkəndli rəfiqələri xəbərsiz idilər. Lakin Ayşət xanım oğlunun və gəlininin necə yaşaması, onu necə qarşılaması və onun gəlişi münasibəti ilə nə cür süfrə açmaları, ona necə hədiyyələr rim vəs. haqqında böyük qürurla, razılıqla danışırdı. Tamara Sinyavskaya tərəfindən ona hədiyyə olunan paltarı yeri gəlmişkən

“O, (Ayşət xanım: — C.P.) hər il Yeni ili, əsasən də, “Mavi işığı” böyük səbirsizliklə gözləyirdi. O, gözləyirdi ki, nə vaxt oğlu (Müslüm: — C.P.) oxuyacaq. Hamı artıq yatırdı, amma o, səhər saat 4-ə kimi otururdu və xahiş edirdi ki, taksi çağırmayaq. Gözləyirdi… Nə vaxt Müslüm oxuyacaq?! Son dəqiqəyə kimi gozləyirdi! O, elan olunduqdan sonra Ayşət xanım donub qalırdı. Onun ekranda görünməsindən sonra ana göz yaşlarını saxlaya bilmirdi. O, oxuyurdu, ana isə göz yaşlarına qərq olurdu.”

Tale Ayşət xanımı 1971-ci ildə Murmansk şəhərinə, vilayət dram teatrına gətirib çıxarır. Həmin vaxt bu teatra rejissor Vasiliy Kiselyov rəhbərlik edirdi. Ayşət xanımın Murmansk Dram Teatrında fəaliyyəti çox uzun olmur. O, 1978-ci ildə teatr fəaliyyətini birdəfəlik dayandırır. Onun yüksək istedadı, insanpərvərliyi, sadəliyi, qabiliyyəti və başqa müsbət keyfiyyətləri ilə yaxından tanış olan səhnə yoldaşları Ayşət xanım haqqında ağız dolusu danışmağı xoşlayırdılar.

Yura və qızı Tanya uzun müddət analarının yanında, Murmansk şəhərində yaşamışlar. Oğlu Yura əsl, köklü murmanskili idi. O, da anası Ayşət xanım, qardaşı Müslüm kimi incəsənətə, musiqiyə, səhnəyə bağlı, birsözlə, musiqiçi idi. Yura Maqomayev Kolski adasının müxtəlif musiqi qruplarında iştirak etmişdi.

Ananın Müslümə olan məhəbbəti onu bir an belə tərk etmirdi. Həyatın görünməyən və görünən tərəfləri heç zaman bir-birini tamamlamır, əksinə, bunlar arasında mütəmadi olaraq bir ziddiyyət, bir təzad yaşanır, hökm sürür. Müslümə olan ana hissiyyatı Ayşət xanımı mütəəssir formada, faciəvi şəkildə durmadan, daima izləmişdi, bir saniyə sərbəst buraxmamışdı. Başqa bir tərəfdən isə Ayşət xanım Müslümün anası olduğunu nümayiş etdirməkdən həmişə çəkinmişdi. O, yaxşı anlayırdı ki, bunu bilən hər kəs istər-istəməz ona oğlu ilə bağlı müxtəlif suallar ünvanlaya bilər. Bu, sualları cavablandırmaq isə göründüyü kimi bir o qədər də, asan olmayacaqdı.

Ayşət xanım ikinci dəfə ailə həyatı qursa da, ilk həyat yoldaşı Məhəmmədin və böyük oğlu Müslümün familiyasını: — Maqomayev soyadını ömrünün sonunamı daşdı. Onun ikinci ərindən olan oğlu Yura səhnəyə Maqomayev kimi gəlib və bu gün də həmin familiyanı yaşadır. Əldə etdiyim informasiyaya görə Yura Maqomayev 2012-ci ildə anasının vaxtilə fəaliyyət gostərdiyi Murmansk Vilayət Dövlət Dram Teatrında solo konsert proqramı ilə çıxış etmişdi…

Azərbaycanla, Azərbaycan xalqı ilə, o cümlədən bu müqəddəs torpaq ilə bağlı münasibətlərinə aydınlıq gətirən Ayşət xanım həmişə qürurla deyərdi:

“Mən və oğlum Müslüm azərbaycanlıyıq və belə də dünyanı tərk edəcəyik. Bunu dəfələrlə elan etmişik və bir daha elan edirik: biz bir azərbaycanlı kimi bu torpağa, bu xalqa, onun səmimi adamlarına həmişə borçluyuq!”

Ayşət xanım Əhməd qızı Maqomayeva 2003-cü ildə Murmansk şəhərində birdəfəlik həyata göz yumdu və orda da dəfn olundu. Bu, ailənin dəfn olunduqları əraziləri xəritə üzərində qələmlə birləşdirsək böyük bir üçbucaq almış olarıq. Ata Məhəmməd Polşanın Hoyne qardaşlıq, ana Ayşət xanım Rusiyanın Murmansk şəhər qəbiristanlıqlarında dəfn olunduqları halda, onların övladları Müslüm çox sevdiyi doğma Azərbaycanda, onun paytaxtı möhtəşəm və qədim Bakı şəhərində, Fəxri Xiyabanda, babası Əbdül — Müslüm Maqomayevin və əmisi Cəmaləddin Maqomayevin yanında uyuyur. Allah hər üçünə rəhmət etsin! Amen!

Tamara İlyiniçna Sinyavskaya (1943)

(Muslum Maqomayevin həyat yoldashı)

Keçmis S SRİ-nin və Rusiya Federasiyasının opera müğənnisi, metso — soprano səsin görkəmli nümayəndələrindən biri, SSRİ Xalq artisti (1982), 1964-cü ildən “Böyük teatr”ın solisti, nüfuzlu Sofiya, Verve və Moskva Beynəlxalq vokalçılar müsabiqələrinin qalibi, P.İ.Çaykovski adına IV Beynəlxalq müsabiqənin (1970) birinci mükafatçısı Tamara İlyiniçna Sinyavskaya 6 iyul 1943-cü ildə, II Dünya müharibəsinin, ən qızğın çağında, Moskva şəhərində fəhlə ailəsində anadan olmuşdu.

Hələ kiçik yaşlarında olarkən balaca Tamarada musiqiyə, mahnıya, rəqsə böyük həvəs oyanır. O, altı yaşında olarkən V. S. Həmin zaman bu musiqi kollektivi Moskvanın Stopani küçəsində yerləşən pionerlər evinin tərkibində fəaliyyət gostərirdi. İş elə gətirir ki, kiçik Tamaranın yaşadığı ev ərazidən çox da uzaqda olmur, Marxlevski küçəsində yerləşir.

1953-cü ildə xor ansamblına gələn on yaşlı Tamara bir müddət sonra Moskva Konservatoriyasının nəzdində yerləşən musiqi məktəbinin nəğmə sinifinə qəbul olunur. Ailəni təkbaşına saxlayan anasına maddi dəstək olmaq məqsədilə balaca qızcığaz “Kiçik teatr”da “qoşucu” xora keçməli olur. Həmin vaxt musiqi məktəbində Tamaraya 28 rubl təqaüd verirdilər. Teatrda isə bu rəqəm bir balaca çox idi. Bu isə, həmin dövrdə ailəyə böyük kömək və yardım hesab olunurdu.

Tamara İlyiniçna həyatın ona bəxş etdiyi istedad və qabiliyyətlə bərabər, həm də əsl zəka nümayiş etdirirdi. O, uşaqlıq dövründən başlayaraq bütün musiqi mərhələlərini həyat yoldaşı Elə bir maneə yox idi ki, Tamara xanımın qarşısını kəssin. Bütün sipərləri amansızcasına vurub dağıdan bu, incə və mehriban qızcığaz çətinliyin nə olduğunu bilmirdi. O, həm də çox zəhmətkeş və əməksevər bir insan xüsusiyyətinə malik idi.

Tamara Sinyavskaya müsahibələrinin birində etiraf etmişdi ki, mürəkkəb tapşırıqları xoşlayırdı. İş elə gətirir ki, tale onu bütün həyatı boyu bolluca sevindirir — hər yeni opera partiyası yeni zirvənin fəth olunması ilə yekunlaşır. Onun vokal məharəti və ustalığı bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Bununla da, Tamara adını XX əsrin ikinci yarsının musiqi tarixinə, musiqi salnaməsinə həmişəlik yazdırır.

Yuxarıda sadaladığım musiqi məktəbləri ilə yanaşı Tamara İlyiniçna Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində dövrünün görkəmli, tanınmış pedaqoqlarından sayılan: L.M.Markova və O.P.Pomerantsevadan, Dövlət Teatr İncəsənəti İnstitutunda isə musiqili komediya aktyoru fakültəsi ndə məşhur DB Belyavskidən dərs alır.

Məktəbi qurtardıqdan sonra 20 yaşlı gənc qız “Böyük teatr”a gəlir və təcrübə keçənlər qrupuna daxil olur. Gənc müğənninin səsi qəbul komissiyasının üzvülərini o qədər məftun edir ki, onlar, hətta, konservatoriya təhsili olmayan qızı teatra qəbul edirlər. Təcrübə keçən gənc qız öz zəhməti və bacarıqı ilə sübut edir ki, nəyə qadirdi. Odur ki, bir ildən sonra onu həmişəlik olaraq teatrın əsas qrupuna yazırlar.

Tamara xanımın özünü sübut etməsində, püxtələşməsində opera rejissoru və musiqi müəllimi Boris Pokrovskinin böyük zəhməti və rolu olur.

Bir dəfə “Böyük teatr”ın əsas heyəti Milana qastrol səfərinə gedir. “Yevgeni Onegin” operasında Olqa partiyasını ifa etmək gənc müğənniyə həvalə olunur. Bu Tamara Sinyavskaya üçün əsl sınaq, eyni zamanda O, bu imtahandan müvəffəqiyyətlə çıxır, partiyanı əla ifa edir.

1964-cü ildən “Böyük teatr”da soloist kimi fəaliyyətə başlayan Tamara İlyiniçna 2003-cü ilə kimi bu teatrda çalışır. O, teatrın səhnəsində birinci dəfə Cüzeppe Verdinin “Riqoletto” operasında Paj obrazında tamaşaçıların qarşısına çıxır. “Kişi” obrazı Tamara xanımda çox gözəl alınır.

O, Aleksandr Borodinin “Knyaz İqor” operasında Konçakova, Edvard Bendjamin Brittenin “Yay gecəsinin yuxusu”nda Oberon obrazlarını yüksək ustalıqla ifa edir.

“Böyük teatr”ın Fransaya, Yaponiyaya və Kanadaya uğurlu səfərlərindən və IV Beynəlxalq müsabiqədə qalib olduqdan sonra xarici ölkələrə dəvət olunur. Müsabiqədə jürinin sovet ittifaqından olan üzvü Yelena Obraztsova, xarici ölkələrdən olan üzvülər, o cümlədən məşhur Mariya Kallas Tamaraya səs verirlər. Nəticədə, birinci mükafatı iki yerə bölmək lazım gəlir. Tamara, həmçinin, Mixayıl İvanoviç Qlinkanın Vanya (“Ivan Susannin") və Ratmir (“Ruslan və Lyudmila”), Modect Petrovic Mussorqskinin Marfa (“Xovanşina”) və Marina Mnişek (“Boris Qodunov"), Nicholas Rimskoqo-Korsaqovun Lyubava (“Sadko”) və Lyubaşa (“Carın gəlini”), Azucena (“Trubadur”) və Ulrika (“Bal-ziyafət”), o cümlədən Verdi, Karmen, J.Bize, həmçinin, başqa məşhur bəstəkarların operalarında misilsiz obrazlar yaradır.

Bu uğurlu çıxışlardan sonra məşhur xarici impressariolardan Tamara xanımı Amerikaya qastrol səfərinə gondərməyi xahiş edirlər. Bu cür hallar üçün DTK-nın öz növbətçi və standart cavabı var idi: “Müğənni repertuarın qoyuluşu ilə məşğuldu”.

Tamara xanım Sergey Prokofyevin “Oyunçu” operasında Blanşın partiyasını Sovet İttifaqında ilk dəfə yerinə yetirməklə SSRİ opera aləmində, bu obrazın ilk ifaçısı kimi adını ılkarəninyx teatr.

Geniş miqyaslı repertuarı, o cümlədən hər tərəfli konsert poqramları ilə zəngin olan O, həm, ölkə daxilində, həm də xarici qastrol səfərlərində yorulmağın nə olduğunu hiss etmədən biri-birindən rəngarəng opera və xalq mahnıları ilə çıxışlar edərək tamaşaçıların rəğbətini qazanırdı. Moskva Konservatoriyasının “Böyük Zal”ı, Pyotr İliç Çaykovski adına Moskv a Konsert Zalı və Amstredam şəhərinin “Konsertqebau sarayı” müğənni xanımı sürəkli alqışlarla qarşılayır.

Müğənninin repertuarında zəmanəsinin ən çətin, çox əmək tələb edən möhtəşəm operaları: S.S.Prokofyevin, P.İ.Çaykovskinin, M.De Falyanın və başqa bəstəkarların opera, ariya və romansları, həmçinin, orqanın müşayiəti ilə qədim sənətkarların əsərləri yer alırdı. Tamaşaçı auditoriyasını cəlb edən məqamlardan biri ondan ibarət idi ki, Tamara xanım həyat yoldaşı Müslüm Maqomayev ilə bi rgə duet formasında dinləyicilərə biri-birindən gözəl, əsrarəngiz, təkrarolunmaz musiqi nömrələri bəxs edir və onların könlünü, sanki, ovsunlayırdılar. T.Sinyavskayanın tanınmış musiqiçi E.F.Svetlanov, həmçinin, bir çox başqa məşhur və görkəmli dirijorlarla çıxışı, o cümlədən Rikkardo Şayi və Valeriy Qerqiyevlə səmərəli əməkdaşlığı yaxşı nəticələr verirdi.

Həyat elə gətirir ki, Müslüm Maqomayevlə tanışlıqdan sonra Tamara Sinyavskaya İtaliyanın Milan şəhərinə, məşhur “La Skala” teatrına təcrübə keçməyə gedir. O, haricdə çoxlu çıxışlar edir və daha da püxtələşir. Onun repertuarında olan bir çox əsərlər, məsələn: Paris şəhərində Rimskoqo-Korsakovun “ Snequroçka ” (“Qar gəlini”) əsərində Lel, Türkiyədə Cüzeppe Verdinin “Trubadur” və “Bal-ziyafət” operalarında müvafiq olaraq Azucena və Ulrika, həmçinin, Almaniyada böyük müvəffəqiyyətlə Rixard Vaqnerin “ Karmen ” əsərini mükəmməl oxuyur. O, Avstriyanın paytaxtı Vena Dövlət Opera teatrında S.S.Prokofyevin “Hərb və sülh” operasında Axrosimovanın partiyasında iştirak edir.

"La Skala"Bu, tanışlıq Moskva şəhərində bir neçə görüşlə yekunlaşır və məsələ məhəbbət məcəralarına qədər gedib çatmır, romantika yaşanmır. Ancaq qeyd etmək lazımdı ki, Bakı tanışlığına kimi tale onları bir neçə dəfə yaradıcılıq yollarında, o cümlədən müxtəlif konsert meydançalarında üz-üzmishmə gə. Lakin cütlük bu zaman kəsiyinə qədər bir-biri ilə kifayət edəcək qədər yaxından tanış deyildilər. Ötəri və ya yaradıcılıq tanışlığı 3 oktyabr 1972-ci ilə qədər davam edir. Həmin zaman “Böyük teatr”ın bir qrup artisti Bakıda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti və incəsənəti günlərində iştirak etmək üçün paytaxtımıza gəlirlər. Yevgeni Nesterenko, Nina Fomina, Yevgeni Raykov, Kirill Kondraşin, həmçinin, gənc Tamara Sinyavskaya da yer alırdı.

“Azərbaycanın görkəmli və tanınmış bəstəkarı, Müslümün babasının adını daşıyan filarmoniyada bizi bir-birimizə təqdim etdilər. Əgər səhv etmirəmsə bu, şair Robert Rojdestvenski və onun həyat yoldaşı Alla xanım idi. O, mənə əlini uzatdı və çox utancaq, küt nəzərlə baxaraq dedi:

Müslüm!

Bu, mənə gülməli gəldi, birincisi ona görə ki, biz artıq tanış idik. İkincisi, artıq onu tanıyırdılar, sadəcə olaraq tanımırdılar, təzim edirdilər, salamlaşırdılar və buna çox sevinirdilər…”, — deyərək, — Tamara xanım xatirələrini bölüşür.

1973-cü ilin yanvar ayının ortalarında Sinyavskayanın Milana təcrübə keçməyə getməsindən sonra Müslümün telefon zəngləri ara vermək bilmir və o, mütəmadi olaraq Tamara xanımla rabitə yaradır, ürək sözlərini bölüşür. Bu, barədə Tamara xanımın xatirələri çox maraqlı, həm də çox ürək açandı. O, deyir: “Maqomayev ozünəməxsus şəkildə məhəbbətini anlatmağa çalışırdı. Həmin məqam o, proiqrıvatelə zamana uyğun gələn melodiyanın valını qoyurdu. Ona həmin priyomla cavab verirdim. Mən də, fonetikamda olan vallardan birini proiqrivatelə qoyurdum…”.

Həmin zaman kəsiyi ərzində Tamara Sinyavskanın təcrübə müddəti bir il yarım davam edir. Bu, müddət ərzində Tamara ərindən boşanır, müstəqil və sərbəst xanım olur. Ancaq o, Müslüm Maqomayevlə nigah əlaqələrini rəsmiləşdirib qeydiyyatdan keçməyə tələsmir. Bu, o vaxta qədər davam edir ki, onların ümumi tanışlarından birinin səbr kasası tükənir və o, gənclərin pasportlarını alıb onları nigah şöbəsinə aparır. Elə həmin gün, paytaxt restoranlarından birində yüz nəfərin iştirakı ilə toy mərasimi təşkil olunur. Bundan başqa, bu xəbəri eşidən üç yüz adamdan çox kütlə restoranın ətrafına yığışır və çox mehribancasına Maqomayevdən sevimli mahnılarını istəyirlər. Belə bir gündə müğənni əzabkeşlərini, pərəstişkarlarını intizarda qoya bilməzdi. O, restoranın açıq pəncərəsindən onlar üçün yarım saat mahni ifa edir. Deyilənlərə rəğmən, bundan sonra Müslüm düz üç ay bronxitlə gəzir. Əlbəttə ki, şaxtalı yanvar ayı, açıq pəncərə, kəskin hava cərəyanı, bir qədər qəbul olunan alkoqolun təsiri bronxit üçün kifayət edərdi.

Səs-küylü Moskva qonaqlığından sonra cütlük toy səyahətinə çıxır və adaxlının vətəninə, Bakıya gəlirlər. Burda Tamaranı yalnız adi “gəlin” qiyafəsində yox, özü də bütün “Azərbaycanın gəlini” qiyafəsində qəbul edirlər. O zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev idi. Birinci katib təzə evlənənləri bağında qəbul edir və onların şərəfinə təntənəli ziyafət keçirir.

Həmin anları yaxşı xatırlayan Müslüm deyirdi: “Mənim yaxşı yadımdadı, Tamaranı birinci dəfə nə vaxt görmüşəm… Televizorda görmüşəm… Biz dostlarımızla axşım qonaqlı. Onu ekranda gördüm və həmən qonaqlıqda iştirak edənlərə dedim: bax bu, həqiqi motso-sopranodu! Ümumiyyətlə, mən qadın səsinin çox da böyük pərəstişkarı deyiləm. Çünki qadın nə vaxt ki, yuxarı nota qalıxır, çox təsadüf hallarda onu axıra kimi tamamlaya bilir…

T.Sinyavskaya ənənəvi böyük rus vokal məktəbinin N.A.Obuxova, M.P.Maksako və kimi məşhur mezzo-soprano səs sahiblərinin görkəmli nümayəndəsi və davamçısı idi.

Onun çox böyük diapazona, “məxməri” tembrə, bütün reqistrlərdə işləyən nəcib, qüvvətli, bərabər səsə malik olması mənə imkan verir ki, onu nadir, tayı-bərabəri olmayan, həqiqi rus kontraltosu hesab edim. Müğənninin yüksək ifaçılıq qabiliyyəti, yüksək musiqi mədəniyyəti, məharətli, mahiranə, virtuoz texnikası, parlaq səhnə manerası, temperamenti onun başqalarından olduqca kəskin formada seçilməsinə, həmçinin, fərqlənməsinə imkan verirdi. Tamara xanım “Çarın gəlini” operasında yaratdığı Lyubaşa obrazı müğənninin yaradıcılığının həqiqi zirvəsi hesab oluna bilər.

T.İ.Sinyavskaya 2005-ci ildən Moskva Dövlət Teatr İncəsənəti İnstitutunun vokal kafedrasının müdiri və professoru vəzifələrində fəaliyyət göstərmişdi. Bir çox orden və medallarla təltif olunan Tamara xanım ictimai və dövlət işlərindən də kənarda qalmırdı. O, 1984-cü ildə SSRİ Ali Sovetinin 11-ci çağırışının deputatı olmuşdu. Eyni zamanda, SSRİ, Rusiya və Azərbaycanın fəxri adları və ordenləri ilə təltif edilmişdi: Onun kolleksiyasında “Qırmızı Əmək Bayrağı” ordeni (1971), Rusiyanın “Əməkdar artisti” (1973), “Xalq artisti” (1976), “Şərəf nişanı” ordeni (1980) , SSRİ “Xalq artisti” (1982), Azərbaycanın “Xalq artisti” (2002), Azərbaycanın “Şöhrət” ordeni (2003), “Vətən qarşısında xidmətlərinə görə” ordeni: IV dərəcə (2006) , Azərbaycanın “Dostluq” ordeni (2013) və s. təltiflər var idi.

Tamara xanım 1972-ci ildə BA Pokrovskinin rəhbərliyi altında Moskva Dövlət Akademik Kamera Musiqili teatrının iştirakı ilə R.K.Şedrinin “Yalnız məhəbbət deyil” əsərində Varvara Vasilyevanın partiyasını ifa etmişdi. Bundan sonra o, çoxlu xarici qastrol səfərlərində olmuş və “Varna yayı” musiqi festivalında iştirak etmişdi.

Tamara İlyiniçna Fransa, İtaliya, İspaniya, Belçika, Avstriya, İngiltərə, ABŞ və sair bir çox dünya ölkələrinin opera teatrlarının səhnələrində uğurla çıxış etmişdi. Xanım müğənni, həmçinin, konsert proqramları ilə Cənubi Koreya və Yaponiyada qastrol səfərlərində olmuşdu. Müğənninin repertuarına daxil olan partiyaların bir çoxu geniş şəkildə ilk dəfə xarici ölkələrin səhnələrində səslənirdi.

“Bir dəfə, belə bir hadisə baş verdi. Hansısa səfərdən geri, Moskvaya dönən Müslüm yolunu mənim yanımdan, Kazan şəhərindən salır. Onda, Tatarıstanda qastrolda idim. Kazan teatrının səhnəsində “Çarın gəlini” operasında Lyubaşanı oxuyurdum. Fasilədə tamaşaçılara təzim etmək üçün səhnəyə çıxdım. Bu, zaman Müslümün adından mənə çox böyük gül dəstəsi gətirdilər. Mən, bu gül çələnginin arxasında görünmürdüm… Nə vaxt ki, Müslüm lojada göründü, tamaşaçılar üçün opera öz əhəmiyyətini itirdi…, deyən, — Tamara xanım xatirələrini pərəstişkarları ilə bölüşmüşdü.

2010-cu ilin oktyabr ayının 25-də Moskvada, Müslüm Maqomayevin şərəfinə Vokalçıların Birinci Beynəlxalq müsabiqəsi keçirildi. Həmin müsabiqədə çıxış edən Tamara Sinyavskaya demişdi:

“Müslüm Maqomayev, həm opera, həm də estrada səhnəsində kral idi. Buna görə də müsabiqə çox gərgin olacaqdı, çünki, həm opera müğənnisi, həm müzikl və neapolitan mahnılarının ifaçısı, həm də estrada janrının mahir ustası kimi çox geniş diapazonlu səs imkanlarına malik olan musiqiçi tapmaq olduqca çətindi…”.

Mətbuat konfransında iştirak edən Müslüm Maqomayevin “Mədəni-Musiqi İrsi Fondu” nun təsisçisi, həmyerlimiz Araz Ağalarov isə fikrini qısa və yığcam ifadə edərək demişdi:

“Bu, bizim hamımız üçün və şəxsən mənim üçün böyük şərəf və xoşbəxtlikdi. Hesab edirəm ki, Müslüm Maqomayev üçün görülə biləcək ən böyük iş elə budu”.

Tamara İlyiniçnaya həsr olunan bu bölməni, Müslüm Maqomayevlə Tamara Sinyavskayanın birgə, duet şəklində ifa etdikləri məşhur və unudulmaz “Ey əziz anam, Azərbaycan” mahnısının Azərbaycan və Rus dillərindəki variantını misal gətirməklə tamamlairamaq istə:

Оглавление

* * *

Приведённый ознакомительный фрагмент книги Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya предоставлен нашим книжным партнёром — компанией ЛитРес.

Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других

Смотрите также

а б в г д е ё ж з и й к л м н о п р с т у ф х ц ч ш щ э ю я